Jan-Luk sözü azərbaycan dilində

Jan-Luk

Yazılış

  • Jan-Luk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jan-Luk Zefir
Jan-Luk Zefir (d. 23 mart 1993) — Sent-Lüsiyalı üzgüçü. Jan-Luk Zefir Sent-Lüsiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Jan-Luk Zefir birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.98 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 65-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Luk Russe
Luk Kameron Russe (7 sentyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bristol Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == === Bristol Rovers === Russe öz karyerasına Bristol Rovers klubunun U-10 gənclər akademiyasında start vermişdir. 2017-ci ilin iyul ayında o, Portuqaliyada keçirilən mövsüm öncəsi məşqlərdə iştirak etmək üçün əsas komandaya çağırılmışdır.O, öz peşəkar karyerasında debütünü 29 avqust 2017-ci ildə Uikomb Uonderers klubuna qarşı EFL Trofi görüşündə etmişdir. O, 71-ci dəqiqədə Biron Muru əvəz etmiş və komandası 5-1 hesabı ilə qalib gəlmişdir. 31 oktyabrda Russe turnirdə Vest Hem Yunayted U-23 klubuna qarşı oyunda 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Luk Steyn
Luk Steyn (7 iyun 1993, Harare) — Zimbabveli dağ-xizək idmançısı. Luk Steyn Zimbabveni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Qış Olimpiya Oyunlarında iştirak edən ilk Zimbabveli idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. 2008-ci ildən bu idman növü ilə məşğul olmağa başlamışdır. == Karyerası == Luk Steyn Zimbabvenin paytaxtı olan Harare şəhərində anadan olmuşdur. Lakin iki yaşı olarkən ölkəni tərk edərək İsveçrəyə yollanmışdır. Steyn burada qar və xizək idmanı ilə məşğul olmağa başlamışdır. === 2014 Olimpiya Oyunları === Luk Steyn birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Jan Jan
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan
Jan — fransız adı. Jan Batist Sey — fransız iqtisadçısı Jan Boden — fransız siyasi mütəfəkkürü və hüquqşünası. Jan Mankes — holland rəssam. Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Jan Tirol — fransız iqtisadçı. Jan Ogüst Dominik Enqr — fransız rəssamı Jan Rasin — XVI əsr Fransız yazıçısı Jan Kabu — fransız karikaturist və jurnalist. Jan Nuvel — fransız memarı. Jan Şarden — fransız səyyahı.
Jan Ameri
Jan Ameri (fr. Jean Améry; 31 oktyabr 1912 - 17 oktyabr 1978) - avstriyalı yazıçı. Əsl adı Xans Mayer (alm. Hanns Mayer‎) olan yazıçı əsərlərinin böyük hissəsini İkinci Dünya müharibəsi haqqında yazmışdı. == Həyatı == Jan Ameri Vyanada doğulmuşdu. Atası yəhudi, anası isə katolik idi. Atasının Birinci Dünya müharibəsində cəbhədə ölməsindən sonra anası tərəfindən katolik olaraq yetişdirilmişdi.Vyanada fəlsəfə və ədəbiyyat üzrə təhsil alsa da, maddi vəziyyətinə görə davamlı olaraq təhsilini dayandırmalı olmuşdu. Vyanada təhsil alarkən Nasistlərin Belçikanın işğalına qarşı çıxmış, Gestapo tərəfindən tutulduqdan sonra isə Auşvitz həbs düşərgəsinə göndərilmişdi. 1945-ci ildə düşərgədən azad edildikdən sonra isə Belçikada yaşamağa başlamışdı. == Müharibədən sonra == Müharibə bitdikdən sonra öz alman köklərindən uzaqlaşdığını və fransız mədəniyyəti ilə olan bağını simvollaşdırmaq üçün Xans Mayer olan adını Jan Ameri olaraq dəyişdirmişdi.
