İstanbulun sözü azərbaycan dilində

İstanbulun

Yazılış

  • İstanbulun • 99.7967%
  • istanbulun • 0.1524%
  • İSTANBULUN • 0.0508%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İstanbulun fəthi
Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi. Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi.
İstanbulun işğalı
İstanbulun işğalı — Antanta qoşunları tərəfindən 13 noyabr 1918-ci ildən 1923-cü il oktyabrın 4-dək davam etmişdir. == İşğal öncəki vəziyyət == 30 oktyabr 1918-ci ildə Osmanlı İmperiyası Antanta dövlətləri arasında bağlanmış Mudros müqaviləsi şərtlərinə görə boğazlardakı istehkamlar Antantanın nəzarətinə verilir. Eyni zamanda britaniyalı admiral Somerset Qu-Kaltorp Antanta hökumətlərinin Osmanlı hökumətini ləğv etmək və ya "İstanbulu işğal edərək" hərbi nəzarət altına almaq niyyətində olmadığını bildirdi. Bununla belə yalnız sultan, baş vəzir və Rauf Bəy üçün nəzərdə tutulan gizli bir mesaj göndərdilər. Orada boğazlar bölgəsini işğal etmək üçün yalnız ingilis və fransız qoşunlarının istifadə ediləcəyi vəd edildi; suverenliyin simvolu olaraq az sayda Osmanlı qoşununun oraya buraxılmasına icazə verilirdi. Mudros anlaşmasının imzalanmasından cəmi 13 gün sonra, 12 noyabr 1918-ci ildə fransız ordusu İstanbula daxil olur. 13 noyabrda Britaniya qoşunları şəhərə girir. 1918-ci ilin dekabrında İstanbulda Antanta hərbi idarəsi qurulur. 7 fevral 1919-cu ildə italiyalılardan ibarət bir batalyon Qalataya daxil olur. 8 fevral 1919-cu ildə II Mehmedi təqlid edərcəsinə fransız general Franç d'Espere ağ atın belində şəhərdə keçid edir.
İstanbulun adları
İstanbula əsrlər boyu müxtəlif adlar verilmişdir. Bu şəhər adları şəhər tarixinin müxtəlif dövrləri ilə bağlıdır. Bu adlar, tarixi ardıcıllıqla, Bizanti, Auqusta Antonina, Yeni Roma, Konstantinopol, Kostantiniyyə, İslambol və İstanbuldur. Bundan başqa tarixən İstanbulu monqollar Çakduryan, polyaklar Kanatorya, çexlər Aylana, macarlar isə Vizenduvar adlandırıblar. == Tarixi adları == Tarix boyu İstanbul şəhərinə verilən onlarla ad arasında türklər tərəfindən daha tez mənimsənilən və bu gün istifadə edilən ad İstanbuldur. Bu adın mənşəyinin “eis tin polin” (yun. εις την πόλιν) ifadəsindən gəldiyi güman edilir. Bu ifadə o dövrün yunancasında “şəhərdə”, “şəhərin içində”, “şəhərli” mənasını verirdi. Bundan əlavə, ümumiyyətlə xalqın dilində “n” samitinə bitişik olan “p” səsi “b” səsinə çevrilirdi. Bu kontekstdə İstanbul adının mənşəyi bir sıra mənbələrdə məhz bu ifadə ilə əlaqələndirilir.
İstanbulun tarixi hissəsi
İstanbulun tarixi hissəsi Türkiyənin İstanbul şəhərindəki tarixi yarımada hissəsində yerləşən 4 regiondan ibarət və 1985-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş mühafizə edilən hissədir. == Regionları == Siyahıya dörd rayon və bunlara daxil olan tikililər daxildir. Bunlar; Zeyrək Məscidi və ətrafı, Süleymaniyyə Məscidi və ətrafı, Sultanəhməd və ətrafı və İstanbulun qurudan müdafiə divarlarıdır.
İstanbulun mühasirələrinin siyahısı
Bu siyahı İstanbulun mühasirələrinin siyahısı barədə məlumatları əhatə edir. Bu gün Türkiyə sərhədləri daxilində yerləşən İstanbul tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. Mərmərə dənizi ilə Qara dəniz arasındakı boğaza nəzarət nöqtəsində olan, Asiya və Avropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb. Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, qismən talan edilənədək azad idi. 324-cü ildə I Konstantin tərəfindən ələ keçirildikdən sonra Nova Roma adı ilə Bizans imperiyasının paytaxtına çevrilmiş, daha sonra "Konstantinopol" adlandırılmışdır. 1453-cü il mühasirəsi nəticəsində Osmanlı imperiyası tərəfindən tutulana qədər Bizans hakimiyyəti altında qalan şəhər bu tarixdən sonra heç bir mühasirə görməmişdir. Tarixi boyu otuz iki dəfə mühasirəyə alınan İstanbul; şəhər-dövləti və Roma dövründə on dəfə mühasirəyə alınmış, bunlardan altısı uğurlu olmuş, üç mühasirə dəf edilmiş, biri tərəflərin razılığı nəticəsində qaldırılmışdır. Bu mühasirələrdən üçü vətəndaş müharibəsi zamanı taxt-taca iddialı olan romalılar tərəfindən həyata keçirilmişdir.

Oxşar sözlər

#istanbulun nədir? #istanbulun sözünün mənası #istanbulun nə deməkdir? #istanbulun sözünün izahı #istanbulun sözünün yazılışı #istanbulun necə yazılır? #istanbulun sözünün düzgün yazılışı #istanbulun leksik mənası #istanbulun sözünün sinonimi #istanbulun sözünün yaxın mənalı sözlər #istanbulun sözünün əks mənası #istanbulun sözünün etimologiyası #istanbulun sözünün orfoqrafiyası #istanbulun rusca #istanbulun inglisça #istanbulun fransızca #istanbulun sözünün istifadəsi #sözlük