İsaye sözü azərbaycan dilində

İsaye

Yazılış

  • İsaye • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır.İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir. === Əsas elmi əsərləri === A.I. Isayev, S.I.Mekhtieva, N.Z.Jalilov, R.I, Alekperov, Localised states in the band gap of chalcogenide glass-like semiconductors of Se–As system with Sm impurity,Solid State Communications, 149, ISS 1-2, (2009) 45 А. И. Исаев, С.Н. Гарибова ,В.З.Зейналов Алекберов Р.И., Исследование оптических параметров халькогенидной полупроводниковой системы Se-As , содержащей примеси EuF3 Физика и техника полупроводников 2011, том45, вып,8,ст.1026-1030 A.I. Isayev, S. I. Mekhtieva, N. Z. Jalilov, R.I. Ələkbərov V.Z. Zeynalov.
Aleksey İsayev
Aleksey Aleksandroviç İsayev (rus. Алексей Александрович Исаев d. 9 noyabr 1995, Krasnoyarsk) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabah klubunun rus əsilli azərbaycanlı futbolçusu.
Alik İsayev
Alik Şakir oğlu İsayev (23 fevral 2001, Xızı rayonu, Azərbaycan – 20 oktyabr 2020, Şuşa) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Şakir oğlu İsayev 2001-ci il fevralın 23-də Xızı rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstan Respublikasının Dmanisi rayonu) Hamamlı kəndindən olan Alik İsayevin ailəsi ötən əsrin sonlarında Xızı rayonunda məskunlaşıblar. Alik İsayev 2001-ci il fevralın 23-də — Xızıda anadan olub. Subay idi. == Hərbi xidməti == Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə də "Canavar" ləqəbli Alik gizirlərlə birlikdə irəli atılıb. Şuşa yolunda 32 erməni quldurunu öldürüb.
Aset İsayeva
Aset İsayeva (5 sentyabr 1915, Nadtereçnoye, Terek vilayəti – 5 mart 1971, Qroznı) — Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrının aktrisası, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti (1961), RSFSR-in əməkdar artisti (13.9.1968). == Bioqrafiyası == 5 sentyabr 1915-ci ildə Nadtereçnoe kəndin anadan olmuşdur. Ailədə ondan başqa İki oğlan və qız uşağıda var idi. Uşaqlar hələ gənc ikən ataları dünaysını dəyişir. Anası qohumları tərəfindən ərə verilir, uşaqlar isə uşaq evinə göndərilir. Bir neçə il sonra Aset kəsmə və tikiş kurslarını bitirir, sonra partiya məktəbinə daxil olur. 1931-ci ildə direktoru Səid Baduyev olan teatr studiyasına daxil olur. Burada Səid Baduyevin kiçik qardaşı, Movcinlə tanış olur. Tezliklə yaxınlarının istəklərinə qarşı olaraq onlar evlənir. Studiyanı bitirdikdən sonra Çeçenistan Dövlət Dram Teatrının truppasına qatılır.
Azər İsayev
İsayev Azər Əli oğlu () — Azərbaycanlı şəhid. == Həyatı == İsayev Azər Əli oğlu Gədəbəy rayonu, Əliismayıl kəndində anadan olub. Azər Qazaxıstanda yaşayırdı. 1990-cı ildə Azərbaycan Respublikasında yaranmış vəziyyət zamanı Azər Azərbaycana qayıtdı. Sentyabrın 2-də Azər üç yoldaşı ilə kəşfiyyata çıxmışdı. Kəşfiyyat vaxtı düşmən əsgəri ilə döyüş baş verdi. Bu Azər üçün sonuncu döyüş oldu. Ayağından və onurğa sümüyündən ağır güllə və qəlpə yaraları alan Azəri ilkin əməliyyatdan sonra helikopterlə Bakıya gətirdilər. Oktyabrın 6-da Azər həyatını itirdi. == Hərbi xidməti == Azərbaycana qayıtdıqdan sonra tankçı olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarıda qoşulmaq istəyib.
