Jan-Jak sözü azərbaycan dilində

Jan-Jak

Yazılış

  • Jan-Jak • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jan-Jak Avril
Jan-Jak Avril (fr. Jean-Jacques Avril; 16 dekabr 1744[…] və ya 1744, Paris – 26 noyabr 1831[…] və ya 1823, Paris) — fransız rəssam və oymaçı. == Həyatı == Jan-Jak Avril 1744-cü ildə Parisdə anadan olmuşdur. Bəziləri böyük ölçülərdə olan təxminən 540 qravüranın müəllifidir. O, İohan Georq Villenin şagirdidir. Avril 1831-ci ildə Parisdə vəfat edib.Onun əsərləri Rue de la Huchette və Rue du Petit Bourbomda saxlanılır. == Əsərləri == Onun qravürlarına daxildir: La Vierge au linge; Rafaeldən sonra. Mars Döyüşə gedir; Piter Paul Rubensdən sonra. Mars Döyüşdən qayıdır; Peter Paul Rubensdən sonra. Çoban və çoban qız; Croc-en-jambe adlandırılan; Peter Paul Rubensdən sonra.
Jan-Jak Qoldman
Jan-Jak Qoldman (fr. Jean-Jacques Goldman; 11 oktyabr 1951[…], Paris, Fransa) — ən populyar fransız müəllif və ifaçılarından biri. == Ailəsi == Fransa Müqavimət Hərəkatı iştirakçısının oğlu solçu intellektual və inqilabçı internasionalist Pyer Qoldmanın qardaşı. 1975-ci ildə Katrin adlı xanımla evləndi və onların Karolina (1977), Maykl (1979) və Nina (1984) adlı üç uşağı oldu. 22 illik evliliyindən sonra 1997-ci ildə boşandılar. 13 oktyabr 2001-ci ildə Marseldən olan 22 yaşlı tələbə Natali ilə evləndi. Onların Maya (2001), Kimi (2004) və Rouz (2007) adlı üç qızları var.
Jan Jak Qalyard
Jan Jak Qalyard — Fransa diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Jan Jak Russo
Jan Jak Russo (fr. Jean-Jacques Rousseau; 28 iyun 1712[…], Cenevrə, Cenevrə Respublikası[d] – 2 iyul 1778[…], Ermenonvil[d], Fransa krallığı) — Fransız filosofu, yazıçı, bəstəkar. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri. 1789-1794 cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinlərin əsas ideya dayağı olmuşdur. == Həyatı == 1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Russo anadan olduqdan 2-3 gün sonra anası vəfat etmişdir. Russonun 10 yaşı olarkən XVI-cı əsrdə Fransadan qaçıb İsveçrəyə sığınan, bir Fransız Prostestant ailəsindən gələn, Russonun doğumundan əvvəl 6 il boyunca İstanbulda saray saatsazlığı etmiş olan atası onu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olduğu xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur.
Jan Jan
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan
Jan — fransız adı. Jan Batist Sey — fransız iqtisadçısı Jan Boden — fransız siyasi mütəfəkkürü və hüquqşünası. Jan Mankes — holland rəssam. Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Jan Tirol — fransız iqtisadçı. Jan Ogüst Dominik Enqr — fransız rəssamı Jan Rasin — XVI əsr Fransız yazıçısı Jan Kabu — fransız karikaturist və jurnalist. Jan Nuvel — fransız memarı. Jan Şarden — fransız səyyahı.
Jak Abbadi
Jak Abbadie (fr. Jacques Abbadie), həmçinin Ceyms Abbadi (ing. James Abbadie; 1654[…] – 25 sentyabr (6 oktyabr) 1727, 15 sentyabr 1727 və ya 1727, Marlibon[d], Böyük London[…]) — protestant keşiş və yazıçı. == Həyatı == Jak Abbadi təxminən 1654-cü ildə Fransanın Bern kantonunun Ney şəhərində anadan olmuşdur. O, Sedan və Saumurda təhsil alıb. Abbadinin erkən akademik uğuru onun cəmi on yeddi yaşında olanda Sedandakı akademiyadan ilahiyyat dərəcəsi almasına gətirib çıxarmışdır. Jak Abbadi Berlində, sonra isə Londonda fransız protestant qaçqınlarının keşişi olmuşdur.Jak Abbadi 1690-cı ildə Londondakı Savoy Kapellasında Fransa kilsəsinin rəhbəri təyin edilmişdir. O, 1699-cu ildə İrlandiyada Killalo kilsəsinin dekanı olmuşdur. Jak Abbadi 25 sentyabr 1727-ci ildə, London şəhərinin yaxınlığında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Jak Abbadi ilə əlaqəli mediafayllar var.
