İslamda sözü azərbaycan dilində

İslamda

Yazılış

  • İslamda • 84.2294%
  • islamda • 15.2927%
  • İSLAMDA • 0.2389%
  • İSlamda • 0.2389%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
İslamda cəhənnəm
İslamda cəhənnəm (ərəb. جهنم‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasındakı əzabıdır. İslamda Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran Kafirlər (inancda bir və daha çox şeyi inkar edənlər), şirklər (Allahın birliyinə qarşı çıxanlar), munafiqlər (iman gətirməsinə baxmayaraq, İslam inanclarına inanmayan şəxslər), günahkarlar və zalımlar üçün hazırlanmışdır. Onlar pillədən-pilləyə yüksələn cəhənnəmdə sonsuza qədər qalıb, əzab çəkəcəklər. Peyğəmbər : "Veyl cəhənnəmdə bir vadidir.Kafir orada qırx il batar, lakin dibinə çatmaz". Peyğəmbər : "Sizə cəhənnəm əhlindən xəbər verimmi?" Səhabələr: "Bəli, ey Allahın Rəsulu" dedilər. Peyğəmbər "Bunlar simic,paxıl,təkəbbürlü kimsələrdir" deyə buyurdu. Rəsulullah sədid suyu haqqında buyurdu: "O, ağıza yaxınlaşdırılacaq və onu cəhənnəmdə əzab çəkən heyvanın suyu içdiyi kimi içər. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq.O suyu içəndə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaqdır". Əbu Səid əl Xudri (r.a) deyir: "Bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üsdünə düşər".
İslamda cənnət
İslamda cənnət (ərəb. جنة‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasında sonra köçəcəyi müqəddəs dünyadır. Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Peyğəmbər : "Allah cənnəti yaratdığı zaman Cəbrailə buyurdu: "Get ora bir bax". O da gedib cənnətə baxdı və "Ey Rəbbim, sənin izzətinə and olsun ki, onu eşidib və ora girməyən qalmayacaqdır. Hər kəs ora girəcəkdir" dedi. Allah cənnətin ətrafını məkruhlarla nəfsin xoşlanmadığı şeylərlə bəzədi və "İndi get ora bax" deyə buyurdu. Cəbrail gedib ora bir də baxdı və "Qorxuram ki, ora heç kimsə girməsin" dedi. Allah cəhənnəmi yaradib Cəbrailə "Get ora bir bax" deyə buyurdu.
İslamda iman
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
İslamda mələklər
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
İslamda pişiklər
İslamda pişiklər — təmizliyinə görə hörmətlə qarşılanır, onlar "əsas ev heyvanı" sayılırlar. Yaxın Şərqdə pişiklərə qədim zamanlardan bəri önəm verilir. İslamda belə bir ənənə də çox dəyişilmiş formada olsa da yaranmışdır. Bir çox hədislərə görə, İslam peyğəmbəri Məhəmməd pişiklərin təqib edilməsini və öldürülməsini qadağan etmişdir. Məhəmməd peyğəmbərin səhabələrindən biri olan Əbu Hüreyrə pişiklərə olan məhəbbətinə görə bu ləqəbi (ərəb. أبو هريرة, hərfi mənada "pişiklərin atası") almışdır. Onun sözlərinə görə, o, Məhəmməddən pişiyə qarşı amansızlığına görə cəhənnəmə gedən dindar qadın haqqında əhvalatı eşitmişdir: Qadın pişiyi kəndirlə bağlamış, pişik ölənə qədər ona yemək və su verməmişdir. Rəvayətə görə, Əbu Səid əl-Xudrinin pişiyi Məhəmmədi ilandan xilas etmişdir. Amerikalı şair və səyyah Bayard Taylor (1825–1878) pişiklərin sərbəst gəzdiyi Suriya xəstəxanasını görəndə heyrətə gəldi. Pişik sığınacağı kimi də fəaliyyət göstərən obyektə vəqf, baxıcıların maaşı, baytarlıq baxımı və pişik yemi yardımı edilib.
