İslandiyada təhsil
İslandiyada təhsil sistemi digər Skandinaviya ölkələrinin təhsil sistemi ilə oxşar olub dörd pillədən ibarətdir: məktəbəqədər, icbari, tam orta və ali təhsil. 6–16 yaşlı uşaqlar üçün təhsil icbaridir. Əksər təhsil müəssisələri dövlət büdcəsi hesabına fəaliyyət göstərir; ölkədə
özəl təhsil müəssisələri olduqca azdır. İslandiya gimnaziyaların olduğu ölkələrdəndir.
== Haqqında ==
Milli təhsil haqqında ilk qanun 1907-ci ildə qəbul olunub. İlk milli kurikulum 1926-cı ildə dərc edilib. Kurikulum mütəmadi olaraq gözdən keçirilsə də, İcbari təhsil haqqında 1974-cü il tarixli Qanun qəbul edilənədək bütövlükdə təhsil sistemində əhəmiyyətli yenilik olmamışdır. Sonuncu qeyd edilən normativ akt sağlamlıq imkanları məhdud olan bütün şagirdlərin xüsusi təhsilə cəlb edilməsini tələb edirdi.
Təhsil, Elm və Mədəniyyət Nazirliyinə görə,
Təhsil, Elm və Mədəniyyət Nazirliyi ölkədə təhsil sahəsində səlahiyyətli orqandır. Bir qayda olaraq, İslandiyada təhsil dövlət sektoru vasitəsilə idarə edilir; özəl təhsil müəssisələri sayca az olsa da, inkişaf etməkdə və artmaqdadır.