Jan-Fransua sözü azərbaycan dilində

Jan-Fransua

Yazılış

  • Jan-Fransua • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jan-Fransua Mansel
Jan-Fransua Mansel (fr. Jean-François Mancel) — fransız siyasətçi, Fransa Milli Məclisinin keçmiş deputatı, Uaza departamentinin Ümumi Şurasının keçmiş prezidenti, Respublikaçılar partiyasının üzvü,Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti == Bioqrafiyası == 1 mart 1948-ci ildə Bove şəhərində (Uaza departamenti) anadan olub. Parisdə təhsil aldı, ictimai və mülki hüquq ixtisası bitirmişdir. 1968-ci ildə o, siyasi karyerasına respublikaya dəstək olaraq Demokratlar İttifaqının Qaullist Partiyasına qoşulmaqla başlamış, daha sonra Cümhuriyyəti dəstəkləyən Birlik, sonra isə Xalq Hərəkatı Birliyi adını vermişdir. 1971-ci ildə Bove şəhər məclisinə seçildi və vitse-mer təyin olmuşdur. Bu vəzifəni 1977-ci ildə, sosialist Valter Ansallem bələdiyyə seçkilərində qazandıqdan sonra tutmuşdur. 1978-ci ildə Mansel Uaza departamentinin 5-ci təslimində Fransa Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürdü və 30 yaşında Milli Məclisin deputatı oldu. Növbəti il, ilk dəfə, Noai Kantonundan Uaza departamentinin Ümumi Şurasına seçkidə qalib gəldi, bundan sonra təkrar seçildi və kantonu hazırda məclisdə təmsil edir. 1981-ci ildə Jan-Fransua Mansel növbəti parlament seçkilərində mandatını müdafiə edə bilmədi və 1983-cü ildə Bove meri uğrunda mübarizədə Volter Ansalleyə məğlub oldu. 1985-ci ildə yenidən kantonal seçkilərdə qalib gələrək Uaza departamentinin Baş Şurasının prezidenti oldu və 2004-cü ildə məclisdə sağçı çoxluq itirənə qədər bu vəzifəni tutdu.
Jan-Fransua Mille
Jan-Fransua Mille (fr. Jean-François Millet, 4 oktyabr 1814 — 20 yanvar 1875) — fransız rəssamı, Barbizon məktəbinin əsasını qoyanlardan biridir. == Bioqrafiya == Mille La-Manş körfəzinin sahilində Şerburq-Oktevil yaxınlığında yerləşən balaca Qrüşi kəndində varlı kəndli ailəsində anadan olub. Onun rəssamlıq qabiliyyəti ailəsi tərəfindən tanrı vergisi kimi qarşılanmışdı. Valideynləri onu pulla təmin etdilər və rəssamlıq dərsi almağa icazə verdilər. 1837-ci ildə o Parisə gəldi və iki il rəssam Pol Delaroşun (1797—1856) emalatxanasında rəssamlıqla məşğul oldu. 1840-cı ildən gənc rəssam işlərini Salonda nümayiş etdirməyə başladı. 1849-cu ildə rəssam Barbizona köçdü və ömrünün sonuna qədər orada yaşadı. Kəndli həyatı və təbiət mövzusu Mille üçün əsas təsvir vasitəsinə çevrildi. Özü barədə Mille deyirdi — «Mən kəndçiyəm və kəndçidən artıq heç nə deyiləm».
Jan-Fransua Şampolyon
Jan-Fransua Şampolyon (fr. Jean-François Champollion; 23 dekabr 1790[…], Fijak[d], Fransa krallığı[…] – 4 mart 1832[…], Paris, İyul monarxiyası[…]) — fransız filoloq, alim, şərqşünas və misirşünas. == Həyatı və fəaliyyəti == === Erkən illəri === Jan-Fransua Şampolyon 1790-cı ilin 23 dekabrında Fransanın Lo departamentində dünyaya gəlmişdir. Uşaqlıq illəri əsasən Qrönoblda keçən Şampolyon bu dövr ərzində xüsusi dil öyrənmə istedadını kəşf etmişdir. Beləliklə artıq 16 yaşında ikən o artıq 12 dil bilirdi. O 1809-cu ildə 19 yaşında tarix üzrə professor adını alıb və Qrönobl Akademiyasının professoru olaraq işə başlayıb. === Rozetta daşı === Qısa zaman kəsiyində çoxsaylı dil biliklərinə yiyələnən Jan-Fransua Şampolyon, 1822-ci ilin sentyabr ayında 32 yaşında Rozetta daşı üzərindəki heroqliflərinin tərcüməsi istiqamətində çalışmışdır. === Sonrakı fəaliyyəti === Misirşünaslıq elminin metodoloji əsasəlarının yaradılmasında və bütövlükdə onun tədqiqat sahəsinin genişləndirilməsində Şampolyonun xüsusi xidmətləri olmuşdur. Beləki, məhz onun 1824-cü ildə dərc edilən "Precis du systeme hieroglyphique" əsəri ilə misirşünaslıq elmi bir sfera kimi formalaşmağa başlamışdır. Sonrakı illərdə Kollec de Fransda misirşünaslıq üzrə professor olaraq çalışmış, 1828–1829-cu illər arasında isə tədqiqat məqsədi ilə Misirə səfər etmişdir.
