İsaza sözü azərbaycan dilində

İsaza

Yazılış

  • İsaza • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağa Əhməd İsazadə
Əhməd İsazadə — əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru, professor. Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir. == Həyatı və yaradıcılığı == 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edəndən sonra Ə. Isazadə xalq musiqi janrlarının toplanılması, notlaşdırılması və tədqiqi məsələlərinə ciddi elmi maraq göstərir.Azərbaycanın bölgələrini gəzib, xalq musiqisi nümunələrini, folklor mahnı və rəqslərini lentə almaq, nota yazmaq , sistemləşdirmək, elmi-nəzəri təhlil etmək kimi məsələlər, demək olar ki, musiqişünaslığın diqqətindən kənarda qalmışdı. Bцyьk sənətkar Bьlbьlьn rəhbərliyi ilə bu sahədə uzun illər uğurlu fəaliyyət göstərən Elmi-Tədqiqat Musiqi Kabineti (ETMK) 1940-cı illərin əvvələrində fəaliyyətini dayandırandan sonra xalq musiqisinin toplanılması və notlaşdırılması işində durğunluq, boşluq yarandı. 1960-cı illərdə Ə. İsazadənin bu sahədə məqsədyönlu işə başlaması və musiqişünasları, bəstəkarları da bu işə cəlb edə bilməsi, tədricən həmin boşluğu aradan qaldırdı. O, 1960-cı illərin ikinci yarısından etibarən Azərbaycanın, demək olar ki, bütün bölgələrinə – Qarabağ (Şuşa, Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), Lənkəran, Astara, Masallı, Sabiribad, Salyan, Quba, Dəvəçi, Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, Naxçıvan, Şərur və başqa folklor ekspedisiyalarına gedərək, yüzlərlə folklor, nümunələri toplamış, nota yazmış, bölgələrdəki xalq musiqi ifaзıları haqqında dəyərli informasiyalar əldə etmiş, yeni xalq зalğı alətləri nümunələri tapmışdır. 1960-1980-ci illərdə məqsədyönlü şəkildə aparılan folklor ekspedisiyalarının nəticəsində Ə. İsazadə mətbuatda elmi-məlumat xarakterli məqalələrlə çıxış etmiş, orijinal materiallarla oxucuları tanış etmiş, istedadlı və peşəkar xalq musiqiзiləri haqqında elmi-publisist məqalələri ilə onları ictimaiyyətə tanıtmışdır. Toplanmış qiymətli materiallar əsasında Ə. İsazadə ümumittifaq (SSRİ) səviyyəli elmi-tədbirlərdə məruzələr etmiş, elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirmişdir. Alminin bu fəaliyyəti sayəsində institutda folklor arxivi yaranmış, həmin ekspedisiyalardan əldə edilmiş xalq musiqisi nümunələri əsasında Ə. Isazadə bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət "Azərbaycan xalq mahnı və oyun havaları" adlı folklor toplusu tərtib etmiş və bu toplular nəşr olunmuşdur (1975,1984). Məhz institutdakı belə bir fəaliyyət nəticəsində burada müstəqil şöbə – xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi yaradılmış və Ə. İsazadə şöbəyə müdir seçilmişdir.
Həsən İsazadə
Həsən İsazadə (25 dekabr 1912, Qazax) — tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, tədris işləri üzrə prorektoru, polkovnik, əməkdar həkim, əməkdar elm xadimi, SSRI-nin tibb əlaçısı, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədr müavini, Səhiyyə Nazirliyinin baş kardioloqu, eləcə də nazirliyin Terapiya üzrə Attestasiya Komissiyasının sədri, Azərbaycan elmi terapevtik cəmiyyətinin sədri olmuşdur. Azərbaycanın korifey kardioloqlarındandır. Bir sıra dövlət mükafatları və medallar ilə təltif edilmişdir. == Həyatı == Həsən İsazadə 1912-ci il dekabrın 25-də Qazax şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya gələn Həsən orta məktəbi əla qiymətlərlə bitirir. 1929-cu ildə Azərbaycan Tibb İnstitutuna (indi Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1936-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Bir müddət təyinatla Qubadlı, Zəngilan və Biləsuvar rayonlarında baş həkim kimi çalışır. Böyük Vətən müharibəsi illərində cəbhəyə yollanan Həsən İsazadə çox keçmədən İranda Sovet ordusuna məxsus hərbi hospitalın rəisi təyin edilir. Həsən İsazadə 1946-cı ildə Bakıda 1 saylı şəhər Kliniki Xəstəxanada (keçmiş "Semaşko" adına xəstəxana) baş həkimin müavini vəzifəsində fəaliyyətə başlayır və eyni zamanda ATİ-nin pediatriya fakültəsinin Daxili xəstəliklər kafedrasında assistent olur. O zaman həmin kafedraya Cahangir Abdullayev rəhbərlik edirdi.
Səfa İsazadə
Səfa Əmirxan oğlu İsazadə (d. 17 may 1999; Xaçmaz, Oğuz rayonu, Azərbaycan — ö. 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur. == Hərbi xidməti == Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Madagizin azad edilməsində qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Oxşar sözlər

#isaza nədir? #isaza sözünün mənası #isaza nə deməkdir? #isaza sözünün izahı #isaza sözünün yazılışı #isaza necə yazılır? #isaza sözünün düzgün yazılışı #isaza leksik mənası #isaza sözünün sinonimi #isaza sözünün yaxın mənalı sözlər #isaza sözünün əks mənası #isaza sözünün etimologiyası #isaza sözünün orfoqrafiyası #isaza rusca #isaza inglisça #isaza fransızca #isaza sözünün istifadəsi #sözlük