İriçiçək sözü azərbaycan dilində

İriçiçək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İriçiçək • 91.1111%
  • iriçiçək • 8.8889%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İriçiçək baldırğan
İriçiçək baldırğan (lat. Heracleum grandiflorum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
İriçiçək doqquzdon
İriçiçək doqquzdon (lat. Lonicera macrantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
İriçiçək laləvər
İriçiçək maqnoliya
İriçiçək maqnoliya (lat. Magnolia grandiflora) — maqnoliya cinsinə aid bitki növü. Vətəni Şərqi Аsiyаdır. Çin, Yаpоniyа, Cənubi Аmеrikа, Yеni Zеllаndiyа və digər subtrоpik iqlimli ölkələrin bаğ və pаrklаrındа bеcərilir. Hündürlüyü 30 m-ə, diаmеtri isə 10 m-ə çаtаn, həmişəyаşıl, sıхyаrpаqlı, еnli yumurtаvаri və yа gеniş pirаmidаl çətirə mаlik аğаcdır. Gövdələri yоğun, düz оlmаqlа, bоz və yа аçıq qоnur rəngli, 1-2 sm qаlınlıqdа qаbıqlа örtülmüşdür. Zоğ və tumurcuqlаrı nаrıncı rəngli sıх tükcüklərlə əhаtə оlunmuşdur. Yаrpаqlаrı tərs-yumurtаvаri və yа еnsiz, еllips fоrmаlı, uzunluğu 12-25 sm, еni isə 4-5 sm-dir. Tаmkənаrlı, dərivаri, pаrlаq yаrpаqlаrı аşаğı tərəfdən tünd nаrıncı rəngli qısa tükcüklərlə örtülü, bəzən isə çılpаq оlur. Sаplаğı 2,5-5 sm uzunluqdаdır.
İriçiçək pərpərən
İriçiçək pərpərən (lat. Portulaca grandiflora) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü.
İriçiçək qurdotu
İriçiçək xostək
İriçiçək xostək (lat. Caragana grandiflora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. Təbii halda Şimali İran, Rusiya, Orta Asiya və Cənubi Qafqazın şərqində və qərbində yayılmışdır. Təbiətdə 2–5 m hündürlükdə olan koldur. Gövdəsi qonur-boz rəngdədir. Cavan budaqları künclü, çılpaq və ya kol şəkillidir. Ağımtıl və ya qonur-boz rəngdədir. Yarpaqaltlıqları 2–3 mm uzunluqda bərk tikan formasında, budaqları və cavan zoğları çoxtikanlıdır. Yarpaqlarının saplağı odunlaşmış, tüklü və tökülməyəndir. Yarpaqcıqları xırda, 5–12 mm uzunluqda və 2–3 mm enindədir.
İriçiçək üskükotu
İriçiçək üskükotu (lat. Digitalis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Yabani çoxillik ot bitkisi olub, inkişafının birinci ilində çətir və kökətrafı yarpaqlar, ikinci ildə isə hündürlüyü 1 m-ə qədər düz, budaqlanmayan gövdə və çiçək fırçaları əmələ gətirir. Yarpaqları itiuclu zirvəsi ilə neştərşəkilli və ya uzunsov-neştərşəkilli, kənarları bərabər olmayan dayaz dişcikli, uzunluğu 7-25 sm, eni isə 2-6,5 sm-ə bərabərdir. Aşağı yarpaqları daralan iri qanadlı saplaqdan, yuxarı hissəsi isə oturaq, kənarları uzunu iri damarlardan ibarətdir. Çiçəkləri iri, sarı, başı aşağı əyilmiş olub, uzunluğu 3-3,5 sm-ə bərabərdir. Yarpaqları neştərşəkilli və ya uzunsov-neştərşəkilli zirvəsi itiuclu və seyrək kiçik dişli kənarlara malik, kökətrafı və gövdənin aşağı yarpaqları daralmış, qısa qanadabənzər saplaqlı, yuxarı yarpaqları isə oturaqdır. Ancaq mərkəzi və yan damarları aşağı səthdə daha yaxşı görünürlər. Zəif iylidir. Çoxillik ot bitkisi olub, yabanı halda Qafqaz, Ural və Karpat meşələrində yaşayır.
