* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | • | 0.39 |
2004 | •••••• | 4.38 |
2005 | •••••••••••••• | 10.12 |
2006 | ••••••••• | 6.76 |
2007 | ••••••••• | 6.34 |
2008 | •••••• | 4.14 |
2009 | ••••••••••• | 8.16 |
2010 | ••••••••••••••• | 10.71 |
2011 | ••••••••••••• | 9.18 |
2012 | •••••••••••••• | 9.81 |
2013 | •••••••••••••••••••• | 15.02 |
2014 | ••••••••••••••••••• | 14.24 |
2015 | ••••••••••• | 7.83 |
2016 | •••••••• | 5.55 |
2017 | ••••• | 3.25 |
2018 | ••••••••• | 6.59 |
2019 | •••••••••••••••• | 11.41 |
2020 | •••••••••••••••• | 11.54 |
1 is. [fars.] Vəhşi və amansız üsullarla verilən cismani əzab. [Qətibə:] [Hüsaməddin] azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. M.S.Ordubadi. Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə; Kəndliyə, rəncbərlərə bax, bir olan işgəncəyə. Ə.Qəmküsar. [Qaragün:] [Şübhəli adamı] sabaha qədər işgəncələrlə dindirdim. M.Rzaquluzadə. // Ümumiyyətlə, əzab, əziyyət, zülm. Burdan uzaq Gəncədir; Zülfün pəncə-pəncədir; Ölüm bir dəfəlikdir; Ayrılıq işgəncədir. (Bayatı). Nəyə gərək bahar, – dedim, – nəyə gərək əyləncə; Qan qardaşım zalımlardan görürkən min işgəncə. S.Rüstəm. Gülnaz və Səriyyə xala gecə yarısı, ayyarımlıq dözülməz əzab və işgəncədən sonra ilk dəfə rahat yataraq yuxuya getdiyi zaman [Səadət] hələ gəlməmişdi. M.İbrahimov. □ İşgəncə etmək (vermək) – əzab vermək, əziyyət vermək, çox incitmək. [Xacə Nizam:] Mən də bir xeyli üzüldüm o gecə; Etdilər öncə bir az işgəncə. H.Cavid. Necə ola bilər ki, ata-ana öz yeganə övladına bu qədər işgəncə versin?! İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / işgəncə1 Farsca şikəst sözü ilə qohumdur (əsli şekəncə kimidir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / işgəncə1 İŞGƏNCƏ – KEF O bu işgəncədən qurtarmaq üçün düşünür, fürsət gözləyir (S.Vəliyev); Cibim dolu, kefim saz idi (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / işgəncə2 I сущ. пытка: 1. истязание, мучение, причиняемое при допросе (обычно с целью добиться показания или признания своей вины). İşgəncələrə məruz qalmaq подвергаться пыткам 2. мука, мучение, терзание (сильное физическое или душевное страдание). Bu, iş deyil, işgəncdir это не работа, а пытка; işgəncə vermək пытать: 1. подвергать пытке 2. причинять кому-л. страдание, мучить, томить II прил. пыточный (предназначенный для пытки). İşgəncə alətləri пыточные орудия
Azərbaycanca-rusca lüğət / işgəncə1 i. torture; ~ vermək to torture (d.), to put* (d.) to the torture; Polis onlara işgəncə verdi The police tortured them
Azərbaycanca-ingiliscə lüğət / işgəncə1 is. torture f ; ~ vermək mettre vt à la torture ; torturer vt
Azərbaycanca-fransızca lüğət / işgəncə1 [fars.] сущ. азаб, азият; зулум; işgəncə etmək (vermək) азаб гун, азият гун, зулум авун.
Azərbaycanca-ləzgicə lüğəti / işgəncə(Zaqatala) arabanın hissəsi
Azərbaycan dilinin dialektoloji lüğəti.