İslamda qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
İslamda Harun
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
İslamda zina
Zina (ərəb. زِنَا‎) — islam hüququnda (fiqh) evli olmayan insanlar arasında qeyri-qanuni cinsi əlaqə. Dörd sünni və iki şiə məzhəbinin hamısında zina termini bir-biri ilə evli olmayan kişi və qadın arasında könüllü cinsi əlaqə deməkdir. Əksər Avropa dillərində evli şəxslərin digərləri ilə cinsi əlaqəsi və iki subay insan arasında cinsi əlaqə arasında fərq qoyulur. Buna baxmayaraq, islam şəriətində belə bir fərq yoxdur. İslam qanunları müsəlmanlar və qeyri-müsəlmanlar üçün Quran və Məhəmməd peyğəmbərin sünnəsinə əsasən cəzalar nəzərdə tutur. Digər İbrahimi dinlərində olduğu kimi islamda da zina ən ağır günahlardandır. Zina Quranda üç yerdə qeyd edilmişdir. Məhəmməd peyğəmbərin sünnəsindən zina ilə bağlı bir neçə hal var. Birinci halda Məhəmməd peyğəmbər Tövrat qanununa istinad edərək zina edən yəhudi qadını daşqalaq etməyi əmr etmişdi.
İslamda bidət
Bidət — dində olmayan şeyi qanun kimi dinə daxil etmək - İslam dinində böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara təcavüz kimi baxılır. Müqəddəs İslam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Bu barədə Əli(ə) buyurub: "Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabançı adət-ənənələri gətirən dövlət rəhbəridir". Vəhhabilik və təkfirçilər şiələri bidətçi hesab edirlər. Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir: "Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".
İslamda dua
Dua — çağırış, dindarın ALLAHA müaraciəti. Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir. Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır. Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!" Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir. DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik: Təharətli olmaq Dua edərkən üzü qibləyə tərəf əyləşmək Haram və pis işlər üçün dua etməmək İnam və yəqinlə dua etmək Duada hacətlərin həyata keçməsinə təkid etmək Səhər çağı dua etmək Dua edərkən hacətləri dilə gətirmək Duadan qabaq Allah-taala üçün həmd-səna demək Duadan qabaq və sonra Həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək; Müqəddəs məkanlarda dua etmək və s. (1.
İslamda qurban
İslamda qurban (ərəb. قربان‎) — islam dinində qurbanvermə anlayışı. Qurbankəsmə vacib ibadət ayinlərindən biridir. Ən məşhur qurban udhiyyədir. Fitr bayramında kəsilən qurban, lakin bundan əlavə müsəlmanlar uşaq doğulması (əqiqə), eləcə də nəzir (nəzr qurbanı) münasibətilə qurban kəsirlər. Udhiya (ərəb. التضحية — Günəş çıxandan sonra səhər kəsilən qurbandır. Qurban bayramının qeyd olunması zamanı Zilhiccə ayının 10-da icra edilən qurbanlıq mərasimidir. Ayin İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasının xatirəsinə edilir, onun yerinə son anda qoç kəsilir. Bu ayin İslam dininin mühüm ritual xüsusiyyətidir.
İslamda tanrı
İslamda tanrı — islam dinində tanrı ilə bağlı anlayış. İslamda Allah (ərəb. ٱللَّٰه‎) kainatın yaradıcısı və hamisidir, əbədi yaşayandır və nəhayət bütün insanları dirildəcək qüvvə kimi müşahidə olunur. Tanrı mükəmmək, tək, ölməz, hər şeyə qadir və hər şeyi bilən, bütün sifətlərində tamamilə sonsuz olan tanrı kimi təsəvvür edilir. İslam daha sonra tanrının çox mərhəmətli olduğunu vurğulayır. İslamın tanrı anlayışı müxtəlif şəkildə monoteist, panenteist və monistik olaraq təsvir edilmişdir. İslam teologiyasında tanrının transsendental mahiyyəti o deməkdir ki, onu heç bir təbii varlıq və ya fenomenlə müqayisə etmək olmaz. Nəticə etibarı ilə islam mücəssəmə doktrinasını və antropomorfik olan şəxsi tanrı anlayışını tamamilə rədd edir, çünki bu, şirk (bütpərəstlik) forması kimi görünür. O, "Quran"da belə təsvir edilir: "O, göyləri və yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır.