Ceyhun İsayev
Ceyhun Rüstəm oğlu İsayev (26 oktyabr 2001; Gültəpə, Quba rayonu, Azərbaycan — 26 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun İsayev 26 oktyabr 2001-ci ildə Quba rayonunun Gültəpə kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Quba rayon Gültəpə kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə Quba Tibb Kollecinə daxil olsa da, təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Ceyhun İsayev 2019-cu ilin 27 oktyabr tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq iştirak etmişdir. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun İsayev 26 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Daşdəmir İsayev
Daşdəmir Qəhrəman oğlu İsayev (Дашдамир Гахраман оглы Исаев) — iqtisad elmi üzrə Рrofessor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi. Daşdəmir Qəhrəman oğlu Isayev 30 dekabr 1936-cı ildə anadan olmuşdur. O, 1957-ci ildə Gəncə Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1959-cu illərdə Qırmızı Azərbaycan adına Gəncə Mahud fabrikasında usta köməkcisi və usta işləməklə yanaşı, fabrikanın partiya təşkilat katibi vəzifəsində də calışmışdır. Azərbaycan KP Gəncə Şəhər Komitəsi onu qabaqcıl istehsalatçı və partiya işçisi kimi 1959-cu ildə Dörd-illik Bakı Ali Partiya Məktəbinə oxumağa göndərmişdir. Həmin məktəbi 1963-cü ildə bitirərək ali və ali siyasi təhsil almış, öz istəyi və arzusu ilə Gəncə Dövlət Pedaqoji İnstitutunda siyasi iqtisad müəllimi işləməyə başlamışdır. 1966-1970-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutun qiyabi aspirantı olmuş, siyasi iqtisad ixtisası üzrə 1970-ci ildə namizədlik və 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildə dosent və 1993-cü ildə professor elmi adlarını almışdır. D. İsayev 1964-1971-ci illərdə baş müəllim işləməklə yanaşı, İnstitut partiya komitəsi katibinin müavini və yerli komitəsinin sədri vəzifələrində də calışmışdır. Azərbaycan KP Mərkəzi Komitəsinin katibliyinin Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1972-ci il aprelin 18-də keçirilən iclasında D. İsayev siyasi iqtisad kafedrasının müdiri təsdiq edilmişdir.
Elbrus İsayev
Elbrus Saleh oğlu İsayev (7 oktyabr 1979, Naxçıvan) — Naxçıvan Dövlət Universitetinin rektoru, "Beynəlxalq münasibətlər" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == •1998–2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. •2001–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. •2000–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir. •2000–2005-ci illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
Elvin İsayev
Elvin İsayev (14 iyun 1992) — Azərbaycanı təmsil edən boksçu. == Həyatı == Elvin İsayev 1992-ci il iyunun 14-də anadan olub. == Karyerası == Elvin İsayev 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Elvin İsayev Sinqapur Olimpiadasında birinci görüşündə Monqolustan nümayəndəsi Anand Daşdorj ilə üz-üzə gəldi. Nəticədə Elvin İsayev rəqibinə 14:2 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Fradimil Masayo oldu. Həmin görüşdə Elvin İsayev 10:6 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Artur Bril oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin İsayev rəqibinə 4:11 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Feyruz İsayev
Feyruz Abdul oğlu İsayev (1 sentyabr 1952, Göyçay) — tarix elmləri namizədi, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı, "Arch-Petrol" şirkətini təsisçisi, Moldovanın neft məhsulları bazarının lider olan "Lukoyl" şirkətinin rəhbəri. == Həyatı == Feyruz İsayev 1952-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. 1977-ci ildə Odessa Dəniz Donanması mühəndisləri institutunu bitirib. Gəmiqayırma zavodunda texnik-konstruktor kimi əmək fəaliyyətinə başlayıb. 1982–1985-ci illərdə Azərbaycan LKGİ MK katibi vəzifəsində işləyib. Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir. == Fəaliyyəti == Feyruz İsayev İsmayıllı rayonunda birinci katib, daha sonra 1990–1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı olub.
Fikrət İsayev
Fikrət Kamal oğlu İsayev — Professor, Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fikrət İsayev 1935-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olmuşdur. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu və N.Tusi adına ADPU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olub (1956-1959). Həmin institutda kiçik elmi işçi, baş elmi işçi işləyib (1959-1969). 1964-cü ildən həmin institutun professorudur. 1985-ci ildə Sankt-Peterburq Politexnik İnstitutu Elmi Şurasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 120-dən çox elmi işin, bir neçə müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 8 nəfər namizədlik, 1 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Hazırda Azərbaycan Tibb Universitetində işləyir.
Fəxrəddin İsayev
Fəxrəddin İsayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Fəxrəddin İsayev (şəhid) — 20 yanvar şəhidi.
