İsgəndəriyyə sözü azərbaycan dilində

İsgəndəriyyə

Yazılış

  • İsgəndəriyyə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsgəndəriyyə
İsgəndəriyyə və ya Aleksandriya (yun. Αλεξάνδρεια) — Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən şəhərdir. 3,87 milyon əhalisi olan bu şəhər Qahirədən sonra Şimali Afrikada ikinci ən böyük şəhər sayılır. == Tarixi == Arxeoloji qazıntıların nəticələrinə əsasən insanlar İsgəndəriyyə ərazisində artıq e.ə. 2700 və 2200-cü illər arasında məskunlaşmışlar. İkinci axın e.ə. 1000 ilə 800 arasında baş verir. Yunan şəhəri İsgəndəriyyənin təməli e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyulur. Ancaq onun özü bu şəhəri görə bilmir. İsgəndərin hücumları zamanı başqa dövlətlərdə (İran və Hindistan) bu adda şəhərlərin yaradılmasına baxmayaraq Misirdəki şəhər ən əzəmətlisi olmuşdur.
İsgəndəriyyə Mayakı
İsgəndəriyyə mayakı — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. E.ə. təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat tərəfindən inşa edilən Qədim Yunanıstanın ən böyük mayakı. Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. Roma İmperiyasının süqutundan sonra mayakdan artıq istifadə olunmayıb. XIV əsrdə baş verən zəlzələdən sonra isə mayakın yerində xarabalıq qalıb. == Şəkillər == == Həmçinin bax == Dünyanın yeddi möcüzəsi İsgəndəriyyə Misir ehramları Rodoslu Koloss Halikarnas mavzoleyi == Xarici keçidlər == Oktay Talıstanlı. Qədim Şərqin möcüzələri. Bakı: "Adiloğlu", 2007.
İsgəndəriyyə Universiteti
İsgəndəriyyə Universiteti (ərəb. جامعة الإسكندرية‎) — Misirin İsgəndəriyyə şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
İsgəndəriyyə kitabxanası
İsgəndəriyyə kitabxanası — İndiki Misir dövləti ərazisində yerləşən, qədim tarixin ən böyük və ən vacib kitabxanalarından və İsgəndəriyyə Museyonu adlı elmi-mədəni mərkəzinin böyük tərkib hissəsindən biri. == Tarixi == İsgəndəriyyə kitabxanasının Misir fironu I Ptolemeyin təşəbbüsü nəticəsində tikildiyi bir çox tarixçilər tərəfindən iddia olunur. Həmin iddialara əsasən, bu kitabxanın tikilməsində əsasən Peripatetiklər, xüsusi ilə də 2 qədim ictimai xadim Lampsakuslu Straton və Falerli Demetrius yaxından iştirak etmişlər. Digər mənbələrdə iddia olunur ki, kitabxana I Ptolemeyin dövründə deyil, əslində onun oğlu II Ptolemeyin hakimiyyəti illərində tikilib istifadəyə verilmişdir. İsgəndəriyyə kitabxanası tikilməsinin əsas məqsədi, dövrünün bütün məlumatlarının bir yerə toplanması və papirus köçürülməsi vasitəsi ilə orada qorunub saxlanması idi. Yunan əsilli filosof Qalenin dediklərinə görə, hətta gəmilər vasitəsi ilə limana gətirilən bütün növ kitablar xüsusi olaraq bu kitabxanada "Gəmilərdən gətirilən kitablar" adlı ayrıca bölmələrdə saxlanılır, köçürülmələri isə öz sahiblərinə geri qaytarılırdı. Həmçinin, kitabxanın redaktorlarının tanınmasının digər əsas səbəbləridən biri kimi də onların əfsanəvi yunan şairi Homerin bəzi mətnlərinin işlənib hazırlanmasındakı rolu xüsusi ilə qeyd olunur == Kitabxananın dağılması == Bəzi mənbələrə görə, İsgəndəriyyə kitabxanasına vurulan ilk zərər eramızdan qabaq 48-ci və 47-ci illərdə Yuli Sezarın da iştirak etdiyi VII Kleopatra ilə qardaşı VIII Ptolomey arasında ara çəkişmələr nəticəsində baş verib və nəticədə kitabxanın böyük bir hissəsinə yanğın nəticəsində xeyli zərər dəyib. Antik dövrün Seneka Lutsius Anneus, Pol Orosios və Dio Kasius kimi bir çox tanınmış yazıçı-alimləri öz yazılarda həmin hadisə nəticəsində 400000 yaxın kitabın məhv olduğunu iddia edirlər. Yunan tarixçisi Plutarx bu hadisəni belə şərh edir: Düşmən onun(Yuli Sezarın) dəniz ilə əlaqəsini kəsməyə cəhd edən zaman, o(Yuli Sezar) bu təhlükədən sovuşmaq üçün öz gəmilərini yandırmağa məcbur qalır və bunun nəticəsində bərələrdən başlamış yanğın buradan da idarəolunmaz şəkildə kitabxanaya keçir və onun məhv olmasına səbəb olur. Romalı tarixçi Alus Gelusun öz nəşr etdiyi "Attik Gecələr" adlı kitabına əsasən, təxmin edilən digər yanğın isə eramızın II əsrində şəhərin blokadası zamanı Sezarın ordusu tərəfindən təsadüf nəticəsində yandığı ehtimal edilir.
