İsanın sözü azərbaycan dilində

İsanın

Yazılış

  • İsanın • 96.9512%
  • isanın • 1.8293%
  • İSANIN • 0.6098%
  • İSanın • 0.6098%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsanın dirilməsi
İsanın dirilməsi – xristianlıqda əsas doktrinlərdən biridir. Bibliya İsa Məsihin çarmıxa çəkilərək insanların günahları üçün öldüyü, dəfn olunduğu və üçüncü gün dirildiyini nəql edir. Xristianlar İsa Məsihin çarmıxa çəkildikdən sonra dirildiyinə həmişə inanmış və bunu bəşəriyyətin tarixində ən mühüm hadisə hesab etmişlər. == İstinadlar == == Mənbə == Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İsanın doğulması
İsanın doğulması və ya Doğulma hadisəsi — İsanın doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir. Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir. Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər. Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər. Ənənəvi xristian tədqiqatçılar isə İncillərdə verilən iki fərqli məlumatların bir-birinə zidd olmadığını, və onlar arasında ümumi məqamların olduğunu bildirirlər.Katolik kilsəsi mənsublarının, eləcə də digər xristian toplumlarının qeyd etdiyi doğulma hadisəsi (Milad bayramı) İsanın doğulmasının qeyd edilməsi bayramıdır.
İsanın bakirədən doğulması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir. İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbər İslamda İsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.
İsanın çarmıxa çəkilməsi
İsanın çarmıxa çəkilməsi bizim eranın birinci əsrində baş vermiş tarixi hadisədir. Əhdi-Ətiqdə verilən məlumata görə, xristian inancında Tanrının Oğlu və Məsih kimi qəbul edilən İsa, Ponti Pilatın əmri ilə həbs edilmiş, mühakimə edilmiş və nəhayət çarmıxa çəkilmişdir. İsanın əziyyətləri və çarmıxa çəkilməsi xristian teologiyasında, xilas və bağışlanma nəzəriyyələrinin əsasını təşkil edir. İsanın çarmıxa çəkilməsi dörd kanonik İncildə, Əhdi-Cədid məktublarında, bir neçə tarixi mənbədə və qeyri-xristian mənbələrində əks olunmuş tarixi hadisədir, buna görə də bu hadisənin baş verməsi şübhə doğurmayan faktdır. == Tarixilik == Müasir elmdə İsanın vəftiz edilməsi və çarmıxa çəkilməsi onun həyatı haqqında ən səhih məlumatlar hesab edilir. Məsələn, Ceyms Dann qeyd edir ki, "İsanın həyatından olan bu iki hadisə demək olar ki, bütün tədqiqatçılar tərəfindən qəbul edilir" və razılaşma, həmçinin tarixi faktlar o qədər dəqiqdir ki, bu hadisələrin baş verməsindən şübhə etmək və ya inkar etmək mümkün deyil. Bart Erman qeyd edir ki, İsanın Ponti Pilatın əmri ilə edam edilməsi, onun həyatı haqqında olan ən səhih məlumatdır. Con Dominik Krossan isə qeyd edir ki, İsanın həyatı ilə bağlı heç bir fakt onun çarmıxa çəkilməsi qədər dəqiq deyil. Eddi və Boyd qeyd edir ki, müasir dövrdə qeyri-xristian olan nə varsa İsanın çarmıxa çəkilməsini təsdiq edir. Kreyq Blumberq bildirir ki, tarixi İsanın axtarışında olan əksər tədqiqatçıların İsanın çarmıxa çəkilməsinin tarixi fakt olduğunu mübahisəsiz qəbul edirlər.
İsanın Müqəddəs Qəlbi bazilikası
