Qiymətli kağızlar bazarının iştirakçıları və onun idarə olunması
Qiymətli kağızların ikinci bazarının iştirakçıları dövlət, səhmdar cəmiyyətləri, qiymətli kağızlar bazarının peşəkarları olan mütəxəsislər, müxtəlif investisiya təsisatları, kommersiya bankları, fond mərkəzləri və mağazaları, digər təsərrüfat subyektləri, həmçinin vətəndaşlardır.
Qiymətli kağızların ikinci bazarının hər bir iştirakçısının öz yeri var. Lakin onların içərisində ən böyük diqqəti investisiya təsisatları cəlb edir. İnvestisiya təsisatlarının qiymətli kağızlar bazärındakı fəaliyyətinın lisenziyalaşdırılması onların bu sahədəki fövqəladə rolunun birinci meyarı kimi qəbul olunur və axırıncı maliyyə ilinin nəticələrinə görə investisiya təsisatının gəlirinin əsas hissəsi qiymətli kağızlarla bağlı olmayan fəaliyyətdən əldə olunubsa lisenziya geri çağırıla bilər yaxud, onun qüvvəsi dondurula bilər. İnvestisiya təsisatları müxtəlif təşkilati-hüquqi formada çıxış edə bilər. Lakin, bu ümumi qaydadır və hər blr ölkədə onu dəqiqləşdirən bir sıra məhdudiyyətlər ola bilər ki, onlar da konkret ölkədə qüvvədə olan normalardan və qiymətli kağızlar bazarının iştirakçılarının fəaliyyətinin səciyyəsindən irəli gələ bilər.
İnvestisiya təsisatlarına aşağıdakılar aiddir:
Maliyyə brokerlərl;
İnvestisiya məsləhətçiləri;
İnvestisiya şirkətləri;
İnvestisiya fondları.
Maliyyə brokerləri. Bunlar hüquqi şəxsdir və onları fiziki şəxs olan brokerlərlə qarışdırmaq olmaz. Onlar müştəriyə komisyon müqaviləsi əsasında yaxud, müştərinin tapşırığı ilə yaxud müştərinin vəsaiti hesabına qiymətli kağızların alqı-satqısını həyata keçirir və bu zaman vasitəçi (agent) funksiyalarını icra edir.