islahatlar sözü azərbaycan dilində

islahatlar

Yazılış

  • islahatlar • 92.7897%
  • İslahatlar • 7.2048%
  • İSLAHATLAR • 0.0055%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Demokratik İslahatlar Partiyası
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. 2008-ci il iyulun 20-də ADİSP II Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə növbəti dəfə üç il müddətinə ADİSP sədri seçildi.[mənbə göstərin]ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Azərbaycan Demokratik İslahatlar Partiyası
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. 2008-ci il iyulun 20-də ADİSP II Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə növbəti dəfə üç il müddətinə ADİSP sədri seçildi.[mənbə göstərin]ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. 2008-ci il iyulun 20-də ADİSP II Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə növbəti dəfə üç il müddətinə ADİSP sədri seçildi.[mənbə göstərin]ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Atatürk islahatları
Atatürk islahatları (türk. Atatürk Devrimleri) — Mustafa Kamal Atatürkün rəhbərliyi altında və Kamalizm ideologiyasına uyğun olaraq, yeni yaranmış Türkiyə Respublikasını sekulyar, müasir milli dövlətə çevirmək üçün siyasi, hüquqi, mədəni, sosial və iqtisadi siyasətdə edilən dəyişikliklərdir. Bu islahatların əsas ideyası türk cəmiyyətinin müasirləşə bilmək üçün özünü siyasi və mədəni baxımdan qərbləşdirməsi idi. Siyasi islahatlar bir çox ənənələrə son qoyan fundamental institusional dəyişikliklərin aparılması ilə müşayiət olunmuş və əsrlər boyu formalaşan mürəkkəb sistemi açmağa yönəlmiş planlı proqram icra edilmişdir.İslahatlar konstitusiyanın modernizasiyası ilə, o cümlədən, 1921-ci il konstitusiyasını əvəz edən 1924-cü il konstitusiyasının qəbulu və yeni respublikanın ehtiyacları üçün Avropa qanunlarının və hüququnun tətbiqi ilə başlamışdır. Bunun ardınca dövlət idarəetmə aparatının tam sekulyarizasiyası və müasirləşdirilməsi aparılmış, təhsil sisteminə xüsusi diqqət yetirilmişdir. Atatürk islahatlarının Osmanlı İmperiyasında 1839-cu ildə başlayan və 1876-cı ildə birinci konstitusiya dövrü ilə başa çatan Tənzimat dövrünün yenilik və modernləşmə hərəkətlərinin davamı olduğunu düşünmək geniş yayılmışdır. Ancaq Mustafa Kamal Atatürk konstitusiya ziyalılarının hədəfləri ilə razılaşmadı; modernistlərin təklif etdiyi latın qrafikasının qəbulu, Qərbdən mülki hüquq (medeni hukuk) alınması, mədrəsələrin və təkkələrin bağlanması təkliflərinin ötəsinə keçərək respublikanın elanı, xilafətin qaldırılması, sekulyarizm ve qadınların siyasi hüquqların tanınması islahatlarını da həyata keçirmişdir.Atatürkün rəhbərliyi altındakı bəzi islahatlar müsəlman məmləkətlərində mühafizəkar və islamçı qruplar tərəfindən tənqid olundu və anti-dini olma ilə ittiham edildi. Pakistanın ilk xarici işlər naziri Məhəmməd Zafirullah Xan, 1951-ci ildə Pakistan baş nazirinin təlimatı üzərinə Türkiyəyə rəsmi bir ziyarətdə tapıldı. Özü xatirələrində Atatürk sonrası Türkiyəni belə izah etməkdədir: "Atatürk inqilabından sonra, İslam ölkələrinin ümumi fikri, Türkiyədə dini dəyərlərə