İSF sözü azərbaycan dilində

İSF

Yazılış

  • İSF • 72.7273%
  • İsf • 9.0909%
  • isf • 9.0909%
  • iSf • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Addulla xan İsfahani
Abdulla xanHacı Məhəmmədhüseyn xan oğlu Əminüddövlə (?-?)—İki dəfə Qacarlar dövlətinin baş naziri olmuş ictimai və dövlət xadimi. == Həyatı == Abdulla xan Hacı Məhəmmədhüseyn xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Birinci dəfə atası Hacı Məhəmmədhüseyn xan İsfahanindən sonra Qacarlar dövlətinin baş naziri olmuşdu.
Atəşgah (İsfahan)
Atəşgah dağı kimi də məşhur olan Atəşgah İranın İsfahan və Xomeynişəhr bölgələrində yerləşir. Sasanilər dövrünə aid olan bu abidə kompleksi tarixin müxtəlif dövrlərində istismar edilmişdir. Abidənin original və tarixi adı “Mehrbin binası”, “Mehrbin Qalası” və ya “Mehrbin Atəşgahı” olsa da, hazırda yerli əhali arasında “Atəşgah” və ya “Marbin Qalası” kimi məşhurdur. == Yerləşmə == Atəşgah tarixi kompleksi İsfahanın qərbində, şəhər mərkəzindən 8 km məsafədə, “Atəşgah” küçəsində və Xomeynişəhr şəhərinin cənub hissəsində yerləşir. Atəşgah Zayəndərud çayının sahilində, dağ zirvəsində qərar tutur. Bu dağdan isə şəhərin hər bir tərəfinə gözəl panoram açılır. == Memarlıq xüsusiyyətləri == İsfahan ostanının Xomeyni şəhr rayonunun “Marbin” bölgəsində yerləşən abidə avestaşünas alim Williams Jacksonun diqqətini çəkmiş və elmi tədqiqat obyektinə çevrilmişdir. === Binanın tikinti xüsusiyyətləri === Bina kərpic laylardan tikilmişdir. Tikilinin möhkəm olması üçün isə hər iki kərpic qatının arasına çaydan gətirilmiş nazir qamış laylar döşənmişdir. Kərpicdən tikilmiş böyük bünövrə təxminən atəşgahın yerləşdiyi təpənin ortalarından başlayıb, yuxarı hissələrdə dayanıqlı sütunlara çevrilir.
Ağamirək İsfahani
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Aşıq İsfəndiyar Rüstəmov
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü. == Həyatı == İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır.1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb. 1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb.
Babaqasım Məqbərəsi (İsfahan)
Babaqasım Məqbərəsi İranın İsfahan şəhərində yerləşən Azərbaycan Elxanilər dövləti zamanına aid olan tarixi abidədir.Abidə 23 dekabr 1931-ci ildə 1000 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli abidəsi kimi qeydiyyata alınmışdır.
Baharistan (İsfahan)
Baharistan — İranın İsfahan ostanının İsfahan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,538 nəfər və 12,769 ailədən ibarət idi.İsfahanın 20 km cənub-şərqində yerləşən yeni planlaşdırılmış şəhərdir.
Candaroğlu İsfəndiyar bəy
Candaroğlu İsfəndiyar bəy (v. 26 fevral 1440, Sinop) — 8. Candaroğulları bəyi. Candaroğulları bəyliyinin bəzi mənbələrdə İsfəndiyaroğulları adıyla anılmasına, bu bəyin yarım əsrə yaxın davam edən hakimiyyəti səbəb olmuşdur. == Həyatı == Atası Candaroğlu Bəyazid bəydir. Uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur. Ancaq bəyliyi ələ almadan öncə Kastamonuda vali olaraq fəaliyyət göstərdiyi, Qazi Burahnəddinə qarşı Amasya hakimi Əhməd bəyə 1382-1385-ci illərdə bir neçə dəfə hərbi dəstək verdiyi bilinir. Qardaşı Süleyman bəyin Osmanlıların dəstəyini alaraq taxt uğrunda ayaqlanmasının ardından Amasyadakı hərbi əməliyyatları dayandıraraq dərhal Sinop qalasına sığınan atasının yanına gəldi. Atasının birlikləriylə Kastamonuya hücum etsə də, Osmanlıların müdaxiləsiylə geri çəkildi. Toqquşmaların sıxlaşdığı bir vaxtda atası Bəyazid bəy Sinopda vəfat etdi və o əsnada yanında olan İsfəndiyar bəy hakimiyyəti ələ aldı.
