işraqilik sözü azərbaycan dilində

işraqilik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • işraqilik • 71.8750%
  • İşraqilik • 28.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İşraqilik
İşraqilik—Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən yaradılan fəlsəfi və teosofik təlim. == Mahiyyəti == Müsəlman dünyasında fəlsəfənin nüfuzunu itirməsi və sönük sahəyə çevrilərək tarix səhnəsindən silinməsi faktı təhlil edilərkən əsas səbəb kimi Əbu Hamid əl-Qəzalinin islam fəlsəfəsi əleyhinə fundamental çıxışı göstərilir. Amma biz bunu təqlidi-emosional yanaşmanın meydana çıxardığı arqument hesab edirik. Düzdür, Qəzalinin fəlsəfəyə qarşı çıxmasından sonra müsəlman ziyalıları arasında bu elmlə məşğul olmaq öz aktuallığını itirmişdi. Lakin bəzi müəlliflərə görə, Qəzalinin tənqidlərindən sonra Şərqdə nüfuzunu itirən təlim rasional məşşailik fəlsəfəsi olmuşdur. Bir tərəfdən, İbn Rüşdün ölümündən sonra məşşailik süqut etmiş, digər tərəfdən, yeni fəlsəfi təlim – işraqilik təşəkkül tapmışdı. İşraqilik “məşşailik və işraqilikdə dərya olan” “şeyx əl-məqtul” (öldürülmüş şeyx), “şeyx əş-şəhid” (şəhid şeyx), “əl-feyləsuf əl-məqtul” (öldürülmüş filosof) (5, 6) və “şeyx əl-işraq” ləqəbləri ilə tanınan Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154-1191) tərəfi ndən qurulmuşdu. İşraqilik bilikləri kəsbdə mistik təcrübə (zövq) və intuisiyaya (kəşf, həds) əsaslanan teosofi k təlim idi və rasional məşşailik fəlsəfəsinin antipodu sayılırdı. XII əsrdən sonra Şərqdə fəlsəfi düşüncəni təmsil edən işraqilik Şührəvərdinin, Şəmsəddin Şəhrəzurinin (vəfatı - 1288), İbn Kəmmunənin (1215- 1284), Qütbəddin Şirazinin (1236-1310), Nəsirəddin Tusinin (1201-1274), Cəlaləddin Dəvvaninin (1427- 1502), Məhəmməd Baqir Mir Damad (1551-1631) və Molla Sədranın (1571-1640) timsalında məşşailiyin süqutundan sonra da öz mövcudluğunu davam etdirmişdir. == Metodları == İşraqiliyin islam metodoloji fikri tarixindəki yerini müəyyənləşdirmək üçün bu məktəbin nümayəndələrinin həqiqəti kəsb və biliyi hasil məqsədilə istifadə etdikləri metodları öyrənmək lazımdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2006 •••••••••••• 0.45
2009 •••••••••••••••••••• 0.80
2011 ••• 0.09
2019 •••• 0.14
2020 •••• 0.13

işraqilik sözünün leksik mənası və izahı

  • 1 [ər. işraqiyyə – şəfəq, parıltı] Orta əsrlərdə müsəlman ölkələrində yayılmış fəlsəfi cərəyan. İşraqilik fəlsəfəsi. İşraqiliyə görə kölgələr işıqlarla yanaşı daima mövcuddur.

    Azərbaycan dilinin izahlı lüğəti / işraqilik

işraqilik sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – Orta əsrlərdə müsəlman ölkələrində yayılmış fəlsəfi cərəyan.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#işraqilik nədir? #işraqilik sözünün mənası #işraqilik nə deməkdir? #işraqilik sözünün izahı #işraqilik sözünün yazılışı #işraqilik necə yazılır? #işraqilik sözünün düzgün yazılışı #işraqilik leksik mənası #işraqilik sözünün sinonimi #işraqilik sözünün yaxın mənalı sözlər #işraqilik sözünün əks mənası #işraqilik sözünün etimologiyası #işraqilik sözünün orfoqrafiyası #işraqilik rusca #işraqilik inglisça #işraqilik fransızca #işraqilik sözünün istifadəsi #sözlük