işəgötürən sözü azərbaycan dilində

işəgötürən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • işəgötürən • 90.9188%
  • İşəgötürən • 9.0812%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İşəgötürən
[mənbə göstərin] İşəgötürən — tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İşəgötürən əmək müqaviləsinin tərəfi olaraq, əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. 15 yaşına çatmış şəxslər işəgötürən ola bilər. BƏT-nın qəbul olunmuş nizamnaməsində, konvensiya və tövsiyələrində işçi-sahibkar terminindən istifadə olunur. Bu termin əmək qanunvericiliyi çərçəvəsində xüsusiləşmə tələb edir. Köhnə postsovet respublikalarında əvvəllər "işəgötürən" anlayışından istifadə olunsada, sonralar bu ümumilləşdirici anlayışdan imtina edilmiş, "müəssisənin, təşkilatın, idarənin müdiriyyəti" və yaxud sadəcə olaraq "müəssisələr, təşkilatlar, idarələr" anlayışı tətbiq edilmişdir. Respublikamızda 1996-cı ildən etibarən normativ aktlarda "işverən" anlayışından istifadə olunmuş, 1998-ci ildən isə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində "işəgötürən" anlayışından istifadə edilməyə başlanmışdır. Əmək qanunvericiliyində işəgötürənlərin vəzifələri, hüquqları, məsuliyyəti nəzərdə tutulmuş və işəgötürənlər bunlara tam riayət etməklə fəaliyyət göstərməlidirlər. İşçilərin hüquqlarını pozan, əmək qanunvericiliyinin tələblərinə əməl etməyən, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb oluna bilərlər. İşəgötürənlərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan müəyyən hüquqları vardır və bu hüquqların həyata keçirilməsinə, işəgötürənlərə vəzifələrini icra etməyə hər cür müdaxilə olunması, manelər yaradılması qadağandır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)-5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. ASK Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 26 may 2008-ci il tarixdə üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.

işəgötürən sözünün leksik mənası və izahı

  • 1 Tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs

    Terminlər lüğəti / işəgötürən

"işəgötürən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işəgötürən nədir? #işəgötürən sözünün mənası #işəgötürən nə deməkdir? #işəgötürən sözünün izahı #işəgötürən sözünün yazılışı #işəgötürən necə yazılır? #işəgötürən sözünün düzgün yazılışı #işəgötürən leksik mənası #işəgötürən sözünün sinonimi #işəgötürən sözünün yaxın mənalı sözlər #işəgötürən sözünün əks mənası #işəgötürən sözünün etimologiyası #işəgötürən sözünün orfoqrafiyası #işəgötürən rusca #işəgötürən inglisça #işəgötürən fransızca #işəgötürən sözünün istifadəsi #sözlük