iynəyarpaqlı sözü azərbaycan dilində

iynəyarpaqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iynəyarpaqlı • 80.5310%
  • İynəyarpaqlı • 19.4690%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın iynəyarpaqlı meşələri
Azərbaycan meşələri — Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.
İynəyarpaqlılar
İynəyarpaqlılar (lat. Pinales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki dəstəsi. == Təsnifatı == === Fəsilələri === Pinaceae Spreng. ex F.Rudolphi Araucariaceae Henkel & W.Hochstetter Podocarpaceae Endl. Sciadopityaceae Luerss. Cupressaceae Gray, nom. cons. Cephalotaxaceae Taxaceae Gray, nom. cons.
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinə aid bitki sinfi. Toxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim sinfi. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycanda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İynəyarpaqlılar (yarımsinif)
İynəyarpaqlılar (lat. Pinidae) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinə aid bitki yarımsinfi.
İynəyarpaqlılar (şöbə)
İynəyarpaqlılar (lat. Pinophyta) — bitkilər aləminin çılpaqtoxumlular kladına aid bitki şöbəsi.

iynəyarpaqlı sözünün leksik mənası və izahı

  • 1 sif. Yarpaqları iynə şəklində (şiş, iti) olan. İynəyarpaqlı ağac. Azərbaycanın yalnız bəzi meşələrində iynəyarpaqlı ağaclara rast gəlmək olar. – Adi şam növü iynəyarpaqlı və qarışıq meşələrdə ən geniş yayılmış şam növüdür. H.Qədirov.

    Azərbaycan dilinin izahlı lüğəti / iynəyarpaqlı

iynəyarpaqlı sözünün rus dilinə tərcüməsi

iynəyarpaqlı sözünün inglis dilinə tərcüməsi

iynəyarpaqlı sözünün ləzgi dilinə tərcüməsi

"iynəyarpaqlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iynəyarpaqlı nədir? #iynəyarpaqlı sözünün mənası #iynəyarpaqlı nə deməkdir? #iynəyarpaqlı sözünün izahı #iynəyarpaqlı sözünün yazılışı #iynəyarpaqlı necə yazılır? #iynəyarpaqlı sözünün düzgün yazılışı #iynəyarpaqlı leksik mənası #iynəyarpaqlı sözünün sinonimi #iynəyarpaqlı sözünün yaxın mənalı sözlər #iynəyarpaqlı sözünün əks mənası #iynəyarpaqlı sözünün etimologiyası #iynəyarpaqlı sözünün orfoqrafiyası #iynəyarpaqlı rusca #iynəyarpaqlı inglisça #iynəyarpaqlı fransızca #iynəyarpaqlı sözünün istifadəsi #sözlük