İsimlər
İsim — əşyanın adını bildirən əsas nitq hissəsi. Canlı və cansız varlığın adını bildirir. Kim? nə? hara? suallarından birinə cavab verir. İsmin 6 halı var: adlıq hal, yiyəlik hal, yönlük hal, təsirlik hal, yerlik hal və çıxışlıq hal. İsim hallanır, cəmlənir, mənsubiyyətə görə isimlər dəyişə bilir, tək və cəm olur, konkret və mücərrəd olur, şəxs şəkilçisi qəbul edə bilir. Lüğət tərkibindəki sözlərin çoxunu isimlər təşkil edir.
Gözlə görülməsi və əl ilə toxunulması mümkün olan, obyektiv aləmdə, fəzada müəyyən yer tutan əşyaların adını bildirən sözlər konkret isimlər adlanır.