Jan Anuy
Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[…], Bordo – 3 oktyabr 1987[…], Lozanna) — fransız dramaturqu. == Həyatı == Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
Jan Anuyl
Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[…], Bordo – 3 oktyabr 1987[…], Lozanna) — fransız dramaturqu. == Həyatı == Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
Jan Boden
Jan Boden (1530, Anje, Fransa krallığı – 1596[…], Lan, Fransa krallığı) — fransız siyasi mütəfəkkürü və hüquqşünası. "Tarixin asan öyrənilməsinin metodu", "Dövlət haqqında altı kitab" adlı əsərlərində o tarixi prosesin gedişini, eyni zamanda müxtəlif coğrafi və iqlim şərtlərində dövlət institutlarının yaranmasını və qurulmasını nəzərdən keçirmişdir. Boden siyasi fikir tarixində ilk dəfə suverenliyi dövltin ən vacib əlaməti kimi dəyərləndirişdir. Onun iddiasına görə suverenlik, və ya qanunları yaradıb həyata keçirmək hüququ, müəyyən edilmiş şəkildə dövlətə aiddir. Dövlət həm öz ölkəsi daxilində, həm də xarici ölkələrlə münasibətdə ali siyasi hakimiyyətin sahibidir. Suveren hakimiyyətin daşıyıcından yuxarda ancaq allah və təbiətin qanunları vardır. Suverenlik qanunların adil olub-olmamasından deyil, onların gücündən və yaradılması imkanlarından asılıdır. Boden suverenliyin beş fərqli cəhətini ayırırdı. Bunlardan birincisi istisnasız hər təbəə və dövlət idarəsinə ünvanlanmış qanunların çıxarılmasıdır. İkincisi – hərb və sülh məsələlərin həlli.
Jan Bodriyar
Jan Bodriyar (fr. Jean Baudrillard; 27 iyul,1929,Reyms,Fransa - 6 mart,2007, Paris, Fransa) - Fransız sosioloq,kulturoloq və postmodern-filosof,fotoqraf,Yel Universitetində müəllim. Postmodernizmin "qurusu" adlandırılmasına baxmayaraq,Bodriyar özü də tez-tez bu cür yazıları rədd edirdi. Beləliklə, "Körfəz müharibəsi" ilə bağlı bir reportajında Bodriyar postmodern" olmadığını söylədi və onu postmodern adlandıranlara Mayk Qeynə (1993) verdiyi reportajında belə cavab verdi: ... Postmodernizm, mənə elə gəlir ki, ədalətli dərəcədə ümidsizlik,hətta geriləmədir. Bu,bütün bu formaları hər şeyin özünəməxsusluğu ilə düşünmək üçün bir fürsətdir. Mənim bununla heç bir əlaqəm yoxdur. Bu sizin işinizdir. . == Həyatı == Bodriyar Reyms şəhərində işçi ailəsində anadan olub. Filoloq olan Bodriyar,elmi fəaliyyətini alman dili tədqiqatçısı olaraq davam etdirir.
Jan Buridan
Jan Buridan (təqr. 1295, Fransa, Betün, – təqr. 1358, Paris) — orta əsrlər məntiqçisi və filosofu. == Həyatı == Paris Universitetində dərs demiş, 1328 və 1340-cı illərdə onun rektoru olmuşdur. Aristotelin əsərlərinə şərhlərin və “suallar”ın, həmçinin məntiqə dair traktatların müəllifidir. Məntiqi tədqiqatlarda və naturfəlsəfədə U. Okkamın məntiq və idrak nəzəriyyəsi prinsiplərinə əsaslanmışdır. Buridan elmi bilik anlayışının elə geniş tərifini vermişdir ki, təcrübi təbiətşünaslıq da buraya daxil olmuşdur. == Fəaliyyəti == Elmin Aristotel tərəfindən aydın, zəruri və isbat olunmayan mühakimələr əsasında əldə edilmiş bilik kimi tərifini qəbul edərək, Buridan məntiqi cəhətdən zəruri olan mühakimələri təcrübi müddəalara əsaslanan və şərti mənada zəruri mühakimələrdən fərqləndirmişdir. Bunun la o, sxolastikada qəbul olunmuş fizika prinsiplərinin metafizika ilə müəyyənləşdirilməsi müddəasından imtina etmişdir. İnsan davranışlarında iradə və zəkanın əlaqəsinə dair Buridan təlimi mötədil əxlaqi determinizmlə səciyyələnir.
