Jan-Pyer sözü azərbaycan dilində

Jan-Pyer

Yazılış

  • Jan-Pyer • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jan-Pyer Bakri
Jean-Pierre Bacri (24 may 1951 – 18 yanvar 2021[…], Parisin 6-cı rayonu[d], Fransa) — alman aktyor.
Jan Pyer Jöne
Jan-PyerJöne (fr. Jean-Pierre Jeunet; 3 sentyabr 1953[…], Le Koteau[d]) — Fransız kinorejissor.
Karin Jan-Pyer
Karin Jan-Pyer (13 avqust 1974, For-de-Frans) — 13 may 2022-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışan amerikalı siyasi məsləhətçi. O, Ağ Evin mətbuat katibi olan ilk qaradərili və ilk açıq LGBTQ insanıdır. O, əvvəllər 2021-ci ildən 2022-ci ilə qədər sələfi Cen Psakinin mətbuat katibinin müavini və 2020-ci il prezidentlik kampaniyası zamanı ABŞ-nin vitse-prezidentliyinə namizəd Kamala Harrisin aparat rəhbəri vəzifəsində çalışıb.
Jan-Pyer Abel-Remüza
Jan-Pyer Abel-Remüza(fr. Jean-Pierre Abel-Rémusat; 5 sentyabr 1788, Paris — 2 iyun 1832, orda) — fransız şərqşünası. == Həyatı == Jan-Pyer Abel-Remüza 1788-ci ildə anadan olmuşdur. Əsas etibarilə Çin dilinin tədqiqatçısı kimi tanınır, 1811-ci ildə «Essai sur la langue et la littérature chinoises» və 1813-cü ildə «Recherche historique sur la médecine des Chinois» adlı əsərləri çapdan çıxır. 1814-cü ildə professor adını almışdır. 1816-cı ildə isə Akademiyaya üzv seçilmişdir. 1822-ci ildə Parisdə «Société Asiatique» dərnəyini yaratmışdır və dərnəyin orqanı olan «Journal Asiatique» dərgisini nəşr edir. Remusat «Éléments de la grammaire chinoise» (1822), «Mélanges asiatiques» (1825), «Nouveaux melarşa asiatiques» (1828) elmi əsərlərinin müəllifidir. Türkologiya sahəsində «Recherches sur les langues tartares» (1820) əsəri ilə tanınmışdır. 1822-ci ildə C. L. Spasskinin «Drevnosti Sibiri» adlı elmi əsəri haqqında elmi məqalə hazırlamışdır.
Lui Jan Pyer Vyeyo
Jan Jan
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Pyer
Pyer – ad. Pyer Abelyar – orta əsr Fransa sxolastik filosofu, ilahiyyatçısı.
Jan
Jan — fransız adı. Jan Batist Sey — fransız iqtisadçısı Jan Boden — fransız siyasi mütəfəkkürü və hüquqşünası. Jan Mankes — holland rəssam. Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Jan Tirol — fransız iqtisadçı. Jan Ogüst Dominik Enqr — fransız rəssamı Jan Rasin — XVI əsr Fransız yazıçısı Jan Kabu — fransız karikaturist və jurnalist. Jan Nuvel — fransız memarı. Jan Şarden — fransız səyyahı.
La-Pyer
La-Pyer (fr. La Pierre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38303. Kommunanın 2012-ci il üçün əhalisi 471 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 22 km şimal-qərbdə yerləşir.
Pyer-Şatel
Pyer-Şatel (fr. Pierre-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38304. Kommunanın 1999-cu il üçün əhalisi 1202 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 888 ilə 1424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənubda yerləşir.