hörmətsizlik edilir şəklində idi. Amma mənim gördüklərim bunun tam tərsiydi və söz-söhbətlərin yalnız bir ittiham olduğunu gördüm." == Əhəmiyyətli hadisələr == === 1920-ci illər === Siyasi: 1 noyabr 1922: Osmanlı sultanlığının ləğv edilməsi Siyasi: 29 oktyabr 1923: Türkiyə Respublikasının elan olunması Siyasi: 3 mart 1924: Osmanlı xilafətinin ləğv edilməsi İqtisadi: 24 iyul 1923: Lozanna müqaviləsi ilə kapitulasiyaların ləğvi Təhsil: 3 mart 1924: Təhsilin mərkəzləşdirilməsi Hüquqi: 8 aprel 1924: Şəriət məhkəmələrinin ləğvi İqtisadi: 1924: Həftəsonu Qanunu Sosial: 25 noyabr 1925: Erkəklər üçün geyimin dəyişilməsi Sosial: 30 noyabr 1925: Dini monastırların və dərviş evlərinin bağlanması İqtisadi: 1925: Nümunəvi fermaların yaradılması; (məs.: Atatürk Meşə Ferması) İqtisadi: 1925: Beynəlxalq vaxt və təqvim sistemi (Qriqorian təqvimi və vaxt zonası) Hüquqi: 1 mart 1926: İtaliya cinayət məcəlləsi əsasında hazırlanmış cinayət məcəlləsinin qəbulu Hüquqi: 4 oktyabr 1926: İsveçrə mülki məcəlləsi əsasında yeni mülki məcəllənin qəbulu Hüquqi: 1926: Öhdəliklər qanunu Hüquqi: 1926: Kommersiya qanunu İqtisadi: 31 may 1927: Türkiyə Dövlət Dəmiryolları Təhsil: 1 yanvar 1928: Türkiyə Təhsil Assosiasiyasının qurulması Təhsil: 1 noyabr 1928: Yeni türk əlifbasının tətbiqi === 1930-cu illər === Təhsil: 1931: Tarixi araşdırma üçün Türk Tarix Cəmiyyətinin qurulması Təhsil: 12 iyul 1932: Türk dilinin tənzimlənməsi üçün Türk Dil Cəmiyyətinin yaradılması İqtisadi: 1933: Beynəlxalq vahidlər sisteminin qəbulu İqtisadi: 1 dekabr 1933: İlk beş illik inkişaf planı (planlaşdırılan iqtisadiyyat) Təhsil: 31 may 1933: Universitetin təhsilinin tənzimlənməsi Sosial: 21 iyun 1934: Soyad Qanunu Sosial: 26 noyabr 1934: Müəlliflərin və adların ləğv edilməsi Təhsil: 5 dekabr 1934: Qadınların səs verməsi və seçilməsi üçün tam siyasi hüquqlar.
Azərbaycanda aqrar islahatları
Azərbaycanda aqrar islahatlar — Azərbaycanda torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == Rusiya imperiyası ağalığı dövründə Şimali Azərbaycanda feodalların və çar mütləqiyyətinin mənafeyini mühafizə edən, zəhmətkeş kəndli kütlələrinin həyat mənafeyi əleyhinə, onların ağır istismarına yönəldilmiş bıra sıra aqrar islahatlar keçirilmişdir. 6 dekabr 1846-cı ildə çarizmin verdiyi fərman feodal torpaq sahibliyinin bütün formalarını xüsusi mülkiyyət kimi tanımışdır. Fərmanın əsas müddəaları 20 aprel və 20 dekabr 1847-ci il tarixli Əsasnamələrdə inkişaf etdirilmiş və konkretləşdirilmişdir. Əsasnaməyə görə, kəndlilər sahibkarların xeyrinə natural renta və pul mükəlləfiyyətləri ödəməli, biyara getməli, onlar üçün nökər ayırmalı idilər. 1846-1847-ci illərin aqrar qanunları Azərbaycanda feodal təhkimçilik münasibətlərini qüvvətləndirdi. Rusiyada 1861-ci il kəndli islahatından sonra milli ucqarlarda da kəndli ishalatları keçirmək məsələsi qarşıya çıxmışdı. Bununla əlaqədar 1870-ci ildə Azərbaycanda kəndli ishalatı keçirilmişdir. İslahat məhdud və daha çox təhkimçilik xarakterində idi. Xəzinə torpaqlarında yaşayan və bütün kəndlilərin 70%-indən çoxunu təşkil edən dövlət kəndlilərinə aid edilməmişdir.
