istəmək sözü azərbaycan dilində

istəmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • istəmək • 98.5859%
  • İSTƏMƏK • 1.0101%
  • İstəmək • 0.4040%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.31 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •••• 0.67
2005 •••• 0.67
2006 •••••••••• 1.80
2007 •••• 0.63
2008 ••• 0.49
2009 •••••••• 1.44
2010 ••••••••••••••••• 3.18
2011 •••••• 1.12
2012 0.17
2013 •••••••••••••••••••• 3.94
2014 ••••••••• 1.72
2015 ••••• 0.85
2016 •••••• 1.04
2017 ••••••• 1.30
2018 ••• 0.45
2019 •••• 0.70
2020 •••••• 1.06

istəmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq. – Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm… “Koroğlu”. İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax! S.Ə.Şirvani. [Süleyman:] Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir. Ü.Hacıbəyov. // Bir şeyə ehtiyac hiss etmək. Ürəyim yaman su istəyir. Bir məqalə yazmaq istəyirəm. Ondan bir xoş söz eşitmək istəyirəm. □ İstədiyi kimi – özü bildiyi kimi (həm müsbət, həm mənfi mənada işlənir). İstədiyi kimi hərəkət etmək. 2. Sevmək, məhəbbət yetirmək, əzizləmək. Ana oğlunu çox istəyir. [Nazlı:] Ana, axı sən bilirsən, mən Sara bacımı nə qədər istəyirəm. C.Məmmədquluzadə. Deyə bilərəm, Usta Ağabala Axund Ələsgər ağanı dünyada hamıdan çox istəyirdi. Çəmənzəminli. Gözəl Bayramı istəyib gəlmişdi. O, kasıb olsa da, namuslu oğlandı. M.Hüseyn. // Ummaq. Könül istər, əl çatmaz. // Qeydinə qalmaq, sevmək. Məsləkini istəyən öz canından keçməli; Öz canını istəyən vicdanından keçməli. B.Vahabzadə. 3. Xahiş etmək, rica etmək, təmənna etmək. Novruz gözlərini ovuşdura-ovuşdura açıb: – Nə var, nə istəyirsiniz? – deyib sual etdi. N.Nərimanov. [Əsgər:] Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz. Ü.Hacıbəyov. // Özünə verilməsini və ya bir işin görülməsini söyləmək; tələb və ya xahiş etmək. Ondan bir şey istədik, vermədi. – Həkim Cinayətov haqq-hesab dəftərçəsini istədi. Mir Cəlal. // Möhtac olmaq, lüzum və ehtiyac hiss etmək, tələb etmək. Əkin su istəyir. // Diləmək. İmdad istəmək. Yardım istəmək. – Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm. Füzuli. 4. Çağırmaq, çağırtdırmaq. Yusif şah baxıcıları hüzuruna istəyib dedi ki: – Hakimivilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, … xalqı talayıb-dağıtmasınlar. M.F.Axundzadə. [Xudayar bəy:] Məhəmmədhəsən əmi, tez oğlanı göndər, pəyədən eşşəyi çıxartsın, … minəcəyəm şəhərə, nəçərnik istəyibdir. C.Məmmədquluzadə. // Aramaq, axtarmaq, soruşmaq. Kimi istəyirsiniz? Telefonla sizi istəyirlər. 5. Öz adamına almaq, evləndirmək üçün (yaxud özü üçün) xahişlə birinə müraciət etmək. Qohumdan qız istəmək. Ana oğlu üçün qız istəyir. – [Ağcaxanım:] Qədeş!… Bizim qızı Hacı Abtalıbın oğlu üçün istəyirlər. H.Sarabski. 6. “Bir” sözü və şəxs sonluqları ilə tərəddüd, qətiyyətsizlik bildirir. Bir istədim durub gedəm. Bir istədim durub ona cavab verəm. – [Mehriban] bir istədi ki, [Zeynalı] çəkib irəli sürüsün, gücü çatmadı. S.Hüseyn. 7. İstəməz şəklində – hacət yoxdur, lüzumu yoxdur, ehtiyac yoxdur, bəsdir, kifayətdir. [Səlimə:] – Ay Qurban, gəlsənə bir az su gətirim, ayaqlarını yuyum. – İstəməz, lazım deyil. Ə.Haqverdiyev. [Səlim:] İstəməz başqa laf! Söylə, açıq söylə, hər nə var, söylə. H.Cavid. ◊ …istər ki… – 1) istərsə, fərqi yoxdur, qoy lap… İstər ki çölə töksün…; 2) …gərəkdir, …haradadır. Oğul istər ki… istəməz ki… – heç olmasa…