Fəxrəddin İsayev (alim)
Fəxrəddin Qurban oğlu İsayev (18 yanvar 1954, Saral, Hamamlı rayonu – 16 yanvar 2017) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fəxrəddin İsayev Qurban oğlu 18 yanvar 1954-cü ildə Ermənistanın Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə Saral orta məktəbində təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1974-cü ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetine göndərilmiş və 1976-cı ildə oranı fərqlənmə diplomu ilə bitirniçdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna fəaliyyətə başlamışdır. 1981-ci illərdə Moskva Dövlət Universitetin aspiranturasını bitirərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1987-ci illərdə yenə orada müdaiə edərək fizikarRiyaziyyat elmləri doktoru alimlik dərəcəsi aləb. 1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının baş elmi işçi vəzifəsində işləməyə başlayıb, 1989-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin olunur. Dəfələrlə Almaniyanın Karlsruhe Universitetində elmi ezamiyyətlərdə olub. 14 xarici ölkədə 30 beynəlxalq elmi konfransda elmi məqalə ilə çıxış edib.
Fəxrəddin İsayev (riyaziyyatçı)
Fəxrəddin Qurban oğlu İsayev (18 yanvar 1954, Saral, Hamamlı rayonu – 16 yanvar 2017) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fəxrəddin İsayev Qurban oğlu 18 yanvar 1954-cü ildə Ermənistanın Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə Saral orta məktəbində təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1974-cü ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetine göndərilmiş və 1976-cı ildə oranı fərqlənmə diplomu ilə bitirniçdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna fəaliyyətə başlamışdır. 1981-ci illərdə Moskva Dövlət Universitetin aspiranturasını bitirərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1987-ci illərdə yenə orada müdaiə edərək fizikarRiyaziyyat elmləri doktoru alimlik dərəcəsi aləb. 1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının baş elmi işçi vəzifəsində işləməyə başlayıb, 1989-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin olunur. Dəfələrlə Almaniyanın Karlsruhe Universitetində elmi ezamiyyətlərdə olub. 14 xarici ölkədə 30 beynəlxalq elmi konfransda elmi məqalə ilə çıxış edib.
Fəxrəddin İsayev (şəhid)
Fəxrəddin İsayev (tam adı: Fəxrəddin Xudu oğlu İsayev; 21 mart 1963, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Fəxrəddin İsayev 1963-cü ilin 21 mart tarixində Bakı şəhərində, Biləcəri qəsəbəsində anadan olmuşdur. 1985-ci ildə, 22 yaşında olarkən, azərbaycanlı xanıma sataşan erməni zabitlə mübahisə zamanı onu bıcaqla qətlə yetirmiş, tutularaq bir müddət azadlıqdan məhrum edilmişdir.Azadlığa çıxdıqdan sonra Cənubi geologiya idarəsində sürücü işləyirdi. Azadlıq hərəkatına ilk günlərdən qoşulmuş, ömrünün sonuna kimi orada fəaliyyət göstərmişdir.Nişanlı idi. Özündən başqa üç bacısı, bir qardaşı var idi: Elmira, Gülnarə, Adil, Sevinc. Atası Xudu Bədirxan oğlu İsayev Yardımlı rayonunun Alçabulaq kəndində doğulmuş, Böyük Vətən müharibəsinin iştirakçısı, əmək veteranı olmuşdur. == Qanlı Yanvar faciəsi == 19-dan 20-nə keçən gecə təxminən saat 24 radələrində evdən çıxmış, XI Qızıl Ordu meydanına getmişdir. Dinc əhaliyə qarşı silahlı basqın olunanda Fəxrəddin yaralıların bir qisminə kömək etmiş, onları imkan daxilində təcili yardım maşını ilə Respublika Xəstəxanasına daşımışdır. Belə daşımaların birində təcili tibbi yardım maşını XI Qızıl Ordu meydanında, qəzet köşkünün yaxınlığında atəşə məruz qalmış, Fəxrəddin baş, sinə və qarın nahiyəsindən güllə yarası almışdır.Sabahısı gün meyidini qardaşıSemaşko adına xəstəxananın meyidxanasından tapmışdır. Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Hamlet İsayev
Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani rayonu) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır. Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və ilk rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s. 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. == Həyatı == Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi.
Heydər İsayev
Heydər İsa oğlu İsayev (1936, Naxçıvan – 18 oktyabr 1999, Bakı) — Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988–1991), 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi (1980–1981). Azərbaycan SSR və SSRİ Ali sovetinin deputatı. Geologiya-mineralogiya elmləri namizədi, alim. == Həyatı == Heydər İsayev 1936-cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. 1954-cü ildə Naxçıvan şəhər 6 nömrəli orta məktəbi bitirib. 1959-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib. 1962-ci ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunun problem laboratoriyasında mühəndis vəzifəsinə təyin olunub. 1964-cü ildə institutun əyani aspiranturasına qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq namizədlik dissertasiyasını uğurla müdafiə edib (1966). Geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər İsayev Moskvada fransız dili kursunu bitirdikdən sonra Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali məktəbdə əvvəlcə müəllim kimi çalışır, sonra geologiya və neft kafedrasına rəhbərlik edir.
