istehza sözü azərbaycan dilində

istehza

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • istehza • 95.9227%
  • İstehza • 3.6481%
  • İSTEHZA • 0.4292%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İstehza
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
İstehzalı proseslər nəzəriyyəsi
İstehzalı proseslər nəzəriyyəsi (ing. Ironic process theory) və ya ağ ayı effekti (ing. white bear effect) – düşüncə və istəyi azaltmaq cəhdi zamanı qadağa olunmuş düşüncənin daha güclə şüurumuza gəlməsi. Effekt müxtəlif psixoloji problemlərə şərait yaradır. İlk dəfə 1987-ci ildə Daniel Veqner tərəfindən verilmişdir.Veqnerə görə istehzalı effekt insanlar gərgin və sıxılmış vəziyyətdə olduqda özünü daha güclü göstərir. == Təcrübə == Harvard Universitetinin psixologiya üzrə professor Daniel Veqner tələbələri yığmış və onları 2 qrupa ayırmışdır. Düşüncə predmeti kimi o ağ ayını seçdi. I qrup tələbələrə ağ ayı haqqında düşünmək tələb olunan zaman II qrup tələbələrə bu haqqda düşünməmək tapşırığı verildi. Hər dəfə eksperiment iştirakçıları ağ ayı haqqda düşündüyü zaman zəngli düyməyə basmalı idilər. Eksperimentin nəticəsində aydın oldu ki, ağ ayı tələbələrin beynində dəqiqədə 1 dəfədən çox canlanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.26 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 3.43
2003 •••• 0.79
2004 •••••••••••• 2.36
2005 •••••••••••••••••••• 4.05
2006 ••••• 0.90
2007 ••••••••• 1.69
2008 •••• 0.73
2009 ••••••••••••••• 2.88
2010 •••••••• 1.54
2011 •• 0.34
2012 •••• 0.77
2013 ••••••••••••• 2.63
2014 •••••• 1.03
2015 •••••• 1.19
2016 •••• 0.69
2017 •••••••••••• 2.28
2018 0.15
2019 •••• 0.70
2020 •••••• 1.06

istehza sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Ələ salma, rişxənd etmə, masqaraya qoyma; masqara. Tövsiyənin son cümləsində qürurdan çox incə bir istehza duyulurdu. M.Hüseyn. Tahirzadənin üzündə istehzanı andıran bir təbəssüm oynadı. Mir Cəlal. Qoca sanki öz acı istehzasından özü kövrələrək yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı. □ İstehza etmək – ələ salmaq, masqara, rişxənd etmək. Ona elə gəldi ki, məktəbə götürmək əvəzinə bu adamlar ona və onun anasına istehza edirlər. S.Rəhman. İstehzaya qoymaq – bax istehza etmək. Tahir … briqadanı bir həftədən çox işsiz gəzməyə məcbur eləyənləri istehzaya qoyurdu. M.Hüseyn. İstehzaya salmaq – istehza üçün hədəf etmək. Rzaqulu xan Böyükxanıma acıqlanıb deyirdi: – Məni bu firəng uşaqlarının istehzasına salma. M.S.Ordubadi. 2. “ilə” qoşması ilə – ələ salaraq, rişxəndlə, masqara ilə. İstehza ilə gülmək. İstehza ilə cavab vermək. – [Rəşid:] Mən istehza ilə danışmaq fikrində deyiləm. H.Nəzərli. [Zabit] kibrit sönən kimi balıqçı paltarında olan adamları bir də istehza ilə süzərək əli ilə işarə etdi. Q.İlkin. Sultan acığını güclə boğaraq istehza ilə qımışdı. İ.Hüseynov.

    Azərbaycan dilinin izahlı lüğəti / istehza

istehza sözünün sinonimləri (yaxın mənalı sözlər)

istehza sözünün rus dilinə tərcüməsi

  • 1 насмешка, ирония, издевательство, глумление

    Azərbaycanca-rusca lüğət / istehza
  • 2 сущ. 1. ирония (тонкая, скрытая насмешка). İstehza ilə baxmaq посмотреть с иронией, sözlərində istehza hiss etmək kimin чувствовать иронию в словах чьих, incə istehza тонкая ирония 2. насмешка (обидная, злая шутка), издевательство. Acı istehza злая насмешка, kobud istehza грубая насмешка

    Azərbaycanca-rusca lüğət / istehza

istehza sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. irony; acı ~ biting irony; ◊ taleyin ~sı irony of fate; ~ ilə danışmaq to speak* ironically (of); ~ ilə baxmaq to look ironically; 2. mockery; ~ etmək to mock (at)

    Azərbaycanca-ingiliscə lüğət / istehza

istehza sözünün fransız dilinə tərcüməsi

istehza sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. ягьанат (авун), рахшанд (авун); istehza etmək ягьанат авун, рахшанд авун, арадал вегьин, хъуьруьн; istehza ilə ягьанатдалди, рахшанддалди (мес. килигун, хъуьруьн); istehzaya qoymaq кил. istehza etmək.

    Azərbaycanca-ləzgicə lüğəti / istehza

istehza sözünün türk dilinə tərcüməsi

istehza sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

İSTEHZA’ ə. 1) əylənmə, əyləncə bilmə; 2) ələ salma; məsxərə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"istehza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#istehza nədir? #istehza sözünün mənası #istehza nə deməkdir? #istehza sözünün izahı #istehza sözünün yazılışı #istehza necə yazılır? #istehza sözünün düzgün yazılışı #istehza leksik mənası #istehza sözünün sinonimi #istehza sözünün yaxın mənalı sözlər #istehza sözünün əks mənası #istehza sözünün etimologiyası #istehza sözünün orfoqrafiyası #istehza rusca #istehza inglisça #istehza fransızca #istehza sözünün istifadəsi #sözlük