* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. İşıq eləmək, işıq salıb aydın etmək, görünəcək hala salmaq. Tapdıq axır Lizalartək necə cananələri; Çilçıraqlarla işıqlandırırıq xanələri. M.Ə.Sabir. Fərhad bəy qabaqda gedirdi. Kürəyinin ortasını ay işığı işıqlandırırdı. Qantəmir. Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman. // Bir şeyin işığını müəyyən səmtə, yerə və s.-yə yönəltmək. Evin küncünü işıqlandırmaq. Üzünü işıqlandırmaq. // Elektrik işığı ilə təmin etmək, işıq çəkmək. Küçələri işıqlandırmaq. Parkı işıqlandırmaq. 2. məc. Canlandırmaq, isindirmək, hərarətləndirmək, ruhlandırmaq. [Komandirin] qaradinməz sifətini xəfif bir gülüş işıqlandırırdı. Ə.Vəliyev. 3. məc. İzah etmək, təsvir etmək, yazmaq, göstərmək, şərh etmək. Nömrədə əsas məsələləri işıqlandırmaq. Nitq mədəniyyəti məsələlərini qəzetdə geniş işıqlandırmaq lazımdır. – “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları işıqlandırırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / işıqlandırmaq2 İŞIQLANDIRMAQ Gəl bu yol, nzı; İşıqlandıran; Parlaq ulduz ol (M.Rahim); AYDINLATMAQ Qara simsarı süni təbəssüm işığı ilə aydınlatmağa çalışdı (M.İbrahimov); İŞIQ SAÇMAQ/SALMAQ Elə bil bu gümüşü duyğudan bir parçanı əridib dərənin dibinə axıdırdılar ki, orada gündüzlər gün işığında, gecələr ay nurunda parıldasın, dərinliklərə işıq saçmış olsun (B.Bayramov); MÜNƏVVƏR ETMƏK/ELƏMƏK Yəqin bil, ölərəm, şəbistanımı; Münəvvər etməsə camalın sənin (Aşıq Həsən); NURA QƏRQ ETMƏK/ELƏMƏK [Azər:] Bax, beşcə dəqiqə keçməyəcək evinizi nura qərq eləyəcəyəm (M.İbrahimov); NURLANDIRMAQ Gecələr də işıqlar bəzəyir otağımı; Ağaclarda lampalar nurlandırır bağımı (M.Rahim); RÖVŞƏN ETMƏK Əhvalı-şamı rövşən edər sübh arizə (Q.Zakir); TABAN ETMƏK Həqqi xəlqə bildirib dəfı-zəlalət etməli; Gün kimi taban edib pamali-zülmət etməli (M.Ə.Sabir).
Azərbaycan dilinin sinonimlər lüğəti / işıqlandırmaq2 глаг. 1. освещать, осветить: 1) озарять, озарить, сделать светлым. Ay hər tərəfi işıqlandırırdı луна освещала всё вокруг, alov bütün həyəti işıqlandırdı пламя осветило весь двор 2) направить лучи света на кого, что либо. Kimin sifətini işıqlandırmaq осветить чьё лицо, səhnəni işıqlandırmaq освещать сцену, otağı işıqlandırmaq освещать комнату, yolu işıqlandırmaq освещать дорогу, projektorla işıqlandırmaq освещать прожектором 3) снабжать, снабдить светом. Küçələri işıqlandırmaq осветить улицы, parkları işıqlandırmaq осветить парки 4) перен. делать, сделать лицо просветлённым, радостным, озарять, озарить. Onun sifətini xoş bir təbəssüm işıqlandırdı его лицо осветила радостная улыбка 5) перен. излагать, изложить, истолковывать, истолковать. Hər hansı bir məsələni işıqlandırmaq осветить какой-л. вопрос, radio və televiziya ilə işıqlandırmaq освещать по радио и телевидению, geniş işıqlandırmaq широко освещать 2. светить, посветить (на некоторое время осветить кому-л.). Fənərlə işıqlandırmaq посветить фонарём, şamla işıqlandırmaq посветить свечой
Azərbaycanca-rusca lüğət / işıqlandırmaq1 f. 1. to lighten (d.), to light up (d.); to illuminate (d.); otağı ~ to light the room; 2. məc. to elucidate (d.), to throw* light (on, upon)
Azərbaycanca-ingiliscə lüğət / işıqlandırmaq1 f. éclairer vt, illuminer vt ; ensoleiller vt ; məc. éclaircir vt ; élucider vt
Azərbaycanca-fransızca lüğət / işıqlandırmaq1 гл. 1. экуь авун; экв ягъун; аквадай гьалдиз гъун; 2. экуь авун, экв чӀугун (электрикдин); 3. пер. ччан гъун, чими авун, руьгь кутун; 4. пер. лагьана (кхьена) гъавурда ттун, кхьин, къалурун, баян авун.
Azərbaycanca-ləzgicə lüğəti / işıqlandırmaq