Pyer Abelar
Pyer Abelyar (fr. Pierre Abélard/Abailard, lat. Petrus Abaelardus;; 1079[…] – 21 aprel 1142[…], Şalon-sür-Son) – orta əsr Fransa sxolastik filosofu, ilahiyyatçısı, şairi və musiqiçisi. Konseptualizmin yaradıcılarından və nümayəndələrindən biridir. Orta əsrlər fəlsəfəsi üçün səciyyəvi olan universalilərin təbiəti haqqında mübahisədə konseptualizm ideyalarına tərəfdar çıxmış,, Orta əsrlər realizmi ilə mübahisə və diskussiya aparmışdır. Məşhur əsərinin adı "Hə və yox"dur. Katolik kilsəsi onun baxışlarını və fəlsəfi mülahizələrini bidətçi baxışlar adlandırmış və ona qarşı mənfi münasibət bəsləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gilson, Etienne. Heloise and Abelard. Ann Arbor: University of Michigan Press.
Pyer Abelyar
Pyer Abelyar (fr. Pierre Abélard/Abailard, lat. Petrus Abaelardus;; 1079[…] – 21 aprel 1142[…], Şalon-sür-Son) – orta əsr Fransa sxolastik filosofu, ilahiyyatçısı, şairi və musiqiçisi. Konseptualizmin yaradıcılarından və nümayəndələrindən biridir. Orta əsrlər fəlsəfəsi üçün səciyyəvi olan universalilərin təbiəti haqqında mübahisədə konseptualizm ideyalarına tərəfdar çıxmış,, Orta əsrlər realizmi ilə mübahisə və diskussiya aparmışdır. Məşhur əsərinin adı "Hə və yox"dur. Katolik kilsəsi onun baxışlarını və fəlsəfi mülahizələrini bidətçi baxışlar adlandırmış və ona qarşı mənfi münasibət bəsləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gilson, Etienne. Heloise and Abelard. Ann Arbor: University of Michigan Press.
Pyer Beyl
Pyer Beyl (fr. Pierre Bayle; 18 noyabr 1647[…] – 28 dekabr 1706[…], Rotterdam, Cənubi Hollandiya[…]) — fransız mütəfikkiri, yazıçısı. == Həyatı == XVII əsrin sonlarında maarifçiliyin hazırlanması baxımından ən maraqlı şəxsiyyətlərdən biri Sedan akademiyasının professoru Pyer Beyldir /1647–1706/. Nant ediktinin ləğvindən sonra Hollandiyaya köçən Beyl burada Rotterdam ali məktəbində müəllim işləyir. O, dövrünün ən bilikli və müdrik simalarından idi. Özü protestant idi. Katolikliyə, sonralar isə bütün dinlərə tənqidi münasibət bəsləmişdir. "Böyük Lüdovikin dövründə Fransada katoliklik nədən ibarətdir?" adlı əsərində qəddar kilsə irticasına qarşı çıxaraq yazırdı: "Bu zorakılıqların müqabilində xristianlıq haqqında nə düşünmək olar? belə nəticə çıxarmaq lazım gəlmirmi ki, bu, ən qana həris bir dindir, vicdan azadlığını büsbütün sıxışdırmaq üçün hətta yalan və aldatmadan, dönüklükdən, cəlladlardan və inkvizisiyadan, draqonadlardan qorxmur." Volterin, Didronun ayrı-ayrı fikir və mülahizələrini xatırladan bu sözlər Beylin başqa əsərlərində də vardır. Məhz buna görə də onu təqib edirlər, vəzifəsi əlindən çıxır.
