itburnusu sözü azərbaycan dilində

itburnusu

Yazılış

  • itburnusu • 66.6667%
  • İtburnusu • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacıyev itburnusu
Hacıyev itburnusu (lat. Rosa gadzhievii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan, düzdayanan koldur. Gövdələri qırmızı-qonur, cavan zoğların rəngi isə açıq qonurdur. Gövdəciklərdə iynələri iri, enli bünövrəli, alt tərəfində bir az oraqvari əyilmiş, çiçəkli zoğlarda iti bucaq altında əyilmiş, bəzən qarmaqvaridir. Yarpaqları 5-7 xırda yarpaqlı, uzunluğu 8-10 sm; oval, kənarları mürəkkəb dişli, üstü çılpaq, əsasən oturaq vəziciklərlə sıx örtülmüşdür. Alt tərəfində damarcıqları tükcüklüdür, digər yerləri isə vəziciklərlə seyrək və ya bərabər örtülmüş olu; raxisi çılpaq və ya seyrək tükcüklü olub, ayaqcıqları vəziciklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 12-15 mm, bünövrəsindən enli, yaxşı inkişaf etmiş qulaqlı, xırda yarpaqları kimi vəziciklərlə sıx örtülmüşdür. Çiçəkləri əsasən tək, bəzən 3-4 ədəd, iri, açıq çəhrayı; çiçək altlıqlarının uzunluğu 15-20 mm, zəif tükcüklü, kənarları vəziciklidir.
Karyagin itburnusu
Karyagin itburnusu (lat. Rosa karjaginii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. == Qısa morfoloji təsvir == Təbiətdə xırda koldur, hündürlüyü 50-60 sm-ə çatır. Yaşlı budaqları qırmızımtıl, təzə zoğları tünd göy rəngli tikanlı koldur. Mürəkkəb, təklələkvarı yarpaqları 7 ədəd yarpaqvarı çiçək qrupunda yerləşir. Meyvəsi sentyabr ayından yetişməyə başlayır. Qopartikanları möhkəm, düz və ya səthi əyilmiş, sarımtıl, qaidəsi çox enliləşmişdir. Yarpaqları 5-6 sm uzunluqda, 7 ədəd 15–18 mm uzunluqda, 10–15 mm enində ellipsvarı sivri, hər iki tərəfdən, xüsusən alt tərəfdən yumşaq tüklü, çoxlu vəzicikli, kənarı ikiqat itidişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltlığı alt tərəfdən tək-tək vəzicikli örtülü 5–6 mm enindədir, uzunluğu isə yarpaqcıqların uzununa bərabərdir.
Komarov itburnusu
Komarov itburnusu (lat. Rosa komarovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan) təbii halda rast gəlinir. == Azərbaycanda yayılması == Quba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Orta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə 0,6-0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir.
Prilipko itburnusu
Prilipko itburnusu (lat. Rosa prilipkoana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Turyançay boyu, Şimali Kiçik Qafqazda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər olan iri koldur. Birillik budaqları yaşılımtıldır, yastılaşmış və arxaya doğru əyilmiş qopartikanlara örtülüdür. Yarpaqları 5-7 ədəd, 2,4-3,8 sm uzunluqda və 1-1,8 sm enində, lansetşəkilli və ya ellipsvarı, nazik, üst tərəfdən tünd yaşıl rəngli və çılpaqdır. Alt tərəfdən solğun seyrək tüklü, orta damarı boyu bəzən vəzili tüklə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyun aylarında çiçək açır. Kasayarpaqcıqları çiçəkləmədən sonra qabarıq, yaxud horizontal vəziyyət alır və meyvəsi qızarmağa başlıyan kimi tökülür. Çiçəkləri 2-3 olmaqla çiçək qrupuna toplaşmışdır.
Rapin itburnusu
Rapin itburnusu (lat. Rosa rapinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İranda, Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m, qövsvarı əyilmiş budaqlı koldur. Cavan budaqları tünd qırmızı qabıqlı örtülüdür. Yarpaqları 5-7 sm uzunluqdadır, 7-9 ədəd uzunsov-tərs yumurtavarı formada, üstdən çılpaq, altdan yapışıq tüklə örtülü, kənarı ikiqat dişli, qaidəsi pazvarı, 9-18 mm uzunluqda, 5-10 mm enində yarpaqcıqlardan ibarətdir. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir. Çiçək saplağı 3-3,5 sm uzunluqdadır. Ləçəkləri ağımtıl-sarı və ya parlaq sarı rəngdə, bir qədər oyuqlu, tərs yumurtavarıdır.
