İxlas sözü azərbaycan dilində

İxlas

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İxlas • 75.0000%
  • ixlas • 24.4681%
  • İXLAS • 0.5319%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İxlas
İxlas— Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq mənasını verir.İxlasla, ixlas ilə şəklində zərf kimi, ixlas göstərmək şəklində feil kimi istifadə olunur. İxlasla, ixlas ilə – sədaqətlə, səmimi qəlblə, ürəkdən, ixlas göstərmək – yaltaqlanmaq, kiminsə xeyrinə çıxış etmək deməkdir. İxlas sözü ərəb mənşəli alınma sözdür, Azərbaycan dilində sərbəst söz kimi işlənir; eləcə də, Azərbaycan dilinə fars dilindən keçmiş, əsasən sözdüzəldici şəkilçi - suffiks rolunu oynayan "kar", "keş" ilə birləşərək, yeni ixlaskar, ixlaskeş sözlərinin tərkibində də iştirak edir. İxlas sözü Azərbaycan klassik ədəbiyyatında, Mirzə Fətəli Axundovun (Axundzadə) ( Nuxalılar: Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz, ”Hekayəti Molla İbrahim-Xəlil Kimyagər“; Mirzə Möhsün: Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam, „Aldanmış kəbakib”), Nəcəf bəy Vəzirovun əsərlərində (Mirzə Həbib: Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var, "Təzə əsrin ibtidası") və s., eləcə də dini xarakterli mətnlərdə (İman edən bir kimsənin Allaha qarşı səmimi, ixlaslı olması qədər təbii bir şey ola bilməz, Emeli saleh olmasi ucun Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır) rast gəlinir.
İxlas məscidi
İxlas məscidi (rus. Мечеть Ихлас, başq. Ихлас мәсете) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən bir məscid. == Tarixi == İxlas məscidi 1997-ci ildə, köhnə "Luç" kinoteatrının sahibliyi Ufa şəhəri, Kirov rayonu müsəlman dini təşkilatına köçürüldüyü zaman yaradılmışdır. Bina yenidən qurulmuş və 6 iyul 2001 tarixində məscid olaraq təntənəli şəkildə açılmışdır. Məscidin başçısı, açılmasında əhəmiyyətli bir rol oynayan imam-xətib Qəlliyamov Məhəmməd Mustafoviçdir. Hal-hazırda məscidin əsas binasını yenidən qurmaq üçün işlər aparılır. Məsciddə iki dənə 40 metrlik minarələr tikirilir. İslami kitabxananın açılışı üçün 6,000 kitab hazırlanır. Bu kitabların hazırlanmasında böyük rol oynayan "İxlas" nəşriyyat evi 2004-cü ildən etibarən fəaliyyət göstərir və indiyə kimi çoxlu dini kitablar çap etmişdir.
İxlas surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) == Əl-İxlas surəsi və onun qiraət özəllikləri == === Nazil olunması, Qur’anda (tərtibi baxımdan) yeri, özəllikləri === Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452].Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268]. === Məkkə, yaxud Mədinə surəsi? === Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Muhamməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2009 •••••••• 1.28
2010 ••• 0.45
2011 •••• 0.51
2012 ••••• 0.69
2013 •••••••••••••••••••• 3.21
2014 •••• 0.51
2015 •••• 0.51
2016 •••• 0.52
2018 •• 0.30
2019 0.14
2020 •••• 0.53

ixlas sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq. [Nuxalılar:] Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz. M.F.Axundzadə. [Mirzə Həbib:] Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var. N.Vəzirov. Böyüyün kiçiyə iltifat və mərhəməti, kiçiyin də böyüyə qarşı ixlas və hörməti vardı. S.Hüseyn. 2. İxlasla, ixlas ilə şəklində zərf – sədaqətlə, səmimi qəlblə, ürəkdən. [Mirzə Möhsün:] …Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam. M.F.Axundzadə. [Kəndli:] Sizə məlumdu ki, mən on yeddi ildi ki, … ixlas ilə qulluq eləyirəm. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / ixlas

ixlas sözünün sinonimləri (yaxın mənalı sözlər)

ixlas sözünün rus dilinə tərcüməsi

  • 1 искренность, преданность, чистосердечность, благоволение

    Azərbaycanca-rusca lüğət / ixlas
  • 2 сущ. устар. любовь (чувство глубокого уважения, привязанности, преданности кому-л.)

    Azərbaycanca-rusca lüğət / ixlas

ixlas sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. михьи ва рикӀяй къвезвай муьгьуьббат, кӀанивал, вафалувал; рикӀин михьивал, сидкьи; 2. ixlasla, ixlas ilə нареч. рикӀин михьивилелди, вафалувилелди, рикӀин сидкьидивди, рикӀяй.

    Azərbaycanca-ləzgicə lüğəti / ixlas

ixlas sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

imanın forması, ixlaq, qurtulma, pisliklərdən arınma. Öz imanına heç nəyi qarışdırmamaq, bidət yollara və vasitələrə baş vurmamaq, riyakarlıq etmədən, özünü göstərmədən, səmimi qəlbdən inanmaq.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) əsil sevgi, təmiz məhəbbət; 2) səmimiyyət, sidq; 3) ürəyi təmizlik, sədaqət; 4) xilas etmə; 5) bitirmə, qurtarma, yekunlaşdırma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qax) xörək adı. – Qoyunun yoğun bağırsağının içinə piynən darı ununu qarışdırıp ixlas pişiriylər

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ixlas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ixlas nədir? #ixlas sözünün mənası #ixlas nə deməkdir? #ixlas sözünün izahı #ixlas sözünün yazılışı #ixlas necə yazılır? #ixlas sözünün düzgün yazılışı #ixlas leksik mənası #ixlas sözünün sinonimi #ixlas sözünün yaxın mənalı sözlər #ixlas sözünün əks mənası #ixlas sözünün etimologiyası #ixlas sözünün orfoqrafiyası #ixlas rusca #ixlas inglisça #ixlas fransızca #ixlas sözünün istifadəsi #sözlük