Jak Adamar
Jak Adamar (8 dekabr 1865[…], Versal – 17 oktyabr 1963[…], Paris) — fransız riyaziyyatçısı. == Həyatı == La Valle Pussenlə yanaşı sadə ədədlər nəzəriyyəsinin paylanma qanununu əsaslandırmışdır. Diferensial tənliklər, funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, mexanika üzrə əsərlərin müəllifi.
Jak Brel
Jak Brel (8 aprel 1929[…], Sxarbek[d], Belçika – 9 oktyabr 1978[…]) — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi. == Həyatı == Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilər. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır. O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı.
Jak Derrida
Jak Derrida (15 iyul 1930[…], El-Biar[d], Fransa Əlcəzairi[d] – 8 oktyabr 2004, 5-ci Paris dairəsi[d]) — Fransız filosof, ədəbiyyat tənqidçisi və dekonstruksiya cərəyanın qurucusu. Derridanın fəaliyyəti təkcə fəlsəfə və ədəbiyyatla məhdudlaşmır o, eyni zamanda XX əsrin 60-cı illərində siyasi motivli irqçilik problemlərinin gündəmə gətirmiş, Fransada yaşayan Əlcəzairli miqrantların hüquqlarının qorunması sahəsində fəaliyyət göstərmişdir. 1982-ci ildə Çexoslovakiyada başladılan müxalif yönümlü hərəkatı dəstəklədiyi üçün həmin ölkədə həbs edildiyi də məlumdur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Jak Fevr
Jak Fevr (fr. Jacques Faivre; 25 noyabr 1932, Burk-an-Bres – 12 avqust 2020, Virya) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Fransanın müxtəlif böyük klublarında çıxışı ilə tanınır.
Jak Feyder
Jak Feyder(21 iyul 1885[…], İksel[d] – 24 may 1948 və ya 25 may 1948) — fransız kino rejissoru == Filmləri == Krenkebil (film, 1922) Qribiş (film, 1925) Tereza Raken (film, 1928) Böyük oyun (film, 1934) "Mimoza" pansionu (film, 1935) Cənab Penson polis işçisidir (film, 1916) Atlantida (film, 1921) Makadam (film, 1946) == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517.
Jak Fresko
Jak Fresko (13 mart 1916, Bruklin, Nyu-York ştatı – 18 may 2017, Sebrinq[d], Florida) — amerikalı futurist və ictimai mühəndis olaraq özünü tanıtmışdı. Avtodidakt idi və industrial dizayn sahələrində çalışmışdı. Fresko davamlı şəhərlər, enerji effektivliyi, təbbi resursların idarəolunması, avtomatlaşma və elmin cəmiyyətdə yeri haqda fikirlərini yazmış və mühazirələrində dilə gətirmişdir. O, Venera layihəsini (Venus Project) yaratmış və resurs əsaslı iqtisadiyyat adlandırdığı sosio-iqtisadi modelin qlobal tətbiqini müdəfiə etmişdir. == Gəncliyi == Fresko 13 mart 1916-cı ildə doğulub, Nyu-Yorkda Bruklin rayonunda Səfarad yəhudilərindən ibarət ailəsinin yanında böyüyüb. Böyük böhran zamanında o, vaxtını dostarı ilə birlikdə Çarlz Darvin, Albert Eynşteyn, elm və gələcək haqda müzakirə edərək keçirirdi. Fresco Gənc Kommunistlər Ligasına qatılır və liganın rəhbəri ilə görüşdə müzakirədən sonra "Karl Marks səhv idi" deyə bağırdığına görə ligadan sözün birinci mənasında atılır. Gənc Fresko 14 yaşında evi tərk edir və zəmanənin gəncləri kimi avtostop və "qatarlara tullanaraq" səyahət edir. Daha sonra o diqqətini texnokratiya üzərinə cəmləyir. == Karyera == === Hava gəmisi sənayesi === Fresko 1930-cu illərin sonrarına doğru Kaliforniada Douglas Aircraft Company-də çalışıb.
Jak Fua
Jak Fua (fr. Jacques Foix; 26 noyabr 1930 – 14 iyun 2017) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Onun peşəkar oyunçu karyerası 1951-ci ildən 1964-cü ilə qədər davam etmişdir. 1953-1956-cı illər arasında Fransa milli futbol komandasının heyətində 7 oyuna 3 qol vurmuşdur. O, 1959 və 1964-cü illərdə Fransa çempionatının qalibi olmuşdur. Fua 14 iyun 2017-ci ildə 86 yaşında vəfat etdi.
