işgüzar sözü azərbaycan dilində

işgüzar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • işgüzar • 89.1263%
  • İşgüzar • 10.8356%
  • İŞGÜZAR • 0.0382%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İşgüzar Səfər (1982)
== Məzmun == Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın (Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla (Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma (Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır. Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir. == Film haqqında == Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir. Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir. Film Rüstəm İbrahimbəyovun "İşgüzar səfər" povesti əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Elmira Əliyeva Geyim rəssamı: Arif Məhərrəmov Qrim rəssamı: A. Rzazadə Operator: Rövşən Quliyev İşıq ustası: Məhəmməd Hacıyev Montaj edən: Nisə Hacıyeva Rejissor assistenti: Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov Operator assistenti: R. Quliyev Rəssam assistenti: Abdulla Əmiraslanov, Y. Kirşner Montaj üzrə assistent: S. Qədimova Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı Redaktor: Toğrul Cuvarlı Filmin direktoru: Akif Musayev, Nadir Əliyev Musiqilərindən istifadə edilən bəstəkar: Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov === Rollarda === Fəxrəddin Manafov — Ənvər Rəsmi Cəbrayılov — Bayramov Svetlana Rodina — Toma Fikrət Məmmədov — Həmid Hacı İsmayılov — Oqtay Hicran Mehbalıyeva — Ramizin arvadı Məbud Məhərrəmov — Ramiz Süleyman Ələsgərov — qoca S. Aslanova Sidiqqə Heydərova — Firuzə xala Bahadur Əliyev — kənd sakini Mayak Kərimov — kənd sakini Bəxtiyar Xanızadə — kənd sakini Cahangir Aslanoğlu — Surət Rzayeviç Rafiq Əliyev — Rafiq F. Hüseynov — qonşu Zemfira İsmayılova — Roza Tələt Rəhmanov — dəfndəki adam Gündüz Abbasov — dəfndəki adam D. Boqdanov Aydın Mahmudbəyov Toğrul Cuvarlı Q. Muradova Zemfira Sadıqova — Gülsüm === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Həsənağa Turabov — dəfndəki adam (titrlərdə yoxdur) Ədalət Məmmədov — Oqtay (Hacı İsmayılov) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
İşgüzar adamlar (film, 1962)
"İşgüzar adamlar" (rus. Деловые люди) — O. Henrinin novellaları əsasında rejissor Leonid Qaydayın çəkdiyi film. == Məzmun == Film bir-biri ilə bağlı olmayan üç müxtəlif novelladan ibarətdir. Birinci novella faciəvi, digərləri isə komikdir. Novellalar ardıcıl olaraq, "Bizim seçdiyimiz yollar", "Yaxın qəlblər", "Qırmızıdərililərin başçısı" adlanır. == Film haqqında == Filmin adı olan "İşgüzar adamlar" (ing. Strictly Business) isə O. Henrinin 1910-cu il hekayələr toplusunun adından götürülüb. Maraqlıdır ki, ekranlaşdırılmış novellaların heç biri bu topluya daxil deyil. "Bizim seçdiyimiz yollar" novellasının çəkilişləri Krımın Beloqorski rayonunda aparılmışdır.
İşgüzar adamlar (film, 1977)
== Məzmunu == "İşgüzar qadınlar" süjetində iş yerlərindəki etinasızlıqlar, "İşgüzar kişilər" süjetində iş yerlərində qonaqlıqlara olan meyl, "P əməliyyatı" süjetində isə qeyri-qanuni həyata keçirilən satışlar əks etdirilir. == Film haqqında == Kinotrilogiya "İşgüzar qadınlar", "İşgüzar kişilər" və "P əməliyyatı" süjetlərindən ibarətdir. Birinci və ikinci süjet bədii, üçüncü süjet isə sənədlidir. Titrlər ruscadır.
İşgüzar səfər (film, 1982)
