İsmayılzadə sözü azərbaycan dilində

İsmayılzadə

Yazılış

  • İsmayılzadə • 99.5508%
  • ismayılzadə • 0.2246%
  • İSMAYILZADƏ • 0.2246%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsmayılzadə
İsmayılzadə — Azərbaycan soyadı. Alik İsmayılzadə (d. 1961) — elm xadimi. Arif İsmayılzadə (1937–2020) — azərbaycanlı geologiya-mineralogiya elmləri doktoru. Əsgər İsmayılzadə (2002—2020) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri. Gürsel İsmayılzadə (d. 1971) — Azərbaycan Respublikasının səfiri. İbrahim İsmayılzadə (1898—1962) — Azərbaycan həkimi. İsa İsmayılzadə (1941–1997) — azərbaycanlı şair, tərcüməçi, publisist. Qadir İsmayılzadə (1929–1998) — mişli Rayon Komitəsinin birinci katibi.
Alik İsmayılzadə
Alik Ismail-Zadeh (1961, Azərbaycan) (tam adı: Ali Tofiq oğlu İsmayılzadə) — elm xadimi. == Həyatı == Ali İsmayılzadə (Alik Ismail-Zadeh) 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakultəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi / Professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır. == Fəaliyyəti == === Mükafatları === 1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ; 1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq; 1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya; 1996-1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç; 1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya; 2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya; 2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya; 2007 – Ən çox istinad edilən sənəd 2004-2007 Elsevier mükafatı; 2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib; 2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU); 2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi; 2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS); 2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü; 2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü; 2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib; 2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü; 2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü; 2019 – Səfir Mükafatı (Ambassador Award), AGU; 2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1983-1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı; 1987-1990 –Rusiya Elmlər Akademiyası, O.Şmitt adına yerin fizikası İnstitutu, Aspirant; 1990-1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi; 1995-1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi, Post-doc, İtaliya; 1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi, İştirakçı alim, Amsterdam, Niderland; 1996 –Universität Mainz, Institut für Geowissenschaften, İştirakçı alim, Mainz, Almaniya; 1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv; 1996-1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə; 1998-2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi, dəvət olunmuş alim, Uppsala, İsveçrə; 1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya; 1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu, Dəvət olunmuş professor, İsrail; 2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP, Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq; 2001-2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu; 2001-2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya; 2002-2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi, Baş tədqiqatçı, Almaniya; 2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ; 2003-2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu, Baş alim, Layihə direktoru, Karlsruhe, Almaniya; 2005-2016 – Institut de Physique du Globe de Paris, Professeur intive, Paris, Fransa; 2006-2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya; 2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.
Gürsel İsmayılzadə
Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub. 1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib. 1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
Müzahim İsmayılzadə
Müzahim İsmayılzadə (5 dekabr 1958, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). Müzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonar iki il istehsalatda çalışmışdır. 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3№-li orta məktəbdə çalışmışdır (1981-1984). Azərbaycan Texniki Universitetində (1984-1990), “Ədəbiyyat qəzeti” ndə (1990-1992), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994), “Həyat” (1994-1995), “Xalq qəzeti” (1995-1999) və “Respublika” qəzetlərində (1999-2009) məsul vəzifələrdə çalışmışdır. 2009-2014-cu illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilmiş, komissiya sədri olmuşdur. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir. 1988-ci ildə ailə qurmuşdur.
Müşfiq İsmayılzadə
Məbud İsmayılzadə
Məbud İbrahim oğlu İsmayılzadə (24 mart 1924, Zərdab rayonu – 17 sentyabr 2004, Bakı) – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979). Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Məhəmməd İsmayılzadə
Məhəmmədrza İsmayılzadə
Qadir İsmayılzadə
Qadir İsmayıl oğlu İsmayılzadə (5 yanvar 1929, İrəvan – 24 noyabr 1998) — İmişli Rayon Komitəsinin birinci katibi. Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan şəhərində anadan olmuş, 1949-cu ildə indiki N.Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. O, İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Qadir İsmayılzadə 1971-ci ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə "Şərəf nişanı" ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. İki çağırış Ali Sovetin deputatı seçilmişdir. XI çağırış Ali Sovetə 254 nömrəli Qaradonlu seçki dairəsindən deputat seçilmişdir. Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonra 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir. İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.
Qüdrət İsmayılzadə