İslamda ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
İslamda baş kəsmə
İslamda baş kəsmə — Şəxslərin başlarının kəsilməsi ilə cəzalandırılması. İslam ölkələrinin bəzilərində bu gün belə bu cəza metodundan istifadə edilməkdədir. Baş kəsmə cəzası bir çox ərəb ölkələrində qadağan edilmişdir. Cəza metodundan əsasən radikal islam təşkilatları tərəfindən istifadə edilir. İran, Qətər və Yəməndə cinayətkarların bu şəkildə cəzalandırılması ilə bağlı qanunlar mövcud olsa da bu üsulun istifadəsi həyata keçirilmir. Baş kəsmə cəzasını tətbiq edəndə yeganə islam dövləti Səudiyyə Ərəbistanıdır. Xarici dövlətlərin etirazlarına baxmayaraq dövlət bu cəza metodunun həyata keçirməyə davam edir. Şəxsin başının qılınc ilə kəsirlərək öldürülməsi adətən xüsusi-ağır cinayətlər törətmiş şəxslərə qarşı tətbiq edilir. 2002-ci ildən etibarən Əl-Qaidə və İraq Şam İslam Dövləti tərəfindən əsir alınmış şəxslərin başlarının kəsilməsi və bunların kütləvi şəkildə nümayiş etdirilməsinin ardından mövzunun yenidən aktuallaşmasına səbəb olmuşdur. İslamın əsas və yeganə mənbəyi olan Qurani-Kərimdə isə baş kəsmə ilə bağlı hər hansı ayə və ya hökm yoxdur.
İslamda böyük günahlar
Böyük günahlar İslamda cəhənnəm əzabı vədəsi verilmiş günahlar hesab olunur. Allaha şərik qoşmaq Allahın rəhmətindən ümidsizlik Allaha qarşı pis güman Allahın məkrindən əmin-amanlıq Nahaqdan adam öldürmək Valideynin üzünə ağ olmaq Qohumluq əlaqələrini kəsmək Yetim malını yemək Sələmçilik Zina Ləvat (homoseksualizm) Qəzf — namus böhtanı (iffətli müsəlman qadına və ya kişiyə livat, yaxud zina töhməti vurmaq) Şərab içmək Qumarbazlıq Ğina Yalan danışmaq (Yalandan and içmək, Yalandan şahidlik etmək) Şahidlik etməkdən boyun qaçırmaq Əhd-peymanı pozmaq Əmanətə xəyanət etmək Oğurluq Çəkidə aldatmaq Haram mal yemək Haqqın həbs edilməsi (imkanı olan halda haqqın qaytarılmaması) Cihaddan qaçmaq Hicrətdən sonra təərrüb (Ərabi səhrada yaşayıb din, ədəb və onun qayda-qanunlarından xəbərsiz və onlara qarşı etinazçı olan şəxslərə deyilir.) Zalımlara kömək etmək Məzlumlara kömək etməmək Sehrbazlıq İsrafçılıq Təkəbbürlük Müsəlmanlarla müharibə Murdar ət yemək Bilərəkdən namazı tərk etmək Zəkat verməmək Həcci yüngül saymaq Vacib əməllərdən birini tərk etmək Günaha təkid etmək və günahı kiçik saymaq Qeybət Söz gəzdirmək Möminin ələ salmaq Söyüş və tənə vurmaq Mömini kiçiltmək Mömini rüsvay və məzəmmət etmək Şeir vasitəsilə möminə hörmətsizlik Qonşuya əziyyət etmək Hiyləgərlik İkiüzlülük Ehtikar (ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq), monopoliya Həsəd Möminlə düşmənçilik etmək Müsahiqə (eyni cinsdən olan insanların çılpaq maneəsiz bir yoğan-döşəkdə yatması) Riyadət və risayət İstimna (onanizm) Bidət Nahaq hökm vermək Haram aylarda müharibə etmək Allah yolundan saxlamaq Nankorluq (nemətlər qarşısında) etmək Fitnə törətmək Kafirlərə silah satmaq Böhtan və pis güman Qurana hörmətsizlik Kəbəyə hörmətsizlik Məscidlərə hörmətsizlik Müqəddəs məkanlara qarşı hörmətsizlik Nəcis olmuş şeyi yemək və ya içmək Yaxşını pisdən ayırd etməyi bacaran uşaq yanında övrəti açmaq Başqasının övrətinə baxmaq (ər-arvad istisnadır) Cənabət, heyz və nifas halında məscidlərdə durmaq Kişinin xalis ipək və xalis qızıldan istifadə etməsi Kişilərin özünü qadınlara, qadınların isə kişilərə oxşatması Naməhrəmə şəhvət gözü ilə baxmaq Birinin icazəsi olmadan məktubunu oxumaq Birinin icazəsi olmadan evinin içərisinə (həyətinə) baxmaq Azdırıcı ədəbiyyatların saxlanılması və yayılması.