Jan Deni
Jan Deni (fr. Jean Deny; 24 iyul 1879 - 5 noyabr 1963) — fransız türkoloqu. == Həyatı == Jan Deni 1879-cu ildə anadan olmuşdur. Uşaqlıq illərini Ukraynada keçirmiş Jan Deni atasının fransız dili müəllimi olduğu Odessada Richelieu liseyini və Parisdə Louis le Grand liseyini bitirdikdən sonra eyni zamanda həm Paris hüquq fakültəsində, həm də École des Langues Orientalesdə (ərəbcə, farsca və rusca) oxumuşdur. Təhsilini bitirdikdən sonra Fransa Xarici İşlər Nazirliyində çalışmış və 1908-ci ilədək Fransanın Beyrut, Kudüs, Suriya və Maraş konsulluqlarında işləmişdir. Barbier ue Meynardm ölümündən sonra École des Langues Orientales müdiri Paul Boyer tərəfindən türk dili müəllimi vəzifəsinə təyin edilmiş (1908), iki il sonra da professor elmi dərəcəsini qazanmışdır (1910). 1914-cü ildə əsgər olaraq müharibəyə getmiş, 1915-ci ildə Şərq birliklərində tərcüməçi təyin olunmuşdur. 25 aprel 1915-ci ildə Çanaqqalə müharibəsində iştirak etmişdir. Sarılıq xəstəliyinə tutulduğu üçün 30 sentyabrda Selanik və daha sonra Makedoniyada Florinaya göndərilmişdir. I Dünya müharibəsində iştirak edən Deny türk dili ilə bağlı tədqiqatlarını da davam etdirmişdir.
Jan Doma
Jan Doma (fr. Jean Domat; 30 noyabr 1625[…], Klermon-Feran – 14 mart 1696[…], Paris) — fransız hüquqşünası.
Jan Dübüffe
Jean Philippe Arthur Dubuffet (31 iyul 1901[…], Havr – 12 may 1985[…], Parisin 6-cı rayonu[d]) — XX əsr Fransa rəssamı və heykəltəraşı. == Həyatı == O, Fransanın Havr şəhərində dünyaya gəlmiş və 1918-ci ildə Academie Julian-da rəssamlıq oxumaq üçün Parisə köçmüşdür.Lakin,6 ay sonra sənətin maddi mənfəət gətirdiyinə inanmayaraq,öz-özünü inkişaf etdirmək məqsədilə məktəbdən ayrılmış,ata sənəti olan şərab ticarəti ilə məşğul olmuşdur.1930-cu illərdə yenidən rəssamlığa geri dönmüş,yenə tərk etmiş və 1944-cü ildə öz əl işlərindən ibarət sərgi ilə geri dönmüşdür və sürrealizmə yaxınlaşmışdır. 1948-ci ildə Dubuffet,Breton və Tapie "Art Brut"u yaratmışlar.Bu sənətçilərin məqsədi məhbus,ruhi xəstə,uşaqların və həvəskarların əl işlərini ortaya çıxarmaq idi.Dubuffet çətinliklə də olsa 10000 əl işi yığmağa nail olur."Qadın vücudları"(1950),"Kəpənək qanadlarından kiçik rəsmlər"(1953),"Etibarsız həyatın kiçik heykəlləri"(1954),"fenomenlər"(1958),"Urlup"(1967) və Dubuffetin rəsmi "Caz-band" bu sərgiyə daxil idi. Art İnformel cərəyanının rəssamlarının baxışlarına uyğun olaraq,Jean Debuffet hesab edirdi ki,uşaqların sadəlövh rəsmləri,həvəskarların və ruhi xəstələrin rəsmləri həqiqəti professionalların rəsmlərindən daha çox ifadə edir. Rəssamın əsərləri kənardan tez-tez gülüş doğurmasına baxmayaraq Jean Dubuffet 20-ci əsrin ən avtoritet və ən məşhur rəssamlarından sayılır.Onun əsərləri dünyanın ən böyük muzeylərində nümayiş olunub. 1975-ci ildə o, Parisdə "Dubuffet Fondu"nun əsasını qoymuşdur. Jean Dubuffet 1985-ci il 12 mayda Parisdə vəfat etmişdir.
