İskəndəri sözü azərbaycan dilində

İskəndəri

Yazılış

  • İskəndəri • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İrəc İskəndəri
İrəc İskəndəri(d. 1908, ö. 1985) - İranlı kommunist siyasətçi idi. Qacar şahzadəsi olaraq fransız təhsili almışdı. O, İran Tudə Partiyasının baş katibi və parlamentin bir üzvü idi. 1946-cı ilin yayında o, Qəvam koalisiya kabinetində Ticarət və Sənaye naziri seçildi.
Süleyman mirzə İskəndəri
Süleyman mirzə İskəndəri (fars. سلیمان اسکندری‎; tam adı: Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri və ya Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri; 1877 və ya 1875, Təbriz – 1943 və ya 1944, Tehran) — İran Qacar şahzadəsi, müəllimi, jurnalisti və sosialist siyasətçisi. == Həyatı == Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri 1877-ci ildə Təbriz şəhərində dоğulmuşdu. 1892-ci ilədək sаrаy təlim-tərbiyəsi, təhsili görmüşdü. 1893–1900-cü illərdə Tеhrаn Dаrülfünunundа (Univеrsitеtində) охumuşdu. Sülеymаn mirzə 1900–1901-ci illərdə bir nеçə ziyаlı ilə birlikdə, Tеhrаndа "Uyuq" аdlı qəzеt nəşr еtmək üçün icаzə аlа bilmişdi, lаkin bаş nаzir Əminüssultаn qəzеtin nəşr еdilməsində imkаn vеrməmişdi. Sülеymаn mirzə iki iki il аtаsı Möhsün mirzə ilə birlikdə Tеhrаn pоlis qüvvələrinin zаbiti kimi qulluq еtmiş, sоnrа isə "Möhsüniyyə" аdlı ibtidаi məktəb təsis еdərək mааrif sаhəsində çаlışmışdı. 1904-cü ildə həmin məktəb bаğlаndlıqdаn sоnrа bаşqа məktəblərə müəllimlik еtmişdi. Sülеymаn mirzə 1904-cu ildə Tеhrаndа gizli yаrаnmış İnqilab kоmitəsinin üzvü, 1907-ci ilin əvvəllərində kirmаnşаhdа "Аdəmiyyət" cəmiyyətinin və bir nеçə siyаsi əncümənin təşkilаtçısı, 1907-ci ilin ахırlаrındа Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtının üzvü kimi mütləqiyətə qаrşı mübаrizədə iştirаk еtməklə fəаl İnqilabçılаr sırаsınа dахil оlmuşdu. О, Mirzə Məhəmməd Хоrаsаni və öz qаrdаşı Yəhyа mirzə ilə birlikdə Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtınа mənsub оlаn "Hüquq" qəzеtinin nəşr оlunmаsındа yахındаn iştirаk еtmişdi.
Uzun İskəndəri (Urmiya)
Uzun İskəndəri (fars. ‎اوزان اسكندري‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (83 ailə).
Yəhya mirzə İskəndəri
Şahzadə Yəhya mirzə İskəndəri-Qacar şahzadələrindən və məşrutəçi idi və Məhəmməd Əli şah Qacarın həbsxanasında qətlə yetişdi. O, Süleyman mirzə İskəndərinin qardaşı və İran Tudə Partiyasının baş katibi İrəc İskəndərinin atası idi.
Filon İskəndəriyyəli
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50, İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Hierokles (İskəndəriyyəli)
İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-ci yüzilliyin ikinci yarısı) — yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ən tanınmış nümayəndələrindən biri onun yaradıcısı. O, bir çox əsərlərin müəllifi idi. Onlardan bəziləri günümüzə gəlib çatmışdır. Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların "Qızıl şeyrlər" kitabına şərhlər və "Tale haqqında" əsərindən fraqmentlərdir. == Fəlsəfəsi == Hierokles artıq Xristianlığın çox geniş yayıldığı dövrdə yaşamışdır. Ona görə də bəzi araşdırmaçılar hesab edirlər ki, onun fəlsəfəsində bu dinin ilahiyyatı neoplatonizm fəlsəfəsi ilə qarışmışdır. Ancaq, başqaları bununla razılaşmış və iddia edirdilər ki, Hieroklesin fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur. Hierokles, başqa neoplatonçulardan fərqli olaraq, birinci və hər şeydən uca olan İlk başlanğıcı dünyanın yaradıcısı olan Demiurqosdan ayırmır və onları birlikdə olan Tanrı kimi görürdü.
İskəndərin Çin xaqanı ilə görüşü
İskəndərin Çin xaqanı ilə görüşü — 1524-1525-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Metropoliten muzeyində (fol.213) saxlanılan bu əlyazma məşhur xəttat Sultan Məhəmməd Nur tərəfindən köçürülmüşdür. Əlyazmasında ümumilikdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş 15 miniatür vardır. == Mövzu == Nizaminin “İskəndərnamə” poemasında, İskəndər Çin xaqanından yeddi illik xərac istəyir. Xaqan bunun cavabında söyləyir ki, “Mən razıyam, ancaq bir şərtlə ki, bundan sonra yeddi il yaşayacağıma yazılı sənəd verəsən.” Bu cavab İskəndərin xoşuna gəlir və bir illik xərac ilə kifayətlənəcəyinə söz verir. Xaqan xəracı gətirmək üçün bir günlük möhlət alıb geri qayıdır. Lakin ertəsi gün böyük ordu ilə İskəndərin qərargahına yaxınlaşır. İskəndər qoşunu gördükdə elə zənn edir ki, çinlilər qəflətən hücuma keçmişlər. Bu zaman xaqan bildirir ki, o, vuruşmaq fikrində deyil və özü ilə ona görə qoşun gətirmişdir ki, onun təslim olmasını zəiflik əlaməti kimi qiymətləndirməsinlər. Xaqanın bu ağıllı hərəkətini bəyənən İskəndər, Çindən xərac almaq fikrindən əl çəkərək, xaqanla dostlaşır və qonaq kimi onun sarayına gedir.
