istirahət sözü azərbaycan dilində

istirahət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • istirahət • 90.9777%
  • İstirahət • 9.0026%
  • İSTİRAHƏT • 0.0198%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İstirahət satir
İstirahət satir və ya söykənən Satir — Bu növün təxminən 115 nümunəsi məlumdur, onlardan ən yaxşısı Kapitolin Muzeylərində sərgilənir. İstirahət Satir heykəli tipi bəzən faun adlandırılan gənc satiri göstərir, onu aydın uclu qulaqları və gövdəsinə taxılan və ya satirik yaxınlığındakı dirəyə qoyulmuş pardalid (panter dərisi) ilə tanımaq olar. == Haqqında == Qədim yunan mifologiyasında satirlər üzüm məhsulu, ritual dəlilik, teatr və məhsuldarlıq tanrısı Dionisin kişi yoldaşlarıdır. Dionysusun davamçıları olaraq, satirlər şərabı, qadınları sevmələri və borularında və ya fleytalarında musiqi çalmaqları ilə tanınırlar. Erkən Yunan sənətində satirlər çox vaxt sənətdə kobud, daha yaşlı və çirkin kimi təsvir olunurdu. Satirdə panter dərisinin olması onların vəhşi heyvan təbiəti ilə əlaqəsini bildirir. Satirlər də tez-tez saxsı qablarda vəhşi və vəhşi cinsi təbiətlərini ifadə etmək üçün dik fallus ilə çılpaq şəkildə təsvir edilmişdir.
Dəmirağac istirahət mərkəzi
İstirahət Gecəsi (1982)
İstirahət edən satir

İstirahət gecəsi (film, 1982)
Abşeronun istirahət ocaqları (film, 1975)
Cənubi Koreyada rəsmi istirahət günləri
Cənubi Koreyada bütün əhaliyə şamil olunan rəsmi istirahət günlərinə dair qanun yoxdur, Prezident fərmanı olan "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə" də dövlət müəssisələri və ya yerli hökumət və s. üçün rəsmi istirahət günləri müəyyən edilmişdir. Dövlət idarələrinə dövlət və ictimai məktəblər daxil olsa da, dövlət şirkətləri daxil deyil. Bu səbəbdən özəl şirkətlər və ya özəl təşkilatlar işçi və idarəçi arasındakı razılıq (əsasən "kollektiv müqavilələr" və ya "məşğulluğun tənzimlənməsi") vasitəsilə özləri istirahət günlərini müəyyən edə bildikləri üçün dövlət idarələrinin rəsmi istirahət günlərində istirahət etmək kimi hüquqi vəzifələri yoxdur, lakin təcrübəyə əsasən "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"yə zəruri olaraq müraciət edib istirahət günlərini tətbiq edirlər. İllik rəsmi istirahət günləri bazar günü, seçki günü, tələblərə uyğun olaraq müyyən edilən günləri çıxmaqla, 15 gündür. Alternativ istirahət günləri sisteminin tətbiq edilib edilməməsi ilə bağlı müxtəlif dəyişikliklər olsa da, şənbə gününü də daxil etdikdə istirahət günlərinin sayı Yaponiya(119 gün)dan azdır, Amerika(114 gün), Almaniya(114 gün), Fransa(115 gün) və s. kimi ölkələrlə isə eynilik təşkil edir. Bundan əlavə Cümə axşamı ilə başlayan uzun il və cümə günü ilə başlayan adi illərdə (1 Mart bazar günü olduğu təqdirdə) rəsmi istirahət günləri azlıq təşkil edir. == Tarix == Qoryo və Coson sülaləsi dövründə ay təqvimi ilə 1, 7, 15 və 23-cü günlərdə dövlət idarələrində iş olmurdu. Həmçinin fəsillərin dəyişdiyi mövsümlərdə də işləmirdilər.
Donetsk Mədəniyyət və İstirahət parkı
Lenin Komsomolu adına Donetsk Mədəniyyət və İstirahət parkı (ukr. Парк культури і відпочинку ім. Ленінського комсомолу) — Ukraynanın Donetsk vilayətinin eyniadlı şəhərində yerləşən park. Parkın tikilməsi ilə bağlı qərar 1952-ci ildə qəbul edilmişdir. Bunun səbəbi Şerbakov adına Mədəniyyət və İstirahət Mərkəzinin şəhərin ehtiyaclarını müstəqil şəkildə yerinə yetirə bilməməsi idi. Layihədə park ərazisinin 180 hektar olması planlaşdırılmışdı. Layihəyə Məşhur İnsanlar Xiyabanı, bir hovuz və 3,500 nəfərlik bir yaşıl teatrı daxil idi. 1955-ci ilin oktyabr ayında Stalin Rayon Sovetinin icra komitəsi "1955–1964-cü illərdə Stalin rayonunun şəhər və işçi yaşayış məntəqələrində yaşıl zonalarının yaradılması və inkişafı üzrə on illik plan haqqında" qərar qəbul etdi. 1956-cı ildə park rəsmi olaraq qurulmuşdur. Ərazinin bir hissəsi başqa layihələr üçün qorunduğundan orijinal plana dəyişikliklər edildi.
Nəsimi adına Mədəniyyət və İstirahət parkı
Nəsimi adına Mədəniyyət və İstirahət parkı — Sumqayıtda park. == Tarixi == 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac – Eldar və Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq ağacları və s. cərgələrə düzüldü. Yaşıllaşdırma yüksək ixtisaslı mütəxəssislərə – aqronomlara, bağbanlara həvalə edildi. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Elə həmin ildə V. Nəzirov və A. Quliyevin müəllifi olduğu "Sülh göyərçini" abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi. 1981-ci ildə "Yay estradası"nın açılışı, "Rəqs meydançası"nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir.
Şuşa Kurort və İstirahət Mərkəzidir (1937)
== Məzmun == Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. == Film haqqında == Film saxlanılmayıb.
Şuşa kurort və istirahət mərkəzidir (film, 1937)
== Məzmun == Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. == Film haqqında == Film saxlanılmayıb.
1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925)
Mədənçi-Neftçi İstirahətdə və Müalicədə (1924)
Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)
== Məzmun == Film fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açır. Eyni zamanda keçən əsrin 20-ci illərində zəhmətkeşlərin istirahət və müalicəsi ilə bağlı mövcud olan bəzi çatışmazlıqlar tənqid olunur. Filmin qəhrəmanı putyovkaların bölüşdürülməsi ilə məşğul olan sanatoriya-kurort komissiyasının sədridir. Onun əməlləri ilə bağlı gülməli əhvalatlar kinokomediyanın əsas süjet xəttini təşkil edir. == Film haqqında == Filmdə xronikal kadrlardan da istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aleksandr Litvinov, Pavel Velski Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke === Rollarda === Pavel Velski Vladimir Leqoşin == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.
Mədənçi-neftçi istirahətdə və müalicədə

