İrlandiya sözü azərbaycan dilində

İrlandiya

Yazılış

  • İrlandiya • 99.8835%
  • irlandiya • 0.1165%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İrlandiya
İrlandiya Respublikası – Avropada dövlət. 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər, ərazisi isə 70 208,67 km² təşkil edir. İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür. == Ümumi məlumat == İrlandiya - Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Yeganə quru sərhəddi şimal-şərqdən Böyük Britaniyanın Şimali İrlandiya bölgəsi ilə olan İrlandiyanı hər tərəfdən Atlantik okeanı əhatə edir. İrlandiyanı zümrüd ölkəsi də adlandırırlar. Əhalinin təxmini 90 faizi ingiliscə danışır.
Yeni İrlandiya
Yeni İrlandiya (ing. New Ireland) — Bismark arxipelaqına daxil olan Papua-Yeni Qvineya ərazisində yerləşən ada. Ümumi sahəsi 7 404,5 km², əhalisi 118 350 nəfər təşkil edir. Ada Yeni İrlandiya vilayəti ərazisinə daxildir. Mərkəzi Kavienq şəhəridir. == Cografiya == Ada Bismark arxipelaqının Yeni Britaniya. Ada uzunsov formaya malikdir. Uzunluğu 400 kilometrdir. Eni 10 km təşkil edir. Tropik meşələri ilə örtülüdür.
İrlandiya (ada)
İrlandiya (irl. Éire [ˈeːɾʲə], ing. Ireland [ˈaɾlənd], olst.-şot. Airlann, lat. Hibernia [İyepna]) — Avropada böyüklüyünə görə üçüncü ada (Böyük Britaniya və İslandiya adalarından sonra). Ada ərazisi İrlandiya Respublikası və Birləşmiş Krallığının dövlət sərhədləri ilə iki dövlət arasılnda bölüşdürülüb.
İrlandiya Könüllüləri
İrlandiya Könüllüləri(irl. Óglaigh na hÉireann) və ya İrland Könüllü Qüvvəsi və ya İrland Könüllü Ordusu—İrland milliyətçiləri tərəfindən 1913-də yaradılmış hərbi təşkilat. 1912-ci ildə yaradılan Ulster sədaqətçilərinə əks təşkilat olaraq quruldu və əsas məqsədinin "İrlandiya xalqının hüquq və azadlıqlarını qorumaq" olduğunu elan etdi. Üzvlər Kelt Liqası,Şinn Feyn və İrlandiya Respublikaçı Birliyindən ibarət idi. 1914-cü ilin ortalarına qədər sürətlə artaraq sayları 200000-ə çatan İrlandiya Könüllüləri Con Redmondun Britaniya qüvvələrinə olan sadiqliyi təşkilatı kiçik qruplara parçaladı.
İrlandiya Respublikası
İrlandiya Respublikası – Avropada dövlət. 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər, ərazisi isə 70 208,67 km² təşkil edir. İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür. == Ümumi məlumat == İrlandiya - Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Yeganə quru sərhəddi şimal-şərqdən Böyük Britaniyanın Şimali İrlandiya bölgəsi ilə olan İrlandiyanı hər tərəfdən Atlantik okeanı əhatə edir. İrlandiyanı zümrüd ölkəsi də adlandırırlar. Əhalinin təxmini 90 faizi ingiliscə danışır.
İrlandiya bayrağı
İrlandiya bayrağı (irl.An Bhratach Náisiúnta) — İrlandiyanın Dövlət bayrağı. Bayraq üç rəngdən ibarətdir (yaşıl, ağ, və narıncı). Bayrağın hər rəngi ölkədəki ən yayılmış din konfessiyasıları bildirir: yaşıl katolisizmi, narıncı protestantizmini və ağ həmin konfessiyalar arasında sülhü bildirir. === Bayrağın tarixi və onu dövlət bayrağı kimi qəbul edilməsi === İlk dəfə bayraq Parisdə 1848-ci ildə Tomas Frensis Meqer tərəfindən ifadə edildi. Dövlət bayrağı kimi ilk dəfə 1916-cı ildə Pasxa üsyanında ( irl.Éirí Amach na Cásca ) istifadə edilmişdir.
