Jakeriya sözü azərbaycan dilində

Jakeriya

Yazılış

  • Jakeriya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jakeriya üsyanı
Jakeriya üsyanı (fr. Jacquerie, adını feodalların kəndlilərə verdiyi "sadəlövh Jak" ləqəbindən götürmüşdür) - Fransanın şimal-şərqində 1358-ci ildə, I Yüzillik müharibə dövründə, başçısı Gilyom Kal olan antifeodal kəndli üsyanı. == Üsyanın səbəbi == Üsyan ağır feodal əsarəti, iqtisadi dağıntı, muzdlu qoşunların soyğunçuluğu nəticəsində baş vermişdir. == Üsyanın gedişi == Üsyan mayın 28-də Sen-Lyed'Esseran rayonunda başlandı. Əsas kütləsi kəndlilər olan üsyançılara sənətkarlar, xırda tacirlər, kənd ruhaniləri qoşulsalar da, şəhər əhalisi qoşulmadı. Üsyançılar dvoryanların qəsrlərini, evlərini, malikanələrini dağıdır və yandırır, mükəlləfiyyət sənədlərini məhv edir, özlərini isə öldürürdülər. == Üsyanın yatırılması == Sadalan hadisələrdən sonra zadəganlar üsyanın başçısı Gilyom Kalı aldadaraq danışığa dəvət edib əsir alırlar və edam edirlər. Bununla da üsyan amansızlıqla yatırılır. Təqribən 20.000 nəfər üsyançı məhv edildi. Zəif təşkil olunmuş və uzunmüddətli mübarizəyə hazır olmayan kəndlilər arasında birliyin olmaması üsyanın yatırılma səbəbləridir.

Oxşar sözlər

#jakeriya nədir? #jakeriya sözünün mənası #jakeriya nə deməkdir? #jakeriya sözünün izahı #jakeriya sözünün yazılışı #jakeriya necə yazılır? #jakeriya sözünün düzgün yazılışı #jakeriya leksik mənası #jakeriya sözünün sinonimi #jakeriya sözünün yaxın mənalı sözlər #jakeriya sözünün əks mənası #jakeriya sözünün etimologiyası #jakeriya sözünün orfoqrafiyası #jakeriya rusca #jakeriya inglisça #jakeriya fransızca #jakeriya sözünün istifadəsi #sözlük