İsveçrədə islam
İsveçrədə islam — müasir İsveçrədə xristianlıqdan sonra ikinci ən böyük dini. 2001-ci il siyahıyaalınmasına əsasən, ölkədə 310.807 müsəlman qeydə alınıb. Bu da ölkə əhalisinin 4,3%-dir. 2009-cu ilə olan məlumata görə, ölkədə 400.000 müsəlman yaşayır və ya ölkə əhalisinin təxminən 5,%-ni təşkil edir. Ölkə müsəlmanlarının əksəriyyəti birinci və ikinci nəsil immiqrantlardır, əksəriyyəti (88%-dən çoxu) isə vətəndaşlığı olmayanlardır.
== Tarix ==
Ölkədə ilk müsəlmanlar olan ərəblər və bərbərlər 10-cu əsrdə Fraxinet adlanan ərazidən gəlmişlər. 1945-ci ildən sonra ölkəyə xeyli sayda qonaq işçilər, həmçinin müsəlman ölkələrindən qaçqınlar gəldi. Ölkədə ilk Mahmud məscidi 1963-cü ildə Sürixdə tikilib. 1978-ci ildə Səudiyyə Ərəbistan Cenevrədə ikinci məscidin tikintisini maliyyələşdirdi. Hazırda ölkədə 4 məscid var, müsəlmanların sayında yüksək artımı nəzərə alsaq, ölkədə kifayət qədər tam hüquqlu məscid olmadığı aydındır.