İslamda dörd kitab
İslam inancında imanın şərtlərindan biri "Kitablara iman"dır. Bu anlayış Allah tərəfindən bəzi peyğəmbərlərə kitablar nazil edildiyində bu kitabların içindəkilərinin tamamilə doğru və gerçək olduğuna inanmaq deməkdir. İslam inancına görə dəyişdirilmiş 3 kitab vardır. Tövrat (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), Zəbur (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), İncil (Xristianlıq inancı tərəfindən dəyişdirilmişdir). Dəyişdirilməyən tək kitab isə Qurandır.
İslamda insan hüquqları
İslamda insan hüquqları — İslam dininə əsasən hər bir insan doğulduğu andan bir cox hüquqlara malikdir. Müsəlman və qeyri-müsəlman olmasından asılı olaraq insanlara Allah tərəfindən verilən hüquqlar müxtəlifdir. Müsəlmanın malik olduğu hüquqlara qeyri-müsəlmanlar sahib ola bilməzlər. Müsəlmanların himayəsi altında olan qeyri-müsəlmanlar zimmi adlanır.
İslamda müqəddəs kitablar
İslam inancında imanın şərtlərindan biri "Kitablara iman"dır. Bu anlayış Allah tərəfindən bəzi peyğəmbərlərə kitablar nazil edildiyində bu kitabların içindəkilərinin tamamilə doğru və gerçək olduğuna inanmaq deməkdir. İslam inancına görə dəyişdirilmiş 3 kitab vardır. Tövrat (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), Zəbur (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), İncil (Xristianlıq inancı tərəfindən dəyişdirilmişdir). Dəyişdirilməyən tək kitab isə Qurandır.
İslamda oral seks
İslami baxımdan oral seks, “Təhrimi məkruh” və ya bəzi İslam hüquqşünaslarına görə cinsiyyət orqanının ağız və dillə təmasda olması çox arzuolunmazdır. Bu əməlin tövsiyə edilməməsinin səbəbi ilk növbədə təvazökarlıq, təmizlik və paklıq ilə əlaqədar olan digər məsələləridir. Ən çox yayılmış iddiada deyilir ki, ağız və dil Quran oxumaq və Allahın zikri (zikr etmək) üçün istifadə olunur. Birinci olaraq alimlər, cinsiyyət orqanına ağız vasitəsi ilə toxunmağı iyrənc hesab edirlər, çünki cinsi orqana sol əllə deyil, sağ əllə toxunmaq Məhəmməd peyğəmbər tərəfindən qadağan edilmişdir; onların fikrincə, ağız sağ ələ nisbətən daha şərəflidir, çünki ağızla cinsiyyət orqanına toxunmaq daha iyrəncdir. İkinci olaraq, genital ifrazatın vəziyyəti dörd sünni məzhəbi arasında müzakirə olunur, bəzi alimlər bunu təmiz, bəziləri isə çirkin hesab edirlər. Bununla bağlı fikir ayrılıqları mövcuddur. Bir çox alimlər oral seksin icazəli olduğuna inansalar da, bəyənmirlər. Ağızla cinsi əlaqəni caiz hesab edən alimlər qrupu hədislərdə və Quranda belə bir hərəkəti qadağan edən açıq-aydın bir əmr olmadığı üçün bu hərəkəti caiz yəni icazəli bilmişdirlər. Yusif əl-Qaradavi kimi aparıcı müsəlman alimləri bu fikrə şərikdirlər. Hədisdə öpüşmə, toxunma və bu kimi şeylər açıq-aydın qeyd olunmuş, eyni zamanda İslam dini ön sevişmənin vacibliyini vurğulamışdırsa da, belə bir hərəkət hədisdə ön sevişmənin bir hissəsi kimi qeyd olunmamışdır.