== Məzmun == Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın (Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla (Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma (Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır. Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir. == Film haqqında == Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir. Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir. Film Rüstəm İbrahimbəyovun "İşgüzar səfər" povesti əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Elmira Əliyeva Geyim rəssamı: Arif Məhərrəmov Qrim rəssamı: A. Rzazadə Operator: Rövşən Quliyev İşıq ustası: Məhəmməd Hacıyev Montaj edən: Nisə Hacıyeva Rejissor assistenti: Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov Operator assistenti: R. Quliyev Rəssam assistenti: Abdulla Əmiraslanov, Y. Kirşner Montaj üzrə assistent: S. Qədimova Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı Redaktor: Toğrul Cuvarlı Filmin direktoru: Akif Musayev, Nadir Əliyev Musiqilərindən istifadə edilən bəstəkar: Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov === Rollarda === Fəxrəddin Manafov — Ənvər Rəsmi Cəbrayılov — Bayramov Svetlana Rodina — Toma Fikrət Məmmədov — Həmid Hacı İsmayılov — Oqtay Hicran Mehbalıyeva — Ramizin arvadı Məbud Məhərrəmov — Ramiz Süleyman Ələsgərov — qoca S. Aslanova Sidiqqə Heydərova — Firuzə xala Bahadur Əliyev — kənd sakini Mayak Kərimov — kənd sakini Bəxtiyar Xanızadə — kənd sakini Cahangir Aslanoğlu — Surət Rzayeviç Rafiq Əliyev — Rafiq F. Hüseynov — qonşu Zemfira İsmayılova — Roza Tələt Rəhmanov — dəfndəki adam Gündüz Abbasov — dəfndəki adam D. Boqdanov Aydın Mahmudbəyov Toğrul Cuvarlı Q. Muradova Zemfira Sadıqova — Gülsüm === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Həsənağa Turabov — dəfndəki adam (titrlərdə yoxdur) Ədalət Məmmədov — Oqtay (Hacı İsmayılov) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
İşgüzarlıq
İşgüzarlıq — insanın hərtərəfli inkişafında, formalaşmasında mühüm amil, onun ətraf mühitə, əşya və hadisələrə fəal münasibəti, məqsədə nail olmaq üçün mütəşəkkilliyi. İşgüzarlıq insanın cəmiyyət və Vətən qarşısında vəzifə borcunu, şəxsi tələbatını, maraq və arzusunu, niyyət və hissini yerinə yetirmək məqsədi gudür. İşgüzarlıq insani keyfiyyətlərin mahiyyət və xarakterindən asılı olaraq, müəyyən məqsədə nail olmasında şəxsiyyətə imkan və şərait yaradır, qarşıya çıxan çətinlik və maneələri aradan qaldırmağa kömək edir, həmişə konkret məqsəd daşıyır və müəyyən müsbət nətiçəyə gətirir, beyinin fəaliyyətini, insanın fiziki və zehni əməl marağını artırır. İşgüzarlıq insanın daxili və xarici aləminin vəhdət şəklində inkişafını təmin edir. Bu prosesdə gənclərdə zəngin həyat təcrübəsi toplanır, psixoloji xüsusiyyətlər inkişaf edir, nəhayət müstəqillik yaranır. İşgüzarlıq məktəbəqədər yaşlı uşaqlarda müxtəlif oyunlarla başlanır, məktəbə hazırlıq işinə xidmət edir, uşağın hərəkətlərini tənzimləyir. Müxtəlif oyunlar vasitəsilə uşaq bir qism əmək işlərinin yerinə yetirilməsinə qoşulur. Məktəb yaşlarında işgüzarlıq təlim-tərbiyə işlərinin getdikçə mürəkkəbləşməsi ilə ifadə olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 93.28 dəfə / 1 mln.
2002 •••••••••••••••• 123.34
2003 •••••••••••••••••• 137.40
2004 •••••••••••••••••••• 161.36
2005 •••••••••••••••• 124.16
2006 ••••••••••••••• 120.05
2007 •••••••••••••••••• 139.75
2008 ••••••••••• 87.70
2009 ••••••••••••• 102.23
2010 •••••••••• 76.43
2011 ••••••••••• 88.36
2012 •••••••••••• 90.26
2013 ••••••• 55.87
2014 ••••••••••••• 100.56
2015 ••••••••••••• 103.43
2016 •••••••••••••• 106.73
2017 ••••••••••••• 97.06
2018 ••••••••••••• 100.08
2019 ••••••••••• 86.10
2020 ••••• 39.91

