ismaililik sözü azərbaycan dilində

ismaililik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ismaililik • 62.5000%
  • İsmaililik • 37.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsmaililik
İsmaililər – İslam məzhəblərindən biri. == Yaranması == İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin, "isnə əşəriyyə"dən (on iki imamçılar) fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) adı da verilmişdi. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabelik göstərmək vacibdir. İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin batini məzhəb kimi əqidəsini və təşkilat strukturunun əsasını formalaşdırmışdır. İlk vaxtlar imamların yeddi olduğuna etiqad etsələr də sonralar onların sayı artmışdır. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi buna bariz misaldır. Bundan başqa ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam sayılmışlar.

ismaililik sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

şiəlikdə təriqət. VIII əsrdə Xilafətdə sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində yaranmışdır. İsmaililik, İslami müxalifət hərəkəti olan Əli yandaşlıarının bir törəməsidir. Hz. Məhəmmədin ölümündən dərhal sonra, yeni dinin Batinilik tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini istəmiş ancaq sünni əksəriyyətin qəbulu ilə Əbubəkr xəlifə seçilmişdir. Əli tərəfdarları, Ömər və Osmanın xəlifəliyini də qəbul etməmiş, Əlinin qısa davamlı və daxili qarşıdurmalarla keçən xəlifəlik dövründən sonra oğullarının qətli ilə, İslamiyyət günümüzə qədər sürən bölünmə və qarşıdurmalara süründür-ülmüşdür. İsmaililik də, Əlinin qırğından xilas nəvəsi Zeynela-bidin'in soyundan gələn Cəfər Sadiqin oğlu İsmailin imamlığını qəbul edən qrupun təşkilatı olmuşdur.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#ismaililik nədir? #ismaililik sözünün mənası #ismaililik nə deməkdir? #ismaililik sözünün izahı #ismaililik sözünün yazılışı #ismaililik necə yazılır? #ismaililik sözünün düzgün yazılışı #ismaililik leksik mənası #ismaililik sözünün sinonimi #ismaililik sözünün yaxın mənalı sözlər #ismaililik sözünün əks mənası #ismaililik sözünün etimologiyası #ismaililik sözünün orfoqrafiyası #ismaililik rusca #ismaililik inglisça #ismaililik fransızca #ismaililik sözünün istifadəsi #sözlük