İvane sözü azərbaycan dilində

İvane

Yazılış

  • İvane • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İvane Cavaxişvili
İvane Cavaxişvili (gürc. ივანე ჯავახიშვილი; d. 11 (23) aprel 1876, Tiflis – 18 noyabr 1940, Tbilisi) — Gürcü əsilli SSRİ tarixçisi, ictimai xadimi, Tbilisi Dövlət Universitetinin qurucularından biri, Sovet İttifaqı elmlər akademiyasının akademiki, tarix elmləri doktoru, professor. == Həyatı == İvane Cavaxişvili Tbilisidə, Aleksandr Cavaxişivili və Sofiyo Vaxvaxişvilinin ailəsində anadan oldu. Atası şahzadə Aleksandr Cavaxişivili gimnaziya müəlimi idi. 1895-ci ildə İvane Tbilisi birinci gimnaziyasını bitirdi,1899-cu ildə isə Sankt-Peterburq Dövlət universitetinin şərqşunaslıq fakültəsinin gürcü-erməni-iran dilləri bölümünü. 1899–1901-ci illərdə həmin universitetin maqistrantı olmuşdu. 1901–1902 illərdə Berlin Universitetinin akedemik ziyarətcisi idi. 1902-ci ildə müşaviri olan Nikolay Marr ilə birlikdə Sina dağında orta əsr gürcü əlyazmalarını araşdırdı. İlk iri həcimli Gürcü millətinin tarixi ( kartveli eris istoria ) əsərindən sonra ki, hələ tamamlanmamışdı, alim tez bir zamanda Gürcüstan və Qafqaz tarixi, Gürcüstan Gürcü qanunvericiliyi, paleoqrafiya, diplomatiya, musiqi, drama və digər mövzularda mühüm işlər apararaq özünü üstün bir mövqedə qərarlaşdırdı.1918-ci ilin əvvəllərində İvane Cavaxişvili Gürcüstanın Tbilisidəki ilk mütəzəm universitetinin təsis edilməsində mühüm təsiri var idi, beləliklə, gürcü ziyalılarının əsrlər boyu uzun müddət arzusu həyata keçirdi .
İvane Mxarqrdzeli
İvane Mxarqrdzeli və ya İvane Zakaryan və ya Atabəy İvane — kürd əsilli, gürcüləşmiş, erməniləşmiş Mxarqrdzeli-Zakaryan nəslindən olan feodal, sərkərdə. Bəzi qaynaqlarda bu ailənin qıpçaq əsilli olması da göstərilir.Mxarqrdzelilərin ailə əfsanəsinə görə onların kökü Əhəmənilər sülaləsindən, II Darın oğlu II Artakserksin soyundan gəlir. Buna səbəb II Artakserksin ləqəbinin "Qoluuzun" olması və Mxarqrdzeli sözünün gürcücə "qoluzun" mənasına gəlməyi olmuşdur. Gürcü çarı Böyük Tamaranın dövründə Gürcü hakimiyyətində etimad qazanaraq amirspasalar rütbəsinə qədər yüksələn, Sarqis Zakaryanın oğlu İvane, Ani (Qars) basqını, Şəmkir döyüşü və Ərdəbil basqınlarıyla məşhurdur. 1195-ci ildə Eldəgizlərin zəifləməsindən istifadə edən gürcülər, Şəmkir yaxınlığında Eldəniz Atabəyi Əbu-Bəkrin qoşunlarına qarşı hücuma keçdilər. Bu döyüşdə İvane Mxarqrdzeli bir hərbçi kimi özünü göstərmişdir. Səlcuqlular arasındakı başıpozuqluqdan yararlanaraq Ərzurumdakı Saltuk bəyliyini öz təsiri altında salan Böyük Tamara ilə səlcuqlu qüvvələrini birləşdirməyi bacaran Sultan II Süleyman Şahın arası türklərin Ərzurumu tutaraq ilhaq etməsindən sonra kəskin şəkildə pozulmuşdu. II Süleymanın Kars və Ərzurumda möhkəmləndikdən sonra Gürcüstana səfər edəcəyini anlayan Böyük Tamara cəld şəkildə əri David Soslanın başçılığı altında əks-hücuma keçərək Basiani döyüşündə türkləri məğlub etdi (1202). Həmin döyüşün əsas qəhrəmanlarından biri də İvane və qardaşı Zəkəriyya Mxarqrdzelilər idi. 1225-ci ildə, Xarəzmşah Cəlaləddin Mənguberdi ilə Gərni döyüşündə öz qoşunlarını aktiv döyüşə salmayaraq gürcü ordusunun məğlubiyyətində əsas pay sahibi olmuşdur.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (gürc. თბილისის ივანე ჯავახიშვილის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın aparıcı və ən böyük ali məktəbi, ölkənin ən böyük elm mərkəzlərindən biri. 1918-ci ilin fevralında yaradılıb. Universitetdə təxminən 18.000 tələbə təhsil alır. Universitetdə Hüquq, İqtisadiyyat, Sosial elmlər, Tibb və Təbiət Elmləri Fakültəsi var. 2010-cu ildə Tbilisi Dövlət Universitetinin kitabxanasından 10 minlərlə avro dəyərində XVIII–XIX əsrlərə aid 39 ədəd nadir kitab oğurlanıb. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2003 ••••••• 0.39
2004 •••••• 0.34
2006 •••••••• 0.45
2007 •••• 0.21
2009 •••••••••••••••••••• 1.28
2010 ••••• 0.27
2012 ••••••••• 0.52
2013 •••••••••• 0.58
2017 ••• 0.16
2018 ••••• 0.30
2019 ••••••• 0.42

Oxşar sözlər

#ivane nədir? #ivane sözünün mənası #ivane nə deməkdir? #ivane sözünün izahı #ivane sözünün yazılışı #ivane necə yazılır? #ivane sözünün düzgün yazılışı #ivane leksik mənası #ivane sözünün sinonimi #ivane sözünün yaxın mənalı sözlər #ivane sözünün əks mənası #ivane sözünün etimologiyası #ivane sözünün orfoqrafiyası #ivane rusca #ivane inglisça #ivane fransızca #ivane sözünün istifadəsi #sözlük