Pyer Bezuxov
Qraf Pyotr (Pyer) Kirilloviç Bezuxov (rus. Пьер Безухов, Пётр Кириллович Безухов) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhərmqanlarından biri. O, qeyri-qanuni doğulmuş olmasına baxmayaraq, zəngin qraf Kirill Vladimiroviç Bezuxovun ən sevimli övladı və varisidir. == Romanda == Romanın əvvəlində Pyer Fransada təhsilini tamamlayaraq yenicə Rusiyaya qayıtmış, karyera qurmaq istəyində olan gəncdir. O, təmiz qəlbli, savadlı bir gənc olmaqla yanaşı, Rusiya saray cəmiyyətinin həyat tərzinə uyğunlaşa bilmir. Lakin zəngin qrafın varisi olması zadəgan cəmiyyətində ona qarşı marağı artırır. Atasının ölümündən sonra zəngin varidata sahib olan Pyerin həyatı və sosial mövqeyi dəyişir və o, yeni Knyaz Bezuxov olur. Sadəlövhlüyü üzündən, o, tezliklə Knyaz Kuraginin cəmiyyətdə yüksək nüfuza malik olan gözəl və hiyləgər qızı Elen Kuraginlə evlənir. Elen Pyeri sevmir və bu evlilikdən yalnız maddi gəlir üçün istifadə etmək fikrində olur. Tezliklə Pyer arvadının Doloxovla olan gizli əlaqəsindən xəbər tutur və onu duelə çağırır.
Pyer Bomarşe
Pyer Ogüsten Karon de Bomarşe (fr. Pierre-Augustin Caron de Beaumarchais; 24 yanvar 1732[…], Paris[…] – 18 may 1799[…], Paris[…]) — fransız dramaturq və publisisti. == Həyat və yaradıcılığı == Görkəmli fransız mütəfəkkiri Pyer Bomarşe (Pyer Ogüsten Karon) 1732-ci il yanvarın 24-də Parisdə saatsaz ailəsində anadan olub. Varlı ailədən olan dul qadınla evlənən Pyer kral sarayında xırda bir vəzifəyə işə düzəlir. Öz hazırcavablığı və arfada ifası ilə Pyer kraliçanın xoşuna gələ bilir. Milyonçu Pari-Düvernenin etimadını qazanan Pyer bank işlərində onun kiçik tərəfdaşına çevrilir və tezliklə özü üçün kralın katibi vəzifəsini pulla alır. Vəzifə ilə birlikdə zadəgan titulu alan Pyer soyadını de Bomarşeyə dəyişir. 1767-ci ildə ilk pyesi olan "İki dost"u, 1770-ci ildə izə "Yevgeniya"nı yazır. Əsərlər sosial qeyri-bərabərlik mövzusuna həsr olunur. 1773–1774-cü illərdə Fransanın korrupsiyalaşmış məhkəmə sisteminə tənqid edən 4 pamflet yazır.
Pyer Brasso
Pyer Brasso (fr. Pierre Brassau) – 1964-cü ildə "Göteborgs-Tidningen" bulvar qəzetinin isveçli jurnalisti Eke "Daku" Akselson tərəfindən təşkil olunmuş mistifikasiyada rol oynamış şimpanze. Akselson bir şimpanzenin çəkdiyi rəsmləri əvvəllər tanınmayan fransız rəssam "Pyer Brasso"nun adı ilə nümayiş etdirmək və beləcə də, tənqidçilərin əsl avanqard incəsənəti ilə şimpanzenin rəsmləri arasındakı fərqi deyə bilib-bilməyəcəkləri test etmək istəmişdir."Pyer Brasso" əslində 4 yaşlı adi şimpanze idi. Buros zooparkından idi və əsl adı Piter idi. Akselson şimpanzenin 17 yaşlı baxıcısını Piterə fırça və boya verməyə razı sala bilmişdi. Bundan sonra Piter bir neçə əsər yaratmışdır. Akselson onlardan ən yaxşı 4-nü seçmiş və onların Höteborq şəhərindəki Kristina qalereyasından sərgilənməsini təmin etmişdir. "Bunu ancaq şimpanze çəkə bilər" deyən bir tənqidçi istisna olmaqla, tənqidçilərin çoxu əsərləri tərifləmişdirlər. "Göteborgs-Posten" qəzetindən Rolf Anderberq yazmışdır: "Brasso güclü fırça toxunuşları ilə, lakin aydın qətiyyətlə çəkir. Onun fırça toxunuşları şiddətli tələbkarlıqla hərəkət edir.
