Predmet
Predmet – elmin əsas götürdüyü sahə, alimlərin əsas diqqət etdikəri sahə, konkret elmin nüvə nöqtəsi. Elmin bir neçə predmetinin olması mümkündür.
Predmet – obyektin mahiyyətidir. O, obyektiv inkişaf qanunlarını və müəyyən sistemin fəaliyyətini göstərir. Elm predmetinin mənası onun mahiyyətini dərk etmək üçün vacibdir. "Predmet" anlayışına müəyyən məzmun və eyni zamanda obyektin özünün spesifikası verilir və bu obyekt, alman filosofu Q.V.F.Hegelin təyin etdiyi kimi, nə isə konkret, özlüyündə bitmiş və müstəqil bir şeyi ifadə edir: "Obyekt … ümumiyyətlə tam (özlüyündə hələ müəyyən olunmayan) vahiddir, ümumiyyətlə obyektiv aləm, Allah, mütləq obyektidir". Müasir alimlər elmin obyektinə müstəqil mövcud olan bütöv sistem kimi baxırlar; bu müstəqilliyə və inkişaf qabiliyyətinə malik gerçəkliyin bir parçasıdır.
Elmin predmetinin təyin edilməsi konsepsiyasının nəzəri işlənməsi üçün lazımdır. Hər hansı bir elmin təşəkkül tapması və inkişafı obyektin daha dərindən dərkini, problemin işlənməsini, ümumi nəticə çıxarmağı təmin edən metoda əsaslanır. Predmet və metod bir-birinə bağlı və bir-birindən asılıdırlar.