istehsalçılar sözü azərbaycan dilində

istehsalçılar

Yazılış

  • istehsalçılar • 81.3733%
  • İstehsalçılar • 18.6267%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avropa kompüter istehsalçıları assosiasiyası
Avropa kompüter istehsalçıları assosiasiyası — kompüter avadanlıqları istehsal edən Avropa firmalarının təşkilatı; mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və ABŞ-nin CBEMA (Computer and Business Equipment Manufacturers Association) assosiasiyasının analoqudur. 1961-ci ildə yaradılmış bu qurum 1994-cü ildən European Association for Standardizing Information & Computer Systems adlanır. İnformasiya texnologiyaları üzrə standartların işlənib hazırlanması və irəlilədilməsi ilə məşğul olur. Mövcud olduğu müddətdə 270-dən artıq standart, o cümlədən proqramlaşdırma dilləri üçün ECMA-262 spesifikasiyasını işləyib hazırlayıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 253 s.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Fəaliyyəti == Assosiasiya Azərbaycan narının yerli və xarici bazarlara mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, xammal təchizatı sahələrində və ixracının təşviq edilməsi istiqamətində fəaliyyət və xidmət göstərir. ANİİA 2017-ci il dekabr ayının 22-də keçirilmiş tədbirdə nazirliyin "İlin Ən Fəal Assosiasiyası" mükafatı ilə təltif edilmişdir. == Rəhbərlik == Assosiasiyaya rəhbərliyi sədr edir. İlk sədri Fərhad Qaraşov olmuşdur.

"istehsalçılar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#istehsalçılar nədir? #istehsalçılar sözünün mənası #istehsalçılar nə deməkdir? #istehsalçılar sözünün izahı #istehsalçılar sözünün yazılışı #istehsalçılar necə yazılır? #istehsalçılar sözünün düzgün yazılışı #istehsalçılar leksik mənası #istehsalçılar sözünün sinonimi #istehsalçılar sözünün yaxın mənalı sözlər #istehsalçılar sözünün əks mənası #istehsalçılar sözünün etimologiyası #istehsalçılar sözünün orfoqrafiyası #istehsalçılar rusca #istehsalçılar inglisça #istehsalçılar fransızca #istehsalçılar sözünün istifadəsi #sözlük