Svanet itburnusu
Svanet itburnusu (lat. Rosa oplisthes) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Gürcüstanda, Azərbaycanda, Cənubi Asetiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Botaniki təsviri: Hündürlüyü 1-1,5 m-ə qədər çatır. Yarpaqları ellipsvari, kənarları tikanlı, çıxıntılı qarşıqarşıya düzülmüş, uzunluğu 2,6 sm, eni 3,2 sm-ə çatır. Yarpaqları üst tərəfdən tünd yaşıl, alt tərəfdən açıqdır. Çiçəkləri ağ və ya açıq qırmızı rəngdə olur, 4-8 ləçəkdən ibarətdir. İldə bir dəfə, yazda və ya yayda çiçəkləyir. Meyvələri iyul, avqust aylarında yetişir. Meyvəsinin uzunluğu 1,8-2,3 sm, eni 1,4-1,6 sm-ə çatır, ellipsvari üzəri açıq qırmızıdan, tünd qırmızıyadək dəyişir.
Syunik itburnusu
Syunik itburnusu (lat. Rosa sjunikii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Ermənistanda (Gorus) təbii arealı vardır. == Azərbaycanda yayılması == İsmayıllı rayonunun Şəkəm yaylağı ərazisində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. == Bitdiyi yer == Orta dağ qurşaqlarında, dağ çəmənlərində, kolluqlarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1–1,2 m-ə qədər olan qırmızımtıl qabıqlı koldur. Qopartikan 3 cürdür.
Yaroşenko itburnusu
Yaroşenko itburnusu (lat. Rosa jaroshenkoi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–2,5 m, illik zoğları yaşılımtıl olan düz dayanan koldur. Kiçik gövdələri çoxsaylı xırda iynəli, düz və ya əyilmiş, bünövrəsində oval, enəlmiş formadadır. Yarpaqların uzunluğu 6–8 sm-dir, əsas oxu vəziciklər və tükcüklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 15 mm, eni 4–5 mm, çılpaq, kənarları vəziciklidir. Xırda yarpaqların miqdarı 5–7 əd., uzunluğu 1,5–2,5 sm, eni 1,0–1,5 sm, lansetvari-ellipsvari formadadır, bünövrəsində və ucunda daralmışdır. Dişcikləri əsasən sadə, yuxarı əyilmişdir, vəzicikləri yoxdur, oturaq, üstü tamam çılpaqdır, alt tərəfində əsas damarcıqları az miqdarda tükcük və vəziciklərlə qarışıqdır. VI–VII aylarda çiçəkləyir, çiçəkləri tək-təkdir, çiçək altlıqları hər tərəfdən çılpaq, kənarları vəziciklidir.
Zuvand itburnusu
Zuvand itburnusu (lat. Rosa zuvandica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan koldur; budaqları yuxarı qalxan və ya bir az əyilmişdir. Tikanları yarpaqların bünövrəsində cüt yerləşmiş, düz və ya bir az əyridir. Orta yarpaqların uzunluğu 5-8 sm, yalançı zoğları ensiz, uzunluğu 8-10 mm, hər tərəfdən çılpaqdır, ancaq alt tərəfdə bol vəzicikli, kənarları cüt dişli və vəzicikli-kirpikciklidir. Əsas oxu gövdə vəzicikləri və seyrək tükcüklərlə örtülmüşdür. Xırda yarpaqları 7 ədəd, enli-ellipsvari, ucu qısa, biz, uzunluğu 1,2-1,8 sm, eni 0,7-1,1 sm-dir, yaşlı zoğlarda tünd, yuxarı tərəfi seyrək, alt tərəfi sıx tükcüklü, hər tərəfdən vəziciklidir, kənarları cüt dişli, dişcikləri vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri xırda, çiçək saplağı hipanti kimi seyrək vəziciklidir, uzunluğu 1-1,2 sm-dir.
Çatırdağ itburnusu
Çoxtikanlı itburnu (lat. Rosa spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropadan təsvir edilmişdir. Çində, Rusyada Sibirdə, İngiltərədə, Şimali-Qərbi və Cənubi Asiyada yayılmışdır. == Botaniki təsviri == Dik duran budaqlara malik 50-75 sm hündürlüyündə xırda kolcuqdur. Qopartikanları müxtəlifdir: nisbətən iri, düz və ya bir qədər dala doğru əyilmiş və xırda iynəşəkilli formada olur. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir, çiçək saplağı 25-40 mm uzunluqdadır. Meyvələri kürəşəkilli və ya bir qədər dikvarı, basıqdır, yetişdikdə tünd qəhvəyi, demək olar ki, qara rəngdə olur. == Ekologiyası == Əsasən meşələrdə, qayalıqlarda, çay kənarında, subalp çəmənlərdə, dəniz səviyyəsindən 1100-2300 m hündürlükdə bitir.