İrlandiya himni
Əsgərin mahnısı (irl. Amhrán na bhFiann) — irlandca mahnı, İrlandiya Respublikasının dövlət himni. == Müəlliflər və yaranma tarixi == Əvvəldən sözləri 1907-ci ildə Pidar Kirni (Peadar Kearney) ingilis dilində yazmışdı. Sonra, Partrik Hini ilə bir yerdə musiqi qoşulmuşdu, Layam O'Rinn (Liam Ó Rinn) sözləri irland dilinə tərcümə etmişdir. Birinci dəfə mahnının sözləri 1912-ci ildə Balmer Xobson ilə ingilis dilində "İrland azadlıqı" («Irish Freedom») qəzetində dərc olmuşdu. İrland respublikaçılar arasında, mahnı çox məşhur olmuşdu və üsyançılar Pasxa qiyamı vaxtında onu oxuyardılar, sonra da Britaniya həbsxana düşərgəsilərində. İrland dilində sözləri 1 noyabr 1923-cü ildə irland müdafiə güc jurnalında "An tÓglach" çap olmuşdu. İrlandiya dövlət himni kimi bu mahnı 1926-cı olub, Britaniyalı «God Save the King» əvəz edib. Köfnə himn, heç getmirdi təzə azad İrlandiya dövlətinə. İrlandiya himni ancaq "Əsgərin mahnısı" mahnının xorudur, hansıkın irland dilində oxuyullar.
İrlandiya Homrul hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. == Başlanğıcı və səbəbləri == Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış, bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi. 1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə, protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
İrlandiya Milli Kitabxanası
İrlandiya Milli Kitabxanası - İrlandiyanın milli kitabxanası. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. == Tarixi == 1877-ci ildə Dublində yaradılmışdır. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. Çap məhsulları, fotoqrafiya və əlyazmalar və təhsil şöbələri vardır. 1990-cı ildən elektron kitabxana yaratmağa başlamışdır. Oxucular informasiyanı avtomatlaşdırılmış kataloq vasitəsilə əldə edir. Kitabxananın sas məqsədi kitabxana fondunu istifadəçilərin tələbainə uyğunlaşdırmaqdır. İstifadə səviyyəsinə görə fond aktiv və passiv hissələrə bölünür.
İrlandiya Respublikaçı Birliyi
İrlandiya Respublikaçı Birliyi-1858-1924 illəri arasında demokratik İrlandiya Respublikasının qurulması üçün yaradılmış gizli təşkilat.
İrlandiya Respublikaçı Ordusu
İrlandiya Respublikaçı Ordusu (IRA) (irl. Óglaigh na hÉireann)—İrlandiya Respublikasının qurulması üçün yaradılmış inqilabçı yarımhərbi təşkilat. Pasxa üsyanını başladan İrlandiya Könüllülərindən yaradılan İrlandiya Respublikaçı Ordusu 1919-cu ildə təsis edilən irland parlamenti tərəfindən rəsmi ordu olaraq tanındı. Bundan sonra,İRA İrlandiya İstiqlal müharibəsində uğurlu bir şəkildə hərbi əməliyatlar təşkil edə bilmişdir. İstiqlal müharibəsini sonlandıran Anqlo-İrland sülh müqaviləsinin imzalanması ilə İRA-da ayrılıqlar meydana gəldi. Müqaviləni dəstəkləyən üzvlər İrlandiya Milli Ordusunun özəyini təşkil edirdi. Bununla belə,İRA-nın böyük bir hissəsi bu müqaviləyə qarşı çıxmışdı. Müqaviləyə qarşı çıxan İRA döyüşçüləri müqavilədən sonra yaranan İrlandiya Azad Dövlətinə qarşı İrlandiya vətəndaş müharibəsini başlatdılar. Bu müharibədə məğlub olan İRA döyüşçüləri (müqavivələyə qarşı çıxanlar) İrlandiya Azad Dövlətini və Şimali İrlandiya hökumətini devirmək üçün varlığını dəvam etdirdi.
