İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri (film, 1973)
"İtalyanların Rusiyada ağlasıgmaz macəraları (rus. Невероятные приключения итальянцев в России; it. Una matta, matta, matta corsa in Russia) — rejissor Eldar Ryazanov və Franko Prosperinin filmi.
Roma xəstəxanalarından birində 92 yaşlı rus emiqrantı can verir. Bu zaman Olqa adlı nəvəsinə (Antonia Santilli) vəsiyyət edir ki, onun Leninqradda şirin altında inqilab vaxtı gizlətdiyi 9 milyard italyan lirəsi dəyərində xəzinəsi var. Bu vəsiyyəti onun nəvəsi ilə yanaşı həkimlər Antonio və Cüzeppe, Rozario Aqro və başqaları eşidir və Leninqrada xəzinənin ardınca gedirlər. Rusiyada əslinsə milis kapitanı olan Andrey Vasilyev (Andrey Mironov) bələdçi kimi onlara qoşulur. Bundan sonra italyanların Rusiyada ağlasığmaz macəraları başlayır...