Yeni İsgəndəriyyə Kitabxanası
İsgəndəriyyə Kitabxanası (lat. Bibliotheca Alexandrina, ərəb. مكتبة الإسكندرية‎, Maktabat al-Iskandarīyah) və ya Yeni İsgəndəriyyə Kitabxanası Misirin İsgəndəriyyə şəhərində Aralıq dənizi sahilində yerləşən kitabxana və mədəniyyət mərkəzidir. Kitabxana antik dövrdə dağıdılmış İsgəndəriyyə kitabxanasının yerində tikilmişdir. == Tarixi == İsgəndəriyyənin qədim kitabxanasının vaxtilə dayandığı yerin yaxınlığında kitabxana tikmək ideyası 1974-cü ildə yaranıb və İsgəndəriyyə Universitetinin bir qrup professoruna məxsus olub. Qədim kitabxananın yenidən qurulması təkcə digər şəxslər və qurumlar tərəfindən qəbul edilmədi, həm də Misir siyasətçilərinin dəstəyini aldı. Bu layihənin aparıcı tərəfdarlarından biri Misirin keçmiş prezidenti Hüsnü Mübarək olub və layihə YUNESKO tərəfindən də dəstəklənib. Misir hökuməti, YUNESKO və İsgəndəriyyə Universitetinin bu təşəbbüsünü “İsgəndəriyyəni XXI əsrin böyük intellektual və mədəniyyət mərkəzlərindən biri kimi bərpa etmək” məqsədi ilə həyata keçirilib. 1986-cı ildə başlayan bu layihəyə YUNESKO-nun cəlb olunması həqiqətən də beynəlxalq miqyasın da diqqət mərkəzində olmasına gözəl fürsət yaratdı. Kitabxana tikintisi üçün torpaq sahəsi alınır və 1988-ci ildə YUNESKO-nun o vaxtkı prezidenti tərəfindən yeni kitabxananın təməl daşı qoyulur.
İsgəndəriyyə ilahiyyat məktəbi
İsgəndəriyyə ilahiyyat məktəbi — II yüzillikdə formalaşan Xristian ehkamlarını və fəlsəfəsini sistemləşdirən, onları vahid təlim şəklində ortalığa çıxardan, antik fəlsəfi irsi ilə Xristianğı uyğunlaşdıran məktəb idi. Xristianlığın formalaşmasında apologetlər (əqli və məntiqi üsullarla xristian ehkamlarını tənqidçilər qarşısında müdafiə edən ilahiyyatçılardır) çox əhəmiyyətli fəaliyyət göstərmişdirlər. Ancaq o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Antik fəlsəfi təlimlərlə mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə Xristian düşünürü bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II yüzillikdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər. Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb qarşısına ən savadlı təbəqələrin nümayəndələrində xristian təliminə marağını oyatmaq məqsədini güdürdü. Ancaq bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fənlərə də böyük önəm verilirdi.