işgüzar sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Bacarıqlı, işbacaran, işdə təcrübəsi olan. İşgüzar müdir. – Burada gözə dəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Əbil … Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı. Ə.Vəliyev. [Nuriyyə:] Sədriniz işgüzar adama oxşayır. İ.Əfəndiyev. // Zəhmətsevən, işləyən, işcil, işləməyi sevən, təşəbbüskar. Qoçaq və işgüzar qızlardan olduğuna görə, qayınatası Mələkdən əl çəkməyib on üç yaşından kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. Küçə sürətlə ora-bura gedən işgüzar adamlarla dolu idi. S.Rəhman. 2. Əməli əhəmiyyəti olan, iş üçün faydası olan; ciddi. İşgüzar səfər. Konfrans işgüzar (z.) şəraitdə keçdi. – [Mayor:] Cavanşir bəylə işgüzar söhbətimiz var. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / işgüzar

işgüzar sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 bacarıqlı — təşəbbüskar

    Azərbaycan dilinin sinonimlər lüğəti / işgüzar
  • 3 işgüzar bax 1. işbacaran; 2. Əməksevən İŞĞAL Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlər, İraq və iranlıların işğalı altında idi (M.S.Ordubadi); FƏTH Özünü elə öyür ki, guya bütün fəthləri eləyən bu cənabi əfəndi idi (S.Rəhimov); İSTİLA [Aydın:] Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, altun yox, şəşəə, dəbdəbə yox, fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur, bax belə! (C.Cabbarlı); QƏSB Hüccət əfəndi: Onlar hamını dinsizliyə, qəsbə, zorakılığa çağırırlar! (S.Rəhimov); ZƏBT.

    Azərbaycan dilinin sinonimlər lüğəti / işgüzar

işgüzar sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 İŞGÜZAR – TƏNBƏL Küçə sürətlə ora-bura gedən, işgüzar adamlarla dolu idi (S.Rəhman); Mədəd “tənbəl” sözünü deyəndə Güldanəyə elə gəldi ki, onu ilan çaldı (Ə.Vəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / işgüzar

işgüzar sözünün rus dilinə tərcüməsi

  • 1 деловитый, предприимчивый, распорядительный

    Azərbaycanca-rusca lüğət / işgüzar
  • 2 прил. 1. деловой: 1) знающий своё дело, опытный в делах. İşgüzar adam деловой человек 2) относящийся к делу, связанный с делом, работой, службой и т.п. İşgüzar söhbət деловая беседа, işgüzar suallar деловые вопросы, işgüzar xarakter daşıyır носит деловой характер 3) касающийся существа дела. İşgüzar tənqid деловая критика, işgüzar müzakirə деловое обсуждение 4) занятый практической стороной дела, коммерческой выгодой. İşgüzar dairələr деловые круги 2. деловитый (серьёзный, деловой, выражающий деловитость, знание своего дела). İşgüzar bir tərzdə soruşmaq спросить деловитым тоном, işgüzar görkəm деловитый вид 3. дельный: 1) способный к работе; деловой, деловитый. İşgüzar köməkçi дельный помощник 2) серьёзный, основательный. İşgüzar danışıq (söhbət) дельный разговор 3) практически полезный. İşgüzar təklif дельное предложение, işgüzar məsləhət дельный совет 4. трудолюбивый

    Azərbaycanca-rusca lüğət / işgüzar

işgüzar sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. business (attr.); ~ adam businessman*; ~ dairələr business circles; ~ söhbət talk on business matters; 2. efficient, business-like, practical; ~ katib efficient secretary; ~ əlaqə business-like co-operation; ~ məsləhət practical advice

    Azərbaycanca-ingiliscə lüğət / işgüzar

işgüzar sözünün fransız dilinə tərcüməsi

işgüzar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кар алакьдай, кар чидай, алакьун авай, тежриба авай; кӀвалахдал (зегьметдал) рикӀ алай, кӀвалах (зегьмет) кӀани, кӀвалахдай, кӀвалах вилик тухудай; 2. еке метлеб авай, кардиз хийир авай, кардиз талукь тир.

    Azərbaycanca-ləzgicə lüğəti / işgüzar

işgüzar sözünün türk dilinə tərcüməsi

"işgüzar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işgüzar nədir? #işgüzar sözünün mənası #işgüzar nə deməkdir? #işgüzar sözünün izahı #işgüzar sözünün yazılışı #işgüzar necə yazılır? #işgüzar sözünün düzgün yazılışı #işgüzar leksik mənası #işgüzar sözünün sinonimi #işgüzar sözünün yaxın mənalı sözlər #işgüzar sözünün əks mənası #işgüzar sözünün etimologiyası #işgüzar sözünün orfoqrafiyası #işgüzar rusca #işgüzar inglisça #işgüzar fransızca #işgüzar sözünün istifadəsi #sözlük