Jan Düjarden
Jan Düjarden (fr. Jean Dujardin; 19.6.1972, Rüey-Malmezon, Fransa) — fransız komik aktyoru. == Həyatı == Jan Düjarden 1972-ci ildə Rüey-Malmezon şəhərində doğulub. Məktəbdə oxuyarkən əsas diqqətini fəlsəfəyə və incəsənətə yönləndirib. Əsgərlikdə xidmət edib. Hərbi xidmətdən sonra komik aktyorlarla (Bruna Salomon, Erik Kollado, Erik Masso, Emmanuel Jukla) bərabər «Nous C Nous» qrupunu yaradıb və disk buraxıb.
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. == Həyatı == Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. == Yaradıcılığı == O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Jan Jirodu
Jan Jirodu (tam adı: Jan Jirodu, fr. Jean Giraudoux; 29 oktyabr 1882[…] – 31 yanvar 1944[…], Paris) — fransız roman yazarı, esseçi, oçerkist, diplomat və dramaturq. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı dövrdə yazıb-yaratmış ən mühüm fransız dramaturqlardan biri hesab edilir. Onun əsərləri bədii üslubu və poetik fantaziyasına görə xüsusilə qeyd olunur. Jirodunun müraciət etdiyi əsas mövzu qadın-kişi münasibətləridir - bəzi hallarda isə kişi ilə əlçatmaz hesab olunan ideal arasındakı münasibətlərdir. == Həyatı == Jirodu Yuxarı Vyenna departamentində Bellak kommunasında anadan olmuşdur. Atası Lejer Jirodu burada Nəqliyyat Nazirliyində işləyirdi. Jirodu Soda Lakanal liseyində təhsil almış, məzun olduqdan sonra Avropaya səyahətə çıxmışdır. 1910-cu ildə Fransaya qayıtdıqdan sonra Xarici İşlər Nazirliyindəki vəzifəni qəbul etmişdir. Birinci Dünya müharibəsinin başlaması ilə xidmətlərində xüsusilə fərqlənmiş və 1915-ci ildə müharibə dövründə "Fəxri Legion" ordeninə layiq görülən ilk yazıçı olmuşdur.O, 1918-ci ildə ailə həyatı qurmuşdu və əsərlərinin əksəriyyətini müharibədən sonrakı dövrdə qələmə almışdır.
Jan Kabu
Jan Kabu (fr. Jean Cabut) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Jan Kabut
Jan Kabu (fr. Jean Cabut) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Jan Kalvin
Jan Kalvin (10 iyul 1509 – 27 may 1564, Cenevrə, Cenevrə Respublikası[d]) — XVI əsrin məşhur din islahatçısı, Kalvinizm təriqətinin banisi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == === Gəncliyi === 10 iyul 1509-cu ildə Fransanın Pikardiya əyalətinin Nuayon şəhərində vəkil ailəsində doğulmuşdur. Jan əvvəlcə keşiş olmaq arzusuna düşmüş, lakin ixtisasca hüquqşünas olan atasının təkidi ilə on dörd yaşında Parisə hüquq təhsili almağa yollanmışdır. Burada on səkkiz yaşınadək kilsədə vaiz vəzifəsində çalışmışdır. Təhsilini təkmilləşdirmək üçün Parisdən Orleana, oradan da Burja getmişdir. Burada məşhur hüquqşünas Andrea Alsianın rəhbərliyilə Roma hüququnu öyrənmişdir. Başqa bir müəllim Melxior Volmardan isə humanitar elmlər üzrə təhsil almışdır. Atasının vəfatından sonra hüquq təhsilini yarımçıq qoyaraq Nuayona qayıtmış, oradan da Parisə dönmüşdür. === Protestanizmə qoşulması === Müəllimi Volmarın məsləhəti ilə ilahiyyat təhsilini almış və ilk elmi əsərini- Senekanın "Mülayimlik haqqında" traktatına şərh yazmışdır.
