İzzəddin sözü azərbaycan dilində

İzzəddin

Yazılış

  • İzzəddin • 95.4545%
  • İZZƏDDİN • 3.0303%
  • izzəddin • 1.5152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İzzəddin Həsənoğlu
İzzəddin Həsənoğlu (XIII əsr, Xorasan – 1260) — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şair. Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir. İzzəddin Həsənoğlu Azərbaycan dilli poeziyanın bilinən ilk nümayəndəsi hesab edilir. == Həyatı == İzzəddin Həsənoğlunun həyatı haqqında orta əsr qaynaqlarında kifayət qədər məlumat yoxdur. Onu müasir elmi ədəbi-ictimaiyyətə ilk dəfə tanıdan və haqqında məlumat verən türk alimi M. F. Köprülü olmuşdur. Köprülünün "Azəri Ədəbiyyatına dair notlar: Həsənoğlu-Həbib" adlı məqaləsində verdiyi məlumata görə, Əsfərayin türklərindən olan şair Şeyx Rədiyüddin Əli Lələ xilafətindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. Buna əsasən İzzəddin Həsənoğlunun XIII əsrin birinci yarısında yaşamış olduğu ehtimal edilir. ХIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321–1396) Şeyx İzzəddinin "Apardı könlümü…" qəzəlinə nəzirə yazmış, həm həmin qəzəl, həm də nəzirə S. Sarayinin S. Şirazinin "Gülüstan" əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdur. Bu, о deməkdir ki, Həsənoğlu ya S. Sarayi ilə cağdaş idi, ya da ondan əvvəl yaşamışdı. Beləki, türk alimlərindən M. F. Köprülü, I. Hikmət, N. S. Banarlı və başqaları da şairin ХIII yüzilliyin sonu və ХIV yüzilliyin əvvəllərində yaşadığını qəbul edirlər.
İzzəddin Naxçıvani
İzzəddin Naxçıvani (azərb. Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani‎;Naxçıvan – 1300, Luristan ostanı) — ədib, xəttat, riyaziyyatçı. == Həyatı == Tarixi-cahangüşay (Dünya fatehinin tarixi) əsərinin müəllifi Əladdin Cüveyniyə (1225-1283) hörmət əlaməti olaraq əs-Sahibi nisbəsi qəbul etmişdir.Məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin verdiyi məlumata görə, İzzəddin Naxçıvani yaxşı ədəbiyyatçı olmuş və bir sıra əsərlər yazmışdır. Zəngin kitabxanası var idi. 13-cü əsrin 80-90-ci illərində Bağdadda yaşamışdır. Hillə şəhərinə getmiş və oranın icarədarı olmuşdur. Lakin icarə məbləğini ödəyə bilmədiyindən Luristana (Qərbi İran) getmiş və orada vəfat etmişdir. Cənazəsu qardaşı Nəsirəddin Qutluğşahın Salmas əl-Farsii ziyarətgahındakı məqbərəsində basdırılımışdır. === Vəfatı === 1300-cu ildə vəfat edib.
İzzəddin Qarabaği
İzzəddin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVII əsr və ya XVIII əsr, Qarabağ – 1635) — Azərbaycan alimi. İbn Sina məktəbinin davamçılarındandır. Cəlaləddin Dəvaninin "Zəruri varlığın sübutuna dair traktat" kitabının şərhi Qarabağinin başlıca fəlsəfi əsəridir. Qarabağinin "Məlumatlar kitabının şərhi" və "İşlərin şərhi" traktatlarının əlyazması Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət kütləvi kitabxanasında saxlanılır.
İzzəddin Türkmani
İzzəddin Türkmani — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Xəlvətiyə şeyxi. == Həyatı == Böyük vəlilərdəndir. Adı, Mahmud bin Mövdud bin Əhməd, künyəsi Əbü’l-Həsən, ləqəbi İzzəddindir. Soyu, Misir hakimi Aybək Türkmaniyə çatır. Misirdə doğulub. Doğulma tarixi bilinməməkdədir. Hicri 828-ci (1424) ildə Marağada vəfat etdi. Dərgahındakı bağçaya dəfn edildi. İzzəddinin yetişdirdiyi şeyxlər Ömər Şirvani, İbrahim Qubadi və Sədrəddin Xiyavidir.
İzzəddin Şirvani