İskəndəriyyə
İsgəndəriyyə və ya Aleksandriya (yun. Αλεξάνδρεια) — Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən şəhərdir. 3,87 milyon əhalisi olan bu şəhər Qahirədən sonra Şimali Afrikada ikinci ən böyük şəhər sayılır. == Tarixi == Arxeoloji qazıntıların nəticələrinə əsasən insanlar İsgəndəriyyə ərazisində artıq e.ə. 2700 və 2200-cü illər arasında məskunlaşmışlar. İkinci axın e.ə. 1000 ilə 800 arasında baş verir. Yunan şəhəri İsgəndəriyyənin təməli e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyulur. Ancaq onun özü bu şəhəri görə bilmir. İsgəndərin hücumları zamanı başqa dövlətlərdə (İran və Hindistan) bu adda şəhərlərin yaradılmasına baxmayaraq Misirdəki şəhər ən əzəmətlisi olmuşdur.
İskəndəriyyəli
İskəndəriyyəli — İskəndəriyyəli Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. İsgəndəriyyəli Appian — milliyyətcə yunan olan Qədim Roma tarixçisi. İskəndəriyyəli Origen — Bibliyanın təfsiri ilə məşğul olmuş alim. İskəndəriyyəli Leonid — İskəndəriyyəli Papa — İskəndəriyyəli Arius — Aryanizm dini cərayanın banisi. İskəndəriyyəli Menelay (d. I əsr – ö. II əsr) — Qədim Yunan riyaziyyatçısı və astronomu İskəndəriyyəli Diofant — İsgəndəriyyəli Kirill — IV-V əsrlərdə İsgəndəriyyə yepiskopu, xristian müqəddəsi, ilahiyyatçı. İsgəndəriyyəli Heron — yunan riyaziyyatçısı və mexaniki. İsgəndəriyyəli Ktesibios — yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı İsgəndəriyyəli Filon — dini mütəfəkkir, ilahiyyatçi. İsgəndəriyyəli Hipatiya (370–415) — Astrolab cihazını ixtira edən alim.
İskəndəriyyəli Afanasi
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. == Həyatı == O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir. Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir. == Yepiskop fəaliyyəti == Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi.
İskəndəriyyəli Diofant
İskəndəriyyəli Diofant (ing. Diophantus; 201 – 285) — qədim yunan riyaziyyatçısı. 13 kitabdan ibarət "Hesab" əsərinin müəllifidir (onlardan 6-sı qədim yunan, 4-ü isə ərəb tərcümələrində saxlanmışdır). İlk dəfə məchul və onun qüvvəti üçün hərfi işarələməni daxil etmişdir. Qeyri-müəyyən tənliklər haqqında (Diofant tənlikləri) təlimin yaradıcısıdır.
İskəndəriyyəli Menelay
İskəndəriyyəli Menelay (təq. 70, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 140, Roma) — Qədim Yunan riyaziyyatçısı və astronomu. == Həyatı == 70-ci ildə İsgəndəriyyədə doğulub. Təqribən 140-cı ildə Romada vəfat edib. == Fəaliyyəti == Sferik həndəsə və triqonometriyaya aid "Sferika" (3 kitabdan ibarət) əsərinin müəllifidir. == Əsərləri haqqında == Nəsrəddin Tusinin müstəvi və sferik triqonometriyadan bəhs edən "Şəklül-qita" ("Tam dördtərəfli haqqında traktat") əsərində Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturları verilmiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin edilmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif verilmişdir. Nəsrəddin Tusi həmçinin "Menelayın "Sferika" əsəri" adlı əsərin müəllifidir.
İskəndəriyyəli Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
İskəndəriyyəli Papp
İskəndəriyyəli Papp (yun. Πάππος ὁ Ἀλεξανδρεύς; təq. 290, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 350) — qədim yunan riyaziyyatçısı. == Həyatı == == Fəaliyyəti == "Riyazi toplu" (8 kitabda) əsərində qədim yunan müəlliflərinin ən mühüm nəticələrini şərh etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.73
2011 ••••• 0.17

"iskəndəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iskəndəri nədir? #iskəndəri sözünün mənası #iskəndəri nə deməkdir? #iskəndəri sözünün izahı #iskəndəri sözünün yazılışı #iskəndəri necə yazılır? #iskəndəri sözünün düzgün yazılışı #iskəndəri leksik mənası #iskəndəri sözünün sinonimi #iskəndəri sözünün yaxın mənalı sözlər #iskəndəri sözünün əks mənası #iskəndəri sözünün etimologiyası #iskəndəri sözünün orfoqrafiyası #iskəndəri rusca #iskəndəri inglisça #iskəndəri fransızca #iskəndəri sözünün istifadəsi #sözlük