İzmirin sözü azərbaycan dilində

İzmirin

Yazılış

  • İzmirin • 98.7692%
  • izmirin • 0.6154%
  • İZMİRİN • 0.6154%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İzmirin işğalı
İzmirin işğalı (türk. İzmir'in işgali, yun. Κατοχή της Σμύρνης) və ya İzmir Zonası (türk. İzmir Bölgesi, yun. Ζώνης της Σμύρνης) — Birinci Dünya Müharibəsindən sonra Parisdə yığışan beynəlxalq sülh konfransının qərarı ilə İzmir şəhərinin 1919-cu ilin may ayının 15-də Yunanıstan Krallığı tərəfindən işğalı başlayan və 1922-ci ilin Sentyabr ayının 9-da Türkiyə Ordusunun şəhərə daxil olması ilə sona çatan işğalı.İzmirin İşğalı, Antanta ölkələrinin icazəsi ilə Yunanıstan Yüksək Komissarı Aristidis Sterqiyadis əmri altında edilmişdir. Birinci Dünya Müharibəsində Yunanıstan Krallığı ilə Osmanlı İmperiyası arasında hər hansı bir hərbi qarşıdurma yaşanmaması səbəbiylə işğal, Antanta ölkələri arasında da müzakirə mövzusu olmuşdur. İşğala icazə verən Antanta ölkələrinin əsas məqsədi İtaliya Kralığının Anadoludakı torpaq qazanclarını tənzimləmək idi. İtaliya, Birləşmiş Krallıq və Fransa arasında 1917-ci ilin Aprel ayının 26-da edilən Sen Jan de Mauriyenne müqaviləsi Yunanıstan işğalı ilə uyğunlana bilməyib, çünki İtaliya Kralığına söz verilən İzmir bölgəsi Yunanıstan Kralıığı tərəfindən işğal edilmişdir. Yunanların hərəkatları, Türk Qurtuluş Savaşında İtaliya Krallığı-Türk Milli Hərəkatı arasında yaxınlaşmağa səbəb olmuşdur. İzmir şəhəri ilə birlikdə Ayvalık, bu iki şəhər arasındakı sahil yolu, Çeşme yarımadası, Səlcuq və Belkəhvəyə qədər İzmirin cənub hissəsi də işğal edilmişdir.
İzmirin qurtuluşu
İzmirin Qurtuluşu — Türk Qurtuluş müharibəsinin sonlarında Türk ordusunun, Yunan işğalı altındakı İzmirə girməsini bildirən tarix termindir. II Dünya müharibəsinin sonunda, Antanta Dövlətləri, Osmanlı dövləti ilə 30 oktyabr 1918-ci ildə Mondros Atəşkəs Sazişini imzaladılar və bu müqaviləyə əsaslanaraq Anadolunu işğal etməyə başladılar. Türk milləti işğal hərəkətləri qarşısında vətənini xilas etmək üçün 1919-cu ildə yer yer müqavimət hərəkatlarını başladı. Bu hərəkatlar, 19 may 1919-cu il tarixində Mustafa Kamal Paşanın Samsuna ayaq basması qısa müddətdə mərkəzi xarakter aldı. Bu prosesdə ard-arda qazanılan Birinci İnönü, İkinci İnönü, Aslıhanlar-Dumlupınar və Sakarya Meydan Müharibələri ilə yurdun azad edilməsi yolunda mühüm addımlar atıldı. 26 avqust 1922-ci ildə dəqiqliklə hazırlanan hücum planını həyata keçirtməyi planlaşdırılırdı. 26-30 avqust 1922-ci ildə keçirilən Böyük Hücum, Türk İstiqlal hərbinin son mərhələsidir. 