1925-ci ildə Bakı neftçilərinin istirahəti

istirahət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Dincəlmə, rahatlanma; dinclik, rahatlıq. [Odunçu:] Bu nə gündür, nə dirilikdir ki, heç bir istirahət yox. Ü.Hacıbəyov. [Qulu:] Hər gün saat birdən üçə qədər … istirahət saatlarıdır. İ.Əfəndiyev. Bura [pəncərə qabağı] Sultanın bir növ istirahət yeri idi. İ.Hüseynov. □ İstirahət etmək (eləmək) – dincəlmək, rahatlanmaq, yorğunluğunu almaq, dincini almaq. [Əhməd atasına:] İndi sən əyləş burada, nə qədər kefindir istirahət elə. Ə.Haqverdiyev. İmtahandan sonra adam istirahət etmək istəyir. H.Seyidbəyli. İstirahət evi – zəhmətkeşlərin istirahətinə xidmət edən səhiyyə müəssisəsi. Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçiləri … olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə … vardı. S.Hüseyn. [Dostum:] Hələ bundan başqa, istirahət evlərində, sanatoriyalarda istirahət edənlər nə qədərdir… M.Rzaquluzadə. İstirahət günü – işdən azad gün. Mənim bu gün istirahət günüm olduğu üçün işləməyəcəyəm. H.Nəzərli. [İnci:] İstirahət günü arvadını gözüyaşlı qoyub buralarda hərlənməzsən. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / istirahət

istirahət sözünün etimologiyası

  • 1 Ərəbcədir, rahat sözü ilə bağlıdır, “rahatlıq əldə etmək” deməkdir. Ərəb dilində istisalun məsdəri ilə bağlı olan isti hissəsi “приставка”ya uyğun gəlir. İstifadə, istiqraz, istismar tipli sözlərdəki isti hissəsi də məhz “приставка”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / istirahət

istirahət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 İSTİRAHƏT (müxtəlif mənalarda) Ancaq hərgünkü kimi bu gün də səhər tezdən ta axşama qədər bir dəqiqə belə istirahət bilmədən əlləşən bu adamları kəndin uşaqları tanıyırdılar (M.Hüseyn); DİNCLİK [Həkim:] Onun ən yaxşı müalicəsi sakitlik və dinclikdir (A.Şaiq); MƏZUNİYYƏT Muxtar bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi (Çəmənzəminli); RAHATLIQ Yayın istisində qışın qannda; Rahatlıq bilmədən yürür bu karvan (M.Müşfiq); DİNCƏLİŞ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / istirahət

istirahət sözünün rus dilinə tərcüməsi

  • 1 отдых, покой

    Azərbaycanca-rusca lüğət / istirahət
  • 2 сущ. отдых (перерыв в занятиях, в работе и т.п.). İstirahət günü: 1. день отдыха; 2. выходной день; yay istirahəti летний отдых, istirahət evi дом отдыха, istirahət etmək отдыхать, отдохнуть

    Azərbaycanca-rusca lüğət / istirahət

istirahət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. rest; relaxation; yay ~i summer rest; ~ etmək to rest, to have* a rest; to be* on holiday II. s. rest; holiday; ~ günü rest-day; day of rest; day off; ~ evi rest / holiday home

    Azərbaycanca-ingiliscə lüğət / istirahət

istirahət sözünün fransız dilinə tərcüməsi

istirahət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. ял ягъун; динжвал, регьятвал; istirahət etmək (eləmək) ял ягъун, юргъунвал аладрун, динжвал къачун; istirahət evi ял ядай кӀвал (зегьметкешри чпин сагъвал хуьн патал ял ядай чка); istirahət günü ял ядай югъ (кӀвалах тийир югъ).

    Azərbaycanca-ləzgicə lüğəti / istirahət

istirahət sözünün türk dilinə tərcüməsi

"istirahət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#istirahət nədir? #istirahət sözünün mənası #istirahət nə deməkdir? #istirahət sözünün izahı #istirahət sözünün yazılışı #istirahət necə yazılır? #istirahət sözünün düzgün yazılışı #istirahət leksik mənası #istirahət sözünün sinonimi #istirahət sözünün yaxın mənalı sözlər #istirahət sözünün əks mənası #istirahət sözünün etimologiyası #istirahət sözünün orfoqrafiyası #istirahət rusca #istirahət inglisça #istirahət fransızca #istirahət sözünün istifadəsi #sözlük