iyirminci sözü azərbaycan dilində

iyirminci

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iyirminci • 94.5115%
  • İyirminci • 5.3787%
  • İYİRMİNCİ • 0.1098%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İyirminci (Lerik)
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
İyirminci Bahar (1940)
Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir. Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür. Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır. Rejissor: Mikayıl Mikayılov, Vladimir Yeremeyev Ssenari müəllifi: Şamil Məlikyeqanov Operator: Leon Aristakesov, Camal İsmixanov Musiqi tərtibatı: Niyazi, Tofiq Quliyev Səs operatoru: Y.Qomerov Rejissor assistenti: Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
İyirminci simfoniya (Motsart)
İyirminci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin iyulunda yazılmışdır. O zaman gənc bəstəkarın 16 yaşı var idi. Həmin dövrdə yazılan digər Zalsburq simfoniyaları ilə (KV 128 , KV 129 , KV 130 , KV 132 , KV 134) ilə müqayisədə iyirminci simfoniya (KV 133) möhtəşəm və pafoslu bir xarakteri ilə səciyyələnir. Simfoniyanın ifa müddəti təxminən 25 dəqiqədir. Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4 Andante, 2/4 Menuetto, 3/4 Allegro, 12/8 Symphony No.20 in D major, K.133 (Mozart, Wolfgang Amadeus) στο IMSLP.org (alm.) Partition, discographie et un enregistrement et appareil critique dans la Neue Mozart-Ausgabe.
İyirminci sülalə (Misir)
XX sülalə - Qədim Misirdə yeni padşahlıq dövründə hakimiyyətdə olmuş sonuncu sülalə. XIX sülalənin son hökmdarı Tausertin hökmdatlığının son illərində mərkəzi hakimiyyət zəiflədi. Bu dövr tapıntılar az olduğundan yaxşı öyrənilmişdir. Güman edilir ki, taxt-tac uğrunda mübarizə və yadelli hücumların çoxaldığı bu zamanda Setnaxt adlı şəxs hakimiyyəti ələ keçirərək yeni sülalənin əsasını qoymuşdur. Bəzi misirşünaslar Setnaxtın II Ramzesin çoxsaylı uşaqlardan birinin övladı olduğunu qeyd edirlər. Setnaxt rəqiblərini məğlub edərək ölkədə sabitlik yaratdı. Setnaxtdan sonra taxta oğlu III Ramzes çıxdı. Yeni firon dəniz xalqlarına qarşı uğurlu müharibələri, Suriya, Fələstin və Punta yürüşləri ilə tanınırdı. III Ramzesin dövründə geniş tikinti işləri aparılmışdır. Onun hakimiyyətinin 29-cu ilində bəşər tarixində ilk tətil baş verdi.
İyirminci bahar (film, 1940)
Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir. Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür. Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır. Rejissor: Mikayıl Mikayılov, Vladimir Yeremeyev Ssenari müəllifi: Şamil Məlikyeqanov Operator: Leon Aristakesov, Camal İsmixanov Musiqi tərtibatı: Niyazi, Tofiq Quliyev Səs operatoru: Y.Qomerov Rejissor assistenti: Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da (K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio — Allegro Molto — Adagio Tempo di Menetto Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .

iyirminci sözünün leksik mənası və izahı

  • 1 “İyirmi”dən sıra s. İyirminci sıra. İyirminci otaq. İyirminci il. İyirminci əsrin ilk onillikləri. – [Qəhrəman:] İyirminci ildə bu şəhərdə üsyan olduğunu bilirsiniz? H.Nəzərli.

    Azərbaycan dilinin izahlı lüğəti / iyirminci

iyirminci sözünün rus dilinə tərcüməsi

iyirminci sözünün inglis dilinə tərcüməsi

  • 1 sy. twentieth; ~ illər the twenties; ~ illərin əvvəllərində in the early twenties; ~ illərin sonlarında in the late twenties; ~ səhifə page twenty; ~ səhifədə on page twenty; ~ otaq Room 20

    Azərbaycanca-ingiliscə lüğət / iyirminci

iyirminci sözünün fransız dilinə tərcüməsi

iyirminci sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#iyirminci nədir? #iyirminci sözünün mənası #iyirminci nə deməkdir? #iyirminci sözünün izahı #iyirminci sözünün yazılışı #iyirminci necə yazılır? #iyirminci sözünün düzgün yazılışı #iyirminci leksik mənası #iyirminci sözünün sinonimi #iyirminci sözünün yaxın mənalı sözlər #iyirminci sözünün əks mənası #iyirminci sözünün etimologiyası #iyirminci sözünün orfoqrafiyası #iyirminci rusca #iyirminci inglisça #iyirminci fransızca #iyirminci sözünün istifadəsi #sözlük