ixtiyarsız sözü azərbaycan dilində

ixtiyarsız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ixtiyarsız • 90.6667%
  • İxtiyarsız • 8.0000%
  • İXTİYARSIZ • 1.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ixtiyarsız sözünün leksik mənası və izahı

  • 1 1. zərf Özündən asılı olmayaraq, özü istəmədən; qeyri-iradi, qeyriixtiyari. İxtiyarsız ağlamaq. İxtiyarsız demək. İxtiyarsız gülmək. – Bostan əkdim xiyarsız; Günüm keçdi biyarsız; Yuxuda səni gördüm; Ayıldım ixtiyarsız. (Bayatı). Rüxsarə xanım ixtiyarsız üzünü açdı. T.Ş.Simurq. Tofiq ixtiyarsız olaraq dönüb dala baxdı. M.Rzaquluzadə. 2. sif. Hüquqsuz, ixtiyarı olmayan.

    Azərbaycan dilinin izahlı lüğəti / ixtiyarsız
  • 2 Qeyri-ixtiyari. (“Koroğlu” dastanının lüğəti) Elə bil ki, Kürdoğlunu ildırım vurdu. İxtiyarsız atı saxladı. (“Koroğlunun Dərbənd səfəri”)

    Azərbaycan dastanlarının leksikası / ixtiyarsız

ixtiyarsız sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 hüquqsuz — səlahiyyətsiz

    Azərbaycan dilinin sinonimlər lüğəti / ixtiyarsız
  • 2 İXTİYARSIZ [Mədinə:] İxtiyarsız olaraq onu da, özünü də iztirablar girdabına atmışdı.. (M.İbrahimov); BİİXTİYAR Dodaqları biixtiyar qımıldandı.. (A.Şaiq); BİLAİXTİYAR Gözlərimdən bilaixtiyar yaşlar axırdı (N.Nərimanov); QEYRİ-İXTİYARİ Sarıtel qeyri-ixtiyari Məsuda tərəf çevrildi.. (M.Hüseyn); QEYRİ-İRADİ Cuma .. qeyri-iradi geri çəkildi (Ə.Əbülhəsən); İSTƏR-İSTƏMƏZ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ixtiyarsız

ixtiyarsız sözünün rus dilinə tərcüməsi

  • 1 1. невольно; 2. невольный, бесправный; 3. без разрешения, без позволения;

    Azərbaycanca-rusca lüğət / ixtiyarsız
  • 2 I прил. 1. непроизвольный, невольный 2. бесправный II нареч. 1. непроизвольно, невольно. İxtiyarsız ağlamaq невольно заплакать, ixtiyarsız gülümsəmək невольно улыбнуться 2. kimdən, nədən без разрешения, без позволения кого, чего. Məndən ixtiyarsız без моего разрешения, müdiriyyətdən ixtiyarsız без разрешения начальства, atasından ixtiyarsız без позволения отца, müəllimindən ixtiyarsız без разрешения учителя

    Azərbaycanca-rusca lüğət / ixtiyarsız

ixtiyarsız sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. (i.s.) without legal rights, (i.s.) having no legal rights, (i.s.) deprived of civil rights; ~ adam a person without legal rights II. z. without permission; Məndən ixtiyarsız getməyin Don’t go without my permission

    Azərbaycanca-ingiliscə lüğət / ixtiyarsız

ixtiyarsız sözünün fransız dilinə tərcüməsi

ixtiyarsız sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. нареч. ихтиярсуз, вичелай (жувалай) аслу тушиз, кӀанивал авачиз (мес. шехьун, хъуьруьн); 2. прил. ихтияр авачир, гьукьукь авачир, ихтиярсуз.

    Azərbaycanca-ləzgicə lüğəti / ixtiyarsız

"ixtiyarsız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ixtiyarsız nədir? #ixtiyarsız sözünün mənası #ixtiyarsız nə deməkdir? #ixtiyarsız sözünün izahı #ixtiyarsız sözünün yazılışı #ixtiyarsız necə yazılır? #ixtiyarsız sözünün düzgün yazılışı #ixtiyarsız leksik mənası #ixtiyarsız sözünün sinonimi #ixtiyarsız sözünün yaxın mənalı sözlər #ixtiyarsız sözünün əks mənası #ixtiyarsız sözünün etimologiyası #ixtiyarsız sözünün orfoqrafiyası #ixtiyarsız rusca #ixtiyarsız inglisça #ixtiyarsız fransızca #ixtiyarsız sözünün istifadəsi #sözlük