irsin sözü azərbaycan dilində

irsin

Yazılış

  • irsin • 77.6127%
  • İrsin • 22.3523%
  • İRSİN • 0.0350%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədəni irsin qorunması və bərpası
Mədəni irsin qorunması və bərpası — Mədəni sərvətlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və tarixi binaların xarab olmuş hissələrinin daha çox məhv olmasının qarşısını almaq üçün orijinallarına uyğun olaraq bərpa edilməsi məqsədi ilə aparılan işlərin məcmusudur. Ümumiyyətlə, dəqiqləşdirmə və sənədləşmə kimi ilkin mərhələlərdən əlavə düzəliş və qoruma kimi prosesləri də əhatə edir. Muzeyşünaslıq sahəsi olan və sənət tarixi ilə işləyən bu peşə, memarlığın magistr və doktorantura proqramlarına daxil olan və mülki və monumental daşınmaz əmlakın təmir metod və üsullarını göstərir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət götərən dövlət xidməti; == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Xidməti mədəni irsin qorunması, Azərbaycan ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Avropada YUNESKO ümumdünya irsinin siyahısı
Burada Avropada UNESCO ümumdünya irsinin siyahısı təqdim olunmuşdur. == Xarici keçidlər == UNESCO-nun Dünya İrsi Siyahısı - UNESCO rəsmi saytı. (ing.) UNESCO-nun Dünya İrs Statistikası - UNESCO rəsmi saytı.
Azərbaycan irsinin qorunması
Azərbaycan irsinin qorunması — Azərbaycanın təbii və mədəni irsinin ölkə və beynəlxalq səviyyədə qorunması. == Təbii irsin qorunması == Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış landşaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rekreasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar yaradılmışdır. Xüsusi mühafizə olunan təbiət əraziləri — xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Xüsusi mühafizə olunan təbiət obyektləri — elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır: bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi; sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı; xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması; xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; beynəlxalq əməkdaşlıq.Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur. === Qoruqlar === Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə.
Azərbaycanın mədəni irsinə qarşı müharibə (film, 2007)
Azərbaycanın mədəni irsinə qarşı müharibə qısametrajlı sənədli filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2007-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanın Qarabağ regionunun mədəni irsindən və Dağlıq Qarabağda baş verən münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında bəhs edir. == Məzmun == Film Azərbaycanın Qarabağ regionunun mədəni irsindən və Dağlıq Qarabağda baş verən münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında bəhs edir.
Cənubi Koreyadakı Ümumdünya irsinin siyası
Koreyanın Dünya İrsi Dünya Mədəni İrsinin qeydiyyat meyarlarına uyğun olaraq Dünya Mirasları Komitəsi tərəfindən qeydiyyata alınmış Koreyanın Dünya İrslərinə (Dünya Mədəni İrsi və Dünya Təbii İrsi) deyilir. UNESCO-nun Dünya İrsləri YUNESKO tərəfindən təyin olunmuş və bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin məcmusudur. 1972-ci ilin noyabrında 17-ci Baş Assambleyada qəbul edilmiş “Dünya Mədəni və Təbii İrslərinin qorunması haqqında Konvensiya”ya uyğun olaraq müəyyən edilir. Dünya irsləri, tarixi əhəmiyyət daşıyan mədəni irslərə, yer kürəsinin tarixini özündə yaxşı əks etdirən təbii irslərə və onların hər ikisinin xüsusiyyətlərini özündə cəmləşdirən kompleks irslərə bölünür. Koreya Respublikası 14 sentyabr 1988-ci ildə YUNESKO-ya üzv olmuşdur. 1995-ci ildə Bulguksa və Seokguram, Haeinsa Jangyeongpanjeon və Jongmyo Koreya üzrə ilk dəfə Dünya Mədəni İrsi olaraq qeydiyyata alınmışdır. 2007-ci ildə Cecu vulkanik adası və lava mağaraları Ümumdünya Təbii İrsi olaraq qeydə alınmış və bu günə qədər 13 mədəni və 1 təbii irsi Dünya Mirasları siyahısındadır.
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Təhlükədə olan Dünya İrsinin siyahısı