Azərbaycanda əlifba islahatları
Azərbaycan dilində Əlifba islahatları — Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1918-cu ilin dekabrında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi. Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi.
II Aleksandrın islahatları
"Böyük islahatlar" — o vaxta qədər Rusiya tarixində analoqu olmayan 1860 və 1870-ci illərdə imperator II Aleksandrın dövründə Rusiya imperiyasında həyata keçirilmiş islahatlar: Təhkimçilik hüququnun ləğvi (1861) Maliyyə islahatı (1863) Ali məktəb islahatı (1863) Zemstvo islahatı (1864) Məhkəmə islahatı (1864) Senzura islahatı (1865) Şəhər özünüidarəçiliyi islahatı (1870) Orta məktəb təhsili islahatı (1871) Hərbi islahat (1874)Bu yeni tədbirlər uzun müddət davam edən bir sıra sosial-iqtisadi problemləri həll etdi, Rusiyada kapitalizmin inkişafı yolunu təmizlədi, vətəndaş cəmiyyətinin və qanunun aliliyinin sərhədlərini genişləndirdi. Lakin bu yeniliklər sona qədər aparılmadı. II Aleksandrın hakimiyyətinin sonunda mühafizəkarların təsiri altında bəzi islahatlar (məhkəmə, zemstvo) məhdud həyata keçirildi. Xələfi III Aleksandrın başlatdığı əks-islahatlar kəndli islahatlarının və şəhər özünüidarəetmə islahatlarının müddəalarına da təsir etdi. == Maariflənmiş bürokratlar == İslahatların hazırlanmasında və həyata keçirilməsində əsas fəal qüvvə 1830-1840-cı illərdə formalaşmağa başlayan yüksək vəzifəli məmurların kiçik bir zümrəsi idi. Qərb tarixşünaslığında bu zümrə "maariflənmiş bürokratlar" adlanır. 1960-cı illərdən sonra isə rus tarixşünaslığında "liberal bürokratlar" termini geniş istifadə olunur. Müasirləri onları "qırmızılar", "mütərəqqilər", "demokratik məmurlar" adlandırırdılar və "reaksionerlər" və "təhkimçilər"ə qarşı qoyurdular. "Liberal bürokratlar"ı təhkimçiliyin ləğv edilməsi, məhkəmənin, yerli idarəetmənin və həyatın digər sahələrinin yenilənməsinin zəruriliyi birləşdirirdi. “Liberal bürokratlar” yenilənmənin əsas aparıcı qüvvəsi kimi imperatorun qeyri-məhdud hakimiyyətini görürdülər.