İslamda xüsusi günlər
İslam dinində Ramazan bayramı və Qurban Bayramı olmaq üzrə iki böyük bayram vardır. Bayramlar mədəniyyət və məzhəblərin fərqliliyinə görə müxtəlif şəkillərdə qeyd edilir. İslami bayramlar ay təqviminə görə tənzimlənir. İslami təqvimdə 12 ay və 354–355 gün vardır. Sünni və şiə ay təqvimləri hər dəfə üst-üstə düşmür. Bəzən həm şiələrin həm də sünnilərin qeyd etdiyi bir bayram fərqli günlərə təsadüf edə bilər. İslami bayramlar ay təqviminə görə təşkil edildiyindən 1-2 günlük fərqliliklər ola bilər. Müsəlmanlar tərəfindən müqəddəs sayılan gecələrdir. Bu gecələrə "qəndil gecələri" də deyilir. Qəndil gecələrini peyğəmbər keçirtməyib.
İslamda Tanrının adları
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Şiə İslamda Aişə
Şiələrin Aişəyə baxışı ümumiyyətlə xoş deyil. Bu, ilk növbədə, onun Əhli-Beytə (İslam peyğəmbəri Məhəmmədin ailəsinə) nifrət etməsi və o dövrün "Birinci fitnə"dəki (vətəndaş müharibəsi) hərəkətləri ilə əlaqədardır. Cəməl döyüşündə onun iştirakı geniş şəkildə bu cür hörmətsizlik əlaməti hesab olunur. Şiələr də Aişənin sağlığında siyasi iştirakına görə onu mübahisəli şəxs hesab edirlər. Aişə birinci xəlifə Əbu Bəkrin qızı olduğu üçün siyasi ailə nəslindən idi. Aişə Məhəmmədin siyasi həyatında da fəal rol oynamışdır; o, döyüşçülər arasında müharibədən əvvəl danışıqlara başlamaq, döyüşlər aparmaq və müharibələri bitirmək kimi hərbi bacarıqları öyrəndiyi müharibələrdə onu müşayiət etdiyi bilinirdi. Sünnilər deyirlər ki, Aişə Məhəmmədin xanımı olduğu üçün onu tənqid etmək peyğəmbəri tənqid etməyə bərabərdir. Şiələr isə Quranda həm Nuhun, həm də Lutun xanımlarının vəziyyətinə istinad edərək buna qarşı çıxırlar: Tanınmış Quran təfsirçisi İsmayıl ibn Kəsir bu ayə haqqında demişdir: "Buna görə də ərlərinin bütün məhrəm bilikləri onlara nə kömək etdi, nə də əzabdan çəkindirdi, buna görə də, Allahın “(Onlar Allaha qarşı onlara heç bir fayda vermədilər) kəlamı, zövcələrinin kafir olmalarına görədir." Şiələr Aişənin Məhəmmədin sevimli arvadı olduğu fikrini rədd edir və Quran ayəsinə uyğun olaraq Məhəmmədin öz xanımlarından heç birini fərqləndirmədiyinə inanırlar: Həmçinin Məhəmməddən sitat gətirirlər: "Kişinin iki arvadı olsa və onlardan birinə meyl edərsə, Qiyamət günü bir tərəfi aşağı çökmüş halda gələcəkdir." Digərləri, Ümmü Sələmənin Əhli-Beytə bağlılığına görə onun sevimli həyat yoldaşı olduğuna inanırlar. Ümmü Sələmə Məhəmmədin ailəsinə sədaqəti və ölümündən sonra onun əmrlərinə itaət etməsi ilə Aişədən fərqli olaraq təqdim olunur. Əliyə qarşı ordu toplayan Aişədən fərqli olaraq Ümmü Sələmə gərginliyi sakitləşdirməyə çalışırdı.
İslamdan əvvəlki Ərəbistan
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. Əsil adı "Şibhu Cəzirətil-Arab" (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə "Cəzirətul-arab" deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10–15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.

"islamda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#islamda nədir? #islamda sözünün mənası #islamda nə deməkdir? #islamda sözünün izahı #islamda sözünün yazılışı #islamda necə yazılır? #islamda sözünün düzgün yazılışı #islamda leksik mənası #islamda sözünün sinonimi #islamda sözünün yaxın mənalı sözlər #islamda sözünün əks mənası #islamda sözünün etimologiyası #islamda sözünün orfoqrafiyası #islamda rusca #islamda inglisça #islamda fransızca #islamda sözünün istifadəsi #sözlük