Qüdrət Seyfulla oğlu İsmayılzadə (24 oktyabr 1934, Bakı – 1 aprel 2024) — Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, "Şöhrət" ordeni laureatı (2019). 1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində doğulmuşdu. 1952-ci ildə 208 saylı orta məktəbi bitirmişdir. Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin atası idi. 2024-cü il 1 aprel tarixində öldü. 1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olmuşdur. 1960–1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur. Namizədlik dissertasiyası – "Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair", Tbilisi Dövlət Universiteti, 12 fevral 1964-cü il Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarında iştirak etmişdir. 1964–1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. Doktorluq dissertasiyası – "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti", Gürcüstan Elmlər Akademiyası, Tarix İnstitutunun Elmi Şurası, 28 oktyabr 1983-cü il.
Qədir İsmayılzadə
Qadir İsmayıl oğlu İsmayılzadə (5 yanvar 1929, İrəvan – 24 noyabr 1998) — İmişli Rayon Komitəsinin birinci katibi. Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan şəhərində anadan olmuş, 1949-cu ildə indiki N.Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. O, İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Qadir İsmayılzadə 1971-ci ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə "Şərəf nişanı" ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. İki çağırış Ali Sovetin deputatı seçilmişdir. XI çağırış Ali Sovetə 254 nömrəli Qaradonlu seçki dairəsindən deputat seçilmişdir. Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonra 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir. İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.
Rauf İsmayılzadə
Rauf İsmayılzadə Yusif oğlu (7 yanvar 1936-cı il, Gəncə - 2015-ci il, Gəncə) ― Prezident mükafatçısı (2008), sənətşünaslıq üzrə fəlsəfə doktoru(1972). Rauf İsmayılzadə 7 yanvar 1936-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1956-cı ildə Gəncə Musiqi Texnikumunu bitirən İsmayılzadə daha sonra Göygöl rayonunda tar müəllimi kimi çalışmağa başlamışdır. Rauf İsmayılzadə 1958-1963-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqi nəzəriyyəsi şöbəsində təhsil davam etdirmişdir. Konservatoriyada təhsilini başa vurduqdan sonra 1963-cü ildə Gəncə Musiqi Texnikumunda musiqi nəzəriyyəsi üzrə müəllim kimi fəaliyyət göstərmişdir. Pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğul olan Rauf İsmayılzadə 500-dən artıq elmi və publisistik məqalənin, 20-ə yaxın kitabın müəllifidir. 1981-ci ildə Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsi yaradılımış və Rauf İsmayılzadə də həmin şöbədə məsul katib vəzifəsini icra etmişdir. Alim həm də ictimai xadim kimi fəaliyyət göstərmişdir. Belə ki 1981-1985-ci illər ərzində Gəncə şəhəri, Kəpəz rayon Sovetinin deputatı seçilmişdir. Rauf İsmayılzadə 1 iyun 1994-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şəhər şöbəsinin sədri seçilmişdir.
Sevindik İsmayılzadə
Səməndar İsmayılzadə
Səməndər İsmayılzadə
Tacəddin İsmayılzadə
Uğur İsmayılzadə
Vaqif İsmayılzadə
Vüsal İsmayılzadə
Zaur İsmayılzadə
İsmayılzadə Gülbəniz
Şövqi İsmayılzadə
Şəfiqə İsmayılzadə
Şəfiqə İsa qızı İsmayılzadə (1918–2004) — Tibb elmləri doktoru 1939-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1952-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna qəbul olunmuşdur. 1958–1989-cu illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun gözün zədə şö’bəsinin müdiri vəzifəsində çalışırdı. O, müxtəlif zədələr nəticəsində baş verən görmə üzvünün dəyişiklikləri üzrə, sənaye və kənd təsərrüfatı şəraitində əmələ gələn gözün peşə patologiyası üzrə tədqiqatlara rəhbəri olmuşdur, bu mövzularda 70-dən artıq elmi əsər yaratmışdır, oftalmotravmatoloq kadrlarının hazırlanmasında iştirak etmişdir, onun rəhbərliyi ilə 2 namizədlik dissertasiya müdafiə olunmuşdur.
Şəhriyar İsmayılzadə
Fariz İsmayılzadə
Fariz Akif oğlu İsmayılzadə (2 sentyabr 1978, Lənkəran) — Azərbaycan alimi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, "ADA" Universitetinin prorektoru (2006-cı ildən), İnkişaf və Diplomatiya İnstitutunun direktoru (2022-ci ildən). == Həyatı == Fariz Akif oğlu İsmayılzadə 2 sentyabr 1978-ci ildə Lənkəranda anadan olmuşdur. 1996–2000-ci ildə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili almış, hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində təhsil alaraq buranı "Ekzekyutiv MBA" ixtisasi üzrə bitirmiş, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq 2021-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Fariz İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışmışdır. 2006-cı ildə "ADA" Universitetinin prorektoru təyin edilmiş, beynəlxalq əlaqələr, 120 xarici universitet ilə mübadilə proqramları, ixtisasartırma proqramları, tədqiqat və sponsorluq layihələri, korporativ və hökumət tərəfdaşları ilə əlaqələr, marketinq və media əlaqələri sahələri üzrə kurator olmuşdur. Avropa İttifaqı üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Fariz İsmayılzadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Milli Təhsil Strategiyası işçi qrupunun üzvü (2012-ci il), Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür. Fariz İsmayılzadə 2024-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilmişdir.

"ismayılzadə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ismayılzadə nədir? #ismayılzadə sözünün mənası #ismayılzadə nə deməkdir? #ismayılzadə sözünün izahı #ismayılzadə sözünün yazılışı #ismayılzadə necə yazılır? #ismayılzadə sözünün düzgün yazılışı #ismayılzadə leksik mənası #ismayılzadə sözünün sinonimi #ismayılzadə sözünün yaxın mənalı sözlər #ismayılzadə sözünün əks mənası #ismayılzadə sözünün etimologiyası #ismayılzadə sözünün orfoqrafiyası #ismayılzadə rusca #ismayılzadə inglisça #ismayılzadə fransızca #ismayılzadə sözünün istifadəsi #sözlük