    Azərbaycan dilinin izahlı lüğəti / istəmək

istəmək sözünün etimologiyası

  • 1 İsnişmək, isinmək, isti sözləri ilə kökdaşdır. Kökü is hissəsidir, kəlmənin əsli is-sə-mək (su-sa-maq qəlibi üzrə) kimi olub, “istilik (mehribanlıq) arzulamaq” mənasını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / istəmək

istəmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

istəmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. хотеть, желать; 2. просить; 3. требовать, затребовать, истребовать;

    Azərbaycanca-rusca lüğət / istəmək
  • 2 глаг. 1. хотеть: 1) ощущать потребность в чем-л.; захотеть. Çörək istəmək хотеть хлеба, çay istəmək хотеть чая (чаю) 2) испытывать желание иметь кого, что-л., сделать что-л. Azadlıq istəyirəm хочу свободы, xoşbəxtlik istəyirəm хочу счастья, mehribanlıq istəyirəm хочу нежности, yaşamaq istəyirəm хочу жить, işləmək istəyirəm хочу работать, yatmaq istəyirəm хочу спать 3) собираться, намереваться сделать что-л., желать; захотеть. Söhbət eləmək istəyirəm kimlə хочу поговорить с кем, görmək istəyirəm хочу увидеть, qayıtmaq istəyirəm хочу вернуться, buradan getmək istəyirəm хочу уйти отсюда, tanış olmaq istəyirəm хочу познакомиться 2. разг. любить. Anamı çox istəyirəm очень люблю маму, onu hamıdan çox istəyirəm его (ее) люблю больше всех, xalqımı istəyirəm люблю свой народ, vətənimi istəyirəm люблю свою родину 3. просить. İmdad istəmək просить пощады, icazə istəmək просить разрешения, kömək istəmək просить помощи 4. свататься (просить согласия на брак у родных девушки или женщины); просить руки чьей ◊ istəyirəm ki, … хочу, чтобы …; istəyir ki, … хочет, чтобы; istədiyi kimi как желает, как хочет; istəməz ki, … не захочет, чтобы; …; bir istədim …, ancaq … хотел было …, но …, kefin necə istəyir как хочешь; könlüm nə istəyirsə чего душа желает; söz istəmək просить слова; üzr istəmək просить прощения; üz verəndə astar da istəyir дашь палец - оторвёт руку; ürəyi istəyir kimi, nəyi сильно хочет, желает кого, чего; gördüyündən göz kirəsi istəyir все, что видит, просит (о ненасытном человеке); ürəyin istəyəndir именно такой, какого ты желал

    Azərbaycanca-rusca lüğət / istəmək

istəmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to want (d.+to inf.); to like (d.+to inf.); çay / çörək / su və s. ~ to want tea / bread / water, etc.; görmək ~ to want to see; Mən sizi görmək istəyirəm I want to see you; Demək istəyirəm I want to say; Kitab istəyirəm I want a book; 2. to ask; kömək ~ to ask for help; bir kəsin qızını ~ to ask someone for the hand of his / her daughter; ◊ İstəyənin bir üzü, verməyənin iki üzü qara at. söz. ≅ It’s more embarrassing to refuse than to ask; 3. to love; Uşaq anasını çox istəyir The child loves its mother very much

    Azərbaycanca-ingiliscə lüğət / istəmək

istəmək sözünün fransız dilinə tərcüməsi

istəmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кӀан хьун; // мурад авун, рикӀяй фин; istədiyi kimi вичиз кӀанивал, вичиз чидайвал; // са затӀуниз игьтияж гьисс авун; муьгьтеж хьун; // къайгъуда амукьун; 2. хагьиш авун; тӀалабун; yardım istəmək куьмек кӀан хьун; 3. эверун, эвериз тун, эвериз гун; жугъурун, къекъуьн, жузун; 4. istəməz кӀандач, герек туш, лазим туш, бес я; ** istər ki... а) кӀан(да)тӀа, фаркь авач, къуй лап...; б) ...герек я, ...гьинава; istəməz ki... гьич тахьай(тӀа...).

    Azərbaycanca-ləzgicə lüğəti / istəmək

istəmək sözünün türk dilinə tərcüməsi

"istəmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#istəmək nədir? #istəmək sözünün mənası #istəmək nə deməkdir? #istəmək sözünün izahı #istəmək sözünün yazılışı #istəmək necə yazılır? #istəmək sözünün düzgün yazılışı #istəmək leksik mənası #istəmək sözünün sinonimi #istəmək sözünün yaxın mənalı sözlər #istəmək sözünün əks mənası #istəmək sözünün etimologiyası #istəmək sözünün orfoqrafiyası #istəmək rusca #istəmək inglisça #istəmək fransızca #istəmək sözünün istifadəsi #sözlük