İsanın Müqəddəs Qəlbi bazilikası (xorv. Bazilika Srca Isusova ) Xorvatiyanın Zaqreb şəhərində yerləşən Roma Katolik bazilikasıdır. Bazilika xorvat memarı Yanko Holyak tərəfindən neo-barokko üslubunda hazırlanmışdır. İsanın Müqəddəs Qəlbi bazilikası Zaqreb kafedralından sonra Zaqrebdəki ikinci ən böyük kilsədir. Yezuitlər tərəfindən istifadə olunur. == Tarix == Kilsənin inşası 1855-ci ildə Yezuitlərin Zaqrebə gəlməsi ilə əlaqələndirilir. Bu məqsədlə, arxiyepiskop Yuray Haulik 1860-cı ildə 60.000 qulden məbləğ verdi. Bununla birlikdə siyasi və iqtisadi şərtlər Haulikin fikri üçün əlverişli deyildi və dörd onillikdən sonra arxiyepiskop Yuray Posiloviç tərəfindən əlavə olaraq 12000 qulden pul bağışlandı. 1898-ci ildə Zaqrebin Aşağı şəhərindəki Palmotiçeva küçəsində kilsənin inşası üçün torpaq sahəsi alındı. İsanın Müqəddəs Qəlbi Bazilikası 1902-ci ildə tamamlandı və təqdis edildi.
İsanın dirilməsi (Faberje yumurtası)
"İsanın dirilməsi" (rus. “Воскресение Христово”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1894 cü ildə Karl Faberje ərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == === Sürprizi === Sürprizi yoxdur və yaxud onun özü məhz sürprizdir. Fərziyələrin birinə görə mirvarilərdənibarət olmuşdur. Kristofer Forbsa görə "İntibah"ın sürprizi ölçü ebarilə tam uyğun gələn "İsanın dirilməsi" olmuşdur. "İsanın dirilməsi" ymurtasının öz invertar nömrəsinin olması, "İntibah" ilə oxşar işləmə üslubu və hər zaman birlikdə səgilənməsi ona belə deməyə əsas vrmişdir.
İsanın ehtirasları (film, 2004)
İsanın ehtirasları (ing. The Passion of the Christ) — Mel Gibson tərəfindən çəkilən və İsanın çarmıxa çəkilməsindən bilavasitə əvvəl baş verən hadisələr haqqında olan İncil draması.Film cam duasından başlayaraq Məsihin dirilməsinin qısa təsvirinə qədər İsanın son 12 saatı haqqında bəhs edir. Filmdə, həmçinin, İsanın uşaqlıq, gənc yaşlarında anası ilə birlikdə dağlığ moizəsini verərkən, 12 həvariyunu öyrədərkən və sonuncu şam yeməyi ilə bağlı bəzi xatirələri də təsvir edilmişdir. Filmdəki dialoqlar arxa-kadr tərcümə və ya subtitrlar olmaqla tamamilə yenidən qurulmuş arami və latın dilində aparılır. Film Matera, Krako. Çineçitta və Roma şəhərlərində çəkilmişdir. == Qiymətləndirilməsi == Ekranlar çıxmazdan əvvəl də film çox mübahisələrə səbəb oldu. Filmin, xüsusilə Yaxın Şərq müsəlmanları arasında antisemitizm əhval-ruhiyyəsinə səbəb ola biləcəyinə dair narahatlıqlar var idi. Malayziya hökuməti filmin yalnız xristianlara göstərilməsinə icazə vermişdir. Bunun üçün biletlərin yalnız Malayziya Milli Yevangelist Xristian Qardaşlığının üzvləri olan xristian kilsələrində satılmasına icazə verildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.18 dəfə / 1 mln.
2003 •• 0.39
2006 ••••••••••••••• 3.15
2007 •••••• 1.27
2009 •••••••••••••••••••• 4.48
2010 ••••• 0.91
2011 •••• 0.77
2012 ••••• 1.03
2013 •••••••••••••• 2.92
2014 •••••••••••••••••• 3.95
2015 •••• 0.68
2019 0.14
2020 ••• 0.66

Oxşar sözlər

#isanın nədir? #isanın sözünün mənası #isanın nə deməkdir? #isanın sözünün izahı #isanın sözünün yazılışı #isanın necə yazılır? #isanın sözünün düzgün yazılışı #isanın leksik mənası #isanın sözünün sinonimi #isanın sözünün yaxın mənalı sözlər #isanın sözünün əks mənası #isanın sözünün etimologiyası #isanın sözünün orfoqrafiyası #isanın rusca #isanın inglisça #isanın fransızca #isanın sözünün istifadəsi #sözlük