Jan Fransua Demanj
Jan Fransua Demanj (1789-1839) — Peterburq universitetinin ərəb dili kafedrasının müdiri, filoloq. == Həyatı == Jan Fransua Demanj 1789-cu ildə anadan olmuşdu. Jan Fransua Demanj Parisdə ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. S. Uvarovun təşəbbüsü ilə Peterburq universitetinə ərəb dili müəllimi dəvət olunmuşdu. Jan Fransua Demanj 1839-cu ildə vəfat edib.
Jan Fransua Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836, Paris) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu.Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. == İstinadlar == == Ədəbiyyat == Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
Jan Fransua de Laperuz
Jan Fransua de Qalo, qraf de La Peruz (ənənəvi yazılışı Laperuz; 23 avqust 1741, Qo, Albi — 1788)- hərbi-dəniz zabiti, məşhur fransız dəniz səyyahı. Dünya səyahətinə çıxdığı bütün heyətlə birlikdə Santa-Kruz adalar qrupuna daxil olan Vanikoro adasında həlak olmuşdur. == Həyatı == Jan Fransua de Laperuz 15 yaşında Brestdə yerləşən Kral hərbi-dəniz Akademiyasına daxil olmuşdur (1756-cı il). Hələ 17 yaşında ikən, təhsilinin bitməsinə qalmış Yeddi illik müharibə və Şimali Amerika sahillərində müxtəlif döyüşlərdə iştirak etmişdir. 18 yaşında marşal de Konflan ilə admiral Houk arasında baş vermiş döyüş zamanı yaralanmış və əsir götürülmüşdür. Nəticədə, 5 il ərzində İl-de-Frans adasında (indiki Mavriki) müxtəlif vəzifələrdə çalışmışdır. "Sena" gəmisinin kapitanı kimi Hindistana 2 dəfə üzmüşdür. O, burada gələcək həyat yoldaşı kreol əsilli Eleonor Bruda ilə tanış olmuşdur. 1777-ci ildə Fransaya qayıdanda Mae qəsrini sultan Maxaraştrın donanmasının hücumundan qoruduğuna görə Müqəddəs Lüdoviq ordeni və leytenant rütbəsi ilə təltif olunmuşdur. Fransanın hərbi-dəniz donanmasının zabiti kimi ABŞ İstiqlaliyyət müharibəsində və ingilislərə qarşı Antil adalarından Labradora qədər ərazidə baş vermiş döyüşlərdə iştirak etmişdir.
Fransua
Fransua — ad. Fransua Araqo — fransız astronom və fizik, siyasi xadim. Fransua Fiyon — fransız dövlət və siyasi xadimi. Fransua de Larderel — fransız mühəndisi və sahibkar.
Jan Jan
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan
Jan — fransız adı. Jan Batist Sey — fransız iqtisadçısı Jan Boden — fransız siyasi mütəfəkkürü və hüquqşünası. Jan Mankes — holland rəssam. Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Jan Tirol — fransız iqtisadçı. Jan Ogüst Dominik Enqr — fransız rəssamı Jan Rasin — XVI əsr Fransız yazıçısı Jan Kabu — fransız karikaturist və jurnalist. Jan Nuvel — fransız memarı. Jan Şarden — fransız səyyahı.
Fransua Araqo
Fransua Dominik Araqo (26 fevral 1786[…], Estajel[d] – 2 oktyabr 1853[…], Paris) — fransız astronom və fizik, siyasi xadim, Paris EA-nın üzvü (1809), Peterburq EA-nın fəxri əcnəbi üzvü (1829). 1830-cu ildən Paris EA-nın katibi və Paris rəsədxanasının direktoru olmuşdur. Onun göstərişi ilə U.Leverye Uranın hərəkətindəki sarsıntıları hesablamış və bunun nəticəsində Neptun kəşf edilmişdir. Araqonun astronomiya, optika, elektromaqnetizm, meteorologiya və fiziki coğrafiyaya dair əsərləri var. Polyariskopu ixtira etmiş, poladdan ilk süni maqnitlər almış, fırlanma maqnetizmini kəşf etmiş, qütb parıltısı və maqnit fırtınası arasında əlaqə olduğunu müəyyənləşdirmişdir. 1830-1948-ci illərdə Deputatlar palatasının üzvü, Fransada 1848-ci il inqilabından sonra hərbi və dəniz naziri vəzifələrində işləmişdir.