İlyin itburnusu
İlyin itburnusu (lat. Rosa iljinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m-dək olan koldur. Gövdəsinin qabığı; yaşılımtıldır, budaqları seyrəkdir. İynələri tək-tək, uzunluğu 4-6 mm, oraqvari-əyilmişdir. Yarpaqları iri, uzunluğu 8-10 sm, 7 ədəd xırda yarpaqlı, raxisi çılpaq, seyrək vəziciklidir, vəzicikləri gövdəciklidir. Xırda yarpaqları dərili, uzunluğu 12-18 mm, eni 8-12 mm, hər tərəfdən çılpaq və hamar, kənarları sadə dişli və vəziciklidir. Yalançı zoğların uzunluğu 10-12 mm, enli-lansetvari, kənarları vəzicikli, hər tərəfdən çılpaq və hamardır. Çiçək saplağının uzunluğu 10-15 mm, vəziciklidir (tükcükləri yoxdur).
İsayev itburnusu
İsayev itburnusu (lat. Rosa isaevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-2,5 m olan, yaxşı şaxələnmiş koldur. Cavan zoğları tünd qonur qabıqla örtülmüşdür. Gövdəciklərdə iynələri möhkəm, oval, oraqvaridir, bəzən qarmaqvari əyilmişdir. Çiçəkli zoğların orta yarpaqlarının uzunluğu 6-8 sm-dir, əsas oxu xırda iynələrlə və vəziciklərlə möhkəm örtülmüşdür. Yalançı zoğların uzunluğu 12-15 mm, eni 8-10 mm, üstü çılpaq, alt tərəfi vəziciklərlə örtülmüş, kənarları vəzicikli-kirpikciklidir. Xırda yarpaqları 5-7 ədəd, uzunluğu 20-30 mm, eni 12-20 mm, ellipsvari-yumurtavari formadadır. Yarpaqların üstü çılpaqdır, alt tərəfi xırda, oturaq vəziciklərlə örtülmüşdür, əsas damarcıqları tükcüklüdür.
Kozlovski itburnusu
Kozlovski itburnusu (lat. Rosa koslowskii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Yayılması == Rusiyada (Dağıstan) təbii halda yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Lənkəran rayonu (Qazo, Durzaband dağı) ərazisində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. Aşağı qurşaqda meşəliklərdə, kolluqlarda, əsasən yamacın cənub qərb hissəsində yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 1,5 m-ə qədər olan koldur. Qopartikanları oraqvarı və ya qarmaqvarı əyilmiş formadadır. Yarpaqları çılpaq, bəzən alt tərəfdən və kənarı boyu xırda oturaq vəzciklərlə örtülüdür; 5, bəzi hallarda 7 ədəd ensiz yumurtavarı, 25–30 mm uzunluqda və 12–15 mm enində, üstdən çılpaq, altdan sıx, xırda ensiz vəziciklər və seyrək tüklərlə örtülü yarpaqçıqlardan ibarətdir.
May itburnusu
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Ruprexti itburnusu
Ruprexti itburnusu (lat. Rosa ruprechtii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Ermənistanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Kiçik Qafqazın (Daşkəsən rayonu) şimal ərazilərində təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Orta və yuxarı dağ qurşaqlarında meşə kənarlarında cəngəlliklərdə, daşlı uçrumlarda, çay kənarlarında rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 2–3 m olan sıx qollu budaqlı koldur. Bitkinin qopartikanları dağınıq bizvari olub qaidə hissəsi enliləşmişdir. Yarpaqları iri, 7-9 sm uzunluğundadır.
Sosnovski itburnusu
Sosnovski itburnusu (lat. Rosa sosnovskyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (ii,iii, iv,v). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu - EN B2ab (ii,iii, iv,v). == Qısa morfoloji təsviri == Sürünən koldur. Nazik, 6,5-7,0 m hündürlüyündə, 2-3 sm diametrində uzun gövdəsi var. Tikanları möhkəm, çox və az hamar, əyilmişdir. Yarpaqlar iri 3,5 sm uzunluğunda, 2,5 sm enində, enli-ellipsvari, üst hissədən parlaq –yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çiçəklər qalxanvari çiək qrupunda toplanmış 3, bəzən birçiçəklidir.