Mürsəl İsayev
Mürsəl İsayev (tam adı: İsayev Mürsəl Məhəmmədhüseyn oğlu; 1 yanvar 1949, Xok, Noraşen rayonu) — 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri. == Həyatı == İsayev Mürsəl Məhəmmədhüseyn oğlu 1 yanvar 1949-cu ildə Şərur rayonunun Xok kəndində anadan olub. 1973-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1986-cı ildə SSRİ Daxili işlər Nazirliyinin Ali Milis Akademiyasının Rostov filialını bitirmişdir. == Fəaliyyəti == 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi sistemində bir sıra məsul vəzifələrdə, o cümlədən 1988-ci ildən Naxçıvan şəhər daxili işlər şöbəsinin rəisi,1989-cu ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi cinayər axtarış şöbəsinin rəisi,1993-cü ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirinin müavini vəzifələrində çalışmışdır. 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri olmuşdur. 2001-ci ildən istifedadır.1995-ci ildən olan polis general-mayorudur. == Təltif və mükafatları == SSRİ-nin əməkdar çekisti-1986. Azərbaycan Respublikasının "əlaçı polis işçi", == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Müşfiq İsayev
Müşfiq İsayev (azərb. İsayev Müşfiq Ağaəli oğlu‎; 1966, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Müşfiq İsayev 1968-ci ildə Bakı şəhərində anadan olub. O, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayevin kiçik qardaşı idi. Hadisə baş verən vaxt Müşvfiq hərbi xidmətdən 5 ay əvvəl qayıdıb. "Sağlamlıq" kooperativində işləyirdi. Hadisə gecəsi evdə oturmaq istəməyən Müşfiq Gənclik metrosunun yaxınlığına gəlir. Dostu Elxanın dediklərindən: == Ünvan == Bu ünvanda yaşayıb: Bakı, Naxçıvanski küçəsi, ev 27, mənzil 89. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == Qulu Kəngərli.
Məqsəd İsayev
Məqsəd Müzəffər oğlu İsayev (7 iyun 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Məqsəd İsayev 1994-cü ildə Bakıda anadan olmuşdur. Məqsəd 9 yaşı olarkən Əli Abuzərovun rəhbərliyi altında Bakı olimpiya idman liseyində futbolla məşğul olmağa başlamışdır. O, beş il bu liseydə təhsil almışdır. Məqsəd Tiflisdə yerləşən rus-gürcü müasir humanitar universitetinin idarəetməsinin fakultəsinin tələbəsi olmuşdur. == Klub karyerası == === Çempionat === Məqsəd İsayev Neftçi Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasına 2009-cu ildə Neftçi klubunun gənclərdən ibarət U-17 millisində başlamışdır. İki il burada çıxış etdikdən sonra Neftçi Bakı klubunun əvəzedici komandasına keçmişdir. Məqsəd 2013-cü ildən Neftçi Bakı klubunun əsas heyətinin oyunçusudur.
Məzahir İsayev
Məzahir Məhəmməd oğlu İsayev (12 avqust 1958, Bəzirxana, Kəlbəcər rayonu) — texnika elmləri doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri. == Həyatı == İsayev Məzahir Məhəmməd oğlu, 12 avqust 1958-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin institutun "Avtomatika və Telemexanika" ixtisasını bitirərək təyinatla Sumqayıt şəhərində "Neftqazavtomat" Elmi İstehsalat Birliyində mühəndis kimi işə başlamışdır. 1984-cü ildə həmin institutun qiyabi aspiranturasına daxil olmuş və 1998-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, 2006-cı ildən dosentdir. 1995-ci ilə qədər həmin institutda kiçik elmi işçi və elmi işçi vəzifələlərində işləmişdir. 1995-ci ildə Bakı şəhərinə "Sənayeavtomatika" İstehsalat Birliyində Xüsusi Konstruktor Bürosuna aparıcı konstruktor vəzifəsinə işə qəbul edilərək 1999-cu ilə qədər həmin müəssisədə işləmişdir. 1999-cu ildən 2000-ci ilə dək Azərbaycan MEA-nın Kibernetika İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələlərində çalışmışdır. 2000-ci ildən 2001-ci ilə qədər Dövlət Əmlak Nazirliyində baş mütəxəssis vəzifəsində işləmişdir. 2002-ci ildən 2003-cü ilə kimi Azərbaycan MEA-nın Kibernetika İnstitutunda böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən 2009-cu ilə qədər MSK nəzdində "Seçkilər" İnformasiya mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir.
