isbat sözü azərbaycan dilində

isbat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • isbat • 90.7816%
  • İsbat • 8.4168%
  • İSBAT • 0.8016%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Riyazi isbat
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
İlqar İsbatov
İlqar Aydın oğlu İsbatov — Bakı Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar memarı. == Həyatı == İlqar İsbatov 4 sentyabr 1964-cü ildə anadan olmuşdur. 1987-ci ildə Moskva Memarlıq İnstitutunun şəhərsalma fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin Baş Planını işləyib hazırlayan emalatxanada işə başlayıb. Fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlayıb və həyata keçirib. 13 fevral 2008-ci ildə İ.İsbatov Bakı Dövlət Layihə İnstitutuna direktor vəzifəsinə təyin edilib. Bir çox layihələrin hazırlanmasında bilavasitə iştirak edib. Neftçilər və İstiqlaliyyət küçələrindəki binaların fasadlarının yenidən qurulmasında, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov küçələrindəki yaşayış komplekslərinin layihələndirilməsində, FHN Akademiyasının təhsil korpusunun, Qəbələ İcra Hakimiyyətinin inzibati binasının, 132-134, 6 və 18 sayli məktəblərin, Nizami küçəsində ticarət mərkəzinin, yüksək mərtəbəli ofis binasının və s. layihələrin hazırlanmasına rəhbərlik edib və müəllifi olub. Baki Dövlət Layihə İnstitutu 2009, 2010-cu illərin nəticələrinə görə MDB ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi olub, İlqar İsbatov isə 2011-ci ilin nəticələrinə görə ən yaxşı layihə təşkilatı rəhbəri adına layiq gorülüb. 2009, 2010, 2011-ci illərdə ölkədaxili və MDB məkanında keçirilən ilin ən yaxşı layihələri və tikintisi nominasiyaları üzrə müsabiqələrin qalibi və laureatı olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.58 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••• 1.57
2004 •••••••••••••• 2.36
2005 •••••••• 1.35
2006 •••• 0.68
2007 •••• 0.63
2008 ••• 0.49
2009 •••••• 0.96
2010 •••••••••• 1.54
2011 ••••••••• 1.46
2012 •••••••••• 1.63
2013 •••••••••••••••• 2.63
2014 •••••••••••••••• 2.57
2015 •••••••••• 1.70
2016 •••••••• 1.21
2017 ••••••• 1.14
2018 •••••••• 1.35
2019 ••••••••• 1.53
2020 •••••••••••••••• 2.65

isbat sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Sübut; əsaslandırma, sübut etmə. Ey Füzuli, mən qənaət mülkünün sultanıyam; Səltənət isbatı əynimdə pəlasifəqr bəs. Füzuli. Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası abi-həyatın? Aşıq Ələsgər. □ İsbat etmək (eləmək) – sübut etmək. Yalanı kürsüyə mindirir qəni; Ac eyləyə bilməz doğrunu isbat. Q.Zakir. İndi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə. C.Məmmədquluzadə. Çox ömr eləyib, çox da hünər etmişəm isbat; Bu dari-cahanda. M.Ə.Sabir. İsbat olmaq – sübut olmaq, sübuta yetmək. İsbat olunmaq – sübut olunmaq. İsbata yetirmək – sübut etmək, qəbul etdirməyə çalışmaq. …[Xanpəri] dəlil-sübut gətirir, dediklərini isbata yetirir, sözlərini doğruluğa çıxarırdı. Ə.Vəliyev. İsbata keçməmək – sübuta yetməmək, sübut edilə bilməmək, qəbul olunmamaq. Ərzə verdik keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani. İsbati-vücud köhn. – varlıq, varlığını göstərmə, mövcud olduğunu göstərmək üçün bir yerdə görünmə. [Fərhad:] Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi. C.Cabbarlı. İsbati-vücud etmək köhn. – şəxsən olmaq, iştirak etmək. Hər bir ziyafətdə Mirzə Səfər isbativücud edərdi. Ə.Haqverdiyev. Qarabağ pambıq bəylərinin, demək olar ki, hamısı bu məclisdə isbati-vücud edirdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / isbat

isbat sözünün etimologiyası

isbat sözünün sinonimləri (yaxın mənalı sözlər)

isbat sözünün rus dilinə tərcüməsi

  • 1 доказательство, довод

    Azərbaycanca-rusca lüğət / isbat
  • 2 сущ. мат. доказательство (система умозаключений, путем которых выводится новое положение). Bu teoremin bir neçə isbatı var эта теорма имеет несколько доказательств; isbat edilmə доказывание; isbat etmək доказывать, доказать, приводить, привести доводы, подкреплять, подкрепить доказательствами; isbat olunmaq (edilmək) доказываться, быть доказанным; isbata yetirmək доказывать, доказать; isbata keçməmək не подтвердиться

    Azərbaycanca-rusca lüğət / isbat

isbat sözünün inglis dilinə tərcüməsi

isbat sözünün fransız dilinə tərcüməsi

isbat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. успат, субут; успат авун, субут авун, бинеламишун; isbat etmək (eləmək) успат авун, субут авун, успатун, субутун; isbat olmaq успат хьун, субут хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / isbat

isbat sözünün türk dilinə tərcüməsi

isbat sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – önə sürülən bir şeyin həqiqətini göstərməkdə izlənilən təfəkkür müddəti. Sübut etməkdə önə sürülən şey.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) sübut etmə, təsdiq etmə; 2) dəlil, sübut. İsbati-vücud özünü təsdiqləmə; iştirak etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

sübut, əsaslandırma, sübut etmə.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"isbat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#isbat nədir? #isbat sözünün mənası #isbat nə deməkdir? #isbat sözünün izahı #isbat sözünün yazılışı #isbat necə yazılır? #isbat sözünün düzgün yazılışı #isbat leksik mənası #isbat sözünün sinonimi #isbat sözünün yaxın mənalı sözlər #isbat sözünün əks mənası #isbat sözünün etimologiyası #isbat sözünün orfoqrafiyası #isbat rusca #isbat inglisça #isbat fransızca #isbat sözünün istifadəsi #sözlük