İsgəndəriyyə kitabxanası (yeni)
İsgəndəriyyə Kitabxanası (lat. Bibliotheca Alexandrina, ərəb. مكتبة الإسكندرية‎, Maktabat al-Iskandarīyah) və ya Yeni İsgəndəriyyə Kitabxanası Misirin İsgəndəriyyə şəhərində Aralıq dənizi sahilində yerləşən kitabxana və mədəniyyət mərkəzidir. Kitabxana antik dövrdə dağıdılmış İsgəndəriyyə kitabxanasının yerində tikilmişdir. == Tarixi == İsgəndəriyyənin qədim kitabxanasının vaxtilə dayandığı yerin yaxınlığında kitabxana tikmək ideyası 1974-cü ildə yaranıb və İsgəndəriyyə Universitetinin bir qrup professoruna məxsus olub. Qədim kitabxananın yenidən qurulması təkcə digər şəxslər və qurumlar tərəfindən qəbul edilmədi, həm də Misir siyasətçilərinin dəstəyini aldı. Bu layihənin aparıcı tərəfdarlarından biri Misirin keçmiş prezidenti Hüsnü Mübarək olub və layihə YUNESKO tərəfindən də dəstəklənib. Misir hökuməti, YUNESKO və İsgəndəriyyə Universitetinin bu təşəbbüsünü “İsgəndəriyyəni XXI əsrin böyük intellektual və mədəniyyət mərkəzlərindən biri kimi bərpa etmək” məqsədi ilə həyata keçirilib. 1986-cı ildə başlayan bu layihəyə YUNESKO-nun cəlb olunması həqiqətən də beynəlxalq miqyasın da diqqət mərkəzində olmasına gözəl fürsət yaratdı. Kitabxana tikintisi üçün torpaq sahəsi alınır və 1988-ci ildə YUNESKO-nun o vaxtkı prezidenti tərəfindən yeni kitabxananın təməl daşı qoyulur.
Filon İsgəndəriyyəli
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50, İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Qafqaz İsgəndəriyyəsi
Qafqaz İsgəndəriyyəsi (q.yun. Αλεξάνδρεια στον Καύκασο) — Hinduquş dağlarının cənub ətəklərində, Paropamisadahda yerləşən ellin şəhəri. Şəhərin əsası e.ə. 329-cu ilin martında Əhəmənilər imperiyasının Qəndəhar satraplığının paytaxtının yerində Makedoniyalı İskəndər tərəfindən qoyulmuş, burada 7 min nəfər makedoniyalı, 3 min nəfər muzdlu döyüşçü, bir neçə min nəfər aborigen məskunlaşdırılmışdır. Şəhərin Qafqaz İsgəndəriyyəsi adlandırılmasının səbəbi qədim dövrlərdə Hindiquşun Asiya Qafqazı kimi tanınması ilə bağlıdır. E.ə. II-I əsrlərdə Qafqaz İsgəndəriyyəsi "Alasandra" adı ilı Hind-yunan çarlığının paytaxtlarından biri idi. Hökmdar sarayında buddizm dini yüksəliş dövrünü yaşayır, monarxların əksəriyyəti yunan dilində danışırdılar. Şri-Lankada belə hesab edirdilər ki, Anuradhapurda böyük Budda məbədinin əsasının qoyulmasında 30 min monarx iştirak etmişdir. Qafqaz İsgəndəriyyəsinin yerini arxeoloqlar dəqiq müəyyən edə bilməmişlər.
İsgəndəriyyəli
İskəndəriyyəli — İskəndəriyyəli Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. İsgəndəriyyəli Appian — milliyyətcə yunan olan Qədim Roma tarixçisi. İskəndəriyyəli Origen — Bibliyanın təfsiri ilə məşğul olmuş alim. İskəndəriyyəli Leonid — İskəndəriyyəli Papa — İskəndəriyyəli Arius — Aryanizm dini cərayanın banisi. İskəndəriyyəli Menelay (d. I əsr – ö. II əsr) — Qədim Yunan riyaziyyatçısı və astronomu İskəndəriyyəli Diofant — İsgəndəriyyəli Kirill — IV–V əsrlərdə İsgəndəriyyə yepiskopu, xristian müqəddəsi, ilahiyyatçı. İsgəndəriyyəli Heron — yunan riyaziyyatçısı və mexaniki. İsgəndəriyyəli Ktesibios — yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı İsgəndəriyyəli Filon — dini mütəfəkkir, ilahiyyatçi. İsgəndəriyyəli Hipatiya (370–415) — Astrolab cihazını ixtira edən alim.