Dövlətabad (İsfahan)
Dövlətabad — İranın İsfahan ostanının şəhərlərindən və Borxar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 33,941 nəfər və 8,661 ailədən ibarət idi.
Fəzli İsfahani Xuzani
Fəzli İsfahani Xuzani (fars. فضلی اصفهانی خوزانی‎; 1592 – XVII əsr) — İran zadəganı, tarixçisi. O, Səfəvi xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindustanda moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.
Hacı Məhəmmədhüseyn xan İsfahani
Hacı Məhəmmədhüseyn xan İsfahani (?-?)—Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra Qacarlar dövlətinin baş naziri, Sədri. == Həyatı == Hacı Məhəmmədhüseyn xan İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunmuşdu.Əminüddövlə ləqəbini daşıyırdı. 1816-cı ildə Qacarlar sarayına səfarətdə iştirak etmiş Pyotr Berje "A. P. Yermolovun İrana səfirliyi" adlı kitabında yazır: "Yermolovun gəlişi zaman Mirzə Şəfinin 80 yaşı vardı. O, 19 ramazan 1234 (1818 – 1819) ildə Qəzvin şəhərində Sultaniyədən qayıdarkən vəfat etmişdi və Kərbəlada dəfn olunmuşdu. Onun davamçısı, birinci nazir vəzifəsilə, daxili işlər nazirini Nizamüddövlə Məhəmmədhüseyn xan oldu. O, Ağaməhəmməd xanın yanında xidmətə başlamışdı və bəzi vaxtlarda Kaşanın, Qum və İsfahanın hakimi idi, orada isə onun haqqında çox xoş xatirələr qalmışdır. Bütün cismanı ilə torpağa bağlı idi və çox zaman özünün şəxsi hərəkəti ilə kəndlinin əməyini qiymətləndirməsi ona çoxlu pul qazandırmışdı, onları da bütünlüklə kasıblara və xeyriyyəçilik işlərinə sərf etmişdi".Hacı Məhəmmədhüseyn xan İsfahani Hacı Mirzə İbrahim Kələntərin yeznəsi, Mirzə Əbülhəsən xan Şirazinin bacanağı idi. Hacı Məhəmmədhüseyn xan İsfahani oğlu Abdulla xan Əminüddövlə iki dəfə Qacarlar dövlətinin vəziri-əzəmi olmuşdu.
Hatif İsfahani
Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur. == Həyatı == Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi.
Həsənabad (İsfahan)
Həsənabad — İranın İsfahan ostanının İsfahan şəhristanının Cərqaviyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,342 nəfər və 1,197 ailədən ibarət idi.
Həşt-Behişt (İsfahan)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Mahabad (İsfahan)
Mahabad — İranın İsfahan ostanının Ərdistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,081 nəfər və 1,059 ailədən ibarət idi.
Mahan İsfahani
Mahan İsfahani (fars. ماهان اصفهانی‎; 1984[…], Tehran) — İran və ABŞ klaviaturaçısı, alimi, şərhçisi, orkestraçısi və keçiricisi. Bir Konserto solisti, resitali və işbirlikçi bir musiqiçi olaraq, müxtəlif erkən klaviatura üzrə beynəlxalq şöhrət qazanmışdır.
Mirzə Məhəmmədəli Müzəhhib İsfəhani
Mirzə Məhəmmədəli Müzəhhib İsfəhani (?-(h. 1268) (m. 1852) — İran ədəbiyyatşünası, təzkirəçisi, şairi. == Həyatı == Qacar dövrünün tanınmış şair və yazıçılarından olmuş Mirzə Məhəmmədəli Müzəhhib İsfahani (vəfat tarixi: h. 1268-ci ildən (m. 1851-1852) sonra) gəncliyində “Bahar” yaşlı çağlarında “Fərhəng” təxəllüsü ilə əsərlər yazmış, İsfahan şəhərində yaşamışdır. Onun ata-baba sənəti Qurani-Kərimi təzhib etmək (qızıl suyuna çəkmə, bəzəmə) olmuşdur. Yazıçı bu sənətin ustası olduğuna, dolanışığını bu yolla təmin etdiyinə görə “Müzəhhib” adlanmışdır. M. Müzəhhib Məhəmməd şah Qacar dövründə İsfahan hakimi Mötəmədüddövlə Mənuçehr xan Gürcinin mədhinə 20000 beyt həcmində şeirlərdən ibarət “Mədayehül-Mütəmədiyyə” adlı kitab yazmışdı. Bu kitaba görə şairə paxılllıq edənlər, onu gözləri götьrməyənlər belə bir şayiə yaydılar ki, guya o, öz kitabındakı şeirlərini Seyid Hüseyn Məcmər Zəvareinin divanından intihal etmiş, mənimsəmişdir.