I Pyotrun islahatları
I Pyotrun islahatları, XVIII əsr Pyotrun dəyişiklikləri - 1725-ci ildə Rusiyada I Pyotrun hakimiyyəti dövründə həyata keçirilən dövlət və ictimai həyatda dəyişikliklər. I Pyotrun bütün islahat fəaliyyətini şərti olaraq üç dövrə ( mərhələlərə) bölmək olar: 1696-1721. - Pyotrun Azov kampaniyası və Şimal müharibəsi dövrü (1700-1721), o cümlədən 1703-cü ildə Sankt-Peterburqun əsasının qoyulması və 1709-cu ildə Poltava döyüşü, sonra isə - 1721-1725 - Rusiya imperiyasının yaranması; Qafqazda yürüşlər və 1725-ci ilin fevralında Pyotrun ölümü. Birinci mərhələnin xüsusiyyətləri tələsik və həmişə düşünülmüş xarakterə malik deyildi, bu da Şimal müharibəsinin aparılması ilə izah olunur. İslahatlar, ilk növbədə, müharibə üçün vəsait toplamaq məqsədi daşıyırdı, yığımlar zorla aparılır və çox vaxt istənilən nəticəni vermirdi. Birinci mərhələdə dövlət islahatları ilə yanaşı, həyat tərzinin müasirləşdirilməsi istiqamətində də geniş islahatlar aparıldı. İkinci dövrdə islahatlar daha sistemli xarakter daşıyırdı. Bir sıra tarixçilər, məsələn, V. O. Klyuchevski , Peterin islahatlarının 17-ci əsrdə baş verən dəyişikliklərin yalnız təbii davamı olduğuna diqqət çəkdi. Digər tarixçilər (məsələn, Sergey Solovyov ), əksinə, Pyotr dəyişikliklərinin inqilabi xarakterini vurğuladılar. Pyotrun islahatlarını təhlil edən tarixçilər onun bu islahatlarda şəxsi iştirakı ilə bağlı müxtəlif fikirlər söyləyirlər.
Kiselyov islahatları
Kiselev islahatı — 1837-1841-ci illərdə Rusiya imperiyasının Dövlət Əmlak naziri Pavel Dmitriyeviç Kiselyovun təşəbbüsü ilə həyata keçirilən, dövlət kəndlilərinin idarə edilməsi islahatıdır.. == İslahata hazırlıq == 1836-cı ildə kəndli islahatı layihəsini hazırlamaq üçün P. D.Kiselyovun rəhbərliyi ilə İmperator Əlahəzrətinin Şəxsi dəftərxanasının 5-ci şöbəsi təşkil edildi. Pavel Dmitriyeviç Kiselyov təhkimçiliyin ləğvinin tərəfdarı idi, lakin eyni zamanda bu məsələni dövlət üçün sarsıntısız və tədricən həll etməyi təklif etdi. O, hələ nazir olmasa da, o, öz islahatçı ideyalarını həyata keçirmək üçün böyük imkanlara malik olmaqla, monarx qarşısında şəxsi həftəlik hesabat hüququ əldə etmişdi. Dəyişikliklərin Sankt-Peterburq quberniyasından başlaması nəzərdə tutulurdu, ona görə də Sankt-Peterburq Dövlət Mülkiyyət İdarəsi yaradıldı, bu əyalətin bütün dövlət kəndliləri və əmlakı Maliyyə Nazirliyindən verildi.. Bununla belə, öz ideyasını ardıcıl proqrama çevirmək, həm də onu müsbət nəticələrlə gücləndirmək üçün Kiselyovun dövlət əmlakını və yalnız bir vilayətin kəndlilərini idarə etməsi kifayət etmədi, ona ilkin tədqiqatların miqyasını mümkün qədər çox artırmaq lazım idi. 1836-cı ilin mayında Kiselyov dövlət əmlakının yoxlanılması üçün Moskva, Pskov, Kursk və Tambov əyalətlərinə məmurların göndərilməsi xahişi ilə I Nikolaya müraciət etdi. Yoxlamanın sonunda vəzifəli şəxslərin hər biri öz rəsmi hesabatının surətini qubernatora təqdim etməli idi, o da öz növbəsində auditin bütün subyektləri üzrə hesabata baxaraq müəyyən iradlarını bildirdi. Kiselyov kəndlilərin vəziyyətinə şəxsən baxmağı və dövlət əmlakının, xüsusən də dövlət kəndlilərinin təşkili üçün istifadə edilməli olan bəzi prinsiplərdən istifadənin rahatlığına əmin olmağı zəruri hesab edirdi, ona görə də Sankt-Peterburqun bəzi rayonlarına - Peterburq quberniyasına, sonra Pskov, Kursk və Moskvaya getdi. Qayıdanda o, İmperator I Nikolaya qısa bir hesabat təqdim etdi, burada islahat layihəsinin inkişafının əsas istiqamətləri qeyd edildi.