İsgəndəriyyəli Appian
İsgəndəriyyəli Appian (q.yun. Ἀππιανός Ἀλεξανδρεύς) (təx. 95, İsgəndəriyyə — 170, Roma) — milliyyətcə yunan olan Qədim Roma tarixçisi. Müxtəlif dövlət vəzifələrində çalışmışdır. Yunanca yazılmış "Roma tarixi"nin müəllifidir. Əsər Eneydən imperator Trayanın hakimiyyətinədək (II əsrin əvvəli) olan dövrü əhatə edirdi. Əsərin əvvəli 6–8 və 11–17-ci kitabları tam şəkildə, 1–5 və 9–10-cu kitabları isə fraqmentar şəkildə dövrümüzədək gəlib çatmışdır. Roma tarixinə aid ən mühüm mənbələrdən biri olan əsərdə qədim Azərbaycan tarixinə aid məlumatlar da var. == Mənbə == AME. I cild. Bakı 2009.
İsgəndəriyyəli Aya (Assassin's Creed)
İsgəndəriyyəli Aya (misir , ing. Aya of Alexandria; e.ə. 78, İsgəndəriyyə, Qədim Misir (Ptolemeylər) – ???)) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, Sivalı Bayekin arvadı, "Gizli Olanlar"ın qurucularından biri, Misir-Yunanıstan əsilli döyüşçü, Kleopatranın şəxsi cəsusu, assasin. E.ə. 44-cü ildə Aya keçmiş şəxsiyyətini silir və Amunet adını alır. İsgəndəriyyə şəhərində bir zadəgan ailəsində anadan olan Aya əri ilə təşkilatı qurduqdan sonra, "Roma qardaşlığı"nın ilk müəllimi olmuşdur. Övladının ölümündən sonra İsgəndəriyyə geri qayıdan Aya xalası oğlu olan Gənc Fanosun köməyi ilə Kleopatra ilə tanış olur və daha sonra, onun şəxsi cəsusu olur. "Qədimlər Ordeni"nin bütün üzvlərini öldürəndən sonra, o, "Misir qardaşlığı"nın qurucu üzvlərin biri olur, ancaq daha sonra, Kleopatra ilə Roma şəhərinə gedir. Aya orada "Roma qardaşlığı"nı quru və Avropanın ilk assasin müəllimi olur. Aya "Origins"də Aliks Uilton Reqan tərəfindən səsləndirilir.
İsgəndəriyyəli Evdor
İsgəndəriyyəli Evdor (yun. Εὔδωρος ὁ Ἀλεξανδρεύς; d. e.ə. I əsr, İsgəndəriyyə, Qədim Misir (Ptolemeylər) – ???) — Qədim yunan platonist filosofu, orta platonizmin nümayəndəsi. Evdor fəlsəfəni Askalonlu Antioxdan öyrənmişdir. Evdor Platonun pifaqorçular məktəbi fəlsəfəsini yenidən qurmağa cəhd etmişdir. Evdor fəlsəfənin əsas hissəsini, "Allaha bənzətməkdə" gördüyü mahiyyətini etik hesab edirdi. Evdorun əsərləri bu günə qədər qoruyub-saxlanılmamışdır. == Mədəniyyətdə == 2017-ci ildə istehsal olan "Assassin's Creed Origins" video oyununda Evdoru Vlasta Vrana səsləndirmişdir. Evdor oyunda antoqanistlər ittifaqının üzvü olaraq təsvir edilmişdir.