Fransua Buşe
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[…], Paris[…] – 30 may 1770[…], Paris[…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur. == Həyatı == Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı.
Fransua Delsart
Fransua Delsart — fransız teatr pedaqoqu, musiqiçi, müğənni (tenor), aktyor və vokal sənəti nəzəriyyəçisi. == Həyatı == 1826–30-cu illərdə Parisdə A.Koronodan, nəğmə dərsləri almış, daha sonra konservatoriyada A.Qarode və L.A.Ponşar – atanın tələbəsi olmuşdur. “Opera-Komik” teatrında çıxış etmişdir. Artistlik fəaliyyətindən çox tez uzaqlaşmış, Parisdə Şatel abbatlığının xormeysteri olmuşdur; kilsə nəzdində nəğmə kursları açmışdır. Paris konservatori yasında dərs demişdir. Aktyorlar Raşel, B.K.Koklen onun şagirdləri olmuşlar. == Fəaliyyəti == İsveçrə fizioqnomika nəzəriyyəçisi İ.K.Lafater, həmçinin F.A.Mesmer, J.Q.Debüro və başqalarının ona təsiri olmuşdur. Aktyor hazırlamaq üçün öz sistemini işləyib hazırlamışdır. Sistem Delsartın şagirdlərindən olan Amerika dramaturqu, aktyor və rejissor S.Makkey (1869–70-ci illərdə Delsartın dərslərində iştirak etmişdir) tərəfindən qeydə alınmış və 19-cu əsrin sonlarında geniş yayılmışdır.Delsart səs texnikası ilə bərabər, aktyor sənətinin bütün komponentlərini də tədqiq etmişdir. Delsart aktyor oyununun kodifikasiyasına ilk təşəbbüs göstərənlərdən biridir.
Fransua Dyuvalye
Fransua Dyuvalye (ləqəbi Papa Doc, 14 aprel 1907[…], Port-o-Prins – 21 aprel 1971[…], Port-o-Prins) — Haiti Respublikasının 1957–1971-ci illərdə idarə edən Prezident == Həyatı == Fransua Dyuvalye 1907-ci ildə Haitidə, Portau Prins şəhərində anadan olub.1934-cü ildə Haiti Ali Tibb məktəbini bitirib. 1943-ci ildə kənd orta məktəbində həkim işləyib.
Fransua Enqler
Fransua Baron Enqler (6 noyabr, 1932, Brüssel) Nobel mükafatı (2013-cü ildə Piter Hiqqs ilə birlikdə) almış fizikdir. Enqler, Kaliforniyadakı "Çepmen Universiteti"ndə "Kvant İşləri İnstitu"nun da üzvüdür. Statistika fizikası sahəsində bir çox əməkləri vardır. Fransua Enqlerə 2013-cü ildə "Hiqqs Mexanizmi" kəşfinə görə Piter Hiqqslə birlikdə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Fransua Fenelon
Fransua Fenelon (6 avqust 1651[…] – 7 yanvar 1715[…])— fransız yazıçısı, filosofu. == Həyatı == XVII əsrin sonlarının mühüm sənətkarlarından biri Fransua de Salinyak de Lamot Fenelondur /1651–1715/. Yoxsullaşmış zadəgan ailəsində anadan olan Fenelon XIV Lüdovikin nəvəsi və taxtın varisinin tərbiyəçisi olmuşdur. "Qızların tərbiyəsi haqqında" adlı ilk traktatında Fenelon pedaqogikanın incəliklərini anlayan azad fikirli bir ziyalı kimi çıxış edir. Madam de Mentenon tərəfindən açılan Sen-Sir pansionunun tərbiyə sistemi bu traktat əsasında qurulmuş, Peterburq Smolnı institutu yaradılanda isə Sen-Sir pansionu nümunə götürülmüşdür. 1689-cu ildən Bossüenin vasitəçiliyi ilə kralın varisinin tərbiyəçisi olur, altı il bu vəzifədə çalışaraq pedaqoji məqsədlər izləyən əsərlər yaradır, ləyaqətli kral yetişdirməyə çalışır, dövləti idarə işinin ideal prinsiplərini irəli sürür. Təmsillərində Fenelon ehtiyatla davranır. "Ölülərin dialoqları" əsərində isə dövləti idarə prinsipləri haqqında düşüncələrini əks etdirir. Fenelon maraqlı və incə formada krallara siyasət dərsi öyrədir. Yazıçının fikrincə, "Kim ki, hökmdarlıq edir, dövlətin qanunlarına hamıdan daha artıq tabe olmalıdır, qanunların xaricində onun şəxsiyyətinin heç bir qiyməti yoxdur… Kral təbəələr üçün yaradılmışdır, təbəələr kral üçün yox." Bu sonuncu fikir XIV Lüdovikin məşhur "Dövlət mən özüməm" fikrinin büsbütün əksi idi.