Qazan xanın islahatları
== İslahatların keçirilməsi zəruriliyi == XIII əsrin 80–90-cı illərində Hülakilər dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının tənəzzülünə gətirib çıxarmışdı. XIII–XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Qazan xana qədərki hökmdarlar – Hülakü xan, Abaqa xan, Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində də bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Başlıca cəhət odur ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapmışdı. Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgü ilə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik; hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik; ticarət-maliyyə qaydaları barədə qanunvericilik; saraydaxili idarəçilik barədə qanunvericilik; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik. Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü.Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi.
Qrakxus qardaşlarının islahatları
Məşhur Qədim Roma islahatçıları Tiberi Semproni Qrakxus və Qay Semproni Qrakxus. == Tiberi Semproni Qrakxus == Tiberi Semproni Qrakxus (e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproniy Qraqxusun böyük qardaşı. == Qay Semproni Qrakxus == == Qrakxus qardaşlarının islahatlarının əhəmiyyəti == Qrakxların islahatlarının əhəmiyyəti böyük idi. Onların əsas nəticəsi siyasi böhranın və silahlı mübahisənin başlaması idi. Qrakxlar həll edilməsi vacib olan bir sıra qanun layihələri irəli sürdülər: müttəfiqlər məsələsi, aqrar məsələ, əyalətlərin idarəsi, məhkəmələrin yenidən təşkili və s. Qrakxlar hərəkatı demokratik hərəkatın təzahürü idi, ancaq onun zəif yerləri də aşkar olundu. Buna baxmayaraq romalıların və italiklərin geniş təbəqləri bu mübarizəyə cəlb olundular. Qrakxçı hərəkatı yeni siyasi stil yaratdı, xalq yığıncağına arxalanan siyasət.
Tənzimat islahatları
Tənzimat (türk. تنظيمات‎ — "tənzimləmə", "yoluna qoyma") — İlk Osmanlı Konstitusiyasının qəbul edildiyi 1876-cı ilə qədər, 1839-cu ildən Osmanlı İmperiyasında modernləşmə islahatlarının ədəbiyyatda qəbul edilmiş adı (və onların həyata keçirilməsi dövrü) . İslahatların təməl prinsipləri taxta çıxdıqdan sonra Sultan Əbdül-Məcid tərəfindən 1839-cu il noyabrın 3-də nəşr olunan "Gülxanə xətt-i Şərif"də təsbit edilmişdir. Əvvəlki islahatlardan fərqli olaraq Tanzimatda əsas yeri hərbi deyil, sosial-iqtisadi dəyişikliklər tuturdu. İslahat təşəbbüsü, "Gülxanə xətt-i Şərifin" müəllifi olan Mustafa Rəşid paşa rəhbərliyi ilə mütərəqqi bir bürokratiya qrupuna aid idi. O, bir neçə il İngiltərə və Fransada səfir, sonra isə Xarici İşlər Naziri postunu tutmuşdur. Onun rəhbərliyi ilə mərkəzi hakimiyyəti gücləndirmək, Balkanlarda azadlıq hərəkatının qarşısını almaq və mövcud sistemi Qərbi Avropa həyatının normalarına uyğunlaşdıraraq ölkənin Avropa güclərindən asılılığını zəiflətmək üçün yeni islahatlar planı hazırlanmışdır. == İslahatdan əvvəlki tarix və onu doğuran əsas şərtlər == XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı. Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləşdirmişdilər. Osmanlının kapitalist dövlətlərinin xammal bazasına çevrilməsi prosesi güclənirdi.