Çılğın izdihamdan uzaq
Çılğın İzdihamdan Uzaq (ing. Far From The Madding Crowd) ingilis yazıçı Tomas Hardinin 1874-cü ildə yayımlanmış dördüncü və ən məşhur romanlarındandır.
Əsər ilk dəfə Chornhill Magazine adlı jurnalda, aylıq olaraq hissə-hissə yayımlanmış və böyük nailiyyət əldə etmişdir. Müəllif, 1895 və 1901-ci illərdə əsər üzərində əlavə və dəyişikliklər etmişdir. Hardi, romanın adını, ingilis şair Thomas Grayin şeirində keçən 'Far From the madding crowds ignoble strife' cümləsindən götürmüşdür. Müəllifinə böyük şöhrət qazandıran əsər 1915, 1967, 1998 və 2015-ci illərdə filmə də adaptasiya edilmişdir.
Romanın əsas qəhrəmanı Qabriel Oak adlı bir çoban və Bathsheba Everdene adlı bir qızdır. Onların ilk tanışıqlıqları Bathshebanın kasıb bir qız olaraq xalası xanım Hurstun evində qalmağa başladığı vaxta təsadüf edir. Qızı ilk gördüyü andan qəlbən və məntiqən ona yaxınlıq duymağa başlayan çoban Oak, bir gün onunla ailə qurmaq fikrində olduğunu açıqlayır, lakin Bathsheba tərəfindən təklifi rədd edilir. Ardından hadisələr kəskin şəkildə dəyişir.