Jak Houdek
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir. == Həyatı == Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır.
Jak Hudek
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir. == Həyatı == Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır.
Jak Kallo
Jak Kallo (fr. Jacques Callot; 1592[…], Nansi – 25 mart 1635[…], Nansi) — fransız qravürçü və rəssam. Ən böyük ofort texnikasının ustası (cəmi 1500-dən çox qravür buraxmışdır), ofort texnikasının yeni növünün ixtiraçısıdır. == Bioqrafiyası == Jak Kallo, 1592 və ya 1593-cü ildə Nansidə, Lotaringiya qəhrəmanı Jan Kallonun böyük ailəsində anadan olmuşdur. Uşaqlıqdan rəsmlə maraqlanır, küçədə gördüyü hər şeyi təsvir etməyə çalışırdı. 1609-cu ildə bir versiyaya görə — gəzən qaraçılarla birlikdə Romaya piyada getmişdir. Əvvəlcə, rəssam Remicio Kantaqallina ilə birlikdə Florensiyada, sonra Romada, gənc rəssam etch sənətini mənimsədiyi məşhur qravürçü Antonio Tempestanın emalatxanasında təhsil aldı. 1611-ci ildən Kallo Florensiyada çalışdı, burada 1612-ci ildə Culio Parici atelyesinə fəaliyyətini davam etdirdi. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Сомов, Александр Андреевич. Калло, Жак // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Jak Kartye
Jak Kartye (fr. Jacques Cartier; d. 31 dekabr 1491, Saint-Malo – ö. 1 sentyabr 1557, Saint-Malo) — fransız kəşfiyyatçı. === Həyatı === Jak Kartye 1491-ci ilin 31 dekabrı -da San-Malo da anadan olmuşdur.O, Breton mənşəli fransız tədqiqatçıdır. Jak Kartye Sen-Lorens körfəzini və Sent-Lorens çayının sahillərinin xəritəsini təsvir edən ilk avropalıdır. O, irokezlərin 2 böyük qəsəbəni Kvebek və Monreal adlandırdıqlarını görəndən sonra bu əraziləri "kanadalıların ölkəsi" adlandırdı. Erkən həyatı: Jak Kartye 1401-ci ildə Britaniyanın şimal-qərb sahilindəki liman olan Saint-Malo'da anadan olub. Hörmətli bir dənizçi olan Kartye, lider bir ailənin üzvü olan Mary Catherine des Granches'la evlənərək 1520-ci ildə ictimai statusunu inkişaf etdirdi. === Şimali Amerikaya Birinci Böyük Səfər === 31 Dekabr 1491-ci ildə Fransanın Saint-Malo şəhərində dünyaya gələn Jak Kartye üç böyük Şimali Amerika səyahəti etmədən əvvəl Amerikanı, xüsusilə də, Braziliyanı kəşf etdi.
Jak Lakan
Jak Lakan (fr. Jacques Marie Émile Lacan; 13 aprel 1901[…], Parisin 3-cü rayonu[d][…] – 9 sentyabr 1981[…], Parisin 6-cı rayonu[d]) — Fransız psixoanalist. XX əsr Psixoanalizminin görkəmli nümayəndələrindən biri. Jak Lakan Ziqmund Freyddən sonra öz fikirləri ilə ən çox müzakirə olunan psixoloqlardan biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Jak Mariten
Jak Mariten (fr. Jacques Maritain; 18 noyabr 1882, Paris, Fransa — 28 aprel 1973, Tuluza, Fransa) —fransız filosofu, teoloqu, neotomizmin banisi. == Həyatı == Jak Mariten XX əsrin 30-cu illərində ABŞ və Kanadada dərs deyərkən tanınmış və katolisizmin mövqeyinin Amerika qitəsində möhkəmlənməsi üçün çalışmışdır. 1945–1948-ci illərdə Mariten Vatikanda Fransanın səfiri olmuş, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin layihəsinin hazırlanmasında iştirak etmişdir. Onun sosial-siyasi nəzəriyyə problemlərinə həsr olunmuş əsas əsərləri "İnteqral humanizm", "İnsan hüquqları və təbii qanun", "İnsan və dövlət"dir. == Dünyaya baxışı == Jak Mariten (1882–1973) – fransız filosofu, neotomizmin görkəmli nümayəndəsidir. Neotomizm ruhunda sosiomədəni konsepsiyalar kulturologiya üçün xüsusilə böyük əhəmiyyət daşıyır. Neotomizm müasir Qərb dini fəlsəfəsinin və kulturologiyanan əsas istiqamətlərindəndir. Bu fəlsəfi təliminin kökləri Qərb orta əsrlər fəlsəfəsinə və hətta xristianlığın meydana gəldiyi eramızın əvvəllərinə təsadüf edir. Onun tam təlim kimi formalaşması XIII əsrə aiddir və bilavasitə orta əsrlər sxolastı Akvinalı Fomanın adı ilə bağlıdır.