Fransua Fiyon
Fransua Şarl Arman Fiyon (fr. François Charles Armand Fillon); d. 4 mart 1954-cü il, Le-Man, Sarta) — fransız dövlət və siyasi xadimi. Respublikaçılar partiyasının üzvüdür. 17 may 2007-ci ildən 10 may 2012-ci ilədək Fransanın Baş Naziri olub (prezident Nikolya Sarkozinin dövründə). Hal-hazırda Fransa Milli Məclisinin deputatıdır (17 iyun 2012-ci ildə ikinci Paris seçki dairəsindən seçilib).
Fransua Gizo
Fransua Pyer Giyom Gizo (fr. François Pierre Guillaume Guizot, 4 oktyabr 1787[…], Nim[d] – 12 sentyabr 1874[…]) — fransız tarixçisi, tənqidçi, siyasi və dövlət xadimi. == Siyasi fəaliyyəti == === 1848-ci inqilabı ərəfəsindəki fəaliyyəti === 1840-cı ildən sonra Fransua Gizonun təzyiqi altında həyata keçirilən siyasət 1830-cu ildən Fransada yaradılan rejimə yenidən qayıdışa gətirib çıxardı. 1840-cı ildən 1848-ci ilədək Lui Filippin hakimiyyəti bir növ müstəbid bir hökmdarın hakimiyyətini və yaxud da feodalizmə qayıdış siyasətini xatırladırdı. 1840-cı ildən sonrakı bu siyasət Fransa xalqını xeyli qəzəbləndirirdi. Orleanlı Lui Filipp Burbonların yan qolu olan Orleanistlərin nümayəndəsi olsa da arxalı, köklü bir insan deyildi. O, Fransa üçün həmin dövrdə lazımlı olduğuna görə hakimiyyətdə idi. 1848-ci ilə qədər Lui Filipp öz hakimiyyətini müxtəlif vasitələrlə möhkəmləndirməyə çalışsa da onun bu cəhdləri baş tutmadı. Orleanlı Lui Filipp 1847-ci ildə Fransanı kifayət qədər çətin vəziyyətə salmışdı. Ölkə daxilində rejimin böhranı özünü onda göstərirdi ki, təkcə 40-cı illərdə ona qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi.
Fransua Kene
Fransua Kene (fr. François Quesnay; 4 iyun 1694[…] – 16 dekabr 1774[…], Versal, Fransa krallığı) — Fransız iqtisadçı və fiziokratiya məktəbinin fiziki. == Həyatı == Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində anadan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. F.Kene 60 yaşlarında bir iqtisadçı kimi formalaşır. 1756-cı ildə Didro onu Ensiklopediya yazılışına cəlb edir. Bu hadisə Kenenin həyatında çox mühüm rol oynayır. Versalda 50-ci illərdə Kenenin ətrafına ensiklopedistlərdən Didro, Helvetsi, Tyürqo və Mirabo toplanırdılar. Bu şəxslər inqilabi ruhda idilər. Dini, təbiəti dərk etməyi, cəmiyyəti, dövlət quruluşunu bu maarifçilər ciddi tənqid edirdilər.
Fransua Kuperen
Fransua Kuperen (fr. François Couperin; 10 noyabr 1668[…], Paris – 11 sentyabr 1733[…], Paris) — Fransalı bəstakar.