Jan Kambanda
Jan Kambanda — 1994-cü il Ruanda soyqırımının başladığı vaxtdan etibarən Ruanda müvəqqəti hökumətinin Baş naziri, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 1951-ci ildə qüvvəyə minməsindən sonra soyqırım cinayətində təqsirləndirilən yeganə hökumət başçısı.1994-cü ilin aprelində müxalifətçi Respublikaçı Demokratik Hərəkat Partiyasının Butare bölməsinin vitse-prezidenti olmuşdur. == Cinayət məsuliyyəti == Kambanda 18 iyul 1997-ci ildə Nayrobidə tutulmuş və Ruanda Beynəlxalq Cinayət Tribunalına verilmişdir. Dövrün hökumət başçısı Kambandanın üzərinə soyqırımdan xilas olmuş uşaqları xəstəxanada olduqları müddətdə qorumaq vəzifəsi qoyulmuşdu. Lakin bu vəzifəsini qəsdən yerinə yetirməmiş, laqeydlik göstərmiş və sonda onun soyqırım cinayətini törətdiyi təsbit edilmişdir. Burada Kambandanın uşaqların təhlükəsizliyini təmin etməklə bağlı vəzifəsini yerinə yetirmədiyini özünün də təsdiq etmiş olması, Məhkəmənin təqsirləndirilən şəxsdəki spesifik soyqırım niyyətinin təşəkkül tapdığını təsbit etməsini də asanlaşdırmışdır.Kambanda ittihamnamədə soyqırım cinayətindən insanlıq əleyhinə cinayətlərə qədər altı müxtəlif əməli törətməkdə təqsirli bilinmişdi və 1 may 1998-ci ildə bu ittihamı qəbul etmiş, nəticədə Ruanda Məhkəməsi 4 sentyabr 1998-ci ildə bu cinayətlərə görə Kambandanı ömürlük azadlıqdan məhrum etmişdir.Ruanda Məhkəməsinin Kambanda işində qeyd etdiyi soyqırım cinayətinin "cinayətlərin cinayəti" olması və buna baxmayaraq insanlıq əleyhinə cinayətlərlə müqayisədə tətbiq olunacaq sanksiya baxımından bu qrup cinayətlərin də daha az ağır qəbul edilə bilməyəcəyi səbəbiylə fərqli olmayacağı fikri, bu Məhkəmənin digər işlərində nümunə olaraq qəbul edilmiş və tətbiq edilmişdir.
Jan Kasteks
Jan Kasteks (fr. Jean Castex; 25 iyun 1965[…], Vik-Fezansak[d]) — 3 iyul 2020-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız siyasətçi. == Həyatı == Cənub-qərb fransız aksenti olan Kasteks Sandra Ribelayq ilə evlidir, dörd qızı var.Sərbəst katalan dili danışan Kasteks Fransanın cənubundakı katalan kimliyinin və digər regional həssaslıqların müdafiəçisi hesab olunur. Keçmiş həmkarlar ittifaqı lideri Jan-Klod Mayi və "Charlie Hebdo"-un keçmiş yazarı, həkim Patrik Pellu ilə də dostdur. == Siyasi fəaliyyəti == 2010-cu ildən 2011-ci ilə qədər 2000-ci ildə Şərqi Pireneydə Pradesə bələdiyyə sədri seçilən Kasteks Səhiyyə Naziri Ksavye Bertran rəhbərliyi altında Fransua Fiyonun nazirliyində Baş Qərargah rəisi olaraq çalışdı. Raymond Subidən sonra, 2011–2012-ci illərdə Prezident Nikolas Sarkozinin rəhbərliyi altında Eliseyin baş katibi olaraq çalışdı. XHB-də 2012-ci il seçkilərində Fiyonu dəstəklədi.Yerli səviyyədə Kasteks 2010–2015-ci illərdə Langedok-Russilyon bölgə müşaviri kimi çalışdı və 2015-ci ildən Şərqi Pireneyin şöbə müşaviri vəzifəsində çalışdı. Kasteks 2017-ci ilin sentyabr ayında 2024 Olimpiadası və Paralimpiadasına idarələrarası nümayəndə təyin edildi, eyni zamanda Milli İdman Agentliyinin prezidenti təyin edildi. 2 aprel 2020-ci ildə Fransada COVID-19 pandemiyası dövründə tətbiq olunan karantin mərhələlərinin koordinatoru təyin edildi. Kasteks sosial baxımdan mühafizəkar hesab edildiyi 2020-ci ilin əvvəlinə qədər Respublikaçıların üzvü idi.
Jan Kokto
Jan Moris Ejen Klement Kokto (fr. Jean Maurice Eugène Clément Cocteau; 5 iyul 1889[…], Mezon-Laffit[d], Fransa – 11 oktyabr 1963[…]) — fransız yazıçı, dramaturq, şair, rəssam, kinorejissor. == Həyatı == Jan Kokto 5 iyul 1889-cu il anadan olub. O, keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir. Eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şeirlər" (1920) və "Opera" (1927) adlı şeir kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb. "Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.
Jan Mandijn
Yan Mandeyn 1530-dan sonra Antuerpdə aktiv olan Hollandiya İntibahı rəssamı. == Həyatı == Mandeyn təhsilini Harlemdə almışdır. 1530-cu ildə Antuerpə köçüb. Yan van der Elbörts, Gilis Mostart və Bartolomeus Sipreyncr kimi rəssamların müəllimi olub.Antuerpdə vəfat edib. == Əsərləri == Mandeynin imzasını daşıyan sadecə bir əsər günümüzə kimi gəlib çatıb. Harlemdəki Frans Hols muzeyində saxlanılan "Müqəddəs Antoninin başdan çıxarılışı" adlanan bu tablo Hayrinemus Boşun stilinə bənzəyir.Bu səbəbdən Mandijn Boşun izləyicisi olaraq dəyərləndirilir. Qədim dövr yazarlarından olan Karel van Mendr də kitabında Mandeynin Boş kimi qorxuducu və gülməli səhnələr çəkməsini yazıb.Sözü gedən tablonun ilham mənbəyi Boş olmaqla bərabər, Mandeynin tərzi daha sərbəst, istifadə etdiyi rənglər və yaratdığı fantastik obrazlar bir-biri ilə daha az uyğundur.Bu səbəbdən ortaya çıxan rəsm Boşun əsərləri qədər təsirli deyil.Mandeynin əsərlərində də eyniylə Boşda olduğu kimi həşəratlar, sürünənlər və quşların qarışımından ortaya çıxan aralıq şeytanlar yer alır. Mandeynin tərzinə dair xüsusiyyətlər, Berlindəki Alt Pinoqotekdə yer alan "Müqəddəs Kristaforun başdan çıxarılışı" kimi bir sıra Antuerp "şeytan rəsimlərində"də öz əksini tapır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17
2013 ••••••••••••••••• 0.15
2015 •••••••••••••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#jan-luk nədir? #jan-luk sözünün mənası #jan-luk nə deməkdir? #jan-luk sözünün izahı #jan-luk sözünün yazılışı #jan-luk necə yazılır? #jan-luk sözünün düzgün yazılışı #jan-luk leksik mənası #jan-luk sözünün sinonimi #jan-luk sözünün yaxın mənalı sözlər #jan-luk sözünün əks mənası #jan-luk sözünün etimologiyası #jan-luk sözünün orfoqrafiyası #jan-luk rusca #jan-luk inglisça #jan-luk fransızca #jan-luk sözünün istifadəsi #sözlük