Mirzə Şükrullah İsfahani
Mirzə Şükrullah İsfahani — Səfəvi şahı I Şah Təhmasibin (1524–1576) baş mühasibi və daha sonra nüfuzlu dövlət xadimi Mirzə Salman Cabiri ilə əvəz olunana qədər 1576-cı ilin avqustundan 1577-ci ilin iyun ayına qədər olan qısa bir müddətdə II Şah İsmayılın (1576–77) baş vəziri vəzifəsini yerinə yetirən milliyyətcə fars olan dövlət xadimi. == Mənbələr == Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 1–304.
Murçexort (İsfahan)
Murçexort, İranın İsfahan ostanında bir şəhər. == Əhali == Murçexort şəhərinin cəmiyyəti 2011-də 1,355 nəfər qeyd olunub (383 ev).
Məhəmmədabad (İsfahan)
Məhəmmədabad— İranın İsfahan ostanının İsfahan şəhristanının Aşağı Cərqəviyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,391 nəfər və 1,093 ailədən ibarət idi.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761 və ya 1759, İsfahan – 1828 və ya 1829) — İranın xarici işlər vəziri, şair, xəttat. == Həyatı == Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Nordre İsfiorden Milli Parkı
Nordre İsfiorden Milli Parkı (norv. Nordre Isfjorden nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşə milli park. Milli park ərazisi 2954 km²-dir. Bunun 2050 km² quru və 904 km² su səthi sahəsi daxildir. Park 2003-cü ildə təşkil olunmuşdur.
Nəsrabad (İsfahan)
Nəsrabad — İranın İsfahan ostanının İsfahan şəhristanının Aşağı Cərqəviyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,751 nəfər və 1,361 ailədən ibarət idi.
Rağib Əl-İsfahani
Ər-Rağib əl-İsfahani (XI əsr, İsfahan – 1108) — Dilçi alim. == Həyatı == 425-ci h.q. (1108/1109-cu il) ilində vəfat edib.
Rizvanşəhr (İsfahan)
Rizvanşəhr — İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,642 nəfər və 1,132 ailədən ibarət idi.
Rza İsfəndiyarlı
Rza İsfəndiyarlı (12 mart 1896, Naxçıvan – 26 yanvar 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti. == Həyatı == Rza İsfəndiyarlı 1896-cı il martın 12-də Naxçıvan şəhərində anadan olub. Hüseyn Ərəblinskinin Naxçıvana səfəri zamanı teatrda sənhələşdirdiyi N. Nərimanovun "Nadir şah" faciəsində kütləvi səhnələrdə iştirak etməklə aktyor fəaliyyətinə başlayıb. 1912-ci ildə Naxçıvan teatrının səhnəsində N.B. Vəzirovun "Pəhləvani-zəmanə" pyesində Qurban kşi rolunu çox məharətlə yaradıb. Naxçıvan teatrının 20-ci əsrin birinci yarısında ən layiqli sənətkarlarından olub. Onun obrazlar qalareyasında "Arşin mal alan"da Əsgər, "Ölülər"də Şeyx Əhməd, Şeyx Nəsrullah, "Solğun çiçəklər"də Axund, "Aydın"da Mirzə Cavad, "Şeyx Sənan"da Dərviş, Kor Ərəb, Şeyx Kəbir kimi rollar var. Rza İsfəndiyarı Naxçıvan teatrının səhnəsində 150-dən çox rol oynayıb. Onun səhnə fəaliyyəti Naxçıvan teatrının salnaməsinə əbədi daxil olub. H. Ərəblinski, R. Təhmasib, Ə. Qəmküsar, B. Kəngərli və başqa böyük sənətkarlarla çiyin-çiyinə çalışan R. İsfəndiyarlı Naxçıvan teatrının ölməz sənətkarlarındandır. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Rza İsfəndiyarlı 1972-ci il yanvar ayının 26-da Naxçıvan şəhərində vəfat edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.67
2010 •••••••••••••• 0.45
2011 •••••• 0.17

"isf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#isf nədir? #isf sözünün mənası #isf nə deməkdir? #isf sözünün izahı #isf sözünün yazılışı #isf necə yazılır? #isf sözünün düzgün yazılışı #isf leksik mənası #isf sözünün sinonimi #isf sözünün yaxın mənalı sözlər #isf sözünün əks mənası #isf sözünün etimologiyası #isf sözünün orfoqrafiyası #isf rusca #isf inglisça #isf fransızca #isf sözünün istifadəsi #sözlük