İrlandiya 2015 Avropa Oyunlarında
İrlandiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. İrlandiya ümumilikdə 62 idmançı ilə təmsil olunub.
İrlandiya Avroviziya Mahnı Müsabiqəsində
İrlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1965-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Neapolda keçirilən müsabiqədəki debütdən sonra İrlandiya 1983 və 2002-ci illəri çıxmaq şərtilə hər il Avroviziyada iştirak etmişdir. İrlandiya Avroviziyanın ən çox uğur qazanan ölkəsidir. Ölkə iştirak etdiyi illər ərzində yeddi dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqə 7 dəfə İrlandiyada keçirilmişdir; bunlardan altısı paytaxt Dublində, biri isə Kork şəhərində baş tutmuşdur. 1972-ci ildə irland dilində səslənən mahnıdan başqa İrlandiyanın bütün Avroviziya mahnıları ingilis dilində ifa olunmuşdur. İrlandiyanın ilk Avroviziya qələbəsini 1970-ci ildə Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə qazanmışdır. 1980-ci ildə Conni Loqan "What's Another Year" mahnısı ilə ölkəyə ikinci qələbə sevincini yaşatmışdır. Növbəti dəfə İrlandiyanı Avroviziyada 1987-ci ildə özünün bəstələdiyi "Hold Me Now" mahnısı ilə təmsil etmək fürsəti əldə edən Loqan ölkəsinə ikinci, ümumilikdə isə üçüncü qalibiyyəti qazandırmışdır. İrlandiya dördüncü Avroviziya qələbəsini isə 1992-ci ildə Conni Loqanın bəstələdiyi və Linda Martinin ifa etdiyi "Why Me?" mahnısı ilə əldə etmişdir.
İrlandiya Home Rule hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. == Başlanğıcı və səbəbləri == Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış, bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi. 1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə, protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
İrlandiya Həmkarlar İttifaqları Konqresi
İrlandiya Həmkarlar İttifaqları Konqresi (ing. Irish Congress of Trade Unions) — İrlandiyanın ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Konqresin sədri Devid Beqdir. == Tarixi == İrlandiyada həmkarlar ittifaqlarının yaranması XVIII əsrə təsadüf edir. Həmin vaxtlarda bənnalar, qəssablar və müxtəlif sahələrin sənətkarları qruplaşaraq yerli təşkilatlar yaradırdılar. XIX əsrin ortalarından etibarən İrlandiya və İngiltərənin fərqli peşə sahibləri həmkarlar ittifaqlarının bünövrəsini daha da möhkəmlədirlər. Təxminən 1889-cu ildən indiki təşkilatlar yaranmağa başlayır. İlk əvvəl xüsusi fəallığı dəmiryolu və dəniz limanı işçiləri göstərirlər. Vaxt keçdikcə əhatə dairəsi daha da genişlənir və onlara bir sıra sahələrin işçiləri də qoşulurlar.
İrlandiya mətbəxi
İrlandiya mətbəxinin əsasını kelt yeməkləri təşkil edir. Onların qidalarında əsas yeri kartof və balıq tutur. Sevimli içkiləri çaydır. Onlar çayı tünd halda südlə içirlər. Ən qədim ənənələrdən biri torfda açıq halda ət qızartmaqdır. İrlandların ən sevimli yeməklərindən biri isə buğda bişirilmiş qoyunun döş ətidir. Yerli "blin"lərin dadından isə doymaq mümkün deyil. Onu hazırlayan zaman xəmirə rom və ədviyyat qatırlar. İçkilərə gəlincə, pivə və porterin (qara pivə) mütləq dadına baxmaq lazımdır. Pab deyilən məkanın da adını çəkməliyik.