Fransua Meninski
Fransua Menien (fr. François Mesgnien; 1620, 1623[…] və ya 1632, Lotaringiya hersoqluğu[d] – 1698[…], Vyana) — Fransız şərqşünası. == Həyatı == Fransua Menien 1623-ci ildə Lotaringiyada anadan olmuş, 1698-ci ildə Vyanada vəfat etmişdir. Mesnien ilk əvvəl təhsilini Romada almış və 1652-ci ildə Polşanın İstanbuldaki səfirliyinə qoşulmuşdur. Burada o özünü türk dilinin öyrənilməsinə həsr etmişdir. O, öncədən ali tərcüməçi, sonra isə Konstantinopolda Polşanın səfiri olmuşdur və ona zadəganlıq bəxş ediləndən sonra Meninski (fransız Mesgnien adının polyaklaşdırılmış şəkli) adını qəbul etdi. Daha sonra Avstriya xidmətinə keçdi. 1669-cu ildəki Qüdsə gedişindən sonra, 1671-ci ildə Vyanaya yola düşüb, orada Şərq dillərin baş dilmanc vəzifəsinə təyin olunmuşdur. Bu vəzifəni ölümünədək tutmuşdur. Əsas əsəri Tesaurus linguarum orientalium, turcicea, arabic, persicæ (latınca: Türk, ərəb, fars və s.
Fransua Mitteran
Fransua Mitteran (fransızca François Mitterrand; 26 oktyabr 1916[…] – 8 yanvar 1996[…], Parisin 7-ci dairəsi[d]) — 1981-1995-ci illərdə Fransa Respublikasının Prezidenti. == Həyatı == Fransua Mitteran zadəgan nəslindən olan xırda sahibkar ailəsində anadan olmuşdur. Siyasətə 1940-cı ildə gəlmişdir. O, baş serjant rütbəsində İkinci dünya müharibəsində döyüşlərdə yaralanaraq almanlara əsir düşmüşdür. Həbs düşərgəsindən iki dəfə uğursuz olaraq qaçmağa çalışmış, yalnız üçüncü dəfədən həbsdən uğurla qaçaraq Fransaya gəlmiş və Müqavimət hərəkatına qoşulmuşdu. O, tezliklə hərbi əsirlərin və deportasiya edilmiş insanların gizli Milli hərəkatına rəhbərlik etmişdi. Fransa azad olunduqdan sonra Demokratik və Sosialist Müqavimət İttifaqı Partiyasının rəhbəri olmuşdu. Dördüncü republika dövründə 11 hökumətdə ikinci dərəcəli vəzifələr tutmuşdur. 1981-1995-ci illərdə Fransa prezidenti olmuşdur.
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Paris) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. == Həyatı == Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Fransua Oland
Fransua Jerar Jorj Nikola Olland (fr. François Gérard Georges Nicolas Hollande; d. 12 avqust 1954, Ruan, Fransa) — fransız dövlət xadimi, Fransa Respublikasının seçilmiş 24-cü, Beşinci Respublikanın 7-ci prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistri. 6 may 2012-ci ildə seçilib, vəzifəsinin icrasına 15 may 2012-ci ildə başlayıb. == Həyatı == Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür. İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
Fransua Olland
Fransua Jerar Jorj Nikola Olland (fr. François Gérard Georges Nicolas Hollande; d. 12 avqust 1954, Ruan, Fransa) — fransız dövlət xadimi, Fransa Respublikasının seçilmiş 24-cü, Beşinci Respublikanın 7-ci prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistri. 6 may 2012-ci ildə seçilib, vəzifəsinin icrasına 15 may 2012-ci ildə başlayıb. == Həyatı == Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür. İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
Fransua Peti
Fransua Peti (fr. François Petit) – Fransız əsilli Amerika aktyoru və döyüş sənətləri ustasıdır.. Fransua keçmiş fransız hərbi qüvvələrin zabiti olub. Cüdoda 3-cü, Qosindo Ciu-Citsuda 8-ci, Karate-doda 7-ci dərəcə qazanmışdır. Həmçinin, Kay Den-Sixan tutuluna sahibdir. Bu titul Yaponiyada ən böyük döyüş sənətləri ustasına verilir. Əvvəllər Nincitsu il məşğul olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2011 0.09
2012 ••••••• 0.69
2014 •••••••••••••••• 1.72
2015 •••••••••••••••••••• 2.21
2016 •••••••••• 1.04
2020 •• 0.13

Oxşar sözlər

#jan-fransua nədir? #jan-fransua sözünün mənası #jan-fransua nə deməkdir? #jan-fransua sözünün izahı #jan-fransua sözünün yazılışı #jan-fransua necə yazılır? #jan-fransua sözünün düzgün yazılışı #jan-fransua leksik mənası #jan-fransua sözünün sinonimi #jan-fransua sözünün yaxın mənalı sözlər #jan-fransua sözünün əks mənası #jan-fransua sözünün etimologiyası #jan-fransua sözünün orfoqrafiyası #jan-fransua rusca #jan-fransua inglisça #jan-fransua fransızca #jan-fransua sözünün istifadəsi #sözlük