Jenna Jameson
Jenna Marie Massoli (9 aprel 1974, Las-Veqas, Nevada, ABŞ) — Amerikalı keçmiş pornoqrafik film ulduzu.
== Həyatı ==
Cenna Mari Massoli 9 aprel 1974-cü ildə Las-Veqasda, Nevadada anadan olmuşdur.
20 fevral 1976-cı ildə anası Judith Brooke Massoli dəri xərçəngindən vəfat edib. 1991-ci ildə o, azyaşlı olmasına baxmayaraq, saxta şəxsiyyətdən istifadə edərək Las-Veqasın striptiz klublarında rəqs etməyə başlayıb. O, əvvəl breketlərinə görə striptiz klubuna qəbul olunmayıb, lakin sonradan özü breketləri çıxarıb və klub sahibləri razılaşaraq orada rəqs etməyə başlayıb. Rəqqasəlik dövründə o, LSD kimi ağır halüsinogenlərdən istifadə edən narkotik aludəçisi idi. 18 yaşında atası ilə birlikdə Kaliforniyaya köçdü.
Onun dəstəyi ilə narkotikdən qurtulub. 20 yaşında atasının icazəsi ilə Hustler "Penthouse" kimi jurnallar üçün çılpaq pozalar verməyə başladı. 20 dekabr 1996-cı ildə porno aktyor və rejissor Bred Armstronqla evləndi, lakin evlilik cəmi 10 həftə davam etdi.