İzzəddin Şirvani (XII əsr, Şamaxı) – XII əsr Azərbaycan şairi, alimi. == Həyatı == Öz əsrinin böyük fəzl və kamal sahiblərindən biridir. O, fazil kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə müasir idi. Xaqani əsərlərində adı hörmətlə xatırlanan bu sənətkarın həyatı və şeirləri haqqında məlumat azdır. Şair Xaqani və Fələkinin müasiri olmuş, sənət adamlarına qayğı göstərmişdir. Əsərlərindən müxtəlif təzkirə və cünglərdə bir sıra nümunələr qalmışdır.İzəddin Şirvani səmimi və əlvan təbiət təsvirləri verməklə daha çox məşhurdur. O, saraylarda təşkil edilən məclislərin təsvirini məharətlə yaradır.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. == Həyatı == Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu. 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur. == Həyatı == II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir.
I İzzəddin Keykavus
I İzəddin Keykavus (bilinmir – 1220) — Hakimiyyəti dövründə ölkə ərazisini dənizlərə açıb ticarətini genişləndirmiş, Kilikiya Erməni Çarlığını, Trabzon İmperiyasını Artuqlu bəyliyinə birləşdirib. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === I Qiyasəddin Keyxosrovin böyük oğludur.
Yusif İzzəddin Əfəndi
Yusif İzzəddin Əfəndi (10 oktyabr 1857, Dolmabağça sarayı, Konstantinopol, Osmanlı imperiyası – 1 fevral 1916, Konstantinopol) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Yusif İzzəddin Əfəndi 1857-ci ildə Dolmabağça sarayında doğuldu. Atası Osmanlı şahzadəsi Şahzadə Əbdüləziz (Sultan Əbdüləziz), anası isə onun ilk xanımı Dürrünəv xanım idi. Dünyaya gəldiyi əsnada əmisi Sultan Əbdülməcid taxtda idi və şahzadələrin övlad sahibi olması qadağan olduğu üçün Məkkə mollası Qədri bəyin Əyyubsultandakı evində gizlicə böyüdüldü. 4 yaşına gəldikdə isə atası taxta çıxmış, bundan sonra ictimaiyyətə təqdim olunmuşdur. 10 yaşında ikən atasıyla birlikdə Avropa səyahətinə çıxdı. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, Cəlaləddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. 14 yaşında ikən 1 sentyabr 1871-ci ildə atası Sultan Əbdüləziz tərəfindən marşal rütbəsilə ordu rəhbərliyinə gətirildi və bu vəzifəsini 1873-cü ilin yanvarına qədər davam etdirdi. Atası saray çevrilişi ilə taxtdan endirilib, bir neçə gün sonra da şübhəli olaraq öləndə 19 yaşı vardı.
İzzəddin Həmzə bəy Ramazanoğlu
İzzəddin Həmzə bəy Ramazanoğlu(? - 1427/1428) - 1418-1426-cı illərdə hakimiyyətdə olmuş Ramazanoğulları bəyi. Onun hakimiyyəti dövründə real hökmdarlıq qardaşı İbrahim bəydə idi. Onun hakimiyyəti formal xarakter daşıyırdı. Qardaşının asılılığından qurtulmaq üçün apardığı mübarizələrin birində öldürülmüşdü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 1.13
2009 ••••••••• 0.48
2010 •• 0.09
2011 •• 0.09
2012 ••••••• 0.34
2013 •••••• 0.29
2014 ••••••• 0.34
2017 •••••• 0.33
2019 ••• 0.14
2020 ••• 0.13

izzəddin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

dinin şərəfi, dinin namusu, dinin qeyrəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#izzəddin nədir? #izzəddin sözünün mənası #izzəddin nə deməkdir? #izzəddin sözünün izahı #izzəddin sözünün yazılışı #izzəddin necə yazılır? #izzəddin sözünün düzgün yazılışı #izzəddin leksik mənası #izzəddin sözünün sinonimi #izzəddin sözünün yaxın mənalı sözlər #izzəddin sözünün əks mənası #izzəddin sözünün etimologiyası #izzəddin sözünün orfoqrafiyası #izzəddin rusca #izzəddin inglisça #izzəddin fransızca #izzəddin sözünün istifadəsi #sözlük