30 avqust "Baş Komandan Meydan Müharibəsi" iştirak bir gün ərzində Yunan ordusunun ən mühüm hissəsi zərərsizləşdirildi. Beləliklə, qəti nəticə beş gün ərzində əldə edilmiş və hazırlanan plan tam uğurla həyata keçirmiş oldu. 31 avqust günü Baş Komandan Mustafa Kamal Paşa, Baş Qərargah Rəisi Fevzini, Qərb Cəbhəsinin Komandanı İsmət İnönünü ordu komandirləri Yaqub Şövqünü və Nurəddin Paşanı qərargahını qurduğu Çal kəndində toplayaraq, qaçan Yunan qüvvələrinin sürətlə təqib edilməsini və İzmir ilə vasitələrindəki qüvvələri birləşməməsi üçün üç qoldan Egey Dənizinə doğru ilərlənməsini qərara aldı.
İzmirin Mühasirəsi
İzmirin Mühasirəsi Türk əsilli Əmir Teymurun 1402-ci ilin dekabrında İzmir limanını və dəniz qalasını Rodosdan olan Malta ordeni cəngavərlərindən almasıdır. Türklər limanı mühasirəyə aldılar və mühasirə avadanlıqları ilə istehkamlara iri daş parçaları atdılar, sayı cəmi 200-ə yaxın olan cəngavərlər isə oxlar və yandırıcı raketlərlə cavab verdilər. Cəngavərlər iki həftə ərzində özlərindən daha güclü rəqibə müqavimət göstərdikdən sonra qalanın xarici divarları lağımlarla dağıdıldı və onları aşmaq mümkün oldu. Qarnizonun bir hissəsi dəniz yolu ilə qaçdı, lakin şəhər və onun sakinləri məhv edildilər. Mühasirənin əsas yazılı mənbələri Teymurun xələflərinin xidmətində yazan ərəb tarixçisi İbn Ərəbşah və fars tarixçiləri Şərəfəddin Əli Yəzdi və Mirhənddir. XVII əsrin əvvəllərində Cakomo Bosio tərəfindən yazılmış Malta ordeni cəngavərlərinin rəsmi tarixi də mühüm mənbədir. Neşri və Künhü'l-Əhbarın yazıları, Gelibolulu Mustafa Əlinin yazıları Osmanlı perspektivindən, Dukas və Laonikos Halkokondilis Bizanslı perspektivindən; Agostino Giustiniani də Genuyalıların perspektivindən hadisəni nəql etmişdir. == Hazırlıqlar == 1334-cü ildə səlib yürüşündə İzmir alındı və Papa dövlətinin şəhəri oldu. Türklər Kadifekaleni tutdular, ancaq dəniz qalası limanın nəzarətini Səlibçilərdə saxladı. 1374-cü ildən sonra Rodos cəngavərləri dəniz qalasının müdafiəsini öz üzərinə götürdülər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.14 dəfə / 1 mln.
2003 •••••••• 0.79
2004 ••••••••••••• 1.35
2005 ••••••••••••• 1.35
2006 ••••••• 0.68
2007 •••••• 0.63
2008 ••••••• 0.73
2009 •••••••• 0.80
2010 •••••••••••••••••• 1.91
2011 ••••••••••••••••• 1.89
2012 •••••••••••••• 1.55
2013 •••••••• 0.88
2014 •••••••••••••••••••• 2.23
2015 •• 0.17
2016 •••• 0.35
2017 ••• 0.33
2018 •••••••••• 1.05
2019 •••••••••••••• 1.53
2020 ••••• 0.53

Oxşar sözlər

#izmirin nədir? #izmirin sözünün mənası #izmirin nə deməkdir? #izmirin sözünün izahı #izmirin sözünün yazılışı #izmirin necə yazılır? #izmirin sözünün düzgün yazılışı #izmirin leksik mənası #izmirin sözünün sinonimi #izmirin sözünün yaxın mənalı sözlər #izmirin sözünün əks mənası #izmirin sözünün etimologiyası #izmirin sözünün orfoqrafiyası #izmirin rusca #izmirin inglisça #izmirin fransızca #izmirin sözünün istifadəsi #sözlük