İrlandiya şəhərləri
İrlandiya şəhərlərinin siyahısı.
Şimali İrlandiya
Şimali İrlandiya (ing. Northern Ireland, İrlandca: Tuaisceart Éireann) — Böyük Britaniya krallığına daxil ölkə. İrlandiya adasının şimal hissəsində yerləşir. == Haqqında == Sahəsi: 244,827 min km², (İrlandiya – 70 min km²); əhalisi: 62 mln nəfər (İrlandiya 4,2 mln nəfər) paytaxtı: London (7,6 mln nəfər) rəsmi dili: İngilis pul vahidi: funt sterling == Coğrafiyası == B.Britaniya Qərbi Avropada, Atlantik okeanla Şimal dənizi arasında eyni adlı adada yerləşir. Ölkənin qurudan yalnız İrlandiya ilə sərhəddi var. Relyefində düzənliklər üstünlük təşkil edir. Ən yüksək dağ zirvəsi: Ben Nevisdir (1343 m) Qranpian dağları. İqlimi: Mülayim dəniz iqlim tipidir. B.Britaniyanın rəsmi adı, Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığıdır. 4 tarixi ərazidən – İngiltərə, Şotlandiya, Uels, Şm.
Azərbaycan–İrlandiya münasibətləri
Azərbaycan–İrlandiya münasibətləri — Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin iyul ayının 1-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Teymur Bünyadov olmuşdur. Bu işçi qrupu 6 mart 2009-cu il tarixində yenidən yaradılmış və rəhbəri Rafael Cəbrayılov olmuşdur. 4 mart 2016-cı il tarixindən də Rafael Cəbrayılov işçi qrupunun rəhbəridir.
Böyük aclıq (İrlandiya)
Böyük aclıq və ya "İrland kartof qıtlığı" (irl. an Gorta Mór) — 1845-1849-cu illərdə İrlandiyada davam kütləvi aclıq və xəstəlik dövrü. İrland dilinin dominant olduğu qərb və cənub ərazilərinə güclü təsir göstərən bu dövr An Drochshaol olaraq tanınır (hərfi mənada "Pis həyat", ümumi olaraq isə "çətin vaxtlar" kimi tərcümə olunur). Bu dövrün ən pis ili "Qara 47" adlandırılan 1847-ci il idi. Aclıq dövründə bir milyona yaxın insanın ölməsi və daha bir milyon insanın İrlandiyadan köçməsi adanın əhalisinin 20-25%-ə qədər azalmasına səbəb oldu. İrlandiyadan kənar ərazilərdə bu hadisə bəzən İrland kartof aclığı adlanır. Aclığa "kartof küfü" adlı bitki xəstəliyinin səbəb olduğu güman olunur. 1840-cı illərdə bütün Avropadakı kartof məhsulunda özünü büruzə verən bu xəstəlik İrlandiyadan kənarda 100,000 insanın ölümünə səbəb oldu və 1848-ci ildə geniş yayılmış Avropa inqilablarına öz təsirini göstərdi. Xəstəliyin təsir gücü Viq hökumətinin 1846-cı ildən laissez-faire adlı iqtisadi siyasəti tətbiq etməsi ilə daha da kəskinləşdi. Aclığın uzunmüddətli olmasının digər səbəblərinə torpaq sahibinin mülkiyyətində yaşamaması və tək məhsuldan asılılıq daxil idi.
İrlandiya İstiqlal müharibəsi
İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi. 21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi. Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi . 1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artım oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü.
İrlandiya İstiqlaliyyət müharibəsi
İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi. 21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi. Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi . 1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artım oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü.
İrlandiya şəhərlərinin siyahısı
İrlandiya şəhərlərinin siyahısı.