Təhlükədə olan Dünya İrsinin siyahısı (ing. List of World Heritage Sites in danger) — 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu (YUNESKO) tərəfindən yayımlanan Ümumdünya İrs Konvensiyasının 11.4-cü maddəsinə uyğun olaraq Dünya İrsi Komitəsi tərəfindən tərtib edilmişdir. Siyahının məqsədi beynəlxalq məlumatlılığı artırmaq və təhdidlərə qarşı tədbirlər görməkdir.Siyahıya əsasən ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiya çərçivəsində maliyyə yardımının ayrılması ilə Dünya İrs obyektlərinin qorunub saxlanılması üzrə əhəmiyyətli işlərin görülməsi deməkdir.Obyektin Təhlükədə olan Dünya İrsi Siyahısına daxil edilməzdən əvvəl onun vəziyyətinin qiymətləndirilməsi aparılır və iştirak edən iştirakçı dövlətlə əməkdaşlıqda düzəliş tədbirləri üçün potensial proqram hazırlanır. Yazı haqqında yekun qərar Komitə tərəfindən qəbul edilir. Siyahıdakı əmlaklar üçün komitə tərəfindən Dünya İrsi Fondundan maliyyə dəstəyi ayrıla bilər. Mühafizə vəziyyəti hər il nəzərdən keçirilir, komitə sonradan da əlavə tədbirlər tələb edə bilər, obyekt şərtləri ödəmədiyi təqdirdə ya Təhlükədə olan Dünya İrsi Siyahısından və ya Ümumdünya İrsi Siyahısından çıxarılması imkanı nəzərdən keçirilir.2019-cu ilin iyul ayından etibarən nəsli kəsilmək təhlükəsi altında olan Dünya İrsi siyahısında 53 obyekt (17 təbii, 36 Mədəni) var. YUNESKO-nun məlumatına görə, sadalanan obyektlərin 21-i ərəb dövlətlərində (onlardan 6-sı Suriyada və 5-i Liviyada), 16-sı Afrikada (bunlardan 5-i Konqo Demokratik Respublikasında), 6-sı Latın Amerikası və Karib hövzəsində, 6-sı Asiya və Sakit Okeanda, 4-ü isə Avropa və Şimali Amerikada yerləşir. Nəsli kəsilmək təhlükəsi altında olan təbii obyektlərin əksəriyyəti (12) Afrikada yerləşir. == Hal-hazırda siyahıda olan yerlər == == Daha əvvəl sadalanan yerlər == Daha əvvəl təhlükə altında olan kimi siyahıya alınmış bir sıra tikililər və yerlər var ki, daha sonradan təbiətin idarə edilməsi və mühafizəsi qənaət etdikdən sonra siyahıdan çıxarılmışdır. Everqleyds Milli Parkı 1993-2007-ci illərdə və 2010-cu ildən bəri yenidən siyahıya alındı.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi — Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə məşğul olan qurum. Mərkəz 10 may 2004-cü ildən etibarən ümummilli liderimizin zəngin irsini – çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının əsasında yaradılmışdır. == Fəaliyyəti == Mərkəzinin portalında Heydər Əliyevin fəaliyyətinin — xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. kimi sahələri geniş əhatə olub. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolar, siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün ən müxtəlif dillərdə kitablar nəşr edən nəşriyyat qrupundan ibarətdir. Mərkəz həmçinin, orijinal tədris proqramları əsasında gənc müəllimlər, ali məktəblərin magistrantları və tələbələri üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qurumları, nüfuzlu KİV orqanları, transmilli şirkətlər təşkil edir. Mərkəzin fəaliyyəti ekspertlərdən ibarət Elmi-Redaksiya Şurası tərəfindən istiqamətləndirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.63 dəfə / 1 mln.
2002 •••••••••••• 20.56
2003 ••••••••••• 18.11
2004 ••••••••••• 18.87
2005 ••••••••••••• 21.59
2006 ••••••••••••• 21.85
2007 •••••••••• 16.28
2008 ••••••••••••• 21.93
2009 •••••••••• 16.48
2010 •••••••••••• 19.43
2011 ••••••••••••••• 25.48
2012 •••••••••••• 19.45
2013 •••••••• 13.13
2014 •••••••••• 17.33
2015 •••••••••• 15.82
2016 ••••••••• 14.06
2017 •••••••• 13.01
2018 ••••••••••••• 21.72
2019 •••••••••••••••••••• 35.05
2020 •••••••••• 17.50

"irsin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#irsin nədir? #irsin sözünün mənası #irsin nə deməkdir? #irsin sözünün izahı #irsin sözünün yazılışı #irsin necə yazılır? #irsin sözünün düzgün yazılışı #irsin leksik mənası #irsin sözünün sinonimi #irsin sözünün yaxın mənalı sözlər #irsin sözünün əks mənası #irsin sözünün etimologiyası #irsin sözünün orfoqrafiyası #irsin rusca #irsin inglisça #irsin fransızca #irsin sözünün istifadəsi #sözlük