Teberdo itburnusu
Teberdo itburnusu (lat. Rosa teberdensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Növün arealı Qərbi Elbrusdan Teberda çayının vadisinədək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Cinnamomea DC. seksiyasına daxil olub, R.sosnovskiana Tamamsch. və R.roopaei Lonaez. növlərinə yaxındır. Hündürlüyü 2–3 m-ə çatan, budaqları açıq-qəhvəyi rəngdə olan kol bitkisidir. Gövdəsində qalın iynələri vardır. Yarpaqları ellipsvari, uzunluğu 3,7 sm uzunluğunda, 2,6 sm enində, üst hissədən yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çəçəkləri çəhrayıdır.
Tuşet itburnusu
Tuşet itburnusu (lat. Rosa ×tuschetica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Beşit) yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR (Biçənək, Nurqut) ərazisində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU A2c+3c. == Bitdiyi yer == Subalp və alp qurşaqlarında daşlı qayalı yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 1 m-ə qədər olan koldur. Qopartikanları 2 cürdür, qaidə hissəsi bir qədər enliləşmiş düz, bizvarı qopartikanlar və qılvarı xırda qopartikancıqları vardır. Çiçək daşıyan budaqlarda qopartikancıqlar daha çox olur.
Virciniya itburnusu
Virciniya itburnusu (lat. Rosa virginiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Vuds itburnusu
Vuds itburnusu (lat. Rosa woodsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Xomutov itburnusu
Rosa micrantha (lat. Rosa micrantha) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Krımdan təsvir еdilmişdir. == Botaniki təsviri == 1,5 m-ə qədər hündürlüyə malik koldur. Qopartikanları düz və ya bir qədər aşağı mеyillidir, çiçəkdaşıyan budaqları çılpaqdır. Ləçəkləri açıq çəhrayı rəngdə olub, kasayarpaqcıqlardan qısadır. Mеyvəsi yumurtavarı və ya еnli ovalşəkillidir, üzəri sеyrək tüklər və vəziciklərlə örtülüdür. İyun və iyul aylarında çiçək açır. == Ekologiyası == İstyə, soyuğa, quraqlığa davamlıdır. Münbit torpaqlarda bitir.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Şərq itburnusu
Şərq itburnusu (lat. Rosa orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Avropa, Şimali Albaniya, Yunanıstan, Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Gövdələri iynələrlə və tükcüklərlə örtülmüşdür. Yarpaqları cüt olmayan, lələkvari, üstü parlaq yaşıl, alt tərəfi boz, hər tərəfdən tükcüklüdür. Çiçəklərin diametri 4 sm-dək, çəhrayı, meyvəsi qırmızı, ellipsvari, uzunluğu 1,2 sm-dir. == Ekologiyası == Günəşli, yarımkölgəli yerlərdə, quru, zəif rütubətli və gilli torpaqarda bitir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Dekorativ bitkidir. Yaşıllaşdırmada az istifadə olunur.
Buş itburnusu
Buz itburnusu (lat. Rosa buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük Qafqazda Quba rayonu ərazisində və Naxçıvan MR –də rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. == Ümumi yayılması == Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük Qafqazda-Quba rayonu ərazisində və Naxçıvan MR-də rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.
Saxokiyan itburnusu
Saxokiyan itburnusu (lat. Rosa sachokiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan, Zəngəzur) və İranda təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR dağları, Quba, Şamaxı, Qobustan (Təzə Zarat, Qarayataq), Şəki və Dağlıq Qarabağ rayonları ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yеr == Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlı qayalı quru yamaclarda yayılmışdır. == Тəbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə alçaqboylu, 60-80 sm hündürlüyündə olan koldur. Qоpаrtikanı möhkəm, аdətən, düz bəzən bir qədər оrаqvarı əyilmiş qаidəsi enlidir. Yаrpaqlаrı 5, bəzən 7 ədəd, хırdа, 8–15 mm uzunluqda və 5–8 mm enində, tərs yumurtavarı, seyrək hаllаrdа еllipsvarı, qаidə hissəsi pazvarı daralmış, təpəsi dairəvi, bəzən qısa sivriləşmiş, üst tərəfdən çılpaq və ya seyrək vəzicikli, alt tərəfdən iyli vəziciklərlə örtülü, kənarı vəzicikli mişardişli yаrpаqcıqlаrdan ibarətdir.

"itburnusu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#itburnusu nədir? #itburnusu sözünün mənası #itburnusu nə deməkdir? #itburnusu sözünün izahı #itburnusu sözünün yazılışı #itburnusu necə yazılır? #itburnusu sözünün düzgün yazılışı #itburnusu leksik mənası #itburnusu sözünün sinonimi #itburnusu sözünün yaxın mənalı sözlər #itburnusu sözünün əks mənası #itburnusu sözünün etimologiyası #itburnusu sözünün orfoqrafiyası #itburnusu rusca #itburnusu inglisça #itburnusu fransızca #itburnusu sözünün istifadəsi #sözlük