İrlandiya–Türkiyə münasibətləri
Türkiyə–İrlandiya münasibətləri — İrlandiya və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. İrlandiya Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr 1972-ci ildə qurulmuşdur. İrlandiyanın Ankaradakı səfirliyi 1998-ci ildə açılır. Türkiyənin 1973-cü ildən bu yana Dublində səfirliyi var. Hər iki ölkə Avropa Şurasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) həqiqi üzvüdür, hər ikisi də Aralıq dənizi Birliyindədir və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Ayrıca İrlandiya Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu quruma üzv olmaq üçün namizəddir. == Tarix == 1840-cı illərdə İrlandiyadakı Kartof aclığı dövründə Osmanlı Sultanı Əbdülməcid kömək üçün 1000 funt bağışlamışdır. İrlandiyalıların Sultana yazdığı bir təşəkkür məktubu Osmanlı arxivində saxlanılır. Rəvayətə görə sultan əvvəlcə 10.000 funt göndərmək istəyir, lakin ingilis diplomatlar və ya öz nazirlər onu 2000 funt bağışlayan Kraliça I Viktoriyadan daha çox ianə verməkdən çəkindirdilər. Üç-beş gəminin də ərzaqla dolu göndərilməsini əmr edir.
Şimali İrlandiya konflikti
Şimali İrlandiya konflikti — XX əsrin 60-cı illərinin sonunda Şimali İrlandiyada baş verən konfliktə verilən ad. İrlandiyaya müstəqillik verildikdən sonra altı qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant ingilislərdən ibarət olan Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qaldı. Şimali İrlandiyadakı katolik azlıq 1968-ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Kütləvi iğtişaşlar başlandı. Bir il sonra hökumət Olster şəhərinə qoşun yeritdi. Buna cavab olaraq katoliklər adından çıxış edən İrlandiya Respublika ordusu yerli protestantlara və ingilis siyasi xadimlərinə qarşı partizan müharibəsinə başladı. Qarşılıqlı zorakılıq dinc əhalinin çoxlu qurbanlar verməsinə səbəb oldu. Zorakılıq Olsterdən kənara çıxdı. Londonda və başqa şəhərlərdə partlayışlar törədildi. Ölkədə fövqəladə vəziyyət elan olundu.
Yeni il İrlandiyada
İrlandiya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
İrlandiya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. İrlandiya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
İrlandiya 2018 Qış Olimpiya Oyunlarında
İrlandiya 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüşü və dağ xizəyi olmaqla 4 idman növündə 5 idmançı ilə təmsil olunacaqdır. Nümayəndə heyətinin rəhbəri Andri Stefanssondur == Millinin tərkibi == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən İrlandiya "A" kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. "A" kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri "B" kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən İrlandiya "A" kateqoriyasında 1 idmançı ilə təmsil olunacaqdır. Ölkəni Tomas Yalmar Vestiqor təmsil edəcəkdir.
İrlandiya 2021 Avroviziya Mahnı Müsabiqəsində
İrlandiya Avroviziya 2021 Mahnı Müsabiqəsində Lesli Royun "Maps" mahnısı ilə təmsil olunmuşdur.
İrlandiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
İrlandiya ilk dəfə 2015-ci ildə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etmişdir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə İrlandiyanın indiyədək qazandığı ən yaxşı nəticə 2016-cı ildə əldə etdikləri 10-cu yerdir.
İrlandiya Müasir İncəsənət Muzeyi
İrlandiya Müasir İncəsənət Muzeyi (irl. Áras Nua-Ealaíne na hÉireann) və ya qısaca IMMA — İrlandiyanın paytaxtı Dublində yerləşir. == Tarixi == İrlandiya Müasir İncəsənət Muzeyi 1991-ci ildə XVII əsrdə tikilmiş köhnə Kral mehmanxanasının binasında təşkil olunmuşdur . Binanın müasir incəsənət muzeyi üçün yenidən qurulması zamanı müasir tələblər səviyyəsində binanın daxilində eksponatların yerləşdirilməsi zamanı işıqlandırmanın lazımi səviyyədə olması üçün şüşə pillələrdən və arakəsmələrdən istifadə olunmuşdur . Muzeydə mövsümi sərgilər, teatr tamaşaları və konsertlər təşkil olunur.