Pyer Buagilber
Pyer Buagilber (fr. Pierre Boisguilbert; 17 fevral 1646, Ruan – 10 oktyabr 1714, Ruan) — Fansız iqtisadçısı, klassik iqtisad elminin yaradıcılarından biri. == Həyatı == Buagilber Fransada əmək-dəyər nəzəriyyəsinin banisi olmuşdur. O, bazar qiymətlərinin arxasında "həqiqi qiymət" axtarmışdır. bu qiymətin kəmiyyətinin əmək məsrəfi ilə müəyyən olunduğunu müəyyən etmişdir. O göstərir ki, iqtisadiyyat əmtəələrin öz həqiqi qiymətini tapa bildiyi azad rəqabət şəraitində daha yaxşı inkişaf edir. O, azad rəqabətin əsasında yaranan "həqiqi qiyməti" iqtisadi müvazinətin və inkişafın ən zəruri şərti hesab etmişdir. Onun dəyər qanununun iqtisadi tarazlığın ifadəsi kimi başa düşülməsi fikri o dövr üçün olduqca yeni və cəsarətli idi. Buagilberin baxışlarına o dövrdə Fransada yaşanan iqtisadi və sosial bərabərsizliklər güclü təsir etmişdir. Bu dövrdə dörddə üç hissəsi kəndlilərdən ibarət olan Fransanın əhalisi yoxsulluq şəraitində yaşayırdı, feodal sistemi öz əhəmiyyətini saxlayırdı, kapitalist münasibətləri ləng inkişaf edirdi, sənaye sahibkarlığı zəif idi, istehsalın, xüsusilə də kənd təsərrüfatının inkişafı üçün stimul yox idi.
Pyer Buger
Pyer Buyer — fransız alimi, fotometriyanın banilərindən biri, Paris Elmlər Akademiyasını üzvü (1731). == Fəaliyyəti == Vanndakı yezuit məktəbində tərbiyə almışdır. 1735–43-cü illərdə Yerin formasını müəyyən etmək məqsədilə Peruda dərəcə ölçüləri aparan ekspedisiyanın elmi rəhbəri olmuşdur. Tədqiqatları fiziki optikaya, astronomiyaya, geodeziyaya, hidroqrafiyaya, gəmi nəzəriyyəsinə həsr olunmuşdur. “İşığın miqdarı” anlayışını və fotometriyanın digər anlayışlarını irəli sürmüş, fotometrik cihazları təsvir etmiş, işığın parlaqlığının ölçülməsi üsullarını işləyib hazırlamışdır. 1729-cuildə işıq dəstəsi intensivliyinin mühitdə zəifləməsi qanununu müəyyən etmişdir (Buger-Lambert-Ber qanunu). Gəmiçilik işinin inkişafında böyük rol oynamış“Gəmi haqqında traktat” (1746) və “Şturman sənətinin nəzəriyyə və praktikasını əhatə edən naviqasiyaya dair yeni əsər”in (1753) müəllifidir. == Tanınması == Marsda A krateri onun şərəfinə adlandırılmışdır. Həmçinin A ay krateri və bir asteroid də onun adınadır.
Pyer Bul
Pyer Bul — fransız yazıçısı. == Həyatı == İxtisasca mühəndis olmuşdur. 1936–41-ci illərdə Cənub-Şərqi Asiya ölkələrində yaşamışdır. İkinci dünya müharibəsinin iştirakçısı olmuşdur; 1943-cü ildə əsir düşmüş,1944-cü ildə əsirlikdən qaçmışdır; 1947-ci ildən Parisdə yaşamışdır. Asiyada qazandığı həyat təcrübəsi “Kvay çayı üzərində körpü”(1952; 1957 ildə rej. D. Lin tərəfindən ekranlaşdırılmışdır) romanında, “Kvay çayının mənbəyində” (1966) avtobioqrafiyasında və s. əksini tapmışdır. Ən məşhur əsəri “Meymunlar planeti” (1963; bir neçə dəfə, o cümlədən 2001 ildə T. Breton tərəfindən ekranlaşdırılmışdır) romanıdır. Paradoks məntiqi əsasında qurulmuş “Absurd haqqında hekayələr”in (1953); E. Po tərzində “Cəllad” (1954) psixoloji detektivinin “İdrak oyunları” (1971) futuristik antiutopiyanın müəllifidir. Fəxri legion ordeni ilə təltif olunmuşdur (1945).