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (rəsmi adı: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs) — Azərbaycan Respublikasındakı publik hüquqi şəxslərdən biri. Mərkəz Bakı şəhərində yerləşir. İcraçı Direktoru Vüsal Qasımlıdır. == Tarixi == İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb. == Məqsədi == İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir == İstiqamətləri == İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç əsas funksional istiqaməti əhatə edir: İqtisadi təhlil; Monitorinq və qiymətləndirmə; İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası. == Missiyası == Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək. == İdarə olunması == Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur. === Müşahidə Şurası === 20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmana əsasən Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
Əmir Kəbirin islahatları
Əmir Kəbirin islahatları — İranın birinci naziri (atabəyi) olmuş Mirzə Tağı xan Əmir Kəbirin dövlətin modernləşdirilməsi yolunda başladığı islahat. == İslahatlara ehtiyac == XVIII-ci əsrin 40-cı illərin sonuna doğru daxili siyasi vəziyət gərgin olaraq qalırdı. Tamamilə xəstə və fəaliyətsiz Məhəmməd şah Qacar dövlət işləri ilə məşğul ola bilmirdi. Dövlətdə hərc-mərclik artırdı. Xanların separatizmi artırdı. Ticarət və sənətkar zümrələr İranın köhnə idarə üsulundan narazı idi. İran getdikcə İngiltərə ilə Rusiyanın Yaxın və Orta Şərq uğrunda mübarizələrində oyuncağa çevrilirdi. Ölkənin şimalı sayılan Azərbaycan, Gilan, Mazandaran - daha çox Avropa bazarları ilə əlaqəli olduğuna görə dəyişikliklərdə ehtiyac buralarda daha çox duyulurdu. Bu əyalətlərdə vəziyət getdikcə gərginləşirdi. Bir neçə quraq il, vəba və taun epidemiyaları, Təbrizin və onun ətraf rayonlarının çörək ticarətində əks olunan osmanlılarla çoxillik müharibələr, bir çox tayfaların özbaşınalığı, yollarda quldurluq və elatın törətdiyi yağmalar, eləcə də Azərbaycanın daxili işinə ingilis və rusların üzrsüz müdaxilələri və bununla bərabər Qərbin vəli-əhdin sarayına iqtisadi və siyasi təsirləri, tənzimat keçirən osmanlılarla daha sıx əlaqələr, vəli-əhdin Abbas mirzə kimi sərt siyasət aparmaq bacarığında olmaması, vəli-əhdin əvəz olunması - bütün bu amillər əhaliyə ağır təsir bağışlayırdı, Təbrizdə və başqa şəhərlərdə üsyanlara gətirirdi, kafirlərə və gavurlara müqavimət göstərə bilməyən şah hökumətinə qarşı olan şiə ruhanilərini fəallaşdırırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 135.33 dəfə / 1 mln.
2002 •••••••••••••••• 222.70
2003 •••••••••••••• 199.99
2004 •••••••••••• 164.06
2005 ••••••••••••• 188.94
2006 ••••••••••• 157.89
2007 ••••••••••• 158.36
2008 •••••••••••• 171.26
2009 •••••••• 105.27
2010 •••••• 86.33
2011 •••••••• 115.22
2012 ••••••• 99.82
2013 •••• 50.33
2014 •••••• 80.83
2015 ••••••• 96.97
2016 ••••••••••• 153.93
2017 ••••••••••• 157.71
2018 ••••••••••• 153.57
2019 •••••••••••••••••••• 291.39
2020 ••••••••••••• 175.31

"islahatlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#islahatlar nədir? #islahatlar sözünün mənası #islahatlar nə deməkdir? #islahatlar sözünün izahı #islahatlar sözünün yazılışı #islahatlar necə yazılır? #islahatlar sözünün düzgün yazılışı #islahatlar leksik mənası #islahatlar sözünün sinonimi #islahatlar sözünün yaxın mənalı sözlər #islahatlar sözünün əks mənası #islahatlar sözünün etimologiyası #islahatlar sözünün orfoqrafiyası #islahatlar rusca #islahatlar inglisça #islahatlar fransızca #islahatlar sözünün istifadəsi #sözlük