İrlandiya Qırmızı Xaç Cəmiyyəti
İrlandiya Qırmızı Xaç Cəmiyyəti (ing. Irish Red Cross) — 1939-ci il iyulun 1-də 1938-ci il Qırmızı Xaç Qanununun şərtləri ilə Dublin Şəhər Xəstəxanasının tibb bacısı Elizabet O Herrin tərəfindən təsis edilmişdir. Onun konstitusiyası 1949-cu il Cenevrə Konvensiyasına, 1977 və 2005-ci ildəki İrlandiyanin da bir hissəsi olduğu əlavə protokollara (Cenevrə Konvensiyaları), İrlandiya Parlamentinin aktlarına və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının müvafiq müddəalarına əsaslanır. == Fəaliyyəti == Cəmiyyət İrlandiya Müdafiə Nazirliyi tərəfindən dəstəklənir və ümumi xərci 739.000 avroya başa gəlir. Bununla yanaşı Müdafiə Nazirliyi hər il Beynəlxalq Qırmızı Xaç Komitəsinə 130 min avro verir. Son bir neçə il ərzində təşkilat əhəmiyyətli idarəetmə və struktur dəyişikliklərini həyata keçirmişdir. 2011-ci ildə yeni idarə heyəti ilə yeni baş katib təyin olundu. Cəmiyyət könüllü olaraq təşkil edilir. İrlandiyada onların fəaliyyətlərinə dağ xilasetməsi, ictimaiyyətin ilk yardım təhsili, ictimai tədbirlərdə ilk yardım və təcili yardım xidmətlərinin təmin edilməsi, yaşlılar üçün müəyyən xidmətlər və qayğıya ehtiyacı olan digər xidmətlər daxildir. İrlandiyadan kənarda cəmiyyət təbii fəlakətlərə və münaqişə bölgələrinə reabilitasiya və humanitar xidmətlər göstərir.
İrlandiya baş nazirlərinin siyahısı
== Siyahı == == Xronoloji diaqramı == == İstinadlar == == Xarici keçidlər == "İrlandiyanın baş nazirinin rəsmi saytı". (ing.) "İrlandiya Respublikasının konstitusiyası" (PDF).
İrlandiya milli futbol komandası
İrlandiya milli futbol komandası - İrlandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
İrlandiya milli futbol komandasının het-triklərinin siyahısı
Bu İrlandiya milli futbol komandasında het-trikə imza atmış futbolçuların siyahısıdır. Buraya həmçinin Azad İrland Dövləti (1924–36) və İrlandiya (1937–52) kimi adlanan dövrlərdə vurulmuş qollar daxildir. İrlandiya Respublikasının tərkibində imza atılmış bütün het-triklər ev matçlarında vurulmuşdur. Robbi Kin millinin tərkibində ən çox, 3 dəfə het-trikə imza atmışdır.

irlandiya sözünün fransız dilinə tərcüməsi

"irlandiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#irlandiya nədir? #irlandiya sözünün mənası #irlandiya nə deməkdir? #irlandiya sözünün izahı #irlandiya sözünün yazılışı #irlandiya necə yazılır? #irlandiya sözünün düzgün yazılışı #irlandiya leksik mənası #irlandiya sözünün sinonimi #irlandiya sözünün yaxın mənalı sözlər #irlandiya sözünün əks mənası #irlandiya sözünün etimologiyası #irlandiya sözünün orfoqrafiyası #irlandiya rusca #irlandiya inglisça #irlandiya fransızca #irlandiya sözünün istifadəsi #sözlük