İsrayıl sözü azərbaycan dilində

İsrayıl

Yazılış

  • İsrayıl • 97.5904%
  • İSRAYIL • 1.8072%
  • israyıl • 0.6024%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsrayıl
İsrayıl — kişi adı. İsrayıl Hacıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Cəfərzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Əfəndiyev — SSRİ Dövlət mükafatı laureatı.
İsrayıl Cəfərzadə
İsrayıl Hacıyev
İsrayıl İsgəndərov
İsrayıl Əfəndiyev
Əfəndiyev İsrayıl Rüstəm oğlu (29 mart 1945, Qazax) — SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993–1997), ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, Neft Akademiyası nəzdində "İdarəetmə proseslərinin avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktoru SSRİ Dövlət mükafatı Laureatı, texnika elmləri doktoru, professor Əfəndiyev İsrayıl Rüstəm oğlu informatika, kibernetika və avtomatlaşdırma sahəsində görkəmli alimdir. Professor Əfəndiyev İ. R. 1945-ci il mart ayının 29 — da Qazax rayonunun Sadıxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması" ixtisası üzrə bitirmiş və həmin ildə "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasında gənc mütəxəssis kimi baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1975-ci ildə namizədlik və 1986-cı ildə isə Moskvada D. İ. Mendeleyev adına "Kimya-Texnologiya" universitetində "Texnoloji proseslərin və istehsalatlarının avtomatlaşdırılması" ixtisası üzrə "Mürəkkəb strukturalı neft emalı texnoloji proseslərinin optimal idarəetmə alqoritmlərinin işlənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1988-ci ildən professordur və ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiridir. Professor Əfəndiyev İ. R. 1993–1997-ci illərdə ADNA- nın elmi hissə üzrə prorektoru vəzifəsində işləmiş və 1995-ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılmış "İdarəetmə Proseslərinin Avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktorudur. Professor Əfəndiyev İ. R. elmi fəaliyyəti dövründə müasir böyüktonnajlı neftkimya, neftayırma və kimya sənayesi texnoloji proseslərinin modelləşdirilməsi, optimal idarəedilməsi, avtomatlaşdırılması kimi vacib bir elmi istiqamətin nəzəri və tətbiqi əsaslarını işləmişdir. Professor İ. R. Əfəndiyevin informatika və texnoloji proseslərinin optimal idarəedilməsi sahəsində almış olduğu fundamental elmi nəticələr hələ 1982-ci ildə SSRİ EA-sı prezidiyumunun qərarı ilə "Texniki kibernetika" sahəsində 60 — ildə ittifaqda alınmış böyük elmi nailiyyətlər siyahısına daxil edilmişdir (Bax: Изв. АН СССР "Техническая кибернетика", 1982, № 5). Professor Əfəndiyev İ. R. 1975–1986-cı illərdə apardığı elmi araşdırmalarda keçmiş ittifaqda ilk dəfə determinə olunmuş və stoxastik modellərlə yazıla bilən birmərhələli, çoxmərhələli tipik katalitik texnoloji proseslərin optimal idarə edilməsinin elmi əsaslarını işləmiş, mürəkkəb strukturaya malik texnoloji sistemlərin optimallaşdırılması məsələlərinin həll edilməsi üçün orijinal alqoritmlər təklif etmişdir (Bax: АН СССР Автоматика и телемеханика, № 2, 1975; АН СССР Автоматика и телемеханика, № 6, 1978; АН СССР Теоретические основы химической технологии, № 2, 1978; АН СССР ТОХТ, № 5, 1980; АН СССР ТОХТ, № 1, 1983; АН СССР ТОХТ, № 5, 1984; АН СССР ТОХТ, № 1, 1986).
Ağanəzər İsrayılov
Raqif İsrayılov
Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. İsrayılov Raqif İbadulla oğlu 1975-ci il mart ayının 11-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1981-ci ildə Qurdtəpə kənd orta məktəbinə daxil olub, 1991-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü il aprelin 20-də Şamaxı rayon hərbi komissarlığından Azərbaycan Respublikası Ordu sıralarına çağırılıb və aprel ayının 20-dən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. 1993-cü il avqustun 12-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil olub və 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib. Azərbaycan Respublikası müdafiə nazirinin 31.07.1997-ci il tarixli əmri ilə hərbi rütbəsi verilib. Ailəlidir, 2 qız, 1 oğlan övladı var. 1997-ci il iyulun 31-dən 1998-ci il mayın 16-na kimi hərbi hissənin ponton-keçid bölüyünün ponton-keçid taqımının komandiri, 1998-ci il mayın 16-dan 1999-cu il fevralın 6-nadək hərbi hissənin mühəndis-istehkam bölüyünün maneəqurma taqımının komandiri, 1999-cu il fevralın 6-dan 2000-ci il iyunun 26-na kimi hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. 1999-cu il fevralın 1-də hərbi hissənin ərazisində Sovet ordusu tərəfindən basdırılmış minaların çıxarılması zamanı mina partlayışı nəticəsində yaralanıb.

israyıl sözünün etimologiyası

Oxşar sözlər

#israyıl nədir? #israyıl sözünün mənası #israyıl nə deməkdir? #israyıl sözünün izahı #israyıl sözünün yazılışı #israyıl necə yazılır? #israyıl sözünün düzgün yazılışı #israyıl leksik mənası #israyıl sözünün sinonimi #israyıl sözünün yaxın mənalı sözlər #israyıl sözünün əks mənası #israyıl sözünün etimologiyası #israyıl sözünün orfoqrafiyası #israyıl rusca #israyıl inglisça #israyıl fransızca #israyıl sözünün istifadəsi #sözlük