İçimizdəki şeytanlar
İçimizdəki şeytanlar — Hüseyn Nihal Atsızın 1940-cı ildə nəşr etdirdiyi 16 səhifəlik əsəridir.
Atsız, Səbahəddin Əlinin İçimizdəki şeytan əsərinə cavab olaraq İçimizdəki şeytanlar adındakı bu əsəri hazırlamışdır.
Atsıza görə Səbahəddin Əli, bu romanı ilə vətənpərvərliyi pisləməyə və türkçüləri pis göstərməyə çalışmışdır. Əsərin I və III səhifələri arasında Səbahəddin Əlinin romanının xülasəsi yer almaqdadır. Atsız, kitabın xülasəsindəki bəzi yerlərdə Səbahəddin Əlinin yazıçılıq qabiliyyətini pisləmişdir.
Bundan əlavə Atsız, bu əsərində Səbahəddin Əlinin rum kökənli ailədən gəldiyini iddia etmişdir.