Nadir İsayev
Nadir İsayev - Qarabağ müharibəsi iştirakçısı, şəhid. Nadir Mikayıl oğlu İsayev 20 oktyabr 1964-cü ildə Laçın rayonunun Vağazin kəndində anadan olmuşdur. 1981-ci ildə Vağazin kənd orta məktəbini bitirdikdən sonra Bakı Neft Texnikumuna daxil olmuşdur. 1983-cü ildə hərbi xidmətə gedib, sonra isə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Laçın rayonuna ermənilərin hücumu zamanı Vağazin kəndinin müdafiəsində iştirak edib və 1992-ci il may ayının 24-də ermənilərlə döyüşdə əmisi Baxşəli İsayevlə birlikdə şəhid olmuşdur. Ermənilər kənddən çıxarıldıqdan sonra Vağazin kəndində dəfn olunmuşdur, subay idi.
Nailə İsayeva
Nailə İsayeva (29 may 1947, Quba – 3 aprel 2021, Bakı) — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru (2000–2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universitetinin həmtəsisçisi (2012), Xəzər universiteti Direktorlar və Qəyyumlar Şurasının humanitar və təşkilati işlər üzrə müşaviri (2010-cu ildən başlayaraq) və mahnı bəstəçisidir. == Həyatı və karyerası == Nailəxanım Əsgərli 1947-ci il may ayının 29-da Azərbaycan SSR, Quba şəhərində anadan olmuşdur. Atası İsmayıl Əsgərli Qubalıdır, maliyyəçi olub, məsul vəzifələrdə çalışmışdır. Anası Bilqeyis xanım Şəmkirlidir (Şamxorludur), Əli Bayramov adına qadınlar klubunun fəal üzvü olmuş, Quba rayonunda qadınlar arasında ictimai iş aparmış, Respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Nailəxanım Bakıda Bakıda məktəb təhsilinə başlamış (1954), paralel olaraq musiqi məktəbində, fortepiano sinfində oxumuşdur. Orta məktəbin son sinfini Qubada rus məktəbində oxumuş, məzun olmuşdur (1965). Ümumtəhsil məktəbi ilə yanaşı musiqi məktəbində, fortepiano sinfində təhsil almışdır. Quba Musiqi Məktəbində müəyyən fasilələrlə fortepiano sinfi üzrə müəllim vəzifəsində çalışmışdır (1963-1966). Hamlet İsayev (İsaxanlı) ilə nişanlanmış (01.01.1970), evlənmiş, Bakı və Gürcüstanda toyu olmuşdur (24-26.11.1970). M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (sonra M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu`nda (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır (1971-1975).
Rahət İsayev
Rahət Rafət oğlu İsayev (26 dekabr 2000, Əliabad, Biləsuvar rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahət İsayev 2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad kənd tam orta məktəbdə təhsil alıb. Sabirabad Dövlət Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Subay idi. == Hərbi xidməti == Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi. Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
Rauf İsayev
Rauf İsayev (tam adı: İsayev Rauf Soltanməcid oğlu; 25 sentyabr 1962, Göyçay – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Rauf İsayev Məişət kondisioneri zavodunda çilingər işləmişdir. 20 yanvar faciəsindən sonra iki qız övladı yadigar qalıb. Qanlı şənbə günü təxminən saat 24 radələrində evdən çıxıb. Salyan qazarmasının qabağında əsgərlər silahsız adamlara atəş açanda alnından yaralanıb. Mərkəzdən qaçan güllə mərhumun baş-beyin nahiyəsini tamamilə dağıtmışdır. Atası vəfat edib, anası əmək əlilidir. Qardaşı Yaşar anası ilə birlikdə Göyçayda yaşayır. Mərhum Göyçaydakı Əli Kərim adına parkda dəfn edilmişdir.

"isaye" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#isaye nədir? #isaye sözünün mənası #isaye nə deməkdir? #isaye sözünün izahı #isaye sözünün yazılışı #isaye necə yazılır? #isaye sözünün düzgün yazılışı #isaye leksik mənası #isaye sözünün sinonimi #isaye sözünün yaxın mənalı sözlər #isaye sözünün əks mənası #isaye sözünün etimologiyası #isaye sözünün orfoqrafiyası #isaye rusca #isaye inglisça #isaye fransızca #isaye sözünün istifadəsi #sözlük