İsmixan sözü azərbaycan dilində

İsmixan

Yazılış

  • İsmixan • 97.8992%
  • ismixan • 1.2605%
  • İSMİXAN • 0.8403%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsmixan Didərgin
İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu; 25 aprel 1933, Ağkilsə, Basarkeçər rayonu – 5 iyun 1994, Bayan, Daşkəsən rayonu) — Azərbaycan şairi, jurnalist, müəllim. == Həyatı == İsmixan Didərgin 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şer yazmağa başlamışdır. 1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
İsmixan Mətiyev
İsmixan Mətiyev (Mətiyev ismixan İslam oğlu; 25 iyul 1973, Kirs, Qafan rayonu, Ermənistan SSR) — Azərbaycan Tibb Universıtetinin travmatologiya və ortopediya kafedrası və Tədris Cərrahıyyə klinikasında həkim == Həyatı == İsmixan Mətiyev 25 iyul 1973-cü ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kirs kəndində anadan olub. 1980-cü ildə Kirs kənd 4 illik məktəbinə qəbul edilib. Orta təhsili Kurud kənd orta məktəbində davam etdirib. 1988-ci ildə məlim hadisələrlə əlaqədar olaraq təhsilini Bakı şəhəri 281 saylı orta məktəbdə davam etdirib. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-profilaktika fakultəsini bitirib. 1998-1999-cu illərdə internatura keçib. 2000-2003-cü illərdə ATU Travmatologıya ve Ortopedıya kafedrasında əyani aspirantura təhsili alıb. == Fəaliyyəti == 2005-2007-ci illərdə Azərbaycan ordusunda həkim-travmatoloq kimi həqiqi hərbi xidmətdə olub. 2007-cı ildə Travmatologiya və Ortopediya ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsini müdafiə edib Bud-çanaq və diz oynqlarının endoprotezləşdirilməsi üzrə dəfələrlə Türkiyə Respublikasında, həmçinin İtaliya, Avstriya, Hindistan, ABŞ, Gürcüstan Respublikasında yüksək ixtsasartırma kursları ve praktiki təcrübə keçib. İdman travmatolgiyası üzrə Hacettepe Universitetində ixtisasartırma kursunda olub.
İsmixan Rəhimov
İsmixan Rəhimov — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır.
İsmixan Yusubov
İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist. == Həyatı == 1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir. == Yaradıcılığı == İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur. Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur.
İsmixan Rəhimov (F.e.n. dos.)
İsmixan Rəhimov — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır.
Aytən İsmixanova
Aytən Nuru qızı İsmixanova (3 sentyabr 1968, Bakı) — azərbaycanlı bəstəkar, aranjimançı, mahnı sözlərinin müəllifi. == Həyatı == Aytən Nuru qızı İsmixanova 1968 il 3 sentyabr tarixində Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə çox böyük həvəsi olduğundan valideynləri ona kiçik bir elektropiano alır. Bu pianoda Aytən eşitdiyi musiqiləri dəqiqliyilə təkrar edəndə hamı təəccüblənirdi. Qonşuluqda iki baçı Asəf Zeynallı adına musiqi texnikumunda təhsil aldığından Aytən ifalarını dinləmək üçün tez-tez onlara qonaq gedərdi. Evə qayıdanda o, eşitdiklərini dərhal öz pianosunda təkrar edərdi. Bakının mərkəzi klinikaların birində Aytənin anası Tamilla xanım müalicə alarkan mərhum bəstəkarımız Süleyman Ələsgərovla tanış olur. Qızının istedadı haqqında ona danışanda bəstəkarımız balaca qızcığazla tanış olmaq istəmişdir. Aytənin anası qızını Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına professor Süleyman Ələsgərovun yanına aparır. Professor Aytəni dinlədikdən sonra anasına: "Bu qızın yeməyini, içməyini piano arxasına gətirin ki, o daim məşğul olsun!