Jak Mayol
Jak Mayol (fr. Jacques Mayol; 1 aprel 1927–22 dekabr 2001) — fransız dalğıcı, 23 noyabr 1976-cı ildə nəfəsini tutaraq 100 metr dərinliyə enmiş ilk şəxs. Fri-dayvinq üzrə çoxqat dünya çempionu. 2001-ci ildə 74 yaşında Elba adasındakı evində özünü asaraq intihar etmiş, vəsiyyətinə əsasən kremasiya olunaraq külü Toskana sahillərinə səpilmişdir. Lük Besson 1988-ci ildə çəkdiyi "Mavi ənginlik" filmində fri-dayvinqin pionerlərindən olan Jak Mayol və Entso Mayorkanın həyatındakı hadisələrdən bəhrələnmişdir.
Jak Offenbax
Jak Offenbax (alm. Jacques Offenbach‎; 20 iyun 1819[…], Köln, Prussiya, Almaniya ittifaqı – 5 oktyabr 1880[…], Paris) — alman əsilli fransız musiqiçi. Opera və operetta bəstəkarı; Violonçel ifaçısı və orkestr şefi. Jak Offenbax alman əsilli ailəyə mənsub olsa da, əsas fəaliyyət dövrü Fransada yaşanmışdır.
Jak Pelleqrin
Jak Pelleqrin (fr. Jacques Pellegrin; 17 iyun 1944, Eks-an-Provans[d] – 7 aprel 2021, Eks-an-Provans[d]) — müasir fransız rəssamı.
Jak Pikkar
Jak Pikkar (fr. Jacques Piccard; 28 iyul 1922[…], Brüssel[d], Belçika – 1 noyabr 2008[…], La-Tur-de-Peylts[d], Vo kantonu, İsveçrə) — isveçrəli okeanoloq, Marian çökəkliyinin dibində olan üç adamdan biri. == Həyatı == Jak Pikkar Brüsseldə fizik və ixtiraçı Oqyust Pikkarın ailəsində anadan olmuşdur. Atası ilə birlikdə "Triest" batiskafı sınaqları və tikintisində iştirak etmişdir, hansında ki o, 23 yanvar 1960-cı ildə amerikalı leytenant Don Uoleş ilə birlikdə rekord eniş etmişdir. Daha sonra Pikkar "11 min metr dərinliyi" adlı kitab yazdı və orada batiskafın yaradılmasından tutmuş Marian çökəkliyinə enməsinə qədər olan hadisələri təsvir etmişdir. Apparat bu adı italyan şəhəri Triestin şərəfinə aldı, çünki məhz orada batiskafın yaradılması üzrə əsas işlər həyata keçirilmişdir. "Triest" 1953-cü ilin avqustunda suya endirildi. 1953-cü ildən 1957-ci ilədək o, Aralıq dənizində bir neçə enişləri etmişdir. Əsas pilot Jak Pikkar idi. Onun atası ilk enmələrdə iştirak edirdi.
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900, Neyi-sür-Sen — aprel 1977, Omonvil-la-Petit, Manş) — fransız şair və dramaturq. == Həyatı == Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsədə o təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, “Sözlər” və “Əhvalatlar” adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb (“Qəribə əhvalat” — 1937; “Dumanlı sahil”—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə “Tamaşa”, 1966-cı ildə “Fatras”, 1972-ci ildə “Əşyalar və başqaları”, 1980-ci ildə isə “Gecə günəşi” əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.26

Oxşar sözlər

#jan-jak nədir? #jan-jak sözünün mənası #jan-jak nə deməkdir? #jan-jak sözünün izahı #jan-jak sözünün yazılışı #jan-jak necə yazılır? #jan-jak sözünün düzgün yazılışı #jan-jak leksik mənası #jan-jak sözünün sinonimi #jan-jak sözünün yaxın mənalı sözlər #jan-jak sözünün əks mənası #jan-jak sözünün etimologiyası #jan-jak sözünün orfoqrafiyası #jan-jak rusca #jan-jak inglisça #jan-jak fransızca #jan-jak sözünün istifadəsi #sözlük