İsgəndəriyyəli Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
İsgəndəriyyəli Hipatia
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
İsgəndəriyyəli Hipatiya
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
İsgəndəriyyəli Kirill
İsgəndəriyyəli Kirill (376, Əl-Məhəllə əl-Kübra, əl-Qərbiyyə mühafəzəsi[d] – 27 iyun 444, İsgəndəriyyə) — IV–V əsrlərdə İsgəndəriyyə yepiskopu., xristian müqəddəsi, ilahiyyatçı. == Həyatı == Məşhur və ziddiyyətli xristian müqəddəslərindən sayılan bu ilahiyyatçının 376-cı ildə doğulduğu ehtimal edilir. Mənbələrdə onun öz dövrünün tanınmış yepiskopu İsgəndəriyyəli Feofilin bacısı oğlu olduğu bildirilir. Həmin dövrdə xristian dünyasında İsgəndəriyyə və Konstantinopol yepiskopları arasında ciddi nüfuz mübarizəsi gedirdi. Feofilin Konstantinopol patriarxı İohanla düşmən olduğuna görə bu, Kirillə də sirayət etmişdi. İohann 417-ci ildə vəfat etdikdə o, sonralar çox məşhurlaşan üsyankar cümləsini işlətmişdir. Kirill daha sonralar nestorian təliminin qatı düşməninə çevrilmişdir. == Yepiskop fəaliyyəti == 412-ci ildə Feofilin ölümündən sonra İsgəndəriyyə yepiskopu vəzifəsinə yiyələnən Kirill, yerli hakimiyyət orqanları ilə mübarizə aparmaqdan da çəkinməmişdir. O, özünün yerli prefektlərdən (yerli hakimiyyət orqanı) daha üstün olduğunu, bu səbəbdən də hamının ona tabe edilməsinin vacibliyi fikrini dəfələrlə təkrarlamışdır. === Bütpərəstlərə münasibəti === Kirill yepiskop vəzifəsinə yiyələndikdən sonra qeyri-xristianlarla amansız mübarizə aparmış və onların təqibi üçün bütün güc və nüfuzunu istifadə etməkdən çəkinməmişdir.
İsgəndəriyyəli Müqəddəs Katerina (Rafael)
İsgəndəriyyəli Müqəddəs Katerina (it. Santa Caterina d'Alessandria) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "İsgəndəriyyəli Müqəddəs Katerina" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərində saxlanılır.
İsgəndəriyyəli Müqəddəs Katerina kilsəsi (Valletta)
İsgəndəriyyəli Müqəddəs Katerina kilsəsi (malta Knisja ta' Santa Katerina, it. Chiesa di Santa Caterina d'Italia ) — Maltanın paytaxtı Vallettada yerləşən Roma-Katolik kilsəsi.Kilsə, Malta İtalyan icmasının kilsəsi olaraq xidmət edir Beləliklə bura daha çox İtaliyanın Müqəddəs Katerina kilsəsi (malta Santa Katerina tal-Italja) kimi tanınır. == Tarixi == Kilsə 1576-cı ildə Müqəddəs Conun İtalyan cəngavərləri tərəfindən kilsə olaraq xidmət etmək üçün inşa edilmişdir. Auberge d'Italie -ə bitişik şəkildə inşa edilmişdir. Planların tərtib edilməsi Qirolamo Kassara tapşırıldı. Kilsə 17-ci əsrdə genişləndirildi. Mövcud kilsəyə səkkizguşəli bir kilsə daha əlavə edildi. Orijinal kilsə yeni kilsənin ziyarətgahına çevrildi. Kilsə 2001-ci ildən 2011-ci ilə qədər böyük bir yeniləmə keçirdi. Bu gün kilsə yenə də Maltadakı italyan icmasının kilsəsi olaraq xidmət edir.
İsgəndəriyyəli Origen
Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Həyatı == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.24 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 0.39
2004 0.34
2005 •••••••• 4.72
2006 ••• 1.58
2007 ••••••••••••••••••• 11.42
2008 ••• 1.71
2009 •••• 2.40
2010 •••••••• 4.81
2011 •••••• 3.09
2012 ••••••• 4.13
2013 •••••••••••••••••••• 12.11
2014 •••••••• 4.46
2015 ••••••••• 5.44
2016 ••••••••••••••• 8.68
2017 •••••••• 4.55
2018 ••••••• 4.20
2019 0.14
2020 0.13

Oxşar sözlər

#isgəndəriyyə nədir? #isgəndəriyyə sözünün mənası #isgəndəriyyə nə deməkdir? #isgəndəriyyə sözünün izahı #isgəndəriyyə sözünün yazılışı #isgəndəriyyə necə yazılır? #isgəndəriyyə sözünün düzgün yazılışı #isgəndəriyyə leksik mənası #isgəndəriyyə sözünün sinonimi #isgəndəriyyə sözünün yaxın mənalı sözlər #isgəndəriyyə sözünün əks mənası #isgəndəriyyə sözünün etimologiyası #isgəndəriyyə sözünün orfoqrafiyası #isgəndəriyyə rusca #isgəndəriyyə inglisça #isgəndəriyyə fransızca #isgəndəriyyə sözünün istifadəsi #sözlük