Pyer Bulez
Pyer Bulez (d. 26.3.1925, Luara departamenti, Monbrizon) — fransız bəstəkarı, dirijor, pedaqoq, musiqi nəzəriyyəçisi, musiqi yazıçısı. == Həyatı == 1942–45-ci illərdə Paris konservatoriyasında O. Messianın yanında (harmoniya) oxumuş A. Voraburdan (kontrapunkt) özəl dərslər almışdır. Darmştadt beynəlxalq musiqi institunda (1954–65, fasilələrlə), Bazel Musiqi Akademiyasında (1960–63-cü illərdə professor), Harvard Universitetində (1963) kompozisiyadan dərs demişdir. == Fəaliyyəti == === İlkin fəaliyyəti === “Domaine musical” cəmiyyətinin müasir və qədim musiqi konsertlərinin (1954–67, Paris) dirijoru olmuşdur; öz əsərlərini ifa etmişdir; 20-ci əsr bəstəkarlarının (xüsusən də İ.F. Stravinski, A. Vebern, A. Berq və Messianın) əsərlərinin interpretasiyası ilə məşhurlaşmışdır. 1970-ci illərin əvvəllərindən klassikanı da ifa etmişdir (R. Vaqnerin “Nibelunq üzüyü” opera tetralogiyasının dirijoru, Bayroyt, 1976). 1971–74-cü illərdə Bi-Bi-Si simfonik, 1971–77-ci illərdə Nyu-York filarmonik orkestrlərinin baş dirijoru olmuşdur. === Peşəkar fəaliyyəti === Dodekafoniyadan elektron musiqiyə qədər bəstəkarlığın ən yeni texnikalarından istifadə etmişdir. 18 solist üçün “X polifoniyası” (1951), 2 fp. üçün “Strukturlar” (1-ci dəftər – 1952, 2-ci dəftər – 1961) total serializm texnikasında yazılmışdır.
Pyer Burdye
Pyer Burdye (fr. Pierre Bourdieu, 1 avqust 1930[…] – 23 yanvar 2002[…], XII arondisman (Paris)[d], Fransa) — fransız filosofu, sosioloqu. == Həyatı == Ali Normal Məktəbi (1954) bitirmişdir. 1955– 64-cü illərdə Mulen, Paris, Lill təhsil müəssisələrində fəlsəfədən dərs demiş, 1964–2001-ci illərdə Sosial Elmlər Ali Məktəbinin (Paris) professoruru, 1982 –2001-ci illərdə Kollej de Fransın sosiologiya kafedrasının müdiri, 1985–98 illərdə Parisdə Avropa Sosiologiya Mərkəzinin direktoru, 1975-ci ildən “Actes de la recherche en sciences sociales” jurnalının baş redaktoru, 1998-ci il - dən “Liber-Raisons d’agir” nəşriyyatının rəhbəri olmuşdur. == Fəaliyyəti == Burdye əsas sosioloji ziddiyyətin – sosial struktur ilə sosial hərəkət arasındakı uçurumun aradan qaldırılmasının variantını təklif etmişdir. Onun “genetik strukturalizm” konsepsiyası obyektivist (E. Dürkheym, K. Marks və strukturalizm) və subyektivist (M. Veber fenomenologiya və etnometodologiya) metodologiyalarının sintezinə cəhddir: “strukturlaşdırıcı struktur” Burdyeyə görə, habitus obyektiv strukturları, subyektiv intensiyaları (niyyətləri) və hərəkətləri birləşdirir. Sosial məkan, sahə, kapital və habitus B. konsepsiyasının əsas anlayışlarıdır.B-yə görə, sosial gerçəklik həm obyektiv – müxtəlif növ resursların bölüşdürülməsində obyek - tivləşdirilmiş sosial münasibətlərlə, həm də subyektiv – sosial münasibətlərə əks, fəal təsir göstərən sosial təsəvvürlər və yer dəyişmələrlə (dispozisiyalarla) strukturlaşdırılmışdır. Burdyeyə əsasən, sosial məkan çoxlu nisbətən muxtar yarımməkanlardan – “sahələrdən” ibarət olur. Sahəni oyunun strukturları, yerdəyiş mələri, qaydaları və istinadları müəyyən edir. Hər bir sahə predmetləşmiş forması “kapital” adlanan öz sosial münasibətlər tipi ilə qurulur.