İriçiçək zanbaqca
İriçiçək zanbaqca (lat. Fritillaria grandiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab(v). Azərbaycanın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq çox böyük deyil, basılmış şarvaridir. Gövdə hündür, 35–50 sm, çılpaqdır. Yarpaqlar növbəli, 5–7 ədəd, neştərşəkilli, aşağı yarpaqlar 1,5 sm-ə qədər enində, yuxarıdakılar ensiz, 0,5 mm-ə qədər olur. Çiçəklər çox iri, təkdir. Çiçəkyanlığı 5 sm-ə qədər uzunluğundadır.
İriçiçək mahmızca
İriçiçək mahmızca (lat. Linaria grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur.
İriçiçəkli abeliya
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir. Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
İriçiçəkli murdarça
İranda (Gilan) təbii halda rast gəlinir. Azərbaycanda yayılması: Qusar (Samur çayı kənarı), Lənkaran (Ələzə¬pin Apu kəndləri ətrafı), Lerik (Siov kəndi) rayonlarında təbii halda yayılmışdır. Azərbaycanın nadir və relikt bir bitkisidir. CR A1abc; B1ab(i,iii). Əsasən aşağı dağ qurşağında qarışıq enliyarpaq meşələrdə çay kənarlarında rast gəlinir. Azərbaycanda dar bir arealda yayılmışdır. Təbiətdə hündürlüyü 6 m-dək olan kol və ya kiçik ağacdır. Bitkinin gövdəsinin qabığı tünd boz və ya qara rəngdə olur. Bitkinin cavan zoğlarının rəngi məxməri yaşıl olur. Yaşlı budaqları isə yaş-lımtıl boz rəngdə olur.
İriçiçəkli nargülü
İriçiçəkli nargülü (lat. Campsis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin nargülü cinsinə aid bitki növü. Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir. Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür.
İriçiçəkli poruq
İriçiçəkli mərcanotu
İriçiçəkli mərcanotu (lat. Betonica macrantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi düz və ya yüksələn, yumşaq uzun aşağı yönəlmiş tükcüklü, (10) 20-50 (75) sm hündürlükdədir. Yarpaqları yumurtavari və uzunsov-yumurtavari, küt, qaidəsində ürəkvari, kənarları küt iri mişarvari və ya iri kütdişli, üst hissəsində seyrək, aşağı hissəsində sıx uzun tüklü; gövdəətrafı yarpaqlar uzun saplaqlı, yuxarı yarpaqlar oturaqdır. Çiçək köbəsi çox çiçəklidir. Tac olduqca iri, 3,5 mm-ə qədər uzunluqda, çəhrayı və ya fırfır, nadir hallarda ağ rənglidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə, subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys macrantha (K.Koch) Stearn === Heterotipik sinonimləri === Betonica grandiflora Stephan ex Willd.

iriçiçək sözünün leksik mənası və izahı

iriçiçək sözünün rus dilinə tərcüməsi

"iriçiçək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iriçiçək nədir? #iriçiçək sözünün mənası #iriçiçək nə deməkdir? #iriçiçək sözünün izahı #iriçiçək sözünün yazılışı #iriçiçək necə yazılır? #iriçiçək sözünün düzgün yazılışı #iriçiçək leksik mənası #iriçiçək sözünün sinonimi #iriçiçək sözünün yaxın mənalı sözlər #iriçiçək sözünün əks mənası #iriçiçək sözünün etimologiyası #iriçiçək sözünün orfoqrafiyası #iriçiçək rusca #iriçiçək inglisça #iriçiçək fransızca #iriçiçək sözünün istifadəsi #sözlük