Camal İsmixanov
Camal İsmixanov - Operator. == Həyatı == Camal İsmixanov 1910-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda 2 il təhsil alıb. Varlı ailədən olduğu üçün İnstitutdan qovulub. Sonra Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. Azərbaycanın ilk kinooperatoru Camal İsmixanov Böyük Vətən Müharibəsində itkin düşüb. == Filmoqrafiya == Ankilostomidoz (film, 1940) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) Cəfər Cabbarlının dəfni (film, 1935) Hazır ol (film, 1939) İyirminci bahar (film, 1940) Qanköçürmə (film, 1938) Ordenli Azərbaycan (film, 1938) Raport veririk (film, 1930) Traxoma (film, 1933) == Mənbə == "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Fətəli İsmixanov
Fətəli İsmixanov (??-??) — Azərbaycan maarifçisi, tərcüməçisi. 1915-1917-ci illərdə "Yeni İqbal" və daha sonra "Açıq Söz" qəzetlərində məqalələri ilə çıxış etmiş, erməni hərəkatları haqqında Azərbaycan dilində məlumatlar vermişdir. Kiqarmyants adlı erməni müəllifin "Erməni hərəkatının qısa tarixi" adlı kitabını 1917-ci Azərbaycan dilinə tərcümə edərək "Açıq Söz" qəzetində dərc etmişdir. Bu kitabda ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün düşündükləri planlar, kimlərə, hansı dövlətlərə müraciət etdikləri qeyd olunub.Represiya qurbanı olduğu güman edilir. == Erməni dilindən tərcümələri == "Qaynana", Adelyan ; tərc. ed. İsmixanov "Alvan", Araks ; ermənicədən çevirəni. İsmixanov "Yaşayanlar", Arazi ; çevirəni. F. İsmixanov "Xaos", A. Şirvanzadə ; tərc. ed.
Məcid İsmixanov
Məcid Abdulla oğlu İsmixanov - Pedaqogika elmləri namizədi, professor.Azərbaycan məktəbi (jurnal)nın baş redaktoru.Bakı Dövlət Universiteti ni bitirib.5 may 1940-cı ildə Quba (keçmiş Qonaqkənd) rayonunda anadan olmuşdur. 1958-1962-cı illlərdə APİ-nin pedaqoji fakültəsini adlı təqaüdlə və fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent-müəllim kimi saxlanılmışdır. 1964-1982-ci illərdə APİ-də İbtidai təhsil pedaqogikası kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1968-ci ildə “Az komplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildən dosent vəzifəsində çalışır. 1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının redaktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsində işləməyə başlamış, sonralar həmin kafedrada professor əvəzi vəzifəsini icra etmişdir. == Kitabları == Pedaqogikanın əsasları : tədris vəsaiti / M. A. İsmixanov ; elmi red. A. Həsənov. - Bakı : Nafta-Press, 2005.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.85 dəfə / 1 mln.
2003 •••••••• 0.79
2004 •••• 0.34
2006 ••• 0.23
2007 ••••••••• 0.85
2008 ••••• 0.49
2009 •••••••• 0.80
2010 ••••••••••••••••• 1.72
2011 ••••• 0.43
2012 ••••• 0.43
2013 ••••••• 0.73
2014 ••••• 0.51
2015 •• 0.17
2016 ••••••••••••••• 1.56
2017 •••••••••••••••••••• 2.11
2018 ••••••••• 0.90
2019 ••••••••••• 1.11
2020 ••••••••• 0.93

ismixan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

İsmi xan, adı xan olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#ismixan nədir? #ismixan sözünün mənası #ismixan nə deməkdir? #ismixan sözünün izahı #ismixan sözünün yazılışı #ismixan necə yazılır? #ismixan sözünün düzgün yazılışı #ismixan leksik mənası #ismixan sözünün sinonimi #ismixan sözünün yaxın mənalı sözlər #ismixan sözünün əks mənası #ismixan sözünün etimologiyası #ismixan sözünün orfoqrafiyası #ismixan rusca #ismixan inglisça #ismixan fransızca #ismixan sözünün istifadəsi #sözlük