işaxtaranlar sözü azərbaycan dilində

işaxtaranlar

Yazılış

  • işaxtaranlar • 90.1961%
  • İşaxtaranlar • 9.8039%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İşaxtaranlar
İşaxtaranlar iş axtarışında olduqları müddətdə öz imkanlarını götür-qoy etməli, nəyə qadir olduqlarını, nəyi bacardıqlarını müəyyən etməklə yanaşı, hansı müəssisədə və hansı vəzifədə işləmək istədiklərini, axtardıqları işdən nə gözlədiklərini (gözəl iş şəraiti, maraqlı insanlarla işləmək və sairə), nə qədər məvacib almaq istədiklərini müəyyənləşdirməli, özünün yaxşı və pis keyfiyyətlərini bilməklə yanaşı vəzifə seçimi etməlidirlər. Vakansiya-iş axtaranlara iş tapmaq, işə götürənlərə işçi tapmaq imkanı verən ictimai sistemlərdir. Bir çox işaxtaranlar əmək bazarının mövcud vəziyyəti ilə tanış olmur və ya olmaq istəmir, hansı iş axtardığını, necə işdə işləmək istədiyini dəqiqləşdirmir, iş barədə tələbini soruşduqda qeyri-müəyyən cavab verirlər. İş axtarışına bu cür yanaşma mövcud əmək bazarında olan real vəziyyətdən xəbərdar olmamaqdan irəli gəlir. 15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə şəhər, rayon Məşğulluq mərkəzlərinə, şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını (yaxud onu əvəz edən sənədi), peşə və ixtisası varsa onları təsdiq edən sənədi şəxsən təqdim etməklə işaxtaran kimi qeydiyyata alına bilərlər. Pensiyaçılar, məşğul vətəndaşlar, ilk dəfə işaxtaranlar əmək kitabçasını təqdim etməyə bilərlər. Peşəkar xülasəni faksla, poçtla, email vasitəsilə də işəgötürənə göndərmək, mətbuatda internet səhifələrində də vermək olar. Bunu oxuyan işəgötürən işaxtaranı işə qəbul etmək məqsədilə söhbətə dəvət edə bilər. Xülasə, CV tərtib edilərkən yığcamlığı, konkretliyə, səliqəli yazılışa diqqət etmək lazımdır. Özü haqqında məlumatları seçib göstərməyi bacarmaq lazımdır.

Oxşar sözlər

#işaxtaranlar nədir? #işaxtaranlar sözünün mənası #işaxtaranlar nə deməkdir? #işaxtaranlar sözünün izahı #işaxtaranlar sözünün yazılışı #işaxtaranlar necə yazılır? #işaxtaranlar sözünün düzgün yazılışı #işaxtaranlar leksik mənası #işaxtaranlar sözünün sinonimi #işaxtaranlar sözünün yaxın mənalı sözlər #işaxtaranlar sözünün əks mənası #işaxtaranlar sözünün etimologiyası #işaxtaranlar sözünün orfoqrafiyası #işaxtaranlar rusca #işaxtaranlar inglisça #işaxtaranlar fransızca #işaxtaranlar sözünün istifadəsi #sözlük