Pyer Delforqe
Pyer Delforqe (ing. Pierre Delforge; 1945) — Belçika botaniki. == Elmi fəaliyyəti == 470-dan yuxarı takson təsnif edən Pyer Delforqe toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1995. Orchids of Britain and Europe (Collins Field Guide). Ed. Collins. 480 pp. ISBN 0002200244 2001. Guide des orchidees d'europe d'afrique du nord et proche orient.
Pyer Ferma
Pyer Ferma (fr. Pierre de Fermat; d. 1601 – ö. 1665) — Fransız riyaziyyatçı, məşhur Böyük Ferma teoreminin yaradıcısı. O, XVII əsrin ən nəhəng riyaziyyatçılarından biridir. Ədədlər nəzəriyyəsi, həndsə, cəbr, riyazi analiz (maksimum və minimumların tapılma üsulları), ehtimal nəzəriyyəsilə məşğul olmuşdur. Rena Dekartla birlikdə analitik həndəsənin yaradıcılarında biridir. Ədədlər nəzəriyyəsində onun iki teoremi – Fermanın böyük və kiçik teoremləri xüsusilə məşhurdur. Fransız riyaziyyatçısı Ferma Pyer, Tuluz şəhərində parlamentdə məsləhətçi işləmişdir. Heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi).
Qrand Pyer
Qrand-Preri — Kanadanın Alberta vilayətində şəhər. Şəhər Alberta vilayətinin şimal qərbində yerləşir. Şəhərin əhalisi son illər sürətlə armağa başlamışdır. Tarixi baxımdan böyük önəmə sahib olmayan şəhər Alberta vilayətinin ən böyük 7-ci şəhəridir. Edmanton və Kalqari şəhərlərindən sonra yerləşdiyi əyalətdə iqtisadi baxımdan üçüncü yerdə dayanır. Burada neft, qaz, kənd təsərrüfatı, meşə sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Şəhərin Alberta və Britaniya Kolumbiyası əyalətlərinin sərhəddinə yaxın olması, şəhərdən gündəlik çoxlu sayda yük maşınlarının keçməsinə səbəb olur. Alberta vilayətində alınan mallara vergi təyin edilməməsi səbəbindən, bazar günləri ətraf şəhərlədən bura gələnlərin sayı kəskin artır.
Sen-Pyer
Sen-Pyer (Reyunyon)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.22 dəfə / 1 mln.
2011 •••••••••••• 0.51
2012 •••••••••••••••••••• 0.86
2013 •••••••••••••• 0.58
2014 •••••••••••• 0.51
2015 •••••••• 0.34

Oxşar sözlər

#jan-pyer nədir? #jan-pyer sözünün mənası #jan-pyer nə deməkdir? #jan-pyer sözünün izahı #jan-pyer sözünün yazılışı #jan-pyer necə yazılır? #jan-pyer sözünün düzgün yazılışı #jan-pyer leksik mənası #jan-pyer sözünün sinonimi #jan-pyer sözünün yaxın mənalı sözlər #jan-pyer sözünün əks mənası #jan-pyer sözünün etimologiyası #jan-pyer sözünün orfoqrafiyası #jan-pyer rusca #jan-pyer inglisça #jan-pyer fransızca #jan-pyer sözünün istifadəsi #sözlük