İstiqlaliyyət sözü azərbaycan dilində

İstiqlaliyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İstiqlaliyyət • 70.1129%
  • istiqlaliyyət • 29.8002%
  • İSTİQLALİYYƏT • 0.0869%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İstiqlaliyyət küçəsi
İstiqlaliyyət küçəsi (Bakı) — Bakıda küçə. İstiqlaliyyət küçəsi (İstanbul) — İstanbulda küçə.
ABŞ İstiqlaliyyət Bəyannaməsi
ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi. Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir. == Bəyannamənin mətni == Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir. Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur.
Birma İstiqlaliyyət Bəyannaməsi
Birma İstiqlaliyyət Bəyannaməsi (birm. လွတ်လပ်ရေးကြေညာစာတမ်း) — 4 yanvar 1948-ci ildə Birmada (indiki Myanma kimi tanınır) Britaniya hakimiyyətinə son qoyan bəyannamə. 1947-ci il İstiqlaliyyət Aktı nəticəsində rəsmi olaraq elan edilmişdir. Bu tarix indi Müstəqillik Günü kimi qeyd olunur, milli səviyyədə qeyd olunan bayramdır. == Tarixi == Yaponiyanın Birmaya hücumu İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin dekabrında Malayadan başlamışdır. Bu, Britaniya və Hindistan qüvvələrinin məğlubiyyəti və Yaponiya hökmranlığı ilə nəticələnmişdir. 1942-ci ildə yaponlar müharibədən sonra Birmanın müstəqilliyini təmin edəcəklərinə dair vədlər vermiş, birmalılar isə Ox dövlətlərinin qələbəsində pay qazanacaqlarına inanırdılar. Onlar və gələcək yeniliyə qarşı müqavimət yaradacağına inanırdılar. Qərb güclərinin gələcək müstəmləkəçilik siyasətinə qarşı müqavimət yaratmış və Yaponiyanın müharibə səylərinə hərbi və iqtisadi formada dəstək olmuşdular. 1 avqust 1943-cü ildə nominal olaraq müstəqil Birma Dövləti elan edilmişdir.1944–1945-ci illərdə Britaniya imperiyası, Çin Respublikası və ABŞ tərəfindən Yaponiya və yeni Birma Dövlətinə qarşı aparılan Birma kampaniyası nəticəsində Birma Britaniyanın nəzarətinə qayıtmış, lakin yerli əhali buna müqavimət göstərmişdir.
Latviya İstiqlaliyyət müharibəsi
Latviya İstiqlaliyyət müharibəsi (latış. Latvijas brīvības cīņas‎) — 1918-ci ilin sonunda Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Latviya Xalq Məclisi tərəfindən Latviyanın müstəqilliyini elan edən və Latviya ilə RSFSR arasında Riqa müqaviləsinin imzalanması ilə başa çatan Latviyadakı hərbi əməliyyatların ümumi adı. == Arxa plan == 1917-ci ilin sentyabrında Latviya siyasi partiyaları alman qoşunları tərəfindən işğal edilmiş Riqada Demokratik blok (latış. Demokrātiskais bloks‎) — koalisiya yaratdılar. Dekabrın əvvəlində Valka şəhərində Latviya milli təşkilatları Latviya Müvəqqəti Milli Şurasını (latış. Latviešu Pagaidu nacionālā padome‎) təsis etdilər. 1917-ci il dekabrın 2-də Latviyanın öz müqəddəratını təyin etməsi barədə bəyanat qəbul olundu. Lakin, Latviya Sosial Demokrat Fəhlə Partiyasının (LSDFP) Liflyandiya və Kurlyandiyada böyük təsir göstərmişdir. Dekabrın ortalarında Latviyanın ali hakimiyyətini elan edən işçilərin, əsgərlərin və torpaqsız deputatların II qurultayı Almaniyadan azad olunmuş Valmierada keçirildi. Qurucu Məclis seçkilərində Sosial Demokratlar, Vidzemedəki səslərin yüzdə 72-ni, Latqaliyada 51 %-ni, Latviya silahlı polklarında isə yüzdə96 % səs aldı.
Milli İstiqlaliyyət Bayramı
Milli İstiqlaliyyət Bayramı — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayramı. == Tarixi == İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Hökumətin qərarına əsasən, həmin gün qeyri iş günü elan olundu. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuş, "ilk dəfə Azərbaycan ordusunun vətəninin paytaxtına vürudu" alt yazısı ilə Azərbaycan ordusunun Bakının mərkəzi küçələrindəki rəsm-keçidi və Parlament binasının şəkli də verilmişdi. İstiqlaliyyətin birinci ildönümü münasibətilə hökumətin sədri Nəsib bəy Yusifbəylinin "Azərbaycan vətəndaşlarına!" müraciəti, habelə 1918-ci il mayın 28-də elan edilmiş İstiqlal bəyannaməsi yenidən dərc olunmuşdu. Şeyxülislam Axund Ağa Ağazadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Əliabbas Müznib, Şəfiqə Əfəndizadə və başqalarının bayram münasibətilə məqalələri "Azərbaycan" qəzetinin səhifələrində dərc edilmişdi. Parlamentin həmin gün keçirilən 42-ci fövqəladə təntənəli iclası Cürnhuriyyətin birinci ildönümünə həsr olunmuşdu. Parlament sədri vəzifəsini icra edən H.Ağayev, Parlamentin Müsavat fraksiyasından Məhəmməd Əmin Rəsulzadə, sosialistlər blokundan "Hümmət"çi Ə.Pepinov, "İttihad" fraksiyasından Q.Qarabəyli, "Əhrar" fraksiyasından A.Əfəndizadə və başqaları bu tarixi iclasdakı nitqlərində Cümhuriyyətin yaranmasının və istiqlaliyyətin Azərbaycan tarixində əhəmiyyətindən bəhs etmişdilər.
Türkiyə İstiqlaliyyət Müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə.Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı. Antanta (Müttəfiqlər) Anadolunu və Şərqi Frakiyanı tamamilə tərk etdilər.
Ukrayna İstiqlaliyyət müharibəsi
Ukrayna İstiqlaliyyət müharibəsi — 1917-1921-ci illər arasında baş verən və nəticədə Ukrayna Respublikasının yaranması ilə nəticələnən hərəkat. Daha sonra Ukrayna respublikası SSRİ tərəfindən işğal edilmiş və Ukrayna SSR-sı yaradılımışdır. Müharibə ukraynalı milliyətçilər, bolşeviklər, alman və Avstriya-Macarıstan imperiyasının əsgərləri, Belarus Könüllüləri Ordusu və İkinci Polşa Respublikasının qüvvələri arasında baş vermişdir.
Yunanıstan İstiqlaliyyət müharibəsi
Yunanıstan İstiqlaliyyət müharibəsi (yun. Ελληνικός πόλεμος της Ανεξαρτησίας, türk. Yunan Kurtuluş Savaşı), Yunan üsyanı (Osm. يونان عصياني, Yunan üsyanı) və ya Yunan inqilabı (yun. Ελληνική επανάσταση) — yunanların Osmanlı suverenliyinə qarşı başlatdığı, 1821-ci ilin fevralından 1829-cu ilin sentyabrına qədər davam edən, Osmanlı İmperiyası və yunan üsyançılar arasında baş vermiş, Yunanıstanın müstəqilliyi ilə nəticələnən hərbi münaqişə. == Osmanlı suverenliyi == Yunanların müstəqil bir ölkə olaraq varlıqları 1453-cü ildə Konstantinopolun fəthi və Bizans İmperiyasının varisləri olan dövlətlərin də məğlub olması ilə sona çatmışdır. Beləcə İon adaları, Aqrafa dağları, İsfakiyə, Suli və Mani bölgələrində müstəqil yaşayan az sayda yunanlardan başqa, bütün yunan xalqları Osmanlı dövlətinin suverenliyi altına girmişdir. Yunanlar Osmanlı İmperiyasının təxminən hər tərəfinə yayılmışdılar. Ancaq Peloponnes, Tessaliya və İon adalarında çox sayda yunan yaşayırdı. Yunanlar Osmanlıların dinə söykənən xalq sistemində yerlərini alaraq ölkədəki xalqlardan biri halına gəlmişdilər.
İrlandiya İstiqlaliyyət müharibəsi
İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi. 21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi. Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi . 1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artış oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü.
İstiqlaliyyət küçəsi (Bakı)
İstiqlaliyyət küçəsi — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən tarixi küçə. Küçə öz başlanğıcını indiki BMT-nin Əlliilliyi küçəsindən götürür və Əziz Əliyev küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1,3 km-dir. XIX əsrin sonlarında Bakının genişlənməsi nəticəsində salınan ilk küçələrdən biri olan İstiqlaliyyət küçəsi , artıq 100 ildən çoxdur ki, Bakının ən gözəl və önəmli küçələrindən biridir. İçərişəhər ətrafı şəhər magistralının mühüm hissəsini təşkil edən İstiqlaliyyət küçəsinin böyük bir hissəsi həm də Bakı Şəhər Halqasına daxildir. Bakıda ilk çoxmərtəbəli bina burada tikilmiş (Mirzəbəyovun mədaxil evi), ilk park burada salınmış (Filarmoniya bağı), ilk heykəl burada ucaldılmış (Mirzə Ələkbər Sabirin heykəli) və ilk hərbi parad bu küçədə keçirilmişdir. Küçə ilk dəfə İmperator I Nikolayın şərəfinə Nikolayevski adlandırılıb. SSRİ dövründə küçə Kommunistiçeskaya adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə küçənin adı növbəti dəfə dəyişdirilərək İstiqlaliyəət adlandırılıb. Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir.
İstiqlaliyyət küçəsi (İstanbul)
İstiqlaliyyət Küçəsi, (Osmanlıca: (1927'dən əvvəl) Cadde-i Kebir, Böyük Küçə, Fransızca: Grande Rue de Péra) — İstanbulun ən qədim səmtlərindən biri olan Beyoğlu'nda Tünel ilə Taksim Meydanı arasında uzanan və 19-cu əsrin sonlarından bəri Türkiyə'nin ən məşhur küçələrindən biri olma səviyyəsini qoruyan küçədir. 1.400 metr uzunluğundakı küçəsinin orta nöqtəsi Qalatasaray Lisesi'nin yanından keçən Yeniçarşı Küçəsinin'nin küçəni kəstiyi ve 50-ci il heykəlinin yerləşdiyi yer qəbul edilir. Paralelinde uzanan Tarlabaşı Bulvarıyla bərabər Beyoğlu bölgəsinin ana hissəsində yerləşir. Ortalama olaraq 74 metr yüksəklikdə yerləşən İstiqlaliyyət Küçəsi idari olaraq 9 ayrı məhəllədən ibarətdir. == Küçənin xüsusiyyətləri == İstiqlal küçəsi və ətrafı keçmişdən gələn müsbət və mənfi xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, istisnasız olaraq Türkiyənin ən kosmopolit bölgəsi olma xüsusiyyətini də özündə daşıyır. İstanbula gələn xarici və yerli ziyarətçilərin əvəzedilməz məkanı olan İstiqlal küçəsi səhərə yaxın bir neçə saat istisna olmaqla, demək olar ki, bütün günün insanlarla dolu olur. Dünyaca məşhur brendlərdən tutmuş ucuz paltar satan keçidlərə qədər bu gün alış-veriş baxımından küçə geyim mağazası kompleksinə bənzəyir. Geyim, alt paltarı, aksesuar, bijuteriya, ayaqqabı-çanta mağazaları küçədəki alış-veriş sahələrinin təxminən yarısını təşkil edir. Qalanları, demək olar ki, banklar və hər damaq dadına və büdcəyə uyğun yemək (fast food) köşklərindən tutmuş qlobal restoran şəbəkələrinə, balıq restoranları, muhallebi, desert və şirniyyat dükanları kimi ənənəvi ləzzətlərə qədər restoranlardan ibarətdir. Gecə gəzintiləri üçün meyxanalardan tutmuş xalq mahnıları evlərinə, ailəvi məkanlarından rok barlara, striptiz klublarından gey barlara qədər geniş çeşidli məkanlara sahibdir.
"İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi.Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35x40 mm, ağırlığı 15,55 qramdır. Orijinal Osmanlıca olaraq nəşri edilənlərin ölçüləri isə 1mm qədər kiçik olub, ağırlıqları 10,5 qramdır.
İkinci İtaliya İstiqlaliyyət müharibəsi
İkinci İtaliya İstiqlaliyyət müharibəsi, Avstriya-İtaliya-Fransa müharibəsi, Fransa-Avstriya müharibəsi, Avstriya-Sardiniya müharibəsi və 1859-cu il İtaliya müharibəsi (it. Seconda guerra d'indipendenza italiana; fr. Campagne d'Italie) — 1859-cu ildə İkinci Fransa imperiyası və Sardiniya krallığının Avstriya imperiyasına qarşı apardığı müharibə. Bu, İtaliyanın birləşməsi prosesində həlledici rol oynamışdır. == Müharibə == İtalyan xalqı üçün İtaliyanı birləşdirmək uğrunda (Lombardiya və Venesiya Avstriyanın tabeliyində idi) milli azadlıq müharibəsi olan bu müharibə 29 aprel 1859-cu ildə başlamışdır. Müttəfiqlər Avstriya qoşunlarını bir neçə dəfə məğlub etmiş, lakin Prussiyanın Reynə qoşun toplamasından, İtaliyada milli azadlıq hərəkatının genişlənməsindən qorxan, vahid və qüvvətli İtaliya dövlətinin yaranmasını istəməyən III Napoleon müvəffəqiyyətli döyüş əməliyyatlarını dayandırmış və 1859-cu ildə Avstriya ilə separat Villafranka barışığı imzalamışdır. Lombardiya Sardiniyaya birləşdirilmiş, Venesiya Avstriyanın hakimiyyətində qalmışdır. 1860-cı ildə Sardniya bağlanmış Turin müqaviləsinə görə, İtaliyanın Savoyya və Nitsa vilayətləri Franasaya verilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Blumberg, Arnold. A Carefully Planned Accident: The Italian War of 1859 (Susquehanna University Press.
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ. شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin. {{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir. == Tarixi == 1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi.
Şərqi Türküstan İstiqlaliyyət hərəkatı
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ. شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin. {{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir. == Tarixi == 1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az.-əbcəd ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az.-əbcəd ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir. == Tarixi == 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar. 1918-ci ilin yanvar ayının əvvəlində türk qoşunları Qars və Batum vilayətlərini ələ keçirə bilmişdi. Türk əsgərlərinin uğuru Zaqafqaziya Komissarlığını Osmanlı İmperiyasına sülh danışıqları üçün 6 fevral 1918-ci ildə Qafqaz Cəbhəsinin komandiri Mehmet Vəhib Paşaya teleqram göndərməyə məcbur etmişdi.
Yaşayış binası (İstiqlaliyyət küçəsi, 41)
Yaşayış binası— İstiqlaliyyət küçəsi, 41 ünvanında 1912-ci ildə inşa edilmiş üç mərtəbəli yaşayış binası. Binanın memarı İosif Ploşkodur. == Haqqında == Yaşayış binası 1912-ci ildə memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib. Şəhərin tarixi mərkəzinin formalaşmasında iştirak edən tikililərdən biridir. Bina iki zəif formada irəli çıxan rizalitlərlə birgə order sisteminin klassik üsulları əsasında həll edilmişdir. Fasadların memarlıq kompozisiyasının əsas elementi iki yuxarı mərtəbəni birləşdirən Korinf orderinin pilyastrlarıdır. Fasadın nəcib, təvazökar plastikası üçün detalların incə çəkilməsi səciyyəvidir. Zəngin yapma ilə yarımdairə şəkilli pəncərələrin qıfıl daşlarının dekorativ maskaları, birinci mərtəbənin qabarıq hörgüsü fonunda gerblərin təsviri evin sahibinin mötəbərlitini və hansı mövqeyə sahib olduğunu göstərir. Əsas fasad boyu sürahi bəndlə birgə uzadılmış eyvanlar, üfüqiliyi xüsusi olaraq nəzərə çarpdıran əlavə memarlıq mövzusu olmaqla, kompozisiya quruluşunun vahidliyini təşkil edərək pilyastrların şaqulləri və İoniya yarımsütunları ilə həmahəng şəkildə uyğunlaşırlar.
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi (türk. Türk Kurtuluş Savaşı El-Cezire Cephesi) — Türkiyə İstiqlaliyyət müharibəsində cəbhə. 26 iyun 1920-ci ildə verilən fərmanla Fərat çayı ilə İran sərhədi arasındakı ərazini əhatə edən Cəzirə Cəbhəsi Komandanlığı yaradılmışdır. Mərkəzi Diyarbəkir olmuşdur. Dövrün 13-cü Ordusu bura daxil idi. Nihat Anılmış cəbhənin başçısı təyin edilmişdir. 3 noyabr 1921-ci ildə Nihat Paşa vəzifəsindən azad edilmiş və onun yerinə Cevat Çobanlı təyin olunmuşdur.Cəzirə cəbhəsinin şərqi ingilislər və qərbi fransızların nəzarətində idi, cəbhənin cənub hissəsini əhatə edən səhra ərazisi isə ingilis və fransızların ortaq təsiri altında idi. Regiondakı kürd milliyətçi fəaliyyətlərinin qarşısını almaq və Mosul vilayətini milli sərhədlərə daxil etmək, həmçinin Şimali İraqda Britaniya işğalına qarşı müqaviməti dəstəkləmək üçün yaradılmışdır.1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Cənub Cəbhəsində döyüşlər dayanmışdır. Burada döyüşən qoşunlar Cəzirə cəbhəsinə göndərilmişdir. Bu qüvvələrin başında Antepin mühasirəsi zamanı fəaliyyət göstərmiş Özdəmir bəy dayanırdı.
Azərbaycanın İstiqlaliyyəti haqqında teleqram
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az.-əbcəd ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az.-əbcəd ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir. == Tarixi == 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar. 1918-ci ilin yanvar ayının əvvəlində türk qoşunları Qars və Batum vilayətlərini ələ keçirə bilmişdi. Türk əsgərlərinin uğuru Zaqafqaziya Komissarlığını Osmanlı İmperiyasına sülh danışıqları üçün 6 fevral 1918-ci ildə Qafqaz Cəbhəsinin komandiri Mehmet Vəhib Paşaya teleqram göndərməyə məcbur etmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.95 dəfə / 1 mln.
2003 •••••••• 2.36
2004 •••••••• 2.36
2005 ••••••••••• 3.37
2006 •••• 1.13
2007 ••••••••• 2.75
2008 ••••••••• 2.68
2009 ••••••••• 2.56
2010 •••••••••••• 3.54
2011 •••••••••••••••••••• 6.35
2012 ••••••••••••••••• 5.16
2013 ••••••••••••••• 4.67
2014 •••••••••••• 3.78
2015 •••••••••••••••• 4.76
2016 •••••••••••••••••••• 6.07
2017 •••••••• 2.44
2018 •••••••••• 3.00
2019 ••••••••••••••• 4.73
2020 ••••••••••• 3.18

istiqlaliyyət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Siyasi müstəqillik; başqalarından asılı olmayıb, özbaşına yaşama; siyasi azadlıq. Milli istiqlaliyyət. İstiqlaliyyət qazanmaq. Vətənin istiqlaliyyətini qorumaq. 2. məc. Müstəqillik, azadlıq. Kəndlilərindən başlayaraq ziyalılarına qədər bir söz deyir: – Azərbaycanın istiqlaliyyət məsələsi həyat məsələmizdir. M.S.Ordubadi. Rəşid inanırdı ki, Süsən kimi mənəvi istiqlaliyyətini saxlayan insanlar ömürlərində yalnız bir dəfə, yalnız birini sevirlər. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / istiqlaliyyət

istiqlaliyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

istiqlaliyyət sözünün rus dilinə tərcüməsi

  • 1 самостоятельность, независимость

    Azərbaycanca-rusca lüğət / istiqlaliyyət
  • 2 сущ. свобода, независимость: 1. политическая самостоятельность. юрид. Milli istiqlaliyyət национальная независимость, istiqlaliyyəti saxlamaq сохранять независимость, istiqlaliyyət uğrunda mübarizə борьба за независимость, dövlətin istiqlaliyyəti независимость государства, istiqlaliyyətinə hörmət etmək уважать чью независимость, istiqlaliyyətini təmin etmək обеспечить независимость чью, istiqlaliyyət vermək kimə nəyə предоставить независимость к ому, ч ему; istiqlaliyyət qazanmaq завоевать независимость (добиться независимости) 2. самостоятельные действия чьи-л

    Azərbaycanca-rusca lüğət / istiqlaliyyət

istiqlaliyyət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. independence; sovereignty; milli ~ national independence; ~ qazanmaq to become* independent, to enjoy independence; to win* independence II. s.: independent; ~ günü the day of independence, Independence day

    Azərbaycanca-ingiliscə lüğət / istiqlaliyyət

istiqlaliyyət sözünün fransız dilinə tərcüməsi

istiqlaliyyət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кьилдинвал, аслу туширвал, азадвал (политикадин жигьетдай); масабурулай аслу тушиз кьилди яшамиш хьунухь; 2. пер. азадвал.

    Azərbaycanca-ləzgicə lüğəti / istiqlaliyyət

istiqlaliyyət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

İSTİQLAL(İYYƏT) ə. ixtiyarı əlində olma, heç kəsə tabe olmama; müstəqillik.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"istiqlaliyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#istiqlaliyyət nədir? #istiqlaliyyət sözünün mənası #istiqlaliyyət nə deməkdir? #istiqlaliyyət sözünün izahı #istiqlaliyyət sözünün yazılışı #istiqlaliyyət necə yazılır? #istiqlaliyyət sözünün düzgün yazılışı #istiqlaliyyət leksik mənası #istiqlaliyyət sözünün sinonimi #istiqlaliyyət sözünün yaxın mənalı sözlər #istiqlaliyyət sözünün əks mənası #istiqlaliyyət sözünün etimologiyası #istiqlaliyyət sözünün orfoqrafiyası #istiqlaliyyət rusca #istiqlaliyyət inglisça #istiqlaliyyət